Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İde Loo-Talvari
İda Loo-Talvari (est. Ida Loo-Talvari), ilk evliliyində İda Aav-Loo (est. Ida Aav-Loo), Rusiya imperiyasında İda Yuxonovna Aav-Loo (rus. Ида Юхоновна Аав-Лоо; 19 iyun 1901, Nаrvа, Sankt-Peterburq quberniyası[d] – 29 iyun 1997) — Estoniya müğənnisi (soprano). == Həyatı == İda Loo-Talvari vokal təhsilini Estoniyada almış, sonra Berlin, Milanda və Vyanada bacarıqlarını təkmilləşdirmişdir. 1926–1944-cü illərdə Estoniya Opera və Balet Teatrının solisti olmuşdur. 1944-cü ildən İsveçdə yaşamışdır.1926–1937-ci illərdə bəstəkar Evald Aav ilə evli olmuşdur. 1938–1979-cu illərdə Yohannes Aleksandr Talvari ilə evli olmuşdur.
Süvari
Atlı qoşun, Süvarilər, Kavaleriya - (fr. cavalerie, it. cavaleria, от lat. caballus — at) - atlılar - döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü. == Tətbiqi və xüsusiyyətləri == Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı. Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi. == Yaranması və inkişafı == Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu.
Astara bulvarı
Astara bulvarı — Astara şəhərində, Xəzər dənizinin sahilində yerləşən park-bulvar kompleksi. == Tarixi == Kompleksin inşasına 2014-cü ilin mart ayında başlanılmış və 2015-ci ildə tikinti-quraşdırma işləri başa çatdırılmışdır. == Ərazisi == Park-bulvar kompleksi Astara şəhərində Xəzər dənizinin sahili boyunca 1 kilometr uzunluğunda olan ərazini əhatə edir. Burada park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi 2 hektardır. Park-bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilmişdir. Bundan əlavə, ərazidə uşaq əyləncə attraksionları quraşdırılmışdır. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Astara bulvarı ilə əlaqəli mediafayllar var.
Bakı bulvarı
Bakı bulvarı (rəsmi adı: Dənizkənarı Milli Park) — Azərbaycanın Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar. == Tarixi == === İlk işlər === Bakı bulvarının ərazisində ilk tikinti işlərinə XIX əsrin əvvəllərində başlanılmışdır. Həmin dövrdə esplanadanın tikintisi yenicə başlayırdı və İçərişəhərin sahil zolağı hələ boş idi. XIX əsrin ikinci yarısında bu ərazidə mövcud olan ensiz sahil zolağı əsasən iqtisadi məqsədlər üçün istifadə edilirdi. Burada anbarlar və körpülər yerləşirdi. 1860-cı illərdə "Qafqaz və Merkuri" paraxod şirkəti körpü və digər qurğuların tikintisini həyata keçirmişdir. Bu qurğuların tikilməsi nəticəsində sahil zolağı 2 hissəyə bölündü: Qərb istiqamətində: Qala boyunca – Aleksandrovski sahili; Şərq istiqamətində: Bolşaya Morskaya prospektinə qədər Petrovski sahiliLakin belə vəziyyət şəhər strukturuna üzvi şəhərsalma elementi kimi daxil ola biləcək vahid sahil küçəsinin yaranmasına xidmət etmirdi. Sahil küçələrinin təsadüfi təmiri və rekonstruksiyası ümumi şəhərsalma problemini həll etmirdi. Belə ki, qərbdəki neft mədənlərini şərqdə yerləşən emal zavodları ilə birləşdirən mühüm nəqliyyat arteriyası kimi sahil küçəsi, demək olar ki bütün gün ərzində hərəkətdə olan nəqliyyat üçün kifayət qədər buraxılış gücünə malik deyildi. Eyni zamanda şəhər əhəmiyyətli dərəcədə böyümüş, mərkəzi hissəsi genişlənmiş və sahilin tənzimlənməsi artıq şəhər həyatının tələbinə çevrilmişdi.
