Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sudoku
Sudoku Yaponiyaya aid olan bir oyundur. Yapon dilindən tərcümədə "Saylar tək olmalıdır" mənası verən "Suuji wa dokishin ni kagiru" sözlərin qısaldılmış formasıdır. ABŞ-də "Number Place" yəni "Rəqəm yerləşdirmə" adı ilə bilinir. Bu oyunu oynamaq üçün riyazi məlumatlara ehtiyac yoxdur. Ən geniş yayılmış Sudoku oyunu 9x9 kvadratdan ibarət bir sahədə oynanılır. 9x9-luq sahənin içində 3x3-lük bölgələr olur. Sudoku təqdim edilərkən xanalardan bir neçəsində rəqəmlər yazılır və sizdən boş xanalara uyğun rəqəmləri yazmağınız istənir. Bu oyunda yalnız 1-dən 9-a qədər olan rəqəmlərdən istifadə olunur.
Suoxu
Suoxu (lat. Butomus) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin suoxukimilər fəsiləsinə aid bitki cinsi. Butomus junceus Turcz.
Sudoçe gölü
Sudoçe, Sudoçe körfəzi (özb. Sudochye ko‘li/Судочье кўли, qaraq. Sudochye ko‘li/Судочье көли) — Özbəkistanın tərkib hissəsini təşkil edən Qaraqalpaqıstanın Muynak rayonu ərazisində yerləşən göl. Amudərya çayının deltasında, dol sahilə yaxın ərazidə yerləşir. Suyun səviyyədinin azalması ilə əlaqədar olaraq bir-biri ilə əlaqələnən göllər sisteminə çevrilmişdir. Sudoçe gölü nə zamansa böyük bir ərazini əhatə edirdi. O deltanın ən böyük gölü idi. Göl dayazlığı ilə seçilirdi. Üstəlik demək olar ki, Aybuüir çökəkliyini tam örtürdü. Gölün mövcuddluğu Aleksey İvanoviç Butakovun tərtib etdiyi (1848-1849) dəniz xəritədində göstərilirdi.
Sumo
Sumo — qədim yapon döyüş sənətidir. 13 əsrlik tarixi vardır. Sumo döyüşçüləri oyundan əvvəl mərasim əsnasında meydana duz səpir. Bunun məqsədi həm pis ruhları uzaqlaşdırmaq həm də meydanın sürüşkənliyini azaltmaqdır. Turnirlərdə hər günün sonunda xüsusi sumo ritualı keçirilir. Bu ritualda, əlində ənənəvi bir çubuq olan bir gənc, döyüşün sonunu xəbər verən bir mahnı çalır və zərb alətləri ilə müşayiət olunan çubanı ritmik şəkildə döndərməyə başlayır. .Sumo döyüşçülərinin ən əhəmiyyətlisi yokozuna (böyük çempion) və ozeki (çempion) adlanır. Turnirlər zamanı daha çox bu kateqoriyadakı sumoçular populyardır. Təkbətək döyüş zamanı sumoçunun qurşaq hissəsi və ayaqlarının arasından dolanmış xüsusi parça mavasi adlanır.Sumo güləşçisinə Rikişi deyilir. Sumoda gözə və beldən aşağı zəif nöqtələrə zərbə vurmaq, saçdan dartmaq qadağandır.
Çətirli suoxu
Çətirli suoxu (lat. Butomus umbellatus) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin suoxukimilər fəsiləsinin suoxu cinsinə aid bitki növü. Butomus caesalpini Neck. Butomus floridus Gaertn. Butomus scutariensis Rohlena [Invalid] Butomus umbellatus f. albiflorus F.Fromm Butomus umbellatus var. minor Ledeb. Butomus umbellatus f. natans V.V.Petrovsky Butomus umbellatus var. parviflorus Buchenau Butomus umbellatus var.
Südotu
Südotu (lat. Polygala) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin südotukimilər fəsiləsinə aid bitki cinsi. Çoxillik ot, yarımkol və ya kol bitkisidir.
Sürücü
Sürücü bu mənaları ifadə edə bilər: Sürücü (nəqliyyat) — nəqliyyat vasitəsi idarə edən şəxs. Sürücü yaxud drayver — kompüterin funksiyalarını idarə edən bir növ proqram.
Şamoci
Şamoci (yap. 杓文字, しゃもじ) Yaponiya mətbəxində istifadə olunan düz düyü kəfgiri. Düyünü qarışdırmaq və servis etmək üçün və suşidə sirkəni düyünün içinə qatmaq üçün istifadə olunur. Şamoci ənənəvi olaraq bambuq, ağac, və ya lakdan və hazırda çox vaxt plastikdən hazırlanır. Şamoci həm də yapon cəmiyyətində ana və həyat yoldaşları arasında birliyin simvolu olmuşdur.
