SUICIDAL

adj təhlükəli, qorxulu, xətərli, fəlakətli, zərərli; ~ policy təhlükəli siyasət

SUGGESTIVE
SUICIDE
OBASTAN VİKİ
Suicidal Tendencies
Suicidal Tendencies — 1981-ci ildə Los-Ancelesdə qurulan Hardcore Punk/Thrash Metal qrupu. Qrup Heavy metal, Thrash Metal və Funk elementlərini birləşdirərək bənzərsiz bir sound əldə etdilər və Crossover Thrash metal növünün də qabaqcılları arasında yerlərini aldılar. Vokalist və sözyazarı Mike Muir qrupun tək dəyişməz üzvüdür. Qrupun növü Skate Punk olaraq da diqqətə alınmaqdadır. Qurulduqdan sonra qrupun heyəti Muir ilə birlikdə gitarada Michael Dunnigan, bas gitarada Andrew Evans və zərb alətlərində Sean Dunnigan'dan ibarət idi. Ancaq Evans'ın qrupda qalması çox uzun sürmədi və yerinə Luis Mayorga keçdi. Mystic Records tərəfindən yayımlanan bir toplu albom üçün «I Saw Your mommy» mahnısı yazıldı və bu mahnı qrupun ilk albomunda da yer aldı. Qrupun öz adını daşıyan Hardcore/Punk stilindeki ilk albomu «Suicidal Tendencies» 1983-cü ildə Frontier Records etiketiylə satışa çıxdı. Albomdakı «Institutionalized» klassikləşən bir mahnı olmuşdu. 1987-ci ildə isə Crossover növünün ən yaxşı bilinən albomlarından biri olan «Join The Army» satışa çıxarıldı və ən yaxşı 100 albom arasına girdi.