Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Puff
Puff internetdə senzuradan yayınma aləti olub, istifadəçiləri internetə proksi serverlər vasitəsilə bağlayır. Bununla "Puff" həmin ərazidə filtrasiya səbəbindən daxil olmaq mümkün olmayan məlumatlara giriş verir, buna görə də o, qoruyucu divar və digər internet filtrasiya formaları qarşısında aciz qalan insanlar üçün əla vasitə sayılır.
Stef.
Boris Popov (bolq. Борис Стефанов Попов; 8 iyun 1894, Sofiya, Bolqarıstan knyazlığı – 12 dekabr 1979, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan botaniki. == Elmi fəaliyyəti == Boris Popov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === Centaurea albofimbriata Centaurea parilica Colchicum filifolium Colchicum soboliferum Eranthis bulgaricus Gymnadenia × borisii Hypecoum pendulum subsp. ponticum Jasione bulgarica == Əsərləri == Stefanoff, B. Monographie der Gattung Colchicum L.. — Sofia, 1926. — 100 p. Stefanoff, B. Herkunft und Entwicklung der Vegetationstypen in den Rhodopen. — Sofia, 1927. — 205 p.
Stul
Stul ya da Səndəl əsas mebellərdən biri olan, bir növ oturacaqdır. Əsas xüsusiyyətləri, 90 ° və ya bir az daha böyük bir açı ilə bir -birinə arxa və oturacaq olaraq bağlanan iki parça davamlı materialdır, ümumiyyətlə üfüqi oturacağın dörd küncü dörd ayağa və ya oturacağın digər hissələrinə bağlanır. Ayaqları ümumiyyətlə oturan şəxsin bud və dizlərinin 90 ° və ya daha az bir açı meydana gətirməsi üçün kifayət qədər yüksəkdir. == Tarix == Stul qədim dövrlərdən bəri istifadə olunur, baxmayaraq ki, əsrlər boyu istifadə üçün yox, dövlətçilər üçün simvolik bir cihaz idi.
Sufi
Sufi (Şot)
TIFF
TIFF (Tagged Image File Format) – rastr qrafik görüntülərin daranması, saxlanması və mübadiləsi zamanı istifadə olunan standart fayl formatı. Aldus və Microsoft şirkətləri tərəfindən işlənib hazırlanıb. Parktiki olaraq bütün qrafik paketlər TIFF formatını dəstəkləyir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Barselona stulu
Barselona stulu, Ludwig Mies van der Rohe və Lilly Reich tərəfindən hazırlanmış bir kreslodur. Stul 1929-cu ildə Barselonadakı Beynəlxalq Sərgidə Alman Pavilyonu üçün dizayn və istehsal edilmişdir. Kreslo ilk dəfə Mies tərəfindən Brnodakı xüsusi dizayn edilmiş Villa Tugendhatda istifadə edilmişdir.
Brayan Skiff
Brayan A.Skiff — Amerikan astronom. O, 114P/Vaysman–Skiff (Cennifer Vaysman ilə birlikdə) və 140P/Bouell–Skiff (Edvard Bouell ilə birlikdə) kometləri də daxil olmaqla, çoxsaylı asteroidlərin və dövri kometaların kəşf edilməsində mühüm rol oynamışdır. == Bioqrafiyası == 1980-ci ildən 1997-ci ilə kimi Skiff 60-a qədər kiçik planet kəşf etmişdir. Bu siyahıya (15398) 1997 UZ23 və 37 kilometr diametrə malik qaranlıq Yupiter troyası kimi kosmik obyektlər daxildir. LONEOS layihəsi üzərində işlədiyi dövrlərdə o, 2003-cü ilin oktyabrında itirilmiş asteroid sayılan 69230 Hermes asteroidini və 2004-cü ilin mayında atir asteroid sayılan (434326) 2004 JG6 asteroidini kəşf etmişdir. Skiff 1976-cı ildən Louell rəsədxanasında astronom kimi fəaliyyət göstərir. O, həmçinin Mars Hill yay voleybol komandasında voleybolçudur. == Mükafatları və uğurları == Florian mənşəli asteroid olan 2554 Skiff onun şərəfinə adlandırılmışdır. Asteroidin rəsmi adlandırma forması 8 aprel 1982-ci ildə Kiçik Planet Mərkəzində təsdiq edilmişdir. (M.P.C. 6834).
