Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Spinner
Spinner (ing. Fidget spinner) — fırlanan əyləncəli oyuncaq. İstehsalat materiallarından asılı olmayaraq, spinners fırlanma zamanı titrəyir. Spinnerin çəkisi fırlanma həcminə təsir göstərir.
Echinops spiniger
Echinops spiniger (lat. Echinops spiniger) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid biki növü.
Grevillea pinaster
Grevillea pinaster (lat. Grevillea pinaster) — proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü.
Merops apiaster
Qızılı qızlarquşu (lat. Merops apiaster) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin qızlarquşular fəsiləsinin qızlarquşu cinsinə aid heyvan növü. Yayılma arealı Cənubi Avropa, Şimali Afrika və Qərbi Asiyadır.
Pinus pinaster
Dəniz şamı (lat. Pinus pinaster) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Təbii halda Aralıq dənizi nin şərqində və Portuqaliya da yayalmışdır. Ağacın hündürlüyü 30 m-ə qədər, gövdəsinin diametri 40 sm-ə çatır. Gövdəsinin qabığı tünd-qonur rəngli, qalın və qeyri-bərabər çatlıdır. Çətiri yaxşı inkişaf edərək diamteri 6,5 m-ə çatır. Tumurcuqları qırmızı-qonur, qatranlı, uzunsov, yumurtavarı, bizşəkilli, uzunluğu 6-12 mm olmaqla zoğların zirvəsində dəstələrlə yerləşir. İynəyarpaqları göyümtül-yaşıl rəngli, zoğlarda spiral formasında cüt-cüt yerləşir, iynəyarpaq alt tərəfdən hamar, üstdən qabarıq, ucu biz, kənarları xırda dişlidir, uzunluğu 2-8 sm-ə qədərdir. Qozaları 18 sm uzunluqda, yumurtavarı olub, iridir, ağaca xüsusi gözəllik verir. Ağac yaşlandıqca qozaların sayı azalır.
Bad Spenser
Bad Spenser (it. Carlo Vicente Pedersoli); 31 oktyabr 1929[…], Neapol, İtaliya krallığı – 27 iyun 2016[…], Roma) — İtaliya aktyoru, ssenaristi, prodüsseri və musiqiçisi. == Həyatı == Bad Spenser 31 oktyabr 1929-cu ildə İtaliyanın Neapol şəhərində fabrikant ailəsində anadan olmuşdu. 1935-ci ildə birinci sinfə getmişdi. 1937-ci ildə üzgüçülüyə başlamışdı. 1940-cı ildə ailəsi ilə birlikdə Roma şəhərinə köçmüşdü. Bu şəhərdə gimnaziyaya yazılmış və üzgüçülük bölməsinə qeyd olunmuşdu. Bad Spenser 17 iyun 2016-cı ildə vəfat edib.
Diana Spenser
Ledi Diana Spenser və ya Ledi Di (ing. Lady Diana Spencer, ing. Diana, Princess of Wales; 1 iyul 1961[…], Sandrinqem[d], Norfolk qraflığı – 31 avqust 1997[…], Parisin 13-cü dairəsi[d]) — Uels şahzadəsi, III Çarlzın birinci həyat yoldaşı. == Həyatı == Diana Spenser 1961-ci il iyul ayının 1-i Norfolkda zadəgan ailəsində dünyaya gəlib. Spenserlər bir neçə nəsillər boyu Kral Ailəsi ilə sıx bağlı olmuşdur. Diana doğulanadək Spenserlər, ailə xəttinin davam etməsi üçün oğlan övladına ümid bəsləyirdilər. Diana Müqəddəs Mariya Maqdalena Kilsəsində, Sandringhemdə vaftiz (xaç suyuna salınma) edilmişdi. Diana ailənin beş uşağından dördüncüsü idi. Diananın üç bacı-qardaşı var idi: Sara, Ceyn və Çarlz. Onun Con adlı körpə qardaşı da vardı, lakin o Diana doğulmamışdan bir il əvvəl vəfat etmişdi.
