Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Redinq
Redinq — Böyük Britaniyada, İngiltərədə şəhər.
Milton Sperlinq
Milton Sperlinq (ing. Milton Sperling) — Amerika kino prodüseri. Milton Sperlinq Nyu-York şəhər kollecini bitirdikdən sonra kino sahəsinə üz tutur və Paramountda klerk kimi çalışmağa başlayır. 1931-ci ildə məşhur Warner Bros. kino şirkətində Deril F. Zanuk və Hel Uallisin yanında katib işləyir. Bir qədər sonra Sperlinq, Edvard Smollun yanında assistent kimi müstəqil filmlərdə çalışır. Zanuk 20th Century Fox-da Milton Sperlinqi işə götürür. 20th Century Fox-da olan səmərəli fəaliyyəti zamanı Milton 1936-cı ildə Harri Uornerin (ing. Harry Warner) qızı Betti Uornerlə tanış olur. Onlar 1939-cu ildə ailə həyatı qururlar.
Kəpənək spredi
Redinq Muzeyi
Redinq Muzeyi — İngiltərənin Berkşir qraflığının Redinq şəhərində tarixi muzey. Muzey Redinqin tarixini təsvir edən qalereyaları, qazıntılar zamanı aşkar edilmiş artefaktları və digər kolleksiyaları ehtiva edir. Muzeyin fasadı 1875-ci ildə Alfred Uaterhous tərəfindən layihələndirilsə də, bina 1786–1897-ci illər arasında bir neçə mərhələyə tikilmişdir. 1879-cu ildə kitabxana və muzeyin yerləşdiyi yeni qanadın təməli qoyuldu və muzey 1883-cü ildə açıldı. 1897-ci ildə muzey daha da genişləndi və yeni qalereyalar əlavə edildi. Muzey 1989-cu ildə təmir üçün bağlandı və 1993-cü ildən 2000-ci ilə qədər mərhələlərlə açıldı. Qalereyada VI-cı əsr, Saksonların yaşadəğı dövrə aid eksponatlar nümayiş etdirilir. Redinq Abbatlığına xüsusi diqqət yetirilir. Qalereyada yaxınlıqdakı Silçester şəhərində aparılan qazıntılardan əldə edilən çoxlu arxeoloji tapıntılar, eləcə də Roma şəhərinin həyatına dair izahlı modellər və digər məlumatlar nümayiş etdirilir. Qalereyaya bürünc Silçester Qartalı daxildir.
Spaldinq Müharibə Memorialı
Spaldinq Müharibə Memorialı — İngiltərənin şərqində yerləşən Linkolnşir, Spaldinqdəki Ayskofi Zalında Birinci Dünya Müharibəsi memorialıdır. Memar Ser Edvin Lütyens tərəfindən dizayn edilmişdir. Spaldinqdən müharibədə ölənlərin xatirəsinə memorial ucaldılması təklifini 1918-ci ilin yanvarında Barbara Maklaren etmişdir. Onun bölgə parlamentinin üzvü olan həyat yoldaşı da müharibə zamanı hava qəzasında öldürülmüşdü. Barbara mövcud ailə əlaqələri vasitəsiylə Lütyenslə təmas qurdu və memar ortasında xaç olacaq, dairəvi hovuzla əhatələnən memorial monastır üçün layihə hazırladı. Memorial yerli bölgə şurasının sahib olduğu rəsmi Akskofi bağçalarında inşa edilməli idi. Barbara bu təklifi şuraya bildirdiyi zaman icma daxilində ciddi müzakirələrə səbəb oldu və çoxlu sayda müxtəlif planlar təklid edildi. 1919-cu ildə reallaşan ictimai yığıncaqdan sonra Barbaranın təklifinin kiçildilmiş versiyası qəsəbənin taxıl mübadilə binasında bir saatla birlikdə üstün tutulan seçim kimi formalaşdı. Memorialın hazırlanmasına ümumi 3.500£ lazım idi. Barbara və qayınatası bu məbləğın 1.000£-u qarşıladı, onun qayını isə bir cüt rənglənmiş daş bayraqlar bağışladı.
Spreng.
Kurt Sprengel; Kurt Şprengel (alm. Kurt Polykarp Joachim Sprengel‎; 3 avqust 1766 — 15 mart 1833) — alman botaniki, həkim və filoloq.
Eduard Şperlinq
Eduard Şperlinq (alm. Eduard Sperling‎; 29 noyabr 1902, Dortmund, Prussiya – 25 fevral 1985, Dortmund, Şimali Reyn-Vestfaliya) — alman Yunan-Roma güləşçisi, Olimpiya Oyunlarının mükafatçısı, Avropa çempionu. == Həyatı == 1902-ci ildə Hamm şəhərində anadan olmuşdur. Öncə boksla məşğul olurdu, amma sonra güləşə keçdi. 1925—1928-ci illərdə Nürnberqdə yaşayanda məşhur Karl Döppelin rəhbərliyi altında məşq edirdi. 1926-cı ildə Almaniya çempionatında 2-ci yeri tutdu. 1927-ci ildə Almaniya və Avropa çempionu oldu. 1928-ci ildə Amsterdam Olimpiya Oyunlarında gümüş medalı qazandı. 1929-cu ildə yenidən Avropa çempionu oldu. 1930-cu ildə Avropa çempionatında 4-cü yeri tutdu.
Fate/stay night: Heaven's Feel III. spring song
Fate/stay night: Heaven's Feel III. spring song (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi III. bahar mahnısı‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2020-ci ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının üçüncü və sonuncu filmidir. Əvvəlki filmlərdə Müqəddəs qədəh döyüşündən kənar qalan Şiro Emiya Müqəddəs qədəhin bir parçası olduğu məlum olan və qaranlıq tərəfini üzə çıxaran Sakura Matonu xilas etməyə çalışır. Filmin Yaponiyada premyerası 28 mart 2020-ci ildə planlaşdırılsa da, koronavirus pandemiyasına görə 15 avqust 2020-ci ildə baş tutmuşdur.