Elektrik stulu
Elektrik stulu (ing. Electric chair) — Amerikan icadı olan elektrik stulu XIX əsrin sonlarında, daha dəqiq desək, 1889-cu ildə “ən insani və yüngül” edam üsulu hesab edildiyindən demokratik ölkələr içərisində birinci yeri tutan ABŞ-nin qanunvericiliyinə daxil edilmiş və ilk dəfə olaraq Obern həbsxanasında tətbiq olunmuşdur.
Filipp Sturm
Filipp Sturm (23 fevral 1999-cu ildə Avstriyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Sturm Red Bull Zalsburq akademiyası vasitəsilə inkişaf etmişdir. Sturm 2016-cı ildə Zalsburq U-19 komandası ilə UEFA Gənclər Liqasında iştirak etmişdir. O, turnirdə debütünü 27 sentyabr 2016-cı ildə Vardar U-19 komandasına qarşı oyunda etmişdir. O, 82-ci dəqiqədə Nikolas Meysteri əvəz etmiş və komandası 5-0 hesabı ilə qalib gəlmişdir.Sturm öz peşəkar karyerasında debütünü 24 fevral 2017-ci ildə LASK Linz klubuna qarşı oyunda etmişdir. O, 90-cı dəqiqədə Masaya Okuqavanı əvəz etmişdir. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 0-3 hesabı ilə məğlub olmuşdur. O, karyerasında ilk qolunu 27 iyul 2018-ci ildə Horn klubuna qarşı oyunda vurmuşdur. O, 57-ci dəqiqədə qolla yadda qalmış və komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 24 iyul 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Karlos Latuff
Karlos Latuff (port. Carlos Latuff, d. 30 noyabr 1968) — Livan əsilli Braziliya karikaturaçısı. Onun karikaturaları əsasən anti-kapitalizm, anti-qloballaşma, anti-sionizm mövzularını əhatə edir.
Steffi Yakob
Steffi Yakob (qızlıq soyadı: Hanzlik; d. 30 sentyabr 1975) — Almaniyanı təmsil edən skeletonçu. Steffi Yakob, Almaniyanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Steffi Yakob, 2002-ci ildə Almaniya yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Steffi Yakob, 1-ci gedişdə 52.82 saniyə, 2-ci gedişdə isə 53.13 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 7-ci yerdə başa vurdu.
Vilhelm Hauff
Vilgelm Qauf (29 noyabr 1802[…], Ştutqart – 18 noyabr 1827[…], Ştutqart, Vürtemberq krallığı[d]) — Alman yazıçısı. == Həyatı == Vilgelm Qauf 29 noyabr 1802-ci ildə Ştutqard şəhərində anadan olmuşdur. Onun 7 yaşı olanda Xarici İşlər Nazirliyində katib işləyən atası qəflətən dünyasını dəyişmiş və 4 uşaqla qalan anası Tübingen universitet şəhərciyinə atasının evinə köçmək məcburiyyətində qalmışdır. Demək olar ki, Qaufun gənclik illəri babasının zəngin kitabxanasında keçib və ele burada da o, ilk təhsilini alıb. 18 yaşında Universitetə daxil olan Vilgelm 4 ildən sonra onu fəlsəfə və teologiya doktoru kimi başa vurur. Bir qədər sonra o, müdafiə naziri, baron fon Högelin ailəsində repetitor kimi işə başlayır. Bu ailə ilə birgə gənc yazıçı Fransaya səyahət etmiş, böyük maraqla Almaniyanın şimal və mərkəzi hissələri tanış olmuşdur.Onun ilk dəfə 1826-cı ildə dərc olunmuş sehrli nağılları məhz baron fon Högelin uşaqları üçün yazılmışdır. "Balaca Muk", "Karlik burun cırtdan", "Yalançı şahzadə" kimi sevilən nağılları qısa ömür sürmüş bir insanın adını əbədi olaraq dünya ədəbiyyatı tarıxınə yazmışdır. Valter Skottun romanlarından ilham alan Qauf XIX əsrin bu janrda yazılmış ən yaxşı romanı sayılan "Lixtenşteyn" romanını yaradır. 1827-ci ildə, 25 yaşında soyuqdəymədən vəfat edən yazıçının həyat yoldaşı ölümündən sonra onun nağıl almanaxı və bir neçə romanını dərc etdirir.
Saff Surəsi
61-ci surə əs-Saff (Səf) surəsi (Mədinədə nazil olmuşdur, 14 ayədir). Surə adını 4-cü ayədə işlənən və sıra, cərgə mənasını verən səf sözündən götürmüşdür.
Staf Smit
Staf Smit (14 avqust 1909 – 25 sentyabr 1967, Münhen) — Cazmen. == Həyatı == Staf Smit – caz skripkasını yaradanlardan biridir. Smit bu alətdə çalmağa 1930-cu ildə başlayanda onun 20 yaşı vardı. Smitin ifası «xuliqansayağı oynaq» tərzi ilə seçilirdi. Bu skripkaçının çıxış etdiyi, onun özündən başqa Cimmi Consun (fortepiano) və Con Liviinin (bas) daxil olduğu trio «Onyx Club» səhnəsində müntəzəm çıxışları sayəsində bütün caz aləmində məşhurlaşmışdı. Təəccüblü də olsa, faktdır: zərb alətlərində ifaçının daxil olmadığı bu üçlük ritmik "pulsasiya" yarada bilirdi. Onların ifasının yeganə yazıları «Asch» firması tərəfindən aparılmışdır. == Mənbə == Barnett, Anthony. Almost Like Being In Bop: a Not-So-Brief Account of the Hidden History of the Swing to Recorded Bebop and Progressive Violin in America and Europe. Lewes, East Sussex: AB Fable, 2005.
StuG III
Sturmgeschütz III (StuG III) Nasist Almaniyası ordusu Wehrmacht tərəfindən İkinci Dünya müharibəsi əsnasında istifadə edilən ən əhəmiyyətli hücum silahı. Panzer III tankının şassisi üzərinə quraşdırılmışdır. Əsl quruluş məqsədi qarşıdurma əsnasında piyada birliklərinə doğrudan dəstək vermək idi. Bunun yanında döyüşün irəliləyən illərində antitank mərmiləri əlavə edilərək tanklara qarşı da istifadə edilmişdir. Bütün müharibə boyunca 10,500 ədəd istehsal edilen Sturmgeschütz (Almaniya-nın İkinci Dünya müharibəsində ən çox istehsal olunan zirehli vasitəsidir) ardıcıllığı mükəmməl xərc-performans nisbətinə sahib bir tank idi. == Hekayəsi == Sturmgeschütz III Polkovnik Erich von Manstein en 1935-ci ildə General Beck e piyada birliklərinə dəstək verəcək Sturmartillerie mövzusundakı təklifi ilə başladı. 15 iyun 1936 tarixində Daimler-Benz firması üzərində 75 mm topla zirehli bir vasitə sifarişi aldı. Topun çevril bucağı çox deyildi və mürettabatı qoruyacaq bir üst qisim yox idi. Vasitənin yüksəkliyi normal bir insan boyu qədər idi. Daimler-Benz bu vasitə üçün Panzerkampfwagen III yüngül tanka aid şase və gedən ağsamdan faydalandı.
Stur-Fiord
Stur-Fiord (norv. Storfjorden, nyunorsk Storfjorden) — Norveçin Myore-oq-Romstal rayonu ərazisində yerləşən fiord. Uzunluğuna görə 5-ci fiordudur. Fiord ölkənin daxilinə 110 km məsafəsə daxil olur. Maksimal dərinliyi 679 metrdir. Sahilləri sıldırımlıdır. Hündürlük 300-1200 metr arasında dəyişir. Sahillərində Olesunn və Stranda kimi yaşayış məntəqələri vardır. Norveş dilindəm tərçümədə «Böyük Fiord» anlamını verir.
Sufi (Hurand)
Sufi (fars. صوفي‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Sufi (Şot)
Sufi (fars. صوفي‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,523 nəfər yaşayır (572 ailə).
Sufi Xəlil
Sufi Xəlil Bektaş (v. 1492 və ya 1491, Təbriz) — Mosullu tayfasından olan, məşhur Ağqoyunlu sərkərdəsi və siyasi xadim. Sufi Xəlil bu tayfanın sərkərdələrindən olan Əmir bəyin qardaşı idi. == Həyatı == 1451-ci ildə Uzun Həsənin müdafiə etmiş başlıca qüvvələr Sufi Xəlilin içərisindən çıxdığı Mosullu və Pörnək tayfaları olmuşdur olmuşdur. Uzun Həsənin Teymuri hökmdarı Əbu Səid üzərindəki qələbəsində Mosullu Əmir bəy qardaşı və Sufi Xəlil mühüm rol oynamışlar. 1467-ci ildə Uzun Həsəinin Bağdada yürüşündə və Həsənəli mirzə ilə Xoy döyüşündə iştirak etmişdir.1473-cü ildə Ağqoyunlular və Osmanlılar arasında baş vermiş Otluqbeli döyüşündə Sufi Xəlil ordunun sağ cinahına rəhbərlik etmişdir. Döyüşdən əvvəl digər sərkərdələr kimi Sufi Xəlil də döyüşə girməyin yaxşı fikir olmadığını Uzun Həsənə bildirmişdi. Mənbələrdə onun bu sözləri qeydə alınmışdır, "vuruşmaq məsləhət deyildir və qeyblərin ən yaxşı bilicisindən (Allahdan) başqa heç kim vəziyyətin necə olacağını bilmir" Uzun Həsənin ölümündən sonra Gürcüstanda vəziyyət gərginləşdi. Çünki, Ağqoyunlu hökmdarı Tiflisə təyin etdiyi Sufi Xəlil vasitəsi ilə Gürcüstanı itaət altına almağı bacarmışdı. Lakin 1478-ci il yanvarın 5-də Uzun Həsənin ölümü ilə Ağqoyunlu taxtı uğrunda mübarizə başladı.
Sufi çay
Sufi çayı (Fars dili: صوفی چای) — İranın cənub qərbində yerləşən çay. İnzibati ərazi vahidi olaraq Şərqi Azərbaycan ostanında yerləşir.Öz mənbəyini Səhənd dağından götürən çay Marağa şəhərinin qərbi və Bünab şəhərinin cənubundan keçdikdən sonra Urmiyə gölünə tökülür. Çayın üzərində Ələviyan səddi tikilmişdir.
Səff Surəsi
61-ci surə əs-Saff (Səf) surəsi (Mədinədə nazil olmuşdur, 14 ayədir). Surə adını 4-cü ayədə işlənən və sıra, cərgə mənasını verən səf sözündən götürmüşdür.
Creme Puff (pişik)
Creme Puff (azərb. Krim Paff, ing. Creme Puff; 3 Avqust 1967, Austin, Texas, ABŞ - 6 Avqust 2005, orada.) — 38 il 3 gün yaşayan bir pişik. Ginnesin Rekordlar Kitabına 2010-cu ilə qədər qeydə alınan ən uzun ömürlü pişik kimi daxil edilmişdir . Dünyanın ən uzun ömür sürən pişiyinin İngiltərənin Cənubi Uelsdəki Lanelli şəhərində yaşayan Luci adlı bir pişik olduğu iddia edilirdi. O, 2015-ci ildə 43 yaşında öldü, ancaq bu rekord təsdiqlənməmiş və Ginnesin Rekordlar Kitabında qeyd olunmamışdır . == Ceyk Perri və pişikləri == Krim Paff, sahibi Ceyk Perri ilə birlikdə ABŞ-nin Texas, Ostin (Austin) şəhərində yaşayırdı. Perri ayrıca Granpa Reks Allen adlı bir Sfinks pişiyinə də sahib idi. Granpa'nın 1964-cü ildə Parisdə doğulduğuna və 1998-ci ildə 34 yaş 2 aylığında öldüyünə inanılır. Pişik ölümündən sonra 1999-cu ildə "Cats and Kittens" jurnalı tərəfindən "İlin pişiyi" adına layiq görülmüşdür.
Yakob Şturm
Yakob Şturm (alm. Jacob Sturm‎, 1771—1848) — Alman entomoloqu, botaniki və oymaqçısı.
Əshabi-süffə
Əshabi-süffə və ya Əhli-süffə (ərəb. أهل الصفة؛ أصحاب الصفة‎ — Oturacaq sakinləri və ya Talvar əhli) — Mədinədə sığınacağı olmayan və Peyğəmbər məscidinin örtüyü altında yaşayan Məhəmməd peyğəmbərin yoxsul səhabələri. Ümumilikdə Əhli-süffədən olan 93 nəfərin adı məlumdur. “Talvar əhli” arasında Məhəmmədi görmək üçün Mədinəyə gələnlərdə var idi. == Tarix == Məhəmməd peyğəmbər şəxsən “Talvar əhlinin” qayğısına qalır, qənimətlərin bir hissəsini onlara verir və dövlət xəzinəsindən onlara vəsait ödəyirdi. Əhli-süffə sakinləri davamlı namaz və oruc tutmaqla yanaşı, yazıb-oxunaq və hədisləri intensiv şəkildə öyrənirdi. Onların müəllimləri arasında Məhəmməd peyğəmbərin Abdullah ibn Məsud, Əbu əd-Dərda, Ubeyy ibn Kəb, Muaz ibn Cəbəl və Ubadə ibn əs-Samit kimi tanınmış səhabələri var idi. Müsəlmanlar hesab edirlər ki, Əhli-süffə əslində ilk müsəlman təhsil müəssisəsini (mədrəsə) qurmuşdur. “Talvar əhli” arasından məşhur hədis rəvayətçiləri (Əbu Hüreyrə, İbn Ömər və Əbu Səid əl-Xudri), ilk müəzzinlər (Bilal Həbəşi və Abdullah ibn Ümmü Məktum) və peyğəmbərin digər görkəmli səhabələri (Əbuzər əl-Ğəffari, Hüzeyfə, Xəbbab, Salman Farsi, Şüheyb ər-Rumi, Uqbə ibn Əmir əl-Cuhani və İrbad ibn Səriyyə) çıxmışdır. == Sufizm (Təsəvvüf) == Əhli-süffə sakinləri davamlı olaraq namaz qılır və nadir hallarda lüzumsuz olaraq məscidi tərk edirdilər.
Hacı Sufi (Poldəşt)
Hacı Sufi (fars. حاجي صوفي‎) - İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (22 ailə).
Stur-ford boğazı
Stur-ford boğazı (norv. Storfjorden) ,Mənası Böyük boğazdır - Qərbi Şpisbergen adasını Barens və Edja adalarından ayırır. Şimal Buzlu okeanına daxil olan Barens dənizinin akvatoriyasına daxildir. Boğaz Şpisbergen arxipelaqına daxil adaları ayırır. Uzunluğu 132 km təşkil edir. Yay ayları ərzində boğazda hərəkət edən buzlarla örtülür.
Sufi Həmid türbəsi
Sufi Həmid türbəsi — Abşeron rayonunun Hökməli kəndində yerləşir. == Məlumat == Deyilənlərə əsasən, türbə XVIII əsrdə tikilib. Hal-hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.
Şturm Qrats FK
Şturm (Qrats) FK — Avstriyanın futbol klubu == Tarixi == 1909-cu ildə yaranıb. == Avropa kuboklarında iştirak == 16 dəfə Avropa kuboklarında iştirak edib.