Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sumaylı
Sumaylı — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Sumbatan-Dizə
Sumbatan Yaşayış Yeri — Оrdubad rayоnunda, Sabirkəndin cənub-qərbində, Gilançayın sağ sahilində , Ordubad–Naxçıvan yolundan 800 m şimalda, , eyni adlı dağın üzərində yerləşir,Rəsul və Süleyman dərələrini əhatə edir. Arxeoloji tədqiqatlardan öyrənirik ki, Sumbatan-Dizə yaşayış yeri E.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində Sumbatan dağının zirvəsini və yamaclarını əhatə edən, ilk vaxtlarda qəbilə birləşmələrinin mərkəzi olan bu 6–7 hektarlıq kənd genişlənərək bir neçə əsr ərzində 20 hektarlıq yaşayış yerinə çevrilir.. Azərbaycan ərazisində bu tip relyefə uyğunlaşdırılmış şəhərlər çox olmuşdur. Azərbaycanda bu tipli kənd yerləri tədricən müdafiə divarları ilə möhkəmləndirilərək şəhərlərə çevrilmişlər. E.ə. II minilliyin sonlarında ətrafı müdafiə divarları ilə möhkəmləndirilmiş şəhərlərdən biri də Sumbatan-Dizə olmuşdur. Sumbatan-Dizə şəhəri bir neçə dəfə dağıntıya məruz qalsa da bərpa edilmiş və sasanilər dövrünə qədər şəhər kimi mövcud olmuşdur. Əhəmənilər dövründən sonra ikinci dəfə sasanilər zamanı güclü dağıntıya məruz qalmış Sumbatan-Dizə, şəhər kimi öz funksiyasını itirmiş və kiçik yaşayış məskəninə çevrilmişdir. Bu qədim şəhər öz adını günümüzə qədər qoruyub saxlamışdır.
Sumbatan körpüləri
Sumbatan körpüləri — Gilançay üzərində bəzi yerlərdə körpülər çox sıx olmuşdur. Orta əsrlər zamanı təkcə Darkəndlə qədim və orta əsr şəhəri Sumbatanın arasındakı təxminən bir kilometrlik məsafədə 3 körpünün salınması bunun ən əyani sübutudur. Belə ki, qalıqlarına əsasən demək olar ki, Darkəndlə Aza kəndini birləşdirən, el arasında "Şah Abbas körpüsü" kimi tanınan və zəmanəmizədək salamat vəziyyətdə gəlib çatan 5 aşırımlı körpüdən təxminən 700 metr şimalda (hazırda Naxçıvan-Ordubad şose yolunda, Gilançay üzərində salınmış müasir körpüdən bir az yuxarıda) bir körpünün, bu körpüdən isə təxminən 300 metr şimalda indiki Sabirkəndin cənub tərəfində qalıqları qalan Sumbatan şəhər yerinin şərq tərəfində ikinci bir körpünün salınması deyilən fikrin ən mötəbər təsdiqidir. Ola bilsin ki, bu körpülər orta əsrlər zamanı həmin ərazidən keçən karvanların və əhalinin sıxlığı ilə əlaqədar yaranmış çətinliyi aradan qaldırmaq üçün salınmışdır. Ehtimal şəklində olsa da demək olar ki, bu körpülər zaman keçdikcə dağıntılara məruz qaldığı üçün bir-birini əvəz etmiş, son nəticədə Darkəndlə Aza kəndini birləşdirən körpü inşa edilmişdir. Qalıqlarına, bu ərazidə çayın nisbətən sakit axarına və yayılmasına əsasən deyə bilərik ki, bu körpülər Darkənd-Aza körpüsündən daha möhtəşəm, təxminən 100 metr uzunluğunda olmuşdur. Eni təxminən 4 metr olan hər iki körpünün Şərq dayaqları hazırda Sabirkəndin ərazisinə daxil olan yerlərdə, möhkəm qayalardan ibarət təbii özül üzərində qərar tutubmuş. Ərazinin relyefinə əsasən körpülərin hündür olmasını söyləmək olar. Hər iki körpü Sumbatan şəhəri ilə hazırda Gilançayın sol sahilində yerləşən Kələntər Dizə kəndini birləşdirmiş, Naxçıvan ərazisində, Araz çayı boyunca Ordubad-Sədərək marşrutu ilə və əksinə hərəkət edən ticarət karvanlarına, həmçinin əhaliyə xidmət etmişdir. Fikrimizcə, zaman keçdikcə təbii qüvvələrin təsirindən tədricən aşınaraq dağılan bu körpüləri Şah Abbas körpüsünün inşasından əvvəlki dövrlərə, təxminən XII–XIV yüzilliklərə aid etmək olar.
