Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Scorodonia solitaria
Teucrium scorodonia (lat. Teucrium scorodonia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin məryəmnoxudu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Scorodonia scorodonia (L.) H.Karst. Scorodonia vulgaris Raf.
Solitar ağciyər düyünü
Solitar ağciyər düyünü (periferik formalaşma) - rentgenologiyada ağciyər toxumasında ölçüsü 3 sm-ə qədər olan periferik formalaşmadır. Onun Döş qəfəsinin rentgenoqrafiyasında aşkar edilmə nisbəti 0.2%, kompüter tomoqrammasında isə 1%-dir. Solitar ağciyər düyünü xoşxassəli törəmədir (hamartoma, qranuloma). Lakin, yaşlı xəstələrdə və siqaret çəkənlərdə bədxassəli şiş olaraq da görünə bilər. Ağciyər xərçəngi olan xəstələrin 10 – 20 faizində də bu simptomlara rast gəlmək olar. Ona görə də ağciyər xərçəngi ehtimalını istisna etmək üçün mümkün ağciyər rezeksiyasına əlavə olaraq radioloji diaqnostika da aparılmalıdır. Proqnoz simptoma səbəb olan patologiyadan asılı olur. == Təsviri == Solitar ağciyər düyünləri infiltratlardan, daha iri şişlərdən və ya digər əlaqəli radioloji simptomları olan formasiyalardan fərqləndirilməlidir. Solitar ağciyər düyünləri hər tərəfdən ağciyər toxuması ilə əhatə olunmuş, diametri 3 sm-dən az olan, pnevmoniya, atelektazi və ya limfadenopatiya kimi xəstəliklərlə əlaqəsi olmayan periferik ocaqlardır. == Səbəbləri == Hər yuvarlaqlaşdırılmış periferik kölgə solitar ağciyər düyününün olduğu mənasına gəlmir.