Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sovetlik
Kənd soveti — kənd yerlərində Sovet hökumətinin yerli orqanı.
Sovetlər
Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı və ya SSRİ (rus. Союз Советских Социалистических Республик, Советский Союз, СССР) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur. Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. Bunlar Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdir.
Sovetski
Sovetski (rus. Советская) — Bakı şəhərinin Yasamal rayonunda yerləşən tarixi məhəllə. Nəriman Nərimanov prospekti (keçmiş Sovetski prospekti), Mirzə İbrahimov, Nizami və İbrahim Əbilov küçələrinin arasında yerləşən ərazini əhatə edirdi. Sovetskidə yaşı 100 ildən artıq olan tarixi binalar, muzeylər, məscidlər, hamamlar, Azərbaycanın tanınmış ziyalılarının yaşadıqları evlər yerləşirdi. Sovetskinin ərazisi "Bayır şəhər" adı altında da tanınırdı. 2014–2016-cı illərdə ərazidə aparılan söküntü işləri ilə əlaqədər Sovetskidə yerləşən xeyli sayda yaşayış evi sökülüb. Sökülən evlərin arasında vaxtı ilə dövlət tərəfindən qorunan tarixi-memarlıq abidələri də vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya əsasən, "Sovetski" ərazisində yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılan təxminən 200 ev, 9 hamam, 4 məscid, 1 kilsə, 10-dək təhsil və səhiyyə müəssisəsi, eləcə də inzibati bina mövcud idi. Bu ərazidə 3 obyekt isə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılır: Təzə Pir məscidi, Azərbaycan Memarlar İttifaqının binası və Hacı Sultan Əli məscidi. 2014-cü ilin martında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Intiqam Hümbətov mətbuata açıqlamasında "Sovetski"də ümumilikdə 230-a yaxın tarixi və mədəniyyət abidəsinin yerləşdiyini bildirmişdi.
Sovetsk
Sovetsk (Kalininqrad vilayəti)
Sovetlər Birliyi
Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı və ya SSRİ (rus. Союз Советских Социалистических Республик, Советский Союз, СССР) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur. Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. Bunlar Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdir.
Sovetlər İttifaqı
Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı və ya SSRİ (rus. Союз Советских Социалистических Республик, Советский Союз, СССР) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur. Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. Bunlar Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdir.
Sovetski (Rusiya)
Sovetski — Rusiya Federasiyasında yerləşən şəhər Xantı-Mansi muxtar dairəsinə daxildir.
Sovetski (dəqiqləşdirmə)
Sovetski
Bakı Soveti
Bakı Soveti, Bakı Fəhlə və Hərbi Deputatları Soveti, Bakı Fəhlə və Əsgər Deputatları Soveti, Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti və ya Bakı Fəhlə, Əsgər və Dənizçi Deputatları Soveti — 1917-ci ilin martından 1918-ci il 31 iyula qədər Bakıda fəaliyyət göstərmiş hakimiyyət orqanı. == Tarixi == === Yaradılması === Rusiyada 1917-ci il Fevral inqilabından sonra Bakıda, həmçinin digər şəhərlərdə ikinci hakimiyyət orqanı kimi Fəhlə Deputatları Soveti və Hərbi Deputatları Soveti yaradılırdı. Bakı Rayonu Fəhlə Deputatları Soveti ilə Hərbi Deputatları Sovetinin birləşməsi nəticəsində yaradılan Bakı Soveti onların içərisində ən nüfuzlusu hesab edilirdi. O, 7 mart 1917-ci il tarixində təsis edilmişdir. Martın 8-də elan olunmuş müraciətdə bildirilirdi ki, Bakı fəhlələrinin 2/3-dən çoxu seçkilərdə iştirak etmişdir. Sovetin tərkibinə 52000 fəhlə və qulluqçu tərəfindən seçilən və əksəriyyəti ermənilərdən ibarət olan 9-u bolşevik, digərləri isə menşevik və eserlərdən ibarət 52 deputat daxil idi. Sovetinin İcraiyyə Komitəsi və komitəyə rəhbərlik üçün sədr, iki müavin və iki katibdən ibarət rəyasət heyəti seçilmişdi. Sovetin birinci iclasının sədri menşevik Qriqori Ayollo, katibi isə o zaman menşevik olan M.N.Mandelştam idi. Martın 8-də Stepan Şaumyan qiyabi olaraq sovetin sədri seçildi. Sovetin İcraiyyə komitəsinə isə bolşeviklərdən İ.Fioletov, İ.Ter-Qabrielyan, eserlərdən isə V.İ.Soçnev daxil idi.
