Müşfiq Tumurcuq
Müşfiq Faiq oğlu Şahverdiyev (1983, Lənkəran, Azərbaycan SSR) — azərbaycanlı komediya aktyoru, teleaparıcı, ssenarist və rejissor.
== Həyatı ==
Şahverdiyev Müşfiq Faiq oğlu 1983-cü ildə Lənkəranda anadan olmuşdur. "Maşın" realiti-şousunun 11-ci "Revanş" sürətinin qalibi kimi bahalı avtomobil qazanmışdır.
== Fəaliyyəti ==
"My name is İntiqam" milli komediya filminin layihə rəhbəri və baş rolun ifaçısıdır. Xatırladaq ki, komediya filmi 2014-cü ilin 28 Noyabrından kinoteatrlarda nümayiş olunub. Azərbaycan müstəqil olduqdan sonra yerli filmlər arasında kinoteatrlarda ən çox tamaşaçı toplamış film kimi tarixə düşmüş və rekordu təzələmişdir.
== Filmoqrafiya ==
Yanmış körpülər (film, 2007)
Niyə? (film, 2007)
Niyə? 2 (film, 2017)
Ağ Tük
Miras (film, 2008)
My name is İntiqam
Qayınanamız (teleserial, 2015)
My name is İntiqam 2
Gizlənpaç (film, 2016)
O başdannan
Komedixana (2018)..