Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stripe
Stripe — San-Fransisko yerləşən Amerika texnologiya şirkətidir. Onun iş prinsipi fərdi şəxslərə və müəssisələrə İnternet üzərindən ödənişlər etmək və qəbul etmək imkanı verir .
The White Stripes
The White Stripes – 1997-ci ildə ABŞ-nin Detroyt ştatında qurulmuş rok duosu. Qrup Cek Vayt (bəstəkar, vokal, gitara, piano və mandolin) və Meq Vaytdan (zərb alətləri və vokal) ibarət idi. Detroyt musiqi səhnəsində bir neçə sinql və üç albom buraxdıqdan sonra, The White Stripes 2002-ci ildə qaraj rokunun canlanması səhnəsinin bir hissəsi kimi məşhurlaşdı. Onların uğurlu təqdirəlayiq albomları "White Blood Cells" və "Elephant" ABŞ və Böyük Britaniyada müxtəlif media orqanlarının diqqətini çəkdi. "Seven Nation Army" adlı sinqlları onların ən tanınan mahnılarından biri oldu. Qrup 2005-ci ildə Get Behind Me Satan və 2007-ci ildə Icky Thump adlı daha iki albom yazdı və səsyazmada uzun fasilədən sonra 2011-ci ildə dağıldı.
Counter-Strike
Counter-Strike (qısa. — CS; ingiliscədə tərcümədən "Əkszərbə") — GoldSource mühərrikində hazırlanmış, birinci üzdən şuter janrında olan komandalı kompüter oyunudur. Half-Life üçün mod kimi yaradılmışdır. Hal-hazırda bir neçə oyun seriyası mövcuddur — Counter-Strike 1.6 (mutipleyer), Counter Strike: Condition Zero (tək tapşırıqla multipleyer), Condition Zero: Deleted Scenes (sinqpleyer) və yeni mühərrik, Source-da hazırlanmış Counter-Strike: Source Oyun teroristler(Terrorists) və terrorla mübarizə qrupu (Counter-Terrorists) olmaq üzrə iki komanda/dəstə olaraq dövrələr halında oynanmaqdadır. Hər dövrə başında komanda/dəstələr əvvəlki dövrəki müvəffəqiyyətlərinə görə qazandıqları pul ilə özlərinə silah götürərlər. İqtisadiyyat sistemini bu şəkildə tətbiq edən ilk oyun olmuşdur. Qruplara xüsusi silahların da tapılmasına baxmayaraq ümumi istifadəyə açıq silahlar əksəriyyətdədir. Hər oyunçu 800 Dollar ilə başlar və hər dövr başına bu miqdar artar. Qazanan qrupun artım miqdarı daha çox olmaqla birlikdə, xüsusi bəzi vəziyyətlərdə adamın pulu da arta bilməkdədir (Məsələn rəqib oyunçunu öldürmək 300 Dollar qazandırar). Qarşı komanda/dəstənin bütün oyunçuları öldürüldüyündə və ya vəzifə tamamlandığı təqdirdə dövr nəticələnər və yeni oyun başlar.
Meril Strip
Meril Strip (ing. Mary Louise "Meryl" Streep, 22 iyun 1949) — ABŞ aktrisası. == Həyatı == Meryl Streep 22 iyun, 1949-cu ildə ABŞ-nin Nyu-Cersi ştatında dünyaya göz açmışdır. Atası Harry Streep dərman şirkəti direktoru, anası Mary Streep isə isveç, irland və ingilis qarışığı reklam ulduzu idi. Meryl atasının əcdadlarının Hollandiyadan gəldiyini demişdir, hətta ailəsinin əsl soyadı Messerschnitz olub, sonradan Streep`ə çevrilib. Aktrisanın uşaqlığı elə doğulduğu ştatda- Nyu-Cersidə keçib. Vassar kollecində teatr dərsləri alıb və bu kollecdən məzun olduqdan sonra Yale Universitetinin Teatr fakutləsində təhsilini davam etdirir. Rol aldığı ilk film 1977-ci ildə çəkilən "Julia" filmi oldu. Kiçik, lakin vacib bir rola yiyələnmişdi. İkinci rol aldığı film isə 1978-ci il istehsalı olan "Maral ovçusu" (The Deer Hunter) filmi oldu.
Las-Veqas Strip gülləbaranı (2017)
Las-Veqas Strip gülləbaranı , Paradays, Nevadadakı Las-Veqas Stripdə təşkil olunan dördüncü "Route 91 Harvest" Kantri musiqi festivalında baş vermiş silahlı hücum. Müğənni Ceyson Oldinin bitməkdə olan performansı sırasında Mandalay Bay hotelinin 32-ci mərtəbəsindəki bir nişançı, Las-Veqas bulvarında toplaşan musiqi festivalı iştirakçılarına atəş açıb. Hadisəni törədən şəxsin Meskit, Nevadada yaşayan 64 yaşındakı Stiven Kreyq Peddok olduğu aydın olub və qatil, hadisə yerində intihar etmiş şəkildə tapılıb. Ən azı 60 nəfərin ölümü və 527 nəfərin yaralanması ilə ABŞ tarixinin ən ölümcül hücumu oldu.