Kənd Soveti
Kənd soveti — kənd yerlərində Sovet hökumətinin yerli orqanı.
Sovetski (Şimali Osetiya)
Sovetski (Oset. Sovetski) qəsəbə Şimali Osetiya Respublikasının Mozdok rayonunda yerləşir. "Pavlodolski kənd qəsəbəsi" bələdiyyənin bir hissəsidir. QəsəbəTerek çayının sol sahilində, Mozdok rayonunun mərkəzi hissəsində yerləşir. Regional Mozdok şəhərindən 9 km cənub-qərbdə və Vladiqafqaz şəhərindən 101 km şimal-qərbdə yerləşir. Qəsəbələrin torpaqları ilə həmsərhəddir: qərbdə Pavlodolskaya, şimalda Lukovski və Lukovskaya. Çayın qarşı tərəfində Razdolnoye kəndi yerləşir. Kənd respublikanın çöl zonasında Kabardin düzənliyində yerləşir. Ərazi əsasən hündürlükdə cüzi dalğalanma ilə dalğalı düzdür. Terek çayının vadisi boyunca təpələr uzanır.
Tintin Sovetlər ölkəsində
Tintin Sovetlər ölkəsində — Belçika yazıçısı Erjenin yazdığı Tintin macəralarından biri. Tintin macəralarının birincisidir. 20 yanvar 1929-cu ildən 11 may 1930-cu ilə kimi "Le Petit Vingtième" yayımlanmışdır. Tintin sadiq iti Milu ilə birlikdə işlədiyi qəzetdən iş üçün SSRİ-nin paytaxtı Moskvaya göndərilir. Onun mindiyi qatar Rusiya gizli polis təşkilatı tərəfindən partladılır və bu "qəza"nın müqəssirinin Tintin olduğunu iddia edirlər. Tintin həbsxanaya göndərilir, amma polisdən yayınaraq oradan qaça bilir. Daha sonra maşın oğurlayır və Moskvaya çatmazdan qabaq başına bir neçə hadisə gəlir. Burada o, SSRİ-nin silah gücü ilə insanlara səs verdirtdiyini və boş fabrikaların sadəcə əcnəbiləri aldatmaq üçün tikildiyini görür. Həmçinin SSRİ-nin sadəcə kommunist olan gəncləri işlə təmin etdiyini öyrənir. Tintin Moskvanın buğda cəhətdən aclıq çəkdiyini, beləcə SSRİ liderlərinin kommunist maskası altında tarlaları talan etmək fikirlərini görür.
Sovetsk (Kalininqrad vilayəti)
Sovetsk (rus. Советск) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Sovetsk (Kirov vilayəti)
Sovetsk — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Azərbaycan Ali Soveti
Azərbaycan Ali Soveti — 1937–1995-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasında dövlət hakimiyyətinin ali və yeganə qanunverici orqanı. 1991-ci ilədək Azərbaycan SSR Ali Soveti, 1991-ci ildən isə Azərbaycan Respublikasının Ali Soveti adlandırılmışdır. 1995-ci ildə ləğv edilərək səlahiyyətləri Azərbaycan Respublikası Prezidenti və yeni yaradılmış Azərbaycan Respublikasının Milli Məclisi təsisatları arasında bölüşdürülmüşdür. == Haqqında == Azərbaycan SSR Ali Soveti 24 iyun 1938-ci ildə təsis edilmişdir. Azərbaycan SSR Ali Soveti birpalatalı olub Azərbaycan SSR Konstitusiyasına əsasən Azərbaycan SSR-ə verilmiş bütün hüquqları həyata keçirirdi. Bu hüquqlar Azərbaycan SSR Konstitusiyasına görə Azərbaycan SSR Ali Sovetinə hesabat verən dövlət orqanlarının — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, Azərbaycan SSR Nazirlər Sovetinin və respublika nazirliklərinin səlahiyyətinə daxil olmamışdır. Azərbaycan SSR Ali Sovetinə deputatlar gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, ortalama hər 12.500 əhalidən 1 nəfər hesabı ilə seçilirdi. Mandat müddəti, I və XI çağırışlar istisna olmaqla, 4 il təyin olunmuşdu. 21 yaşına çatmış seçki hüququ olan istənilən şəxs — fəhlələr, kolxozçular, mədəniyyət xadimləri, dövlət partiya xadimləri Azərbaycan SSR Ali Sovetinə deputat seçilə bilərdilər. == Çağırışlar == I çağırış (1938–1946) II çağırış (1947–1950) III çağırış (1951–1954) IV çağırış (1955–1959) V çağırış (1959–1962) VI çağırış (1963–1966) VII çağırış (1967–1970) VIII çağırış (1971–1975) IX çağırış (1975–1979) X çağırış (1980–1984) XI çağırış (1985–1990) XII çağırış (1991) == Rəhbərlər == 1920–1938-ci illərdə dəfələrlə idarəetmə sistemi dəyişsə də, 1938-ci ildə Azərbaycan SSR Ali Soveti təsis olundu.