Şimoci
Şimoci (yap. 下地島) — Miyako qrupuna Sakişima adaları Ryukyu arxipelaqına daxil olan kiçik ada. Miyako dairəsi və qəzasına Okinava prefekturası ərazisinə daxildir. Adanın sahəsi 9,54 km² təşkil edir. Şimoci adası bir çox körpülərlə İrabu adası ilə birləşir. Adanın şimalında hava limanı yerləşir. Adanın relyefi düzənlikdir. Ən hündür nöqtəsi 15 metr təşkil edir. Adada çay yoxdur. Adanın qərbində göllər vardır.
Zaur Paşayev (samboçu)
Zaur Zabit oğlu Paşayev (28 avqust 1982 və ya 28 dekabr 1982, Bakı) — samboçu və cüdoçu. Zaur Paşayev 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. Zaur Paşayev sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısıdır. [mənbə göstərin] Həmçinin, Zaur Paşayev veteranlar arasında cüdo üzrə dünya çempionatının qızıl mükafatına layiq görülmüşdür.
Nəbi Məmmədov (samboçu)
Nəbi Məmmədov (7 avqust) 1991, Cəbrayıl) — Azərbaycanlı MMA və Sambo idmançısı, 2018 Avropa Sambo çempionatının bürünc medalçısıdır. Nəbi Məmmədov ilk dəfə 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sambo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində çıxış edib.Daha sonra 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa sambo çempionatını Məmmədov 5-ci sırada tamamlayıb.2018-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Avropa çempionatında 98 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəbi Məmmədov yarışın bürünc medalına sahib olub. MMA üzrə 4 dəfə Azərbaycan çempionu; 2013-cü ildə Gürcüstanda keçirilən "Asian CHI-1 golden belt championship"in qalibi; 2018-ci ildə Afina,Yunanıstanda keçirilən Sambo üzrə Avropa çempionatının bürünc medalçısıdır "Tapologiya"nın hesablamalarına görə, Nəbi Məmmədov Qafqazın MMA üzrə ağır çəki dərəcəsinin ən reytinqli 22-ci idmançısıdır.
Şumşu
Şumşu adası (yap. 占守島) — Kuril arxipelaqının şimal qrupuna daxil olan adalardan biri Kamçatka yarımadasından (Lopatka burnu) Birinci Kuril boğazı ilə ayrılır. Boğazın eni 11 km təşkil edir. Cənubdan idə Paramuşir adasından eni 2 km təşkil edən İkinci Kuril boğazı ilə ayrılır. İnzibati cəhətdən isə Saxalin vilayəti Şimali Kuril şəhər dairəsinə daxildir. XXI əsrdən adada daimi yaşayış məntəqəsi yixdur. Bununla belə sərhəd zastavası və mayak fəaliyyət göstərir. Əvvəllər adada Baykov, Şutov, Şumnıy, Babuşkin, Kurbatov, Kozırevsk adlı yaşayış məntəqələri olmuşdur. Baykovda yaponların tərk edilmiş keçmiş hərbi hava limanı var. Hələ XX əsrin 90-cı illərində burada L-410 təyyarələri Elizovdan uçuşlar həyata keçirirdi.
Sujou Sənaye Parkı
Çin-Sinqapur Sujou Sənaye Parkı (sadələşdirilmiş Çin dili: 中国 — 新加坡 苏州 工业 园区; ənənəvi Çin dili: 中國 — 新加坡 蘇州 工業 園區; pinyin: Zhōngguó — Xīnjiāpō Sūzhōu Gōngyè Yuán Qū) və ya qısaca SSP (Sujou Sənaye Parkı), bir az Sinqapur təsiri olan Sujou şəhərində yerləşən bir qraflıq səviyyəsində inzibati ərazidir. 1992-ci ildə Sinqapur təcrübəsi ilə müasir bir sənaye qəsəbəsinin inkişafı fikri irəli sürüldü. Çinin mərhum öndə gələn lideri Den Syaopin Çinin cənubundakı ərazilərə turu zamanı dedi: "Sinqapur yaxşı ictimai qaydaya malikdir və yaxşı idarə olunur. Onların təcrübələrini öyrənməli və onlardan daha yaxşı idarə etməyi öyrənməliyik." Dəyirmi müzakirələrdən və ərazi araşdırmalarından sonra hər iki hökumət Sujounun şərqində müasir bir sənaye parkının inkişaf etdirilməsində güclərini birləşdirməyə qərar verdi. 26 fevral 1994-cü il tarixində Çin Baş nazirinin müavini Li Lanqing və Sinqapurun baş naziri Lee Kuan Yu Çin-Sinqapur Sujou Sənaye Parkının (ÇS-SSP) birgə inkişafına dair saziş imzaladılar. SSP-in ümumi sahəsi 288 km2-dir, bunun da Çin-Sinqapur əməkdaşlıq sahəsi 1,2 milyonluq planlı yaşayış əhalisi ilə 80 km2-i əhatə edir. Çin Baş nazirinin müavini Vu Yi və Sinqapur Baş nazirinin müavini Vong Kan Sengin rəhbərlik etdiyi Çin-Sinqapur Birgə İdarəetmə Şurası, SSP-in inkişafına istiqamət vermək üçün hər il iclas keçirir. Jinji gölü Sujou Sənaye Parkının mərkəzi hissəsində yerləşən kiçik şirin su gölüdür. 7.18 kvadrat kilometr ərazini tutur və ortalama dərinliyi 2,5 −3 metrdir. Göldə iki süni ada var.