Banqabandhu Bulvarı
Böyükşor bulvarı
Böyükşor bulvarı və ya Böyükşor parkı – Azərbaycanın Bakı şəhərinin Nərimanov rayonunda, Böyükşor gölünün sahilində yerləşən bulvar tipli park. Açılışı 22 may 2015-ci ildə baş tutub. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva iştirak edib.Bulvar 2014-cü ildə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na və 2013-cü ildə təsdiq edilmiş "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" fərmana uyğun olaraq yaradılıb. Bulvar gölün şərq və cənub sahilində yerləşir. Sahəsi isə 15 hektardan çoxdur. Bulvar neftlə çirklənmiş torpaqların təmizlənməsindən sonra salınıb. Həmçinin çirklənmiş yeraltı suların gölə daxil olmasının qarşısı tamamilə alınıb və drenaj sistemi qurulub.Sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir. Burada idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb. Gölün içində quraşdırılmış fəvvarələr kompleksi gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir. Gölün idarə edilməsi, su keyfiyyətinin yaxşılaşdırılması və monitorinqi üçün günəş enerjisi ilə qidalanan xüsusi qurğulardan istifadə edilir.Bulvarın qazon sahəsi 76 191 m², ağaclarının sayı 3550, kolluqlarının sayı 33287, skamyalarının sayı isə 287-dir.
Gəncə bulvarı
Gəncə bulvarı — Gəncə şəhərində yerləşən park-bulvar kompleksi. == Bulvar haqqında == Bulvarın inşasına 2014-cü ildə başlanılmış və 2017-ci ilin fevral ayının 17-də açılışı baş tutmuşdur. Kompleksin uzunluğu 1,2 kilometrdir. Ümumi sahəsi 34 hektardır. Burada 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılmışdır. Gəncəçayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilmişdir.Bulvarda Bayraq meydanı, "Əli və Nino" kompleksi, Mətbuat evi, Kitab evi, ticarət mərkəzi, 3 yaşayış binası, üç kafe, restoran, attraksionlar 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilmiş və monitor quraşdırılmışdır.
Hollivud bulvarı
Hollivud Bulvarı — Kaliforniyanın Los Anceles şəhərinin şərqindən qərbinə qədər uzanan bulvardır. Bulvarının başlanğıcı Hollivud Təpələrinin qərbindən başlayır. Lorel Kanyon Bulvarını keçdikdən sonra Hollivud, Kiçik Ermənistan və Tayland qəsəbəsinin Vermont prospektinə gedən böyük bir magistral yol olaraq şərqə doğru davam edir. Daha sonra Los Feliz məhəlləsindən Sanset Bulvarının şərq terminalına qədər cənub-şərqə doğru uzanır. Bulvarın bəzi yerləri məşhur turistik yerlərdir. Bunlardan bəziləri La Brea prospektinin şərqində yerləşən Hollivud Şöhrət Yolu və Gover küçəsidir. == Tarix == H.J. Whitley tərəfindən əsası qoyulan Hollivud qəsəbəsinin, Los Ancelesə birləşdirildiyi 1910-cu ilə qədər Hollivud Bulvarı, Prospekt Bulvar olaraq adlanırdı. Birləşdirildikdən sonra küçə nömrələri Vermont Bulvarında yerləşən 100 Prospekt Bulvarı, 4600 Hollivud Bulvarı olaraq dəyişdirildi. === 1920 === 1920-ci illərin əvvəllərində dünya tarixində daşınmaz əmlakın ən böyük inkişaf etdiricisi hesab edilən Çarlz Toberman (Hollivudun Atası) Hollivudu inkişaf etmiş bir teatr bölgəsi olaraq təsəvvür etdi . Toberman, Max Factor Binasını, Hollivud Ruzvelt hotelini və Hollivud Mason Məbədini tikərkən 36 layihədə iştirak etmişdir.
