Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suicideboys
$uicideboy$ — Nyu-Orleandan olan iki gənc Ruby da Cherry və $crim kimi tanınan Aristos Petru və Skott Arsen tərəfindən təsis edilmiş amerikan rep qrupu. Onların üslubları və musiqiləri digər musiqi yaradıcılarından dəfələrlə fərqlənir. Yaradıcılıqlarının aparıcı mövzuları narkotik, intihar, depressiya və ölümdür. Skott Arsen ($cream) və Aristos Petru (Ruby Da Cherry) — iki əmioğlu, 2014-cü ildə hip-hopda səylərini birləşdirmiş və birlikdə musiqi ifa etməyə başlamışdır. Musiqiləri məşhurlaşdıqdan sonra qrup yaratdılar. Qrup yaradılmazdan əvvəl Aristos Petru punk-rok qrupunda öz gücünü sınamışdır. Skott Arsen isə bir müddət DJ-lik ilə məşğul olmuşdur. Əmioğlular bir-biri ilə razılaşmışdı ki, əgər onlar musiqidə heç bir şey əldə edə bilməsələr, hər ikisi də intihar edəcək. Məhz bu səbəbdən qruplarının adında intihar mənası verən "suicide" yer alırdı. Birləşib qrup yaratdıqdan sonra, onlar G*59 Records leyblını yaratdılar və Skott musiqi yazmağa başladı.
Le Suicidé
İntihar (fr. Le Suicidé) ― Eduard Mane tərəfindən 1877-1881-ci illər arasında tamamlanan kiçik yağlı boya tablosu. Manetin yaradıcılığı çərçivəsində rəsm çox az tədqiq edilmişdir, çünki sənət tarixçiləri Manet sənətinin inkişafı çərçivəsində əsərə yer tapmaqda çətinlik çəkmişlər. Rəsmin təsviri məzmunu yenicə özünü güllələmiş kimi görünən bir adamla - çarpayıda əyilmiş halda hələ də əlində silah tutan - və bir neçə mebel parçası ilə məhdudlaşır. Manet intiharın əvvəlki təsvirlərini sildi və heç bir hekayə məzmunu və ya "mənəviləşdirmə meyli" təmin etdi. Ulrike İlq tablonu Qustav Kurbetin realizmi ilə əlaqələndirərək qeyd edir ki, Kurbet Ornanda dəfn (1849–50) əsərində də ölüm təsvirindən istifadə edib, bu əsər Kurbet sonralar onu yeni bədii yanaşmasının başlanğıcı kimi təsvir edib. Le Suicidé-nin realizmi, onun faktiki intiharı təsvir etdiyinə dair fərziyyələri gücləndirdi, lakin mövzu, əgər varsa, məlum deyil. Fərziyyələr on ildən çox əvvəl Manetin studiyasında intihar edən Manetin köməkçisi ilə bağlı idi. Rəsmlə əlaqəli olması təklif edilən başqa bir intihar Emil Zolanın 1866-cı ildə yazdığı bir rəssamın intiharıdır. Son tənqidçilər bu assosiasiyaları kiçik hesab edirlər.
Deicide
Deicide — 1987-ci ildə Floridada yaradılan ABŞ metal musiqi qrupu. == Haqqında == Qrupun ilk adı "Carnage" olsa da Glen Benton gəldikdən sonra "Amon" adı verilmişdir. Qrup "Amon" adı altında iki demo albom — "Feasting the Beast" (1987) və "Sacrificial" (1989) adlı albomları buraxmışdır. 1989-cu ildə isə Roadrunner Records albom şirkəti ilə müqavilə imzalayaraq , qrupun adını "Deicide" etmişlər. Bundan sonra qrup 1990-cı ildə ilk studio albomları olan Deicide (1990) qrup adını daşıyan albomu çıxartdılar. Qrup sözlərin anti xristianlıq haqqında və şeytana dəstək temasında olduğu üçün qrupu tənqid edirdilər. Bundan ötrü Deicide, demək olar ki, yalnız mövzunun anti xristianlıq üçün mahnı ifa edir və bu qrup, bəzi ölkələrdə konsertdə çıxış etməyə qadağan olunub və buna bənzər bir çox digər mübahisəli qruplar (məsələn, Slayer, Cannibal Corpse) kimi. Deicide death metal üslubunun ən məşhur və tənqid edici qruplarından hesab edilir.1992-ci ildə Deicide və Gorefest qruplarının Fryshuset Club Stokholm şəhərində çıxışı zamanı partlayış baş vermişdir. Xoşbəxtçilikdən heçkimə zərər gəlməmişdir. Glen Benton bu sözləri demişdir: Əgər siz qorxursunuzsa və zorkarılıq edəcəksinizsə nə edə bilərəm?
Suisid
İntihar və ya özünəqəsd — qəsdən özünün ölümünə səbəb olan hərəkət. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi ruhi nasazlıqlar da aiddir. İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı çətinliklərdən və ya zorbalıqdan yarana bilər. Əvvəlki intihar cəhdlərinin tarixi intiharın tamamilə dəqiq göstəricisidir. İntiharların təxminən 20%-ində əvvəlki cəhd etmiş, onların 1%-i bir il ərzində və 5%-dən çoxu isə 10 il ərzində intihar ediblər. Özünə zərər verən hərəkətlər adətən intihar cəhdi deyil və özünə zərər verənlərin əksəriyyətində intihar riski yüksək deyildir. Bəzi özünə zərər verənlər intihar yolu ilə həyatlarını sona qoya bilər və ya özünə zərər və intihar riski üst-üstə düşə bilər. Qumarbazlıq intihar düşüncəsinin və cəhdlərinin artması ilə əlaqələndirilir. Patoloji qumarbazların 12–24%-i intihar cəhdləri edirlər. Qumarbazların arvadlarının intihar nisbəti ümumi əhalidən üç dəfə yüksəkdir.
