Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Swiss Music Charts
The Swiss Music Charts (alm. Schweizer Hitparade‎) - İsveçrənin əsas musiqi hit paradı.
Swiss