Külvari evkalipt
Külvari evkalipt (lat. Eucalyptus cinerea) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Avstraliyanın Cənubi Uels və Viktoriya ştatlarında dəniz səviyyəsindən 600 m hündürlükdə yayılmışdır. XVIII əsrdə Avropaya gətirilmiş və bəzək bitkisi kimi becərilir. == Botaniki təsviri == Hündürlüyü 12–15 m, gövdəsinin diametri 40-45 sm olan həmişəyaşıl ağacdır. Gövdəsi əyilmiş və ya düz olub, lifli qabıqla örtülmüşdür. Qabığı lifvari soyulan, qırmızımtıl-qonur rənglidir. Cavan yarpaqları növbəli yerləşmiş, uzunluğu 3,5-4,5 sm, eni 3,5-5 sm olmaqla, parlaq, mavi çalarlı, qısa saplaqlıdır. Enli-yumurtavari və neştərvari formalı yarpaqların uzunluğu 8-10 sm, eni 2,5 sm-ə catır. Yetkin yarpaqları növbəli düzülüşlü, dairəvi, bəzən enli və ya ensiz neştər formalı, bir az əyri, mum örtüklü, dərivari və oturaqdır.
Külvari söyüd
== Sinonimləri == Capraea cinerea Opiz Salix aurita var. cinerea (L.) Fiori Salix australis Schleich. ex J.Forbes Salix carinthiaca Host Salix deserticola Goerz ex Pavl. Salix discolor Host Salix geminata J. Forbes Salix incanescens Schleich. ex J.Forbes Salix polymorpha Host == Təbii yayılması == Avropa, Kiçik Asiya, Qara dəniz sahilləri, Qərbi Sibir, Orta Asiya, Qafqazda yayılıb. Vətəni Cənub-Qərbi Asiyadır. Türkiyə, Zaqafqaziyanın cənubu, Şimali İran, Misir, İraq, Əfqanıstan və Pakistanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə qədər olan yoğun budaqlı ağac və ya koldur. Qabığı bozdur, birillik və ikillik zoğları sıхsacaqlı-keçətüklüdür. Soyulmuş oduncaqda 1,5 sm-ə qədər uzunluqda düyünlər vardır.
Nurjol bulvarı
Nurjol bulvarı (keçmiş Su-Yaşıl Bulvar) — İşim çayının sol sahilində yerləşən Astana şəhərinin (Qazaxıstanın paytaxtı) yeni inzibati və iş mərkəzində piyada zonası olan bina. Bulvar inkişaf etdikdən sonra şəhərin və ölkənin əsas görməli yerlərindən birinə çevrildi. Ətrafında yarımçıq qalmış bir neçə layihə inşa olunur . Bulvar, şəhərin yeni hissəsinin baş planı kimi, memar Kisyo Kurokava tərəfindən dizayn edilmişdir. Bulvar böyük bir hissədə üç səviyyəli bir quruluşdur. Aşağı səviyyədə 400 avtomobil üçün bir dayanacaq var. Orta ikinci səviyyədə mağazalar, xidmət və iaşə mərkəzləri, salonlar, ofislər və digər ictimai təşkilatlar var. Üst səviyyə, xiyabanlar, çiçək yataqları, çəmənliklər, ağaclar, skamyalar, fəvvarələr və kiçik memarlıq formaları ilə uyğun bir piyada zonası var. Altı yerdə (“yaşıl ev” zonaları), yuxarı səviyyə konusvari atriumlar təbii işıqlandırmanın yüngül “quyularını” əmələ gətirir, onların ətrafında səthlərarası pilləkənlər və konservatoriyalar düzülmüşdür. Bir sıra yerlərdə, ikinci səviyyədən örtülü qalereyalar və keçidlər ətrafdakı binalara aparır.