Herbert Spenser
Herbert Spenser (ing. Herbert Spencer; 27 aprel 1820[…], Derbi, Derbişir[d][…] – 8 dekabr 1903[…], Brayton, Şərqi Susseks qraflığı[d][…]) – ingilis filosofu və sosioloqu. İngiltərədə sosiologiyanın əsasını qoyanlardan biridir. Pozitivizimin təşəkkülündə əvəzsiz rolu olmuşdur. == Həyatı == Məşhur ingilis filosof və sosioloqu Herbert Spenser, 1820-ci ildə Derbidə (Derbişir qraflığı) doğulmuşdur. Atası Corc Anqlikan məzhəbi ilə əlaqəli bir məktəbdə müəllim idi. Atası da daxil olmaqla bir çox ailə üzvü müəllim olan Spenser qırx yaşına qədər heç bir təhsil almamışdır. Kembircdə təhsil almaq təklifindən imtina etmişdir. Təəccüblü bir qürürla "Nə uşaqlığımda, nə də gəncliyimdə heç bir dənə də İngilis dili dərsi almamışam, indiyə kimi qrammatika mövzusunda heç bir biliyim yoxdur" demişdir. Sistemli təhsil almamasına, oxumağı çox sevməməsinə baxmayaraq bir çox elm sahəsində minlərlə fikir ortaya qoymuş, və təkamül nəzəriyyəsində Çarlz Darvinin bir nömrəli rəqibi olmuşdur.
Oktavia Spenser
Oktavia Spenser — ABŞ-lı aktrisa və yazıçı.1970-ci ilin may ayında anadan olmuşdur.
Spenser Treysi
Spenser Treysi (ing. Spencer Tracy, 5 aprel 1900 - 10 iyun 1967) - Amerika aktyoru.
Spenser Tunik
Spenser Tunik (ing. Spencer Tunick; d. 1 yanvar 1967) — yəhudi əsilli ABŞ fotoqrafı.
Spenser körfəzi
Spenser körfəzi (ing. Spencer Gulf) – Avstraliya qitəsi sahillərində, Cənubi Avstraliya ştatında, Böyük Avstraliya körfəzindən yuxarıda yerləşən körfəz. Körfəzin ən uzun hissəsi 320 km, ən enli hissəsi isə 129 km-dir. Körfəzin qərb sahilində Eyr yarımadası, şərq hissəsində isə onu Müqəddəs Vinsent körfəzindən ayıran York yarımadası yerləşir. Körfəzi Böyük Avstralia körfəzindən ayıran şərti sərhəd Matteu Flinders tərəfindən Eyr yarımadasındakı Keyp ucqarından York yarımadasındakı Keyp Spenserə qədər uzanan xətt müəyyən edilmişdir. Körfəzin sahillərində yerləşən ən böyük şəhərlər Port Linkoln, Uaylla, Port Payri və Port Avqustdur. == Tarix == Körfəz Matteu Flinders tərəfindən 20 mart 1802-ci ildə Uels şahzadəsi Diananın əcdadı Corc Con Spenserin (İkinci Örl Spenser) şərəfinə adlandırılmışdır.
Harold Pinter
Harold Pinter (ing. Harold Pinter; 10 oktyabr 1930[…], London, Birləşmiş Krallıq – 24 dekabr 2008[…], London, Birləşmiş Krallıq) — ingilis dramaturq, şair, rejissor, aktyor, ictimai xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2005). == Həyatı == Harold Pinter yəhudi əsilli ingilis dramaturqu, şair, ssenariçi, aktyor, rejissor və ictimai xadimdir. Artıq uzun illərdir ki, London universiteti yanındakı Dram və səhnə danışığı məktəbinə rəhbərlik edir. Britaniya paytaxtında orta təbəqəyə mənsub ailədə doğulmuşdur. Baba-nənələrinin üçü Polşa, biri isə Odessa yəhudisi idi. Harold Pinter 1948-ci ildə Kral Dramatik Sənət Akademiyasına daxil olsa da, təhsilini başa vurmamışdı. Hələ məktəbdə oxuyarkən həvəskar tamaşalarda iştirak etməyə başlamışdı. 50-ci illərin əvvəllərində poeziyaya daha çox meyl göstərmiş, eyni zamanda irland teatr truppasının aktyoru olmuşdu. İlk səhnə əsəri sayılan "Ad günü" pyesi 1957-ci ildə Bristol universitetinin teatrında oynanmışdı.