Özbəkistan sumu
Özbəkistan Sumu (Özbəkcə: soʻm, сўм, ISO 4217 kodu: UZS) Özbəkistanda 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Rubl 1992-ci ilə qədər istifadə olunmağa davam edildi və sonra Sum Kupon adlı pul vahidi istifadə olunmağa başlandı. O illərdə yeni qurulmuş müstəqil iqtisadiyyat səbəbindən sürətlə dəyərini itirən Sum Kupon əskinasları dövriyyədən çıxarıldı və yeni Sum əskinasları ilə əvəz olundu. Özbəkistan Prezidenti İslam Kərimovun 16 iyun 1994-cü il tarixli və 870 nömrəli qərarı əsasında 1 iyul 1994-cü il tarixində Sum kuponu əvəzinə Sum istifadə edilməyə başlandı. Sum sözü Qırğız, Uyğur, Özbək və bir çox digər türk dillərində "təmiz"(saf) mənasını verir. 15 Noyabr 1993-cü ildə Özbəkistanın yeni pul vahidi olan Sum təqdim edildi.
Döş sümüyü
Qalın mətn Döş sümüyü (yun.στέρνον, lat.sternum )— uzunsov yastı sümük olub, döş qəfəsinin ön divarının mərkəzi hissəsində yerləşərək qığırdaq vasitəsilə qabırğalara birləşir. Döş qəfəsinin təşkilində iştirak etməklə daxili üzvlərdən ürəyi, ağciyərləri, aorta qövsünü və döş aortasını xarici təsirlərdən qorumuş olur. Döş qəfəsi ürək cərrahiyyəsində döş qəfəsi məhz bu sümüyün mişarla tən boylama bölünməsi ilə yarılır. Bu əməliyyat sternotomiya adlanır. == Qurluşu == Döş sümüyü yuxarıdan sağ və soldan körpücük sümükləri, yanlardan 7 cüt qabırğa sümükləri ilə bitişmiş olur. Döş sümüyünə yuxarı hissədə döş-körpücük-məməyəbənzər əzələ (lat. musculus sternocleidomastoideus) bağlanmış olur. Döş sümüyü üç hissədən ibarətdir: Döş sümüyü dəstəyi (lat. manubrium) Döş sümüyü cismi (lat. corpus sterni) xəncərəbənzər çıxıntı (lat.
Gicgah sümüyü
Gicgah sümüyü (lat. os temporale) — kəllənin beyin şöbəsinə aid cüt sümüklərdəndir. Kələ əsasının və yan divarlarının təşkilində iştirak edir. Onda eşitmə mə müvazinət üzvüləri, daxili yuxu arteriyası, "S"-bənzər cibin bir hissəsi, dəhliz-ilbiz siniri və üz siniri, üçlü sinirin düyünü, azan sinirinin şaxələri və dil-udlaq siniri yerləşir. Gicgah sümüyü üç hissədən ibarətdir; bunlar xarici qulaq dəliyini — lat. porus acusticus externus əhatə etmişdir. Bu dəlik öz növbəsində xarici qulaq keçəcəyinə — lat. meatus acusticus externus açılır. Xarici qulaq dəliyindən yuxarı və ön tərəfə pullu hissə və ya gicgah pulu — lat. pars squamosa (sqama temporalis — BNA), ön və aşağı tərəfdə təbil hissə — lat.
