SISTER

n 1. bacı; full ~ doğma bacı; 2. tibb bacısı; 3. amer. qadınlara müraciət forması

SISSY
SISTER-IN-LAW
OBASTAN VİKİ
Sister (mahnı)
Sister (azərb. Bacı‎) — Almaniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. S!sters dueti "Sister" mahnısı ilə Almaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı 2018 Avroviziya Mahnı Müsabiqəsində İsveçrəni təmsil edən "Stones" mahnısının bəstəkarı Laurell Barker və alman bəstəkarları Marin Kaltenbaxer, Tom Oyler, Tomas Stenqaard tərəfindən bəstələnmişdir.
Superfly Sister
Blood on the Dance Floor: HIStory in the Mix — Maykl Ceksonun albomu. George, Nelson (2004). Michael Jackson: The Ultimate Collection booklet. Sony BMG. Guinness World Records. Guinness World Records 2004. Guinness. 2003. ISBN 1-892051-20-6. Jones, Jel. Michael Jackson, the King of Pop: The Big Picture : the Music!
Bazilika sisterni
Yerebatan sərnici və ya Bazilika sisterni (yunan. Βασιλική Κινστέρναı, türk. Yerebatan sarnıcı və ya Yerebatan sarayı) — Bizans dövrünə aid iri yeraltı su anbarı. İstanbulun (Konstantinopolun) mərkəzində, Sultanahmet rayonunda, Aya Sofya məscidi (Müqəddəs Sofiya kilsəsi) ilə üzbəüz, onun 150 metr cənub-qərbində yerləşir. "Sistern" sözü yunancadan "su anbarı" kimi tərcümə edilir. 2013-cü ilə olan məlumata görə, İstanbulda 40-dan çox belə sistern aşkar edilmişdir. == Sistern Bizans dövründə == Bazilika sisternində quraqlıq və ya mühasirə halları üçün şəhərin su ehtiyatı saxlanırdı Bu sisternə su şəhərdən 19 km şimalda yerləşən Belqrad meşəsindəki bulaqlardan akveduklar (o cümlədən, Valent akveduku) və su kəməri vasitəsilə çatdırılırdı. Bazilika adı sisternin yerləşdiyi yerin adından qalmışdır. Bu yerdə Konstantinopolun Birinci təpəsində, Stoa Basilica adlı meydan yerləşdirdi.Orada əvvəlcə bir Bazilika olduğundan su anbarı da bu adı almışdır. Sisternin tikintisinə imperator Konstantinin hakimiyyəti dövründə (306–337-ci illər) başlanmış və imperator I Yustinianın hakimiyyəti dövründə, 532-ci ildə başa çatdırılmışdır.
Sistern
Sistern — maye və səpələnən materialları saxlamaq və daşımaq üçün qapalı tutum. Yerləşdirilməsinə görə yeraltı, yarı yeraltı və yerüstü növləri var. Dəmiryol sisterni silindrik formalı qaynaqlanmış metal rezervuardan ibarət vaqondur. Mayeni boşaltmaq üçün xüsusi axıdıcı qurğu ilə təchiz edilir.
Sisteron
Sisteron (fr. Sisteron, oks. Sisteron) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sisteron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04209. 2008-ci ildə əhalinin sayı 7326 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Moki sisterni
Moki sisterni (yun. κινστέρνη τοῦ Μωκίου) və ya Altımərmər çuxurbostanı (türk. Altımermer Çukurbostanı) — Konstantinopol şəhərində inşa edilmiş ən böyük Bizans açıq hava su anbarı. Konstantinopolun on ikinci bölgəsində yerləşən bu sisternin tikintisi imperator I Anastasinin (491 518) dövründə baş tutmuşdur. Adı su anbarının cənub-qərb küncündə yerləşən müqəddəs Amfipollu Mokiyə həsr olunmuş mühüm kilsədən gəlmişdir. Şəhərin ilkin quru sərhədini təşkil edən Konstantin divarının bir qədər kənarında yerləşən sistern keçmiş və V əsrə aid Feodosiya divarları arasında ucaldılmış yeni məhəllələri su ilə təmin etmək üçün tikilmişdir. 1453-cü il Osmanlı fəthindən sonra, təxminən 1540-cı ildə su anbarının boş olduğunu müşahidə edilmişdir. Osmanlı dövründə tikili tərəvəz bağçası kimi istifadə edilmiş, XX əsrin sonlarına qədər bu məqsədlə istifadə edilmişdir. 2014-cü ildən etibarən ərazi Fateh rayonu "Təhsil parkı" kimi istifadə olunur. Mamboury, Ernest.
Sisters qardaşları
Sisters qardaşları (ing. The Sisters Brothers ) — rejissor Jak Odiar tərəfindən çəkilmiş vestern filmidir. Filmin ssenarisi Patrik Devitin eyni adlı romanı əsasında yazılmışdır. Filmin premyerası 2018-ci il sentyabr ayının 2-də 75-ci Venesiya Film Festivalında baş tutmuşdur.