Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suzambağı
Suzanbağı və ya Misir lotus gülü(lat. Nymphaea) - suzanbağıkimilər fəsiləsinə aid bitki cinsi. Su zanbağı və ya Nymphaeum (lat. Nymphaéa) , su zanbağı fəsiləsinin (Nymphaeaceae) su bitkiləri cinsinə aiddir və 50-yə yaxın növü var.. Su zanbağının böyük ürək formalı oval və ya ürək formalı yarpaqlarının üzərində iri çiçikləri vardır. Bu bitki suyun üzərində üzürmüş kimi görünür. Bitkinin hazırkı Latın adı yunan dilindən gəlir. Νυμφαία - "nimfa", ehtimal ki, "kukla" mənasını verən Νύμφη sözü ilə bağlıdır. Bitki bəzən ağ su zanbağı adlanır. Su zanbaqlarının kökündə suyun altında nişasta ilə zəngin qalın sürünən rizomlar əmələ gətirir.
Suzanbağı

Ağ suzanbağı
Ağ suzanbağı (lat. Nymphaea alba) — bitkilər aləminin suzanbağıçiçəklilər dəstəsinin suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanda nadir növüdür. == Qısa morfoloji təsviri == Güclü kökə malik olan çoxillik su bitkisidir. Yarpaqları çox iri, tək-tək, uzun, yoğun saplaqlarda; yarpaq ayası ürəkvari-ovalvari, bəzən dairəvi, 10-25 sm enindədir. Kasayarpağı uzunsov və ya oval-uzunsov, uzunluğu 7 sm-ə qədər, itivari və ya kütvari, aşağıdan yaşıl, yuxarıdan yaşılvari-ağdır. Çiçəkləri tək-tək, iri, 10-15 (25) sm diametrindədir; ləçəkləri çoxsaylı, ağ oval-uzunsov. Dişicik ağzının şüaları 8-24 saydadır. Meyvəsi kürəvi, yaşıl rəngdə, çoxyuvalıdır.
Mavi suzanbağı
Nymphaea caerulea (lat. Nymphaea caerulea) — suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü.
Meksika suzambağı
Meksika suzanbağı (lat. Nymphaea mexicana) – suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü. == Sinonimləri == Castalia flava (Leitn. ex A.Gray) Greene Castalia mexicana (Zucc.) J.M.Coult. Leuconymphaea flava (Leitn. ex A.Gray) Kuntze Leuconymphaea mexicana (Zucc.) Kuntze Nymphaea flava Leitn. ex A.Gray Nymphaea lutea Treat Nymphaea planchonii Casp.
Meksika suzanbağı

Suzanbağı (fəsilə)
Suzanbağıkimilər (lat. Nymphaeaceae) — ikiləpəlilərə aid bitki fəsiləsi. Çoxillik, kökümsovlu su bitkiləridir. Su üzərində üzən saplaqlı yarpaqları növbəli düzülür. İkicinsiyyətli iri (diametri 35 sm-dək) çiçəkləri tək-tək yerləşir. Arktikada, Antarktikada səpra və hündür dağlardan başqa hər yerdə bitən 4 cinsi (60-dək növü) məlumdur. Evriala və viktoriya cinsini xüsusi fəsiləyə — Euryalaceae fəsiləsinə ayırırlar. Bəzən kabomboları,şanagülləkimiləri və Barclayaceae-nı suzanbağı fəsiləsinə aid edirlər. Viktoriya gülü 50 kq yük götürə bilir. Yarpaqları o qədər böyükdür ki, 3 yaşında bir uşağı rahatlıqla su üzərində gəzdirə bilir.
Saat Qabağı
Saat Qabağı — Təbrizin ən önəmli meydanının adıdır və qədim zaman oraya Milli Məclis deyərmişlər, amma indi bələdiyyə tikintisidir.
Su qabağı
Su qabağı (lat. Lagenaria) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Adenopus Benth. Sphaerosicyos Hook.f.
Adi su qabağı
Adi su qabağı (lat. Lagenaria siceraria) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin su qabağı cinsinə aid bitki növü. == Arealı == Vətəni Afrikadır. Birevli, bircinsiyyətli çiçəkləri yarpaq qoltuğunda tək-tək yerləşir. Meyvəsinin uzunluğu 20—90 sm, diametri orta hesabla 20—30 sm-dir. Hər iki yarımkürənin tropik və subtropiklərində qədimdən yetişdirilir. Azərbaycanın bir çox rayonlarında meyvəsinə görə, bəzən də dekorativ bitki kimi becərilir. == Sinonimləri == Cucumis bicirrha J.R.Forst. ex Guill. Cucumis lagenaria (L.) Dumort.
Ağabağı
Ağabağı — Azərbaycan Respublikasının Zərdab rayonunun Kəndəbil inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndinin adının mənası "Ağaya məxsus bağ" deməkdir. Belə ki, 1855-ci ildə Kür sahilindəki 740 desyatinlik tut bağları bölüşdürülərkən bu ərazi Ağa adında bir şəxsə verilmişdir. 1853-cü ildən sonra kəndlilər Zərdabı tərk edərək Kür çayı sahilindəki bağlarda məskunlaşdılar. Bunun nəticəsində də yeni kəndlər yarandı. Ağabağı da onlardan biri idi. Ağabağı kəndində bərələr də mövcud olmuşdur. Həsən bəy Zərdabi 6 iyun 1882-ci ildə Kaspi qəzetində yazdığı məqalədə kəndin su altında qaldığını qeyd etmişdir. == Coğrafiyası == Kənd Zərdab şəhərindən 19 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir. Kəndin yaxınlığında "Məhəddin axmazı" var.
Tatar Nuğazağı (Avurğazı)
Tatar Nuğazağı (başq. Татар Нуғаҙағы, rus. Татарский Нагадак) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuğazaq kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Tolbazı): 31 km, ən yaxın dəmiryol stansiyasından (Tyukun stansiyası): 24 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (46 %), başqırdlar (29 %) üstünlük təşkil edir.
Çuvaş Nuğazağı (Avurğazı)
Çuvaş Nuğazağı (başq. Сыуаш Нуғаҙағы, çuvaş Чӑваш Нукасак) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuğazaq kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 30 km, kənd sovetliyindən (Tatar Nuğazağı): 2 km. ən yaxın dəmiryol stansiyasından (Tyukun stansiyası): 8 km.