Yuvelian Sumbatov-Topuridze
Yuvelian Davıdoviç Sumbatov-Topuridze (rus. Ювелья́н Дави́дович Сумба́тов-Топури́дзе; 1889, Senaki qəzası[d], Kutaisi quberniyası – 29 avqust 1960 və ya avqust 1960, SSRİ) — Azərbaycan SSR xalq daxili işlər komissarı. Yuvelian Sumbatov-Topuridze 1889-cu ildə sentyabr ayında Kutaisi vilayətinin (indiki Gürcüstan Respublikası) Senak qəzasının Abaşsk rayonunun Kapana kəndində anadan olmuşdur. 1920-ci ildən Azərbaycan SSR Fövqəladə Komissiyasında işə qəbul olmuş və 1927-ci ilə qədər bu orqanda çalışmışdır. 1927–1929-cu illərdə Bakı və Batumi gömrüyündə işləmişdir. 1929-cu ildən yenidən təhlükəsizlik orqanlarında fəaliyyətini davam etdirmiş, 1947-ci ilə qədər DSİ, XDİK, DİN sistemlərində işləmişdir. 1933-cü ildə Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə rəis müavini təyin edilmiş, 1934-cü il mart ayının 31-dən 1938-ci il yanvar ayının 7-nə qədər isə Azərbaycan SSR xalq daxili işlər komissarı vəzifəsində çalışmışdır. 1938–1947-ci illərdə Moskvada DİN orqanlarında fəaliyyət göstərmişdir. Təhlükəsizlik orqanlarından ayrıldıqdan sonra 1947–1953-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləmişdir. Azərbaycan KP MK-nin və Bakı şəhər Komitəsinin 18 iyul 1953-cü il tarixli birgə plenumunun iclasında Azərbaycan KP MK-nin üzvlüyündən və Kommunist Partiyası sıralarından xaric edilmiş, Nazirlər Soveti sədrinin müavinliyindən çıxarılmışdır.
Yuvelyan Sumbatov-Topuridze

Səhl ibn Sumbat
Səhl ibn Sunbat (ərəbcə: Sahl ibn-Sunbat) — IX əsrdə şimali Artsak ərazisinin hakimi. Moisey Kalankatlı onu "Şəki hakimi" adlandırır. 822-ci ildə alban hökmdar sülaləsi olan Mehranilərin son nümayəndəsi II Varaz Trdatın ölümündən sonra Yuxarı Artsak – Xaçın ərazisini idarə etməyə başlamış, qısa müddətdə Arranın böyük hissəsini özünə tabe etmişdi. Əvvəl Xürrəmilər hərəkatının başçısı Babəkə Abbasilər xilafətinə qarşı mübarizəsində yardım göstərən Səhl, daha sonra xəlifə əl-Mütasimin sərkərdəsi olan Afşinin tərəfinə keçmiş və ona Babəki ələ keçirməkdə yardımçı olmuşdur. 854-cü ildə xəlifə əl-Mütəvəkkilin sərkərdəsi olan Buğa əl-Kəbir tərəfindən həbs edilərək Samirə şəhərinə göndərilmişdir. Azərbaycanın ərəblər tərəfindən işğalından sonra məlik tituluna yiyələnən ilk şəxs Səhl ibn Sumbatın olmuşdur və o, bu titula Babəki ərəblərə təslim etdiyinə görə yiyələnmişdi. Mənbələrdə Səhl ibn Sunbatın etnik mənşəyi haqqında məlumatlar çox az olsa da, onu erkən orta əsrlərdə Qafqazda nüfuzlu olmuş erməni və alban sülalələrinə aid edən müxtəlif tarixçilər vardır. M. Çamçyan , V. Abaza, A. Qren , V. Bartold kimi tarixçilər Səhl ibn Sunbatın erməni hökmdar sülaləsi olan Baqratuni xanədanının nümayəndəsi olduğunu qeyd etmişlər. M. Çamçyan yazır: B. A. Ulubabyan isə qeyd edir ki, mənbələrdə Səhlin erməni Baqratuni sülaləsinə mənsub olması haqqında heç bir qeyd yoxdur. Xaçın knyazlarının nəsil şəcərəsini tərtib etmiş Robert Hyusen isə Səhl ibn Sunbatı bu şəcərənin banisi hesab etməklə yanaşı, Sünik sülaləsinin Geqarqunikdə hakim olmuş qoluna mənsub olduğunu güman edir.
Qümbətli (Qars)
Qümbətli — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 1,361 nəfərdir (2022).