Bakı Soveti (dəqiqləşdirmə)
Bakı Soveti — 1917-ci ilin martından - 1918-ci il 31 iyula qədər Bakıda fəaliyyət göstərmiş hakimiyyət orqanı. Bakı Şəhər Xalq Deputatları Soveti — 1920-ci ilin may ayından 1937-ci ilədək Bakı Şəhər Soveti, 1937-ci ildən 1977-ci ilədək Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti, 1977-ci ildən 1991-ci ilədək isə Bakı Şəhər Xalq Deputatları Soveti adı altında fəaliyyət göstərmiş yerli qanunverici orqan. == Digər == Bakı soveti metrostansiyası — İçərişəhər metrostansiyasının keçmiş adı. Bakı Soveti (film, 1928) — Bakı şəhər Sovetinin fəaliyyəti haqqında film.
Bakı soveti metrostansiyası
İçərişəhər metrostansiyası — Bakı metrosunun Qırmızı xəttinin sonuncu stansiyasıdır. Əvvəlki adı Bakı Soveti (2008-ci ilə qədər) olub. Memarı İrina Lixtenberqdir. Stansiyaya daxil olan qatarlarda Bakı gecələri musiqisindən fraqment səslənir. == Tarixi == "İçərişəhər" (keçmiş "Bakı Soveti") 6 noyabr 1967-ci ildə istismara verilmişdir. Bakı Metropoliteninin ilk stansiyalarından biridir. Stansiyanın yenidən qurulmasına 2008-ci ilin iyul ayında başlanılıb, işə 15 milyon manat vəsait sərf edilib. Layihə müəllifəri: Şəfiqə Zeynalova, Yusif Qədimov, Yuri Nikolayeviç Kozlov və Tələt Xanlarovdur. Stansiyanın giriş hissəsi piramida şəklindədir. Konstruksiyası metal və şəffaf şüşədən quraşdırılıb.
Bakı Şəhər Soveti
Bakı Şəhər Xalq Deputatları Soveti — Azərbaycan Sovet Sosialist Respublikasında Bakı şəhərinin yerli özünüidarə orqanı. == Tarixi == Aprel işğalından sonra Bakı Şəhər İctimai Özünüidarəsinin də fəaliyyətinə son qoyuldu. Hakimiyyəti ələ alan Azərbaycan Kommunist Partiyası Bakı şəhərində Bakı Müvəqqəti İnqilab Komitəsini təsis etdi. Bu komitəyə rəhbərlik Əliheydər Qarayevə tapşırıldı. 1 ay sonra, 28–29 may tarixlərində Bakı Müvəqqəti İnqilav Komitəsinin xələfi və Bakı şəhərinin yeni yerli qanunverici orqanı Bakı Fəhlə, Əsgər və Matroslar Sovetinə, qısaca Bakı Sovetinə seçkilər keçirildi. I çağırış Bakı Sovetinin ilk sessiyası 13 iyun 1920-ci ildə keçirilmişdir. Həmin iclasda Bakı Sovetinin İcraiyyə Komitəsinə üzvlər və sədr seçilmişdir. İclasda Əliheydər Qarayev Bakı Sovetinin İcraiyyə Komitəsinin sədri seçilmişdir. İcraiyyə Komitəsinin sədri seçildikdən sonra Əliheydər Qarayev Aşqabadda dəfn olunmuş 26 Bakı komissarının nəşlərinin Bakıya gətirilməsini təklif etmiş, təklif iştirakçılar tərəfindən dəstəklənmişdir. O, Bakı Soveti İcraiyyə Komitəsinin sədri kimi oktyabrın 31-də Azərbaycan Müvəqqəti İnqilab Komitəsi tərəfindən hazırlanmış 1908-ci ildə fəaliyyətə başlamış "Kurinskaya Voda" müəssisəsinin milliləşdirilməsi və müəssisənin idarə olunmasının Bakı Sovetinin su təchizatı idarəsinə verilməsi haqqında dekreyini imzalayanlardan biri idi.