Sister (mahnı)
Sister (azərb. Bacı‎) — Almaniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.S!sters dueti "Sister" mahnısı ilə Almaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı 2018 Avroviziya Mahnı Müsabiqəsində İsveçrəni təmsil edən "Stones" mahnısının bəstəkarı Laurell Barker və alman bəstəkarları Marin Kaltenbaxer, Tom Oyler, Tomas Stenqaard tərəfindən bəstələnmişdir.
Superfly Sister
Blood on the Dance Floor: HIStory in the Mix — Maykl Ceksonun albomu. == Xarici keçidlər == George, Nelson (2004). Michael Jackson: The Ultimate Collection booklet. Sony BMG. Guinness World Records. Guinness World Records 2004. Guinness. 2003. ISBN 1-892051-20-6. Jones, Jel. Michael Jackson, the King of Pop: The Big Picture : the Music!
Ramil Quliyev (sprinter)
Ramil Quliyev (tam adı: azərb. Ramil Eldar oğlu Quliyev, tür. Ramil Eldar oğlu Guliyev; d. 29 may 1990; Bakı, Azərbaycan SSR) — Azərbaycan əsilli Türkiyəni təmsil edən yüngül atlet (sprinter). Ramil Quliyev, 2007-2011-ci illərdə Azərbaycan yığmasının, 2011-ci ildən isə Türkiyə yığmasının üzvüdür. 2017-ci ildə London şəhərində baş tutan Dünya Çempionatında, 200 metr məsafəyə qaçış yarışlarında 20.09 saniyə nəticə ilə qızıl medal qazanan Ramil Quliyev, Dünya çempionu olan birinci Türkiyə idmançısı kimi tarixə düşüb. Ramil Quliyev həmdə, 2016-cı ildə Amsterdam şəhərində baş tutan Avropa Çempionatında gümüş medala layiq görülüb. O, Azərbaycanı 2008 Pekin Olimpiadasında, Türkiyəni isə 2016 Rio-de-Janeyro Olimpiadasında təmsil edib. Ramil Quliyev həmçinin, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 qızıl və 1 gümüş medal, 2013-cü ildə baş tutan Aralıq dənizi Oyunlarında 2 gümüş medal, 2007-ci ildə baş tutan Avropa Gənclər Olimpiya Festivalında isə 1 qızıl və 1 bürünc medal qazanıb. Ramil Quliyev, 200 metr məsafəyə qaçış yarışlarında dünyanın ən güclü ağ dərili idmançısı hesab olunur.
Spenser (İspaniya futbolçusu)
Enrike Qomez Munoz (isp. Enrique Gómez Muñoz) və ya Spenser (isp. Spencer; 20 iyul 1898, Sevilya – 14 mart 1926) — hücumçu mövqeyində çıxış etmiş İspaniya futbolçusu. == Klub karyerası == İspaniyanın Sevilya şəhərində anadan olan Spenser 1913-cü ildə, 15 yaşında doğma klubu "Sevilya FK"-ya qoşulmuşdur. O, karyerasının böyük əksəriyyətini burada keçirmişdir. Spenser diqqətini dərslərə cəmləməsi üçün futbol oynamağı dayandırmasını istəyən atasını yanıltmaq üçün bu ləqəblə oyun keçirmişdir. Spenser hərbi xidmətini yerinə yetirmək üçün Ovyedo şəhərinə köçürüldükdən sonra "Real Ovyedo FK"-da çıxış etmişdir. == Vəfatı == Spenser apandisit cərrahiyyəsi zamanı yaranan fəsadlar səbəbindən 14 mart 1926-cı ildə, 27 yaşında vəfat etmişdir. Həmin gün "Sevilya"nın həmin il İspaniya Kral Kubokunda "Real Madrid FK"-nı qarşıladığı ev oyunundan əvvəl bir dəqiqəlik sükutla yad edilmişdir. Oyundan sonra hər iki komandanın oyunçuları onun tabutunu minlərlə azarkeşin iştirakı ilə qəbiristanlığa aparmışdır.