Sumqayıt bulvarı
Sumqayıt bulvarı — Sumqayıt şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar. 2016-cı ildə yaradılmışdır. == Tarixi == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci ilin iyulunda Sumqayıta səfəri zamanı şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə demişdir: "Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bu bulvar Bakı bulvarının standartlarına uyğun olmalıdır". == Ərazisi == Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometrdir. Nəsimi adına Dənizkənarı Mədəniyyət və İstirahət Parkı da bulvarın əsas hissələrindən birini təşkil edir. Bulvarda kiçikölçülü gəzinti avtobuslarının, avtomobillərin, velosiped sürənlərin maneəsiz hərəkəti üçün sahil boyu xüsusi hərəkət zolağı salınıb. Ərazidə nadir ağac növləri və bitkilər əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Həmçinin burada istirahət obyektləri, attraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu da inşa olunur. Sahildə inşasına başlanılan estakadalarda tikinti-quraşdırma işləri başa çatdıqdan sonra turistlər üçün şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.
Tükvari qamçılıca
Tükvari qamçılıca (Anogramma leptophylla (L.) Link) — qıjılar sinfinə aid bitki növüdür. Elmi adı : Anogramma leptopyylla (L.) Link IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1 ab(i, ii, iii, iv)+2ab(i, ii, iii, iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Birillik bitkidir, 5-20 sm hündürlükdədir. Steril yarpaqları qısa, saplaqlı, böyrəkvari; seqmentləri yelpiy şəkillidir; fertil yarpaqları oval-lansetvari, saplağı qırmızı-qonur, uzun; ikinci sıra seqmentləri pazvari tərc-oval şəkillidir; bəzən bir bitkidə bütövlükdə yarpaqların fertil olması müşahidə olunur; sporların üçşüalıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Sporlarla çoxalır, sporların yetişmə dövrü may-iyun aylarına təsadüf edir. Aşağı və orta dağlıq qurşağın kölgəli meşə formasiyalarında və qaya çatlarında bitir. Petrofitdir. Dekorativ bitkidir. == Yayılması == Abşeron (Puta stansiyasından 6 km şimal-qərbə doğru, Korgöz dağının qərb yamacında (qaya çatlarında); Lənkəran ovalığı (Nisyaku dağı, Alekseyevka kəndi, əkin sahəsinin kənarları; Astara rayonu, Pensər kəndinin ətrafı).
Tükvari sümürgə
Tükvari sümürgə (lat. Asplenium trichomanes) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü. == Sinonimləri == Asplenium melanocaulon Willd. Asplenium trichomanes subsp. trichomanes Chamaefilix trichomanes (L.) Farw.
Şalvari (Hurand)
Şalvari (fars. شلوري‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (8 ailə).
Kaarli bulvarı
Kaarli bulvarı və ya Kaarli puyestee (est. Kaarli puiestee) 1950-1989-cu illərdə isə Aleksandr Suvorov bulvarı adlanan (est. Aleksandr Suvorovi puiestee) — Estoniyanın paytaxtı Tallin şəhərinin mərkəzində küçə. == Coğrafiyası == Bulvar Kesklinn rayonunda yerləşir, Vanalinn və Tınısmyae mikrorayonlarının ərazilərindən keçir. Hərəkəti əks istiqamətdə iki sıra boyunca gedən iki hissədən ibarətdir ki, onların arasında Kaarli kilsəsi və meydanı da var. Bulvar esplanadası Köhnə Şəhər dairəvi yolunun bir hissəsidir. Bulvar Azadlıq meydanından başlayır, Köhnə Şəhər tərəfdən Haryumaqi təpəsi ilə həmsərhəddir. Tumpea və Tonizmaqi küçələri ilə kəsişir. O, Tonismaqi küçəsinin Endla küçəsi və Tumpyestee küçəsi ilə Luyze küçəsi ilə kəsişməsində bitir. Kaarli bulvarının uzunluğu 408 metrdir.