SSRİ Ali Soveti
SSRİ Ali Soveti (rus. Верхо́вный Сове́т СССР) — 1936–1989-cu illərdə SSRİ-nin konstitusiya ilə birbaşa, bərabər və gizli seçilən ali hakimiyyət orqanı. 1989–1991-ci illərdə SSRİ xalq deputatları qurultayı vasitəsilə seçilən daimi fəaliyyət göstərən parlamenti. İki bərabərhüquqlu palatadan — İttifaq Sovetindən və Millətlər Sovetindən ibarət idi. 1936-cı il SSRİ Konstitusiyasına görə səlahiyyət müddəti 4 il, 1977-ci il SSRİ Konstitusiyasına görə isə 5 il idi. 1977-ci il SSRİ Konstitusiyasına görə müttəfiq respublikalar əhali sayından asılı oımayaraq hər biri 750 yerlik Millətlər Sovetində 32 yerə malik idilər. Muxtar respublikalar, muxtar vilayətlər və muxtar dairələr müvafiq olaraq 11, 5 və 1 yerə malik idilər. İttifaq Sovetində isə 750 yerlik palataya əhali sayına görə deputat seçilirdi.
SSRİ Nazirlər Soveti
SSRİ Nazirlər Soveti — 1946—1990-cı illərdə SSRİ-nin ali dövlət icra orqanı, hökuməti.
Birinci Ümumazərbaycan Sovetlər qurultayı
Birinci Ümum-Azərbaycan Sovetlər qurultayı — Azərbaycan SSR-in dövlət quruculuğunun formalaşdırılması sahəsində mühüm mərhələlərdən biri. == Qurultayın çağrılmasına hazırlıq == 1921-ci ilin yanvarından etibarən sovetlərə seçkilər keçirilməsinə və Birinci Ümum-Azərbaycan Sovetlər qurultayarın çağrılmasına hazırlıq başlandı. Bütünlükdə Azərbaycanda yoxsul komitələrindən sovetlərə keçilməsinə əməkçi kəndlilərin qurultaylarında seçilən kənd və nahiyə sovetlərinin yaradılmasından qəza inqilab komitələrinin ləğvindən və qəza sovetlər qurultaylarında seçilən icraiyyə komitələrinin yaradılmasından başlanmalı idi. Naxçıvan qəzası və Kürdüstan istisna olmaqla, 1921-ci ilin yazından Azərbaycanın bütün qəzalarında sovetlərə seçkilərin təşkili və keçirilməsi kampaniyası genişlənir. Ümum-Azərbaycan Sovetlər qurultayının çağırılması üzrə komissiya yaradıldı. Sovetlərə seçkilər keçirilməsinə kömək göstərmək üçün 1921-ci il yanvarın axırınadək Bakıdan qəzalara 700-dək azərbaycanlı nümayəndə göndərildi. Qəzalardakı (fövqaladə) üçlüklər və beşliklər kənd sovetlərinin təşkilinə kömək edirdilər. Seçkilərdə əməkçi kütlələrin fəal iştirakını təmin etmək məqsədilə bitərəflərin konfransları keçirilirdi. Yerlərdə seçkilərin keçirilməsinə rəhbərlik etmək üçün bütün qəza təşkilatlarına qanun göndərilmişdi. Qanuna əsasən seçki kampaniyası başa çatandan sonra hər bir qəza şəhərində qəza kəndli, fəhlə və əsgər deputatları soveti fəaliyyət göstərməli idi.