McDonnell Douglas F-15E Strike Eagle
McDonnell Douglas F-15E Strike Eagle McDonnell Douglas F-15 Eagle döyüş təyyarəsi əsasında ABŞ tərəfindən istehsal olunan çoxməqsədli qırıcıdır. F-15E 1980-ci illərdə düşmənin nəzarəti altında olan ərazilərin dərinliklərində radioelektron mübarizə təyyarələrinin müşayiəti olmadan uçuşlar həyata keçirmək məqsədilə dizayn olunmuşdur. ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-15E qırıcıları bu qurumun arsenalında olan digər təyyarələrlə müqayisədə daha tünd rəngli hava kamuflajına və konformal yanacaq çənlərinə sahibdir. F-15E qırıcıları indiyə qədər İraq, Əfqanıstan, Suriya və Liviyada baş tutmuş döyüş əməliyyatlarında istifadə olunmuşdur. Həmin əməliyyatlar zamanı bu döyüş təyyarələri düşmənin dərinlikdə yerləşən vacib hədəflərinin məhv edilməsi, hava patrulunun təşkil olunması və koalisiya qoşunları üçün yaxın hava dəstəyi məqsədilə istifadə olunub. F-15E sonradan bəzi xarici ölkələrə də ixrac olunmuşdur.
Script
Skriptləşdirmə dili - hər hansı proqramın bir və ya bir neçə hissəsini idarə etməyə imkan verən proqramlaşdırma dilidir. Skript müəyyən proqramlarla yerinə yetirilən bir proqram hissəsidir. Skriptin proqramdan əsas fərqi, kompilyasiya olunmadan istifadə olunmasıdır. Skriptləşdirmə dillərinin müxtəlif tipləri vardır.
Sprite
Sprite (azərb. Sprayt‎) - qazlı alkoqolsuz içkidir. The Coca-Cola Company tərəfindən 1961-ci ildən ABŞ-də istehsal olunur. "Sprayt" sözü balaca elf olan "Sprayt-Boy" personajından götürülüb. İlk dəfə "7 Up" içkisinə rəqabət olaraq hazırlanmışdır. Hal-hazırda bu alkoqolsuz içki dünyanın 190-dan çox ölkəsində istehsal olunur.
Striges
Bayquşkimilər (lat. Strigiformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Bədəninin uzunluğu 17—74 sm, açılmış vəziyyətdə qanadlarının uzunluğu 40 sm—1,8 m, kütləsi 50 q—3,25 kq-dır. Əsasən, kecə həyatı keçirir. Yırtıçıdır. Dimdiyi qarmaqşəkilli, ayaqları qüvvətli, çaynaqları əyri və iridir. Səssiz uçur. Düzənlik, dağ, meşə, çöl və səhralarda yaşayır. Koğuş, qaya yarığı, xarabalıq və s. yerlərdə yuvalayır.
Strix
Yapalaqca (lat. Strix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
SuRie
Suzanna Mari Kork (ing. Susanna Marie Cork) və ya səhnə adı ilə SuRie — Britaniya müğənnisi və bəstəkarı. O, "Storm" mahnısı ilə Böyük Britaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyat və karyerası == SuRie Londonda yerləşən Kraliyyət Musiqi Akademiyasında təhsil almışdır. Piano və qoboyda ifa edə bilir. O, peşəkar səviyyədə vokal dərsləri almış və 12 yaşından mahnı yazmağa başlamışdır. O, hal-hazırda Mountview Teatr İncəsənəti Akademiyasında müəllimə kimi fəaliyyət göstərir. SuRie kiçik yaşlarında Uels şahzadəsi Çarlzın qarşısında çıxış etmişdir. O, həm də Vill Yanq və Coldplay qrupunun solisti Kris Martinin dəstək vokalçısı olmuşdur. == Avroviziya Mahnı Müsabiqəsi == SuRie BBC telekanalının Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və ifa etdiyi "Storm" mahnısı ilə yarışmada qalib gələrək, Böyük Britaniyanı Avroviziya 2018-də təmsil etmək hüququnu qazanmışdır.SuRie daha öncə 2015-ci ildə Belçika təmsilçisi Loik Notteni və 2017-ci ildə isə yenə də Belçikanı müsabiqədə təmsil edən Blanşı səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir.Böyük Britaniya Böyük Beşlik ölkələrindən biri olduğu üçün SuRie 12 may tarixində keçirilən Avroviziya finalından mübarizəyə qoşulmuşdur.