Qrunt suları
Qrunt suları — Yer səthindən aşağı su keçməyən birinci lay üzərində, üst səthi sərbəst olan yeraltı sular; əsasən atmosfer yağıntıları, çay, göl, su anbarları, suvarma kanalları və hidrotexniki qurğulardan sızılan sulardan əmələ gəlir. Məhz ona görə də iri çayların, kanalların, su anbarlarının yaxınlığında qrunt sularının səviyyəsi yüksək olur. Atmosfer yağıntılarının miqdarından, həmçinin suvarma rejimindən asılı olaraq qrunt sularının səviyyəsi, debiti, temperaturu və kimyəvi tərkibi dəyişir. Meşə, meşə-çöl və çöl rayonlarında şirin və ya minerallaşmış Q.s., quru çöl, səhra və yarımsəhra rayonlarında şor, və ya çox minerallaşmış qrunt suları üstünlük təşkil edir. Qrunt sularının böyük xalq təsərrüfatı əhəmiyyəti var; su təchizatı mənbəyi kimi sənaye müəssisələrində, şəhərlərdə, kəndlərdə və s.-də istifadə edilir. == Qrunt suların keyfiyyəti == Rütubətli iqlimdə intensiv şəkildə infiltrasiya prosesi və yeraltı axarlar baş verir və nəticədə süxur və torpaqlar yuyulur, və onlardan asanlıqla həll olunan duzlar (xloridlər və sulfatlar) yuyularaq çıxır. Belə şəraitdə qrunt suları şirin olur, və onların tərkibində nisbətən gec həll olunan duzlar mövcud olur. Quru isti iqlim şəraitində isə (quru çöllərdə, yarımsəhralarda və səhralarda) yağıntılar qısa müddətli olaraq az miqdarda düşməsi, habelə ərazinin drenaj sisteminin zəif olması qrunt sularının yeraltı axınının inkişaf etməsinə mane olur. Beləliklə, yeraltı axın buxarlanır və şoranlaşma yaradır. Çayların, su anbarlarının və s.
Səth suları
Səth suları – Yer səthi ilə suyun axması; == Ümumi məlumat == Çay yatağı və yamac Səth sularına bölünür. Səth suları özünün iki genetik mənşəyinin – qar və yağış sularının torpaq örtüyünə hopa bilməyən və onun səthi ilə axan suların cəmindən ibarətdir. Bu sular dağlıq ərazilərdə daşqınlar, sellər yaradaraq xalq təsərrüfatına böyük ziyan vurur. Əsas ziyanvurucu daşqınlar (sellər) Böyük Qafqazın cənub yamacında müşahidə olunur.
Vadoz suları
Vadoz suları (latınca Vadosus-dərin olmayan) - atmosfer mənşəli yeraltı sulara deyilir. Əsasən yağıntının yer qabığının üst laylarına hopması (infltrasiya) yolu ilə və qismən havadakı su buxarının süxurların məsamələrində sıxlaşması (kondensasiya) hesabına əmələ gəlir. [1] == Həmçinin bax == İnfiltrasiya Kondensasiya Yeraltı sular == İstinadlar == Əliyeva N.Ə. "Hidrometeoroloji lüğət". Bakı 2005., 246 s.