Ermənistan SSR Ali Soveti
Ermənistan SSR Ali Soveti — 1938–1990-cı illərdə Ermənistan SSR ərazisində ali dövlət hakimiyyət orqanı. === Çağırışlar === 1. çağırış (1938–1946) 2. çağırış (1947–1950) 3. çağırış (1951–1954) 4. çağırış (1955–1959) 5. çağırış (1959–1962) 6. çağırış (1963–1966) 7. çağırış (1967–1970) 8. çağırış (1971–1974) 9.
Qazaxıstan SSR Ali Soveti
Qazaxıstan SSR Ali Soveti (qaz. Қазақ КСР-нiң Жоғарғы Кеңесi), 16 dekabr 1991-ci ildən bəri Qazaxıstan Respublikası Ali Şurası — ali qanunverici orqan. Beş il müddətinə ümumi, bərabər və birbaşa seçki hüququ ilə seçilir. 360 deputat sayı olan bir otaqdan ibarətdir. 1) Qazaxıstan SSR Ali Sovetinə və yerli Xalq Deputatları Sovetlərinə seçkilər təyin edir; 2) Qazaxıstan SSR Ali Sovetinin sessiyalarını çağırır; 3) Qazaxıstan SSR Ali Sovetinin daimi komissiyalarının fəaliyyətini əlaqələndirir; 4) Qazaxıstan SSR Konstitusiyasına əməl olunmasına nəzarəti həyata keçirir; Qazaxıstan SSR konstitusiyasına və qanunlarına uyğunluğu təmin edir; 5) rayon (şəhər) xalq məhkəmələrinə seçkilər təyin edir; 6) Qazaxıstan SSR qanunlarının şərhini verir; 7) yerli Xalq Deputatları Sovetlərinin fəaliyyətinə rəhbərlik edir; 8) Qazaxıstan SSR inzibati ərazi quruluşu məsələlərinin həlli qaydasını müəyyənləşdirir, sərhədlərini və bölgüsünü müəyyənləşdirir və dəyişdirir; sahələr; rayonları, şəhərləri və şəhər rayonlarını təşkil edir; şəhərlərin tabeliyini qurur; rayonların, şəhərlərin, şəhərlərdəki rayonların, fəhlə qəsəbələrinin və digər yaşayış məntəqələrinin adını dəyişir; 9) ərazi bölgüsünü, şəhərlərdə şəhər və rayonların meydana gəlməsini, şəhərlərin tabeliyində dəyişikliyi, rayonların, şəhərlərin, şəhərlərin rayonların adının dəyişdirilməsini və digər yaşayış məntəqələrinin adlarının dəyişdirilməsini təsdiqləyir; 10) Qazaxıstan SSR Nazirlər Sovetinin, vilayət, şəhər (respublika tabeliyində olan şəhərlər) Xalq Deputatları Sovetlərinin, Xalq Deputatları Sovetlərinin Nazirlər Sovetlərinin qərar və sərəncamlarını qanuna uyğun gəlmədikləri təqdirdə ləğv edir; 11) Qazaxıstan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Diplomu ilə təltif edir; Qazaxıstan SSR-in fəxri adlarını təsis edir və verir; 12) Qazaxıstan SSR vətəndaşlığını qəbul edir; sığınacaq verilməsi məsələsinə qərar verir; 13) Qazaxıstan SSR məhkəmələri tərəfindən məhkum olunmuş vətəndaşları bağışlayır; 14) Qazaxıstan SSR-nin beynəlxalq müqavilələrini təsdiqləyir və ləğv edir; 15) Qazaxıstan SSR-in xarici dövlətlərdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndələrini təyin edir və geri çağırır; 16) ona akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnaməsini və geri çağırılmasını qəbul edir; 17) Qazaxıstan SSR Konstitusiyası və qanunları ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir. Maddə 116. Qazaxıstan SSR Ali Sovetinin Rəyasət Heyəti Ali Sovetin sessiyaları arasındakı dövrdə sonrakı sessiyada təsdiqinə təqdim edilməklə Ali Sovetin sessiyaları arasındakı dövrdə: lazım olduqda Qazaxıstan SSR-in mövcud qanunvericilik aktlarında dəyişikliklər edir ; bölgə və rayon sərhədlərindəki dəyişiklikləri təsdiqləyir; Qazaxıstan SSR Nazirlər Sovetinin təklifi ilə Qazaxıstan SSR nazirliklərini və dövlət komitələrini yaradır və ləğv edir; Qazaxıstan SSR Nazirlər Sovetinin sədrinin tövsiyəsi ilə Qazaxıstan SSR Nazirlər Sovetinin üzvü olan şəxsləri vəzifədən azad edir və təyin edir.
