Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Susurluq
Susurluq — Balıkəsirin bir rayonudur. Rayon mərkəzinin əhalisi 23.800-dür. Susurluq mahalı Balıkəsir elinə bağlı bir rayon olub, elin şimal şərqində yerləşməkdədir. Rayonun şərqində Bursanın Mustafakəmalpaşa rayonu, şimalında yenə Bursansanın Qaracabəy və Balıkəsirin Batırdırma rayonları, qərbində Manyas, cənub və cənub şərqində Kəpsut rayonu yerləşir. Ayranı və tostu ilə bilinər. 1996-dakı Susurluq yol qəzası ilə dünya tərəfindən tanınmasına səbəb olmuşdur.
Müşfiq Tumurcuq
Müşfiq Faiq oğlu Şahverdiyev (1983, Lənkəran, Azərbaycan SSR) — azərbaycanlı komediya aktyoru, teleaparıcı, ssenarist və rejissor. == Həyatı == Şahverdiyev Müşfiq Faiq oğlu 1983-cü ildə Lənkəranda anadan olmuşdur. "Maşın" realiti-şousunun 11-ci "Revanş" sürətinin qalibi kimi bahalı avtomobil qazanmışdır. == Fəaliyyəti == "My name is İntiqam" milli komediya filminin layihə rəhbəri və baş rolun ifaçısıdır. Xatırladaq ki, komediya filmi 2014-cü ilin 28 Noyabrından kinoteatrlarda nümayiş olunub. Azərbaycan müstəqil olduqdan sonra yerli filmlər arasında kinoteatrlarda ən çox tamaşaçı toplamış film kimi tarixə düşmüş və rekordu təzələmişdir. == Filmoqrafiya == Yanmış körpülər (film, 2007) Niyə? (film, 2007) Niyə? 2 (film, 2017) Ağ Tük Miras (film, 2008) My name is İntiqam Qayınanamız (teleserial, 2015) My name is İntiqam 2 Gizlənpaç (film, 2016) O başdannan Komedixana (2018)..
Tumurcuq Teatrı
Tumurcuq Teatrı — 2018-ci il iyun ayından İsveçin Stokholm şəhərində fəaliyyət göstərən Avropada ilk Azərbaycan Dram Teatrı. Teatr 2018-ci il dekabr ayında İsveç Krallığının Stokholm şəhərinin Vergilər İdarəsindən rəsmi qeydiyyatdan keçmişdir. == Haqqında == İlk dəfə peşəkar İsveç səhnəsinə Türk teatrının uşaq oyunçusu 12 yaşlı azərbaycanlı Məhəmməd Əli Nəzərli "Bir qazinin anıları" adlı tamaşayla çıxmışdır. Məhəmməd Əli Nəzərlinin rolundan sonra Azərbaycan Dram Teatrının yaranması ideyası yaranmışdır. Teatrın bədii rəhbəri və rejissoru İsveçdə yaşayan diaspor fəalı Sevinc Nəzərlidir. Tumurcuq Teatrı Stokholm Türk Teatrının rejissoru Burcu Ada Soysopun təşəbbüsü ilə yaradılıb və "Kardeş teatro" adı altında bərabər iş birliyinə başlayıb. 2019-cu il 15 aprel ayından etibarən İsveç xalq teatrı "Riksteater" ilə bərabər çalışma anlaşması vardır və o teatrın rəsmi bir hissəsidir. Şəhərin mərkəzində "Teaterverket" adlı teatrda yer ayrılıb və məşqlər həmin teatrda aparılır. Teatrın premyerası 2 iyun 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 101 illik yubileyi ilə əlaqədar "101 uşağın nəvələri" adlı tamaşayla olmuşdur. Tamaşaların rejissoru və ssenari müəllifi Sevinj Nəzərlidir.