12 süvari
"12 süvari" — ABŞ filmi. == Süjet xətti == 2001-ci ilin 11 sentyabr hadisələri insanların yaddaşına həmişəlik həkk olunacaq. Həmin gün ABŞ tarixində ən dəhşətli faciə baş verdi və bu hadisə çox sayda insan həyatına son qoyan terror aktı kimi yadda qalacaq. ABŞ hökuməti terrorçularla mübarizəyə özünün ən peşəkar hərbi hissəsini yollayır. Onların məqsədi bu hadisəni törədən terror təşkilatının üzvlərini məhv etməkdir. 12 nəfərdən ibarət xüsusi təyinatlı əl-Qaidə təşkilatının üzvlərini tapmaq üçün düşmən ərazisinə yollanır. İşlərinin peşəkarları kimi onlar dəfələrlə çətin vəziyyətdən çıxaraq məqsədlərinə qarşı addımlayırlar. Lakin getdikcə missiyanın müsbət sonluğu bütün qrup üzvlərinə inanılmaz kimi görünür. Onlar real təhlükələrlə rastlaşandan sonra riskləri başa düşüb evə bir də qayıtmayacaqlarını dərk edir, amma buna baxmayaraq tapşırığı sona çatdırmağı qərara alırlar. Çox böyük çətinliklər və itkilər hesabına olsa da, onlar Tangit dərəsini keçib, Məzari-Şərif Talibandan təmizləyib şəhəri ələ keçirirlər.
Bakı bulvarı (roman)
"Bakı bulvarı" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. == Məzmun == Fəridə Vəliyeva artıq bir neçə ildir ki, “Britiş Petroleum” kompaniyasının Bakı filialının mətbuat xidmətinin rəhbəridir. Vəzifə borcu ilə əlaqədar o, kompaniyanın Bakıya gəlmiş nümayəndəsi Ömər Xalidlə görüşür. Fəridəylə Ömər arasında yaxın münasibətlər yaranır və şam yeməyindən sonra onlar qonağın nömrəsində coşğun bir gecə keçirirlər. Gecəyarısı Fəridə Vəliyeva oteli tərk edib evə qayıdır, sübhçağı isə öyrənir ki, Öməri öz nömrəsində qətlə yetiriblər. Qısa müddətdən sonra qatillər Fəridənin ovuna çıxırlar və nəyin bahasına olursa olsun, onu tapıb öldürməyə çalışırlar. Fəridə qatillərdən möcüzə nəticəsində qaçıb gizlənə bilir, ancaq bu vaxt ən yaxın rəfiqəsi Alinanı itirir. Qəzəblənmiş Fəridə qatillərin axtarışına özü girişir və bilmək istəyir ki, görsün onların arxasında kim dayanıb...
Bill Klinton Bulvarı
Bill Klinton Bulvarı, (alb. Sheshi Bill Clinton) — Kosovoda Priştina'da olan bir bulvardır. 1998-cu ildən 1999-cu ilə qədər olan Kosovo müharibəsindən sonra, Kosovodakı albanlar, köhnə ABŞ prezidenti Bill Klintona Yuqoslaviya hökuməti ilə mübarizələrində etdikləri kömək üçün təşəkkür etmək istədilər. 2009-cu ilin Noyabr ayının 1-də Klintonun 3 metr yüksəkliyində oln bir heykəli köhnə Kosovo prezidentinin danışdığı açılış mərasimində bulvarla birlikdə açılmışdır.Priştina'nın başqa yerlərində köhnə ABŞ prezidenti Corc Uoker Buşun adından bir mərkəzi küçə açılmışdır. Kosovoda Prizren də daxil olmaqla, prezident Vudro Vilsonun adını daşıyan küçələr, bir çox şəhərlərdə mövcuddur.
Qış Bulvarı metrostansiyası
B-5 metrostansiyası — Bakı metrosunun "Bənövşəyi xətt"inin 6-cı stansiyası olacaq. == Tarixi == Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, xəttin beşinci stansiyası (B-5) üzrə yer bəllidir və o istiqamətdə işlər B-4-də işlər qurtardıqdan sonra başlayacaq: “B-5 stansiyası Xarici İşlər Nazirliyinin binasının arxa tərəfində yerləşəcək”.