Svetlıy
Svetlı (rus. Светлый) — (1947-ci ilədək — Tsimmerbude, alm. Zimmerbude‎, pol. Buda, lit. Cimerbūdė) — Rusiya Federasiyasının Kalininqrad vilayətində şəhər. [Svetlovsky şəhər rayon] [Svetlovsky Borough]inzibati, biznes və mədəniyyət mərkəzidir. 2635 hektar ərazini əhatə edir. Şimal yerləşən Coast Kaliningrad gəmi kanalı, Svetlı — bələdiyyə sənaye peyk Kaliningrad mərkəzi və regionda ən gənc şəhər. Şəhər sahilində yerləşir Kaliningrad dəniz gəmiçilik kanalı ilə Kaliningrad birləşdirən Baltik dənizi, Kaliningrad 30 km. Svetliy Samland yarımadasında edir.
Svetlı
Svetlı (rus. Светлый) — (1947-ci ilədək — Tsimmerbude, alm. Zimmerbude‎, pol. Buda, lit. Cimerbūdė) — Rusiya Federasiyasının Kalininqrad vilayətində şəhər. [Svetlovsky şəhər rayon] [Svetlovsky Borough]inzibati, biznes və mədəniyyət mərkəzidir. 2635 hektar ərazini əhatə edir. Şimal yerləşən Coast Kaliningrad gəmi kanalı, Svetlı — bələdiyyə sənaye peyk Kaliningrad mərkəzi və regionda ən gənc şəhər. Şəhər sahilində yerləşir Kaliningrad dəniz gəmiçilik kanalı ilə Kaliningrad birləşdirən Baltik dənizi, Kaliningrad 30 km. Svetliy Samland yarımadasında edir.
Naxçıvan MSSR Ali Soveti
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi — Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanı. 1938–1990-cı illərdə Naxçıvan MSSR-in parlamenti Ali Sovet adlanıb. Kommunist partiyasının rəhbərliyi ilə son seçkilər XII çağırış Naxçıvan MSSR Ali Sovetinə 30 sentyabr 1990-cı ildə keçirilmişdir. Həmin seçkilərin keçirilməsi üçün Naxçıvan MSSR-də 110 seçki dairəsi yaradılmışdır. Naxçıvan MSSR Ali Sovetinə 110 deputat seçilmişdir. 17 noyabr 1990-cı il tarixində XII çağırış Naxçıvan MSSR Ali Sovetinin ilk iclasında Ali Sovetin Rəyasət Heyətinin sədri Ali Sovetin 2 nömrəli M. F. Axundov seçki dairəsindən deputatı Heydər Əliyev seçilmişdir. Həmin sessiyada ilk növbədə, "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası"nın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda, Naxçıvan MR Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev muxtar respublikanın Ali Məclisinə sədr seçildi. Azərbaycan Respublikasının Konstitusiyasına görə muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi — parlamenti həyata keçirir.
Naxçıvan MSSR Nazirlər Soveti
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti — Azərbaycan Respublikasının tərkibinə daxil olan Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanı. Naxçıvan Muxtar Respublikası Konstitusiyasından çıxarışlar: Maddə 34. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyəti I. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir. II. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanıdır. III. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabedir və onun qarşısında müntəzəm hesabat verir. Maddə 35. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin statusu Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir. Maddə 36. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibi I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə Naxçıvan Muxtar Respublikasının Baş Naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının nazirləri və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər. II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş Nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.