Gözyaşı sümüyü
Hohenakker südotu
Körpücük sümüyü
Körpücük sümüyü (lat. clavicula) — İnsan anatomiyasında döş sümüyü ilə kürək sümüyü arasında körpü rolunu oynayır. Yetkin bir insanda orta uzunluğu 15 sm olan uzun sümükdür, Bu, anatomik vəziyyətdə üfüqi vəziyyətdə yerləşən yeganə uzun sümükdür.
Kürək sümüyü
Kürək sümüyü (lat. scapula) — çiyin qurşağına aid, döş qəfəsinin arxasında yerləşən bir cüt sümük. İnsanda kürək sümüyü yastı, üçbucaq formaya malikdir, əmək aləti olan belə bənzəyir. Kürək sümüyü çiyin oynağını əmələ gətirən əsas sümük olub, xüsusi oynaq səthləri ilə körpücük sümüyü və bazu sümüyü ilə birləşmə əmələgətirir.
Mil sümüyü
Nazikyarpaq südotu
Nazikyarpaq südotu (lat. Polygala tenuifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin südotukimilər fəsiləsinin südotu cinsinə aid bitki növü.
Oma sümüyü
Oma sümüyü (lat. Os sacrum) — qabırğa rudimentləri ilə birlikdə beş oma fəqərələrindən təşkil olunmuşdur. Oma sümüyünün enli ucu, əsası — lat. basis ossis sacri yuxarıda sonuncu bel fəqərəsi ilə birləşərək ınə doğru çıxmış burun — lat. promontorium təşkil edir. Oma sümüyünün ensiz ucu, zirvəsi — lat. apex ossis sacri aşağıda büzdüm fəqərəsi ilə birləşmişdir. I oma fəqərəsi cisminin arxasında fəqərə dəliyi — lat. foramen vertebrale vardır ki, bu dəlik aşağı doğru oma kanalı — lat. canalis sacralis ilə birləşir.
Oturaq sümüyü
Oturaq sümüyü (lat. os ischii) — qalça sümüyünün oturaq hissəsi. Oturaq sümük bucaq altında əyilmiş oturaq sümüyün yuxarı (lat. ramus superior ossis ischii), aşağı (lat. ramus inferior oss. ischii) şaxələrdən və sümük cismindən ibarətdir. Oturaq sümüyün şaxələri qasıq sümüyü ilə birləşərək qapayıcı dəliyi (lat. foramen obturatum) əmələ gətirir.
Qabırğa sümüyü
Qabırğa (lat. costa,ae f., q.yun. πλευρά) - cüt və yastı qövs səkilli döş qəfəsinə aid sümük olub, insanda sayı 12 cütdür. Qabırğa sümüyü iki: ön qığırdağa keçən və arxa fəqərəyə birləşən ucdan, baş (lat. Caput costae), boyun (lat. collum costae) və cismdən (lat. corpus costae) ibarətdir. Qabırğa sümüyünün iki: xarici qabarıq və daxili batıq səthi var. Arxa ucunda iki oynaq səthi: qabırğa qabarcığı oynaq səthi (lat. Facies articularis tuberculi costae) və köndələn çıxıntı oynaq səthi (lat.
Qalça sümüyü
Qasıq sümüyü
Sibir südotu
Sürücü (film)
Sürücü (ing. Drive) — Nikolas Vendinq Refnin rejissorluğu ilə 2011-ci ildə çəkilmiş film. Ceyms Sallisin 2005-ci ildə yazıdığı eyniadlı kitab əsasında çəkilib, filmin ssenari müəllifi Hüseyn Aminidir. Baş rolda Rayan Qoslinq çəkilib. Drive — Internet Movie Database saytında.
Balaca sürücü
Balaca sürücü (ing. Baby Driver) — Edqar Raytın rejissoru və ssenari müəllifi olduğu 2017-ci ildə çəkilmiş döyüş, komediya və cinayət filmi. Filmdə baş rollarda Anzel Elqort, Kevin Speysi, Lili Ceyms, Eiza Qonzalez, Con Hamm, Yami Foks və Con Berntal yer alır. == Məzmun == Balaca ləqəbli gənc oğlan sükan arxasında özünə rəqib tanımır. Bundan başqa, o, hər zaman musiqi dinləməyi xoşlayır. Onun həyatı başdan-ayağa adrenalinlə doludur. Qanqster qrupunun sürücüsü işləyən gənc bir gün aşiq olur və oyundan çıxmaq istəyir. Lakin bu bataqlıqdan çıxmaq elə də asan olmur.
Sürücü (dəqiqləşdirmə)
Sürücü bu mənaları ifadə edə bilər: Sürücü (nəqliyyat) — nəqliyyat vasitəsi idarə edən şəxs. Sürücü yaxud drayver — kompüterin funksiyalarını idarə edən bir növ proqram.