Alessandro Strico
Alessandro Strico (kiçik) — italyan librettoçu, bəstəkar Alessandro Striconun oğlu.
Bulbophyllum sterile
Bulbophyllum sterile (lat. Bulbophyllum sterile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Saytlararası skript
Saytlararası skript (ing. Cross-site scripting) – veb sistemlərinə hücum növlərindən biri. Veb-səhifəyə zərərli kodun yerləşdirilməsinə və bu kodun bədniyyətlinin veb-serveri ilə qarşılıqlı əlaqəsindən ibarətdir (zərərli kod veb-səhifəni açan istifadəçinin kompüterində yerinə yetirilir). Zərərli kodu veb-serverdə olan boşluqdan və ya istifadəçinin kompüterindəki boşluqdan istifadə etməklə veb-səhifəyə yerləşdirmək olar. XSS hücumlarının dəqiq təsnifatı yoxdur, lakin ekspertlərin çoxu XSS-in ən azı iki növünü fərqləndirirlər: “əks olunmuş XSS” (“reflected XSS”) və “saxlanılan XSS” (“stored XSS”). Termin üçün “XSS” qısaltması kaskad stil cədvəlləri üçün istifadə edilən “CSS” (Cascading Style Sheets) qısaltması ilə səhv salmamaq üçün istifadə edilir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Stripped (mahnı)
Stripped (ingilis dilindən – «Soyunmuş») — Böyük Britaniya elektronik musiqi qrupu olan "Depeche Mode" mahnısı. Mahnı musiqi qrupunun beşinci studiya albomunu olan «Black Celebration» (1986) albomunun baş sinqlıdır və ilk dəfə 10 fevral 1986-cı ildə "Mute Records" vasitəsilə buraxılmışdır. Musiqi qrupunun əsas yazıçısı Martin Qor tərəfindən yazılan «Stripped» "məşum və intriqaçı pop mahnısı" kimi izah edilmişdir. Mahnının instrumentalında müxtəlif səs nümunələri var. Bunların ən diqqət çəkəni olan dayanmış vəziyyətdə olan motosikl mühərrikinin səsi bir az dəyişdirilərək zərb elementi olaraq istifadə edilmişdir. Bu, musiqi qrupunun dalbadal şəkildə "UK Top 20" musiqi çartına daxil olan altıncı sinqlı idi və 15-ci yeri tutmuşdur. Mahnı Almaniya çartlarında dördüncü yeri tutmuş, Finlaniya, İsveç və İsveçrə çartlarında isə ilk onluğa daxil olmuşdur. Almaniya metal musiqi qrupunu olan "Rammstein" 1998-ci ildə mahnının kaver versiyasını "Depeche Mode" üçün nəzərdə tutulmuş «For the Masses» tribüt-albomunun bir parçası kimi buraxmışdır. Mübahisə doğuran bir klipə malik olmasına baxmayaraq, mahnı Almaniya çartlarında on dördüncü yeri tutmuş və "Depeche Mode" musiqi qrupunun üzvləri tərəfindən təriflənmişdir. == Trek siyahısı == Bütün mahnılar «Black Day» (Qor, Uaylder, Miller) istisna olmaqla Martin Qor tərəfindən yazılmışdır.
The Script
The Script — İrlandiyanın məşhur rok qrupu. == Tarixi == Qrup 2001-ci ildə İrlandiyanın paytaxtı Dublində yaradılıb. Qrupun əsas üzvləri solist Denni O'Donohyu, zərbçi Qlen Pauer, elektro gitaraçı Mark Şihandır. Qrupun ikinci dərəcəli üzvləri: bass gitarada Ben Sargeant, klavyedə Rodni Alexandro, digər elektro gitarada "Paul İnder"dir. Qrupun ilk albomu 2008-ci ildə öz adlarını verdiyi "The Script" albomu idi. Bundan sonra daha bir uğurlu albom 2010-ci ildə çıxan "Science & Faith" albomu olub. Artıq bu albom çıxarkən qrup fəaliyyətini ABŞ-də davam etdirirdi. Bu albomun ən gözəl mahnısı ise "For The First Time" adlı romantik mahnı olub. Bu albom çıxdığı vaxt qrupun başçısı Denni O'Donohyu Fransanın məşhur xəbər kanalı olan Euro News kanalına çağırılır və ondan albom haqqında geniş məlumat alınır. Qrupun tarixi ərzində ən böyük uğuru isə sözsüz ki, 2012-ci ilin fevral ayında Avropanın "ən yaxşı rok qrupu" adına layiq görülməsidir.
