Sünbülçiçəyi
Sünbülçiçəyi (lat. Hyacinthus) — sünbülçiçəyikimilər fəsiləsinə aid çoxillik soğanaqlı bitki cinsi.
Yarpaqları rozet halında toplanmışdır. Çiçəkləri sünbülvarı salxımda yerləşir. Şərqi Aralıq dənizi ölkələrində yabanı halda bitən bir növü — şərq sünbülçiçəyi (H. orientalis) məlumdur. XV əsrin əvvəllərindən becərilir. Sünbülçiçək sortları rəngi, ölçüsü, forması və çiçək salxımının sıxlığı ilə xarakterizə olunur. Azərbaycanda mart—aprel aylarında çiçəkləyir.