Suicidal Tendencies
Suicidal Tendencies — 1981-ci ildə Los-Ancelesdə qurulan Hardcore Punk/Thrash Metal qrupu. Qrup Heavy metal, Thrash Metal və Funk elementlərini birləşdirərək bənzərsiz bir sound əldə etdilər və Crossover Thrash metal növünün də qabaqcılları arasında yerlərini aldılar. Vokalist və sözyazarı Mike Muir qrupun tək dəyişməz üzvüdür. Qrupun növü Skate Punk olaraq da diqqətə alınmaqdadır. Qurulduqdan sonra qrupun heyəti Muir ilə birlikdə gitarada Michael Dunnigan, bas gitarada Andrew Evans və zərb alətlərində Sean Dunnigan'dan ibarət idi. Ancaq Evans'ın qrupda qalması çox uzun sürmədi və yerinə Luis Mayorga keçdi. Mystic Records tərəfindən yayımlanan bir toplu albom üçün «I Saw Your mommy» mahnısı yazıldı və bu mahnı qrupun ilk albomunda da yer aldı. Qrupun öz adını daşıyan Hardcore/Punk stilindeki ilk albomu «Suicidal Tendencies» 1983-cü ildə Frontier Records etiketiylə satışa çıxdı. Albomdakı «Institutionalized» klassikləşən bir mahnı olmuşdu. 1987-ci ildə isə Crossover növünün ən yaxşı bilinən albomlarından biri olan «Join The Army» satışa çıxarıldı və ən yaxşı 100 albom arasına girdi.
Sacidə Talfa
Sacidə Talfa(ərəb. ساجدة خيرالله طلفاح‎; 24 iyun 1937, Tikrit, Bağdad mühafəzəsi) — İraqın 1-ci xanımı. Səddam Hüseynin ilk xanımı və dayısı qızı.
Sacidə Əbdülvahabova
Sacidə Əbdülvahabova — "Qadın Problemlərinin Tədqiqat Birliyinin-Qadın İnstitutunun" direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor. Sacidə Əbdülvahabova 2 iyun 1947-ci ildə Bakı şəhərində anadan olub. 1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. 1969–1974-cü illərdə Moskvadakı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun aspirantı olub. 70-dən artıq elmi məqalənin, "Nüvə fizikası" kitabının müəllifidir. Bir çox beynəlxalq konfrans və kursların, o cümlədən Şərqi və Mərkəzi Avropada silahlı münaqişəyə vətəndaşlıq cavabdehliyi (sentyabr 1995, Almaniya), İnsan haqları üzrə vəkillik kursu (avquşt 1996, ABŞ), ABŞ Beynəlxalq İnkişaf təşkilatının təşkil etdiyi "İnsan haqları" seminarının (dekabr, 1996, Bakı) və "Cənubi Qafqaz qadınlarının liderliyi" (oktyabr 1998, Gürcüstan, may 2000, Ermənistan və iyun 2000, Azərbaycan) konfranslarının, Ümumdünya İnsan Haqları Bəyannaməsinin 50 illiyinə həsr edilmiş (dekabr 1998, Bakı), Qadınlar keçid dövründə (fevral 1999, Özbəkistan), Haaqa Sülh Çağırışının 100 illiyinə həsr olunmuş (may 1999, Hollandiya) konfranslarının, ATƏT-in təşkil etdiyi "Qadınlar və seçkilər" seminarının iştirakçısı olmuş, çıxış etmişdir. 1974-cü ildən bu günə kimi Bakı Dövlət Universitetinin professorudur. Universitet nəzdində Müdafiə Şurasının elmi katibi, Sülh Mərkəzinin üzvüdür. 1997-ci ildən "Qadın Problemlərinin Tədqiqat Birliyinin-Qadın İnstitutunun" direktorudur. 1969-cu ildə ADU (indiki BDU) fizika fakültəsini bitirib.
Şuiçi Qoto
Şuiçi Qoto (後藤 守一, Qoto Şuiçi, 10 avqust 1888, Şizuoka prefekturası – 30 iyul 1960) – Yaponiya arxeoloqu. Şuiçi Qoto 1888-ci ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur. 1913-cü ildə Tokio Ali Normal Məktəbindən məzun olduqdan sonra Şizuokada bir orta məktəbdə işləməyə və arxeologiya ilə maraqlanmağa başlamışdır. 1921-ci ildə Tokio İmperiya Evi Muzeyinin işçisi olmuşdur. 1927-ci ildə Avropa və ABŞ-yə səyahət edərək muzeyləri tədqiq etmişdir. Daha sonra Meyci Universitetinin professoru və Mədəni Mülklərin Qorunması üzrə Milli Komissiyanın məsləhətçisi olmuşdur. Qoto Yaponiyanın ibtidai icma quruluşuna və erkən tarixinə maraq göstərmişdir. Onun ixtisası kofunlar və Kofun dövrünün mədəniyyəti olmuşdur. O, Toro yerində və Oyu daş sahələrində aparılmış arxeoloji qazıntı işlərinə rəhbərlik etmiş, Nippon Arxeologiya Cəmiyyətinin katibi vəzifəsini yerinə yetirmişdir. "Nihon kokoqaku" (1927, "Yaponiya arxeologiyası").