Beyker-strit
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
Dauninq-strit
Dauninq-strit (ing. Downing Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Londonun kiçik, lakin mühüm əhəmiyyətə malik küçələrindən biri. Burada 200 ildən artıqdır ki, Britaniya baş nazirinin iqamətgahı yerləşir. Küçə 1680-ci ildə onu salmış ingilis siyasi xadimi, diplomat baronet Corc Dauninqin şərəfinə adlandırılmışdır. Hökumət üzvlərinin bütün iqamətgahları küçənin bir tərəfində yerləşir. Yalnız xarici işlər nazirliyi qarşı binada yerləşir. Ev 10-da ənənəyə əsasən xəzinədar birinci lord, indi isə onun əvəzedicisi, baş nazir, ev 11-də isə xəzinədar ikinci lord, hazırda onun əvəzedicisi, maliyyə naziri yaşayır.
Oksford-strit
Oksford-strit (ing. Oxford Street) — inzibati dairə, Vestminster borosunda yerləşən Londonun ən qədim küçələrindən biri. Oksford-strit Avropanın "Roma yolu" küçələrindən olub, XII əsrdə salınmışdır. 1196–1782-ci illərdə küçə Tyburn Street adlanmış, XVII əsrdən etibarən zadəgan Oksfordun şərəfinə adlandırılmışdır.
Strix pratincola
Adi alabayquş (lat. Tyto alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü. Alabayquş cinsinin dünyada daha çox yayılmış növüdür. Ona praktik olaraq Antarktida istisna olmaqla bütün materiklərdə rast gəlmək olur.
Strix rufipes
Strix rufipes (lat. Strix rufipes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaqca cinsinə aid heyvan növü.
Strix scandiaca
Qütb yapalağı (lat. Bubo scandiacus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü. Qütb bayquşu tundrada bayquşkimilər dəsətinin yaşayan ən böyük nümayəndəsidir. Başı dairəvi, gözün qüzehi qişası açıq-sarı rəngdədir. Dişiləri erkəklərdən böyük olur. Erkəklərin bədəninin uzunluğu 55–65 sm, kütləsi isə 2–2,5 kq-a çatır. Dişilərdə isə bu göstəricilər uyğun olaraq 70 sm və 3 kq-dır. Açılmış halda qanadlarının uc nöqtələri arasındakı məsafə 142–166 sm olur.
Strix seloputo
Strix seloputo (lat. Strix seloputo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaqca cinsinə aid heyvan növü.
Strix uralensis
Uzunquyruq yapalaqca (lat. Strix uralensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaqca cinsinə aid heyvan növü.
Strix alba
Adi alabayquş (lat. Tyto alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü. Alabayquş cinsinin dünyada daha çox yayılmış növüdür. Ona praktik olaraq Antarktida istisna olmaqla bütün materiklərdə rast gəlmək olur.
Strix varia
Əlvan yapalaqca (lat. Strix varia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaqca cinsinə aid heyvan növü.
Strix woodfordii
Strix woodfordii (lat. Strix woodfordii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaqca cinsinə aid heyvan növü.
Suriyə
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Ştrisel
Ştrisel (alm. Striezel‎) — maya xəmirindən bişirilən şirniyyat növü. Mərkəzi Avropada geniş yayılmış bu piroq adətən xaşxaş və ya almanın içindən avstriya və alman mətbəxində hazırlanır. Adətən uzunsov formada, ştollen kimi (ştrisel —ştollenin sinonimidir, Almaniyanın Drezden şəhərində Avropanın ən qədim bazarlarından olan Ştriselmarkın adından götürülmüşdür.
Ştrimer apteki
Ştrimer apteki - Taqanroq şəhərinin ərazisində, Petrovskaya küçəsi, ev 61 ünvanında yerləşən bina. Binanln inşasına 1971-ci ildə başlanılmışdlr. O zaman bina Petrovskaya küçəsi, ev 33 ünvanında qərarlaşırdı. == Tarix == Kənpiçdən inşa edilən iki mərtəbəli binanın əsası 1871-ci ildə qoyulmuşdur. Bu bina aptek binası olaraq Moisey Osipoviç Ştrimerin vəsaiti gesabına inşa edilmişdir. Təkcə onun zirzəmisində 1870-ci illərdə Taqanroqda butılkalarda Qafqaz mineral suları satılırdı. Moisey Ştrimerin 44 yaşında ikən zərbədən ölümündən sonra (1880-ci ilin fevralında) mülkiyyət hüququ onun həyat yoldaşı olan Nadejda Davidovaya keçir. O, uşaqları Aleksandr (1866) vı Pelenoy (1869) ilə burlikdə binada 1925-ci ilə qədər yaşamışlar. Aktek isə öz fəaliyyətini davam etdirmişdir. Taqanroq üçün nadir hadisələrdən biri onda idi ki, iri bir bina sovet hakimiyyəti qurulduqdan donra belə uzun zaman milliləşdirilməmişdi.