Tumurcuq fırfırası
Tumurcuq fırfırası (lat. Spilonota ocellana F.) — Buğumayaqlılar tipinin Kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Kəpənəyin qanadları açılmış halda 14–18 mm-dir. Ön qanadları ağ-sarımtıl olmaqla kənarlarına yaxın parlaq gözcük yerləşir. Tırtılı boz-qəhvəyi rəngdə olub, 9–12 mm-dir. Pupu açıq qəhvəyidir, uzunluğu 7–10 mm-dir. == Həyat tərzi == Zərərverici orta yaşlı tırtıl mərhələsində ağac gövdəsinin qabığı altında ağ baramacıq içərisində qışlayır. Yazda aprel ayının axırlarında havanın orta temperaturu 10–12oC olduqda qışlama yerlərindən çıxan tırtıllar əvvəlcə tumurcuqlarla, sonra isə təzəcə açılmış yarpaqların damarsız hissəsi ilə qidalanırlar. Tırtılların qidalanması 15–20 gün çəkir. May ayının axırlarında, ağacların çiçəklənməsi dövründə, tırtıllar budaqların qabığı altında, bəzən də bir neçə yarpağın saplaqlarının birləşdiyi yerdə, möhkəm hörülmüş ağ barama içərisində puplaşırlar.
Susurluq qəzası
Susurluq qəzası və ya Susurluq qalmaqalı — 3 noyabr 1996-cı ildə saat 19:25 radələrində Balıkesir–Bursa magistral yolunun Susurluq rayonu Çatalceviz məhəlləsində baş verən yol qəzası nəticəsində dövlət-polis-mafiya əlaqələrinin ortaya çıxması ilə başlayan qalmaqal. Türkiyə Cümhuriyyəti tarixinin ən mühüm qalmaqallarından biridir. Qəzadan sonra ictimaiyyət "dövlət-siyasət-mafiya" üçbucağında qeyri-qanuni münasibətlərin üzə çıxarılmasını tələb edib. Medianın və vətəndaş cəmiyyətinin dəstəyi ilə "Daimi işıq üçün bir dəqiqəlik qaranlıq" adlı aksiyalarda ört-basdır edilən əlaqələr və fəaliyyətlərin açıqlanması tələb olunub. Qəza ingilislər tərəfindən bir filmin mövzusu oldu və film 2018-ci ildə "The Scar" adı ilə çıxdı. Filmin Qönçə Us tərəfindən nəql ediləcəyi bildirilib. == Qəza == DYP Şanlıurfa millət vəkili Sədat Edip Bucaq, İstanbul Kəmaləddin Eröge Polis Məktəbinin müdiri Hüseyn Qocadağ, Mehmet Özbay saxta şəxsiyyətli Abdullah Çatlı ilə 1969-cu il təvəllüdlü Qönçə Us 1 noyabr 1996-cı il axşam saatlarında Quşadası Onura otelinə gəliblər. Hüseyn Qocadağın rəhbərliyi ilə Bucaqa məxsus 06 AC 600 dövlət nömrə nişanlı Mercedes markalı qara avtomobillə İstanbula getmək üçün yola çıxan qrup, 3 noyabr 1996-cı il tarixində saat 19.25 radələrində Susurluq rayonunun Çatalceviz məntəqəsində yanacaqdoldurma məntəqəsindən yola çıxan Həsən Gökçənin rəhbərliyi altında 20 RC 721 dövlət nömrə nişanlı yük maşınına çırpılıb. Bu qəza mətbuat ədəbiyyatında “Susurluq qalmaqalı” və ya “Susurluq qəzası” kimi adlanırdı. Qəzada "Mercedes"i idarə edən Hüseyn Qocadağ, üzərində Mehmet Özbay şəxsiyyəti olan Abdullah Çatlı və Məlahət Özbay saxta şəxsiyyətli Qönçə Us dünyasını dəyişib.
Tumurcuq çəhrayı ağcaqanadı
Tumurcuq çəhrayı ağcaqanadı (lat. Dasyneura ignorata) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin Fır əmələ gətirən ağcaqanadlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yetkin dişi fərdləri qonur-qara kürəkciyə və nəhayətindən nazilən yoğun çəhrayı rəngli qarıncığa malikdir. Gözləri başın əsas hissəsini tutur. Bığcığı təsbehvarı olub, 14 buğumludur. Qanadları şəffafdır və seyrək qara tükcüklərlə örtülmüşdür. Uzunluğu 1,5–2 mm-dir. Yumurtası siqar formasındadır, şəffaf və parlaqdır, çəhrayıdır. Uzunluğu 0,3 mm, eni isə 0,88 mm-dir. Axırıncı yaşda olan sürfələr moruq, yaxud çəhrayı rəngində olur.
Şükürçü
Şükürçü — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 80 nəfərdir ki onunda 31 nəfəri kişi, 69 nəfəri qadındır.