Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Staritsa
Staritsa — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Planitsa
Planitsa (Slovencə tələffüz: [plaˈnìːtsa]) — Sloveniyanın şimal-qərbində, Rateke sərhəd kəndindən cənuba uzanan Alp vadisidir. Daha cənubda, dərə Triqlav Milli Parkında populyar bir gəzinti yeri olan Tamar Vadisinə qədər uzanır. Planica xizəklə atlayış ilə məşhurdur. İlk belə təpə 1930-cu ildən əvvəl Ponca dağının yamacında qurulub. 1933-cü ildə İvan Rozman xizəklə atlayış idman növünü yaradan Stanko Bloudekin şərəfinə "Bloudek nəhəngi" adlanan daha böyük bir təpə tikdi. 100 metrdən yuxarı ilk xizək atlamasına burada, 1936-cı ildə Avstriyalı Sepp Bradl nail oldu. O dövrdə bu vadi dünyanın ən böyük atlayış təpəsi idi.
Skalitsa
Skalitsa (slovak. Skalica, alm. Skalitz‎, mac. Szakolca) — Slovakiyanın qərbində, Çexiya ilə sərhəddə yerləşən kiçik bir şəhər. Əhalisi 15 min nəfərə yaxındır. Şəhər Zaqorye bölgəsinin mərkəzi sayılır. Skalitsa ətrafında ilk insan məskənləri hələ neolit dövründə, E.Ə. 4000 min il əvvəl yaranmışdı. Daha sonralar şəhər Böyük Morav dövlətinin tərkibinə daxil olur, lakin tarixi mənbələrdə şəhərin adı yalnız 1218-ci ildə artıq Macar krallığının tərkibində qeyd olunur. 1372-ci ildə macar kralı I Lüdovik şəhərə azad kral şəhər hüququ vermişdi, bu da Senitsada şəhər divarlarının inşa edilməsinə yardım etmişdi. Şəhərin sonralar Lüksemburq Sigizmund tərəfindən qayğısı nəticəsində Skalitsa Macar krallığının mühüm ticarət mərkəzinə çevrilir.
Senitsa
Senitsa (slovak. Senica, alm. Senitz‎, mac. Szenice) — Slovakiyanın qərbində, Trnava bölgəsində şəhər. Əhalisi 23 700 nəfərdir (2004-cü il). Şəhər Zahorska dağ yamaclarının şimalında, Miyava çayının sahilində yerləşir. Slovaklar – 94,60 %Çexlər – 1,56 %Qaraçılar – 0,84 %Macarlar – 0,14 %digərləri roma-katolikləri – 47,28 %ateistlər – 31,18 %yevangelik kilsə v.d. – 17,03 %yunan-katolikləri – 0,29 %pravoslavlar – 0,11 %digərləri Vlado Adásek – Slovakiyalı rejissor və ssenari müəllifi. Jozef Bossanyi – tanınmış slovak tarixçisi, dilçi və təbiyətşünası Vladimír Fajnor – (1875 – 1952), siyasətçi Jozef Kvetoslav Holub – slovak pedaqoqu Viliam Pauliny-Tóth – slovak siyasətçisi, belletris və publisisti.
Skalitsa MFK
Skalitsa MFK — Skalitsa şəhərini təmsil edən Slovakiya futbol komandasıdır. Klub 1920-ci ildə təsis edilmişdir. Hal-hazırda klub Slovakiyanın ən yüksək peşəkar liqası olan Fortuna Liqasında mübarizə aparır. Klub öz ev oyunlarını Mestski Skalitsa stadionunda keçirir. 1920-1945 SK Skalitsa kimi yaradılmışdır. 1945-1953 Sokol Tekla Skalitsa kimi dəyişdirilmişdir. 1953-1963 DSO Tatran Skalitsa kimi dəyişdirilmişdir. 1963-1990 TJ ZVL Skalitsa kimi dəyişdirilmişdir. 1990-2006 Sportivi klub SK Skalitsa kimi dəyişdirilmişdir. 2006-indiyə kimi Skalitsa MFK kimi dəyişdirilmişdir.
Tanişa Mukherci
Tanişa Mukherci (1 yanvar 1978)— hind aktrisası və modeli. Aktrisa, produserdir. 1 yanvar 1978-ci ildə Mumbay şəhərində anadan olmuşdur. Bacısı tanınmış aktrisa Kacol Mukhercidir. Tanişa– hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Subaydır.