Süleyman Stalski Bulvarı
Süleyman Stalski Bulvarı — Mahaçqalada, şəhərin bağçasından (Levanevski küçəsi) dəmir yolu xətti boyunca Həmzət Tsadası adına Avar Musiqili Dram Teatrına qədər, Sovet rayonu ərazisində dəniz sahilində yerləşən şəhər parkı. Uzunluğu 260 metrdir. Ləzgi şairi, XX əsr Dağıstan poeziyasının ən böyük şairlərindən biri, Dağıstan MSSR xalq şairi Süleyman Stalskinin (1869-1937) şərəfinə adlandırılmışdır. Bulvar, sahil xətti boyunca yerləşən, bəzən adların qarışmasına səbəb olan Mahaçqala bağ və park zonasının bir hissəsidir. Ən gözəl istirahət yeridir. Bulvardakı Süleyman Stalskinin abidəsinin önündə ənənəvi olaraq Beynəlxalq Şeir gününün qeyd edilməsi çərçivəsində təntənəli tədbirlər keçirilir və Stalskinin doğum günündə 18 may Dağıstan Şeir Günü kimi qeyd olunur. Avar Dram Teatrının qarşısındakı meydan, Lenin komsomol parkındakı sahə ilə birlikdə ictimai tədbirlər üçün tövsiyə olunanların siyahısına daxil edilmişdir. == Tarixi == 1937-ci ilə qədər Bazar meydanı bulvar ərazisində yerləşirdi. Meydan Müqəddəs Nikolay Kilsəsinin qarşısındakı boş ərazini tuturdu. 1920-ci ildə kilsə bağlandı və 1928-ci ildə binası söküldü.
Tver bulvarı (roman)
"Tver bulvarı" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. == Məzmun == Kseniya Morjikova - bu ad "İngilis bulvarı" romanından artıq oxuculara tanışdır. O, Moskvada, nüfuzlu vəkil kontorunda çalışan hüquqşünas qadındır, eyni zamanda bütün tanışları onu həvəskar detektiv kimi tanıyırlar. Bir dəfə əmisi qızı ona zəng vurub, yaxın rəfiqəsinin fəlakətlə üzləşməsi, yeniyetmə oğlunun xəbərsiz-ətərsiz yoxa çıxması barədə xəbər verir və Kseniyadan onlara kömək göstərməsini xahiş edir. Nə baş verdiyini heç kimə aydın deyil. Yoxa çıxmış yeniyetmənin valideynləri tanınmış sənətşünaslardır və bu, ilk baxışda adam oğurluğuna bənzəyir. Lakin nədənsə oğrular yeniyetmənin valideynlərinə zəng vurub, onlardan heç nə tələb etmirlər. Ortaya müxtəlif suallar çıxır: bəlkə bu, manyak qatilin törətdiyi qətldir? Lakin meyit aşkar edilməyib. Bəlkə bu, macəra eşqində olan bir yeniyetmənin evdən qaçışıdır?
Universitet bulvarı (Səmərqənd)
Universitet bulvarı (Səmərqənd) (özb. Universitet xiyoboni) — Səmərqənd şəhərinin mərkəzi küçələrindən biri. Əvəlki adları Abramov bulvarı və Maksim Qorki adına bulvar olmuşdur. Küçə Səmərqənd şəhərinin ən tarixi və görməli yerlərindən sayılır. Əsasının qoyulması XIX əsrin sonlarında Səmərqənd şəhərinin Rusiya imperiyası tərəfindən işğalından sonraya təsadüf edir. Bu səbəbdən küçədə əsasən XIX əsr və XX əsr binaları çoxluq təşkil edir. == Yerləşməsi == Universitet Bulvarı Səmərqəndin mərkəzi hissəsində yerləşir. Universitet Bulvarının ortasında hündür ağaclar parkı var. Bu park sayəsində küçə iki hissəyə ayrılır. Bulvar Registan, Bustonsaroy, Şoxrux Mirzo, Mustakillik, Bəxtiyora Həmidov, Abdurahmon Cami, Orzu Mahmudov, Nurabad və Usman Yusupov küçəsləri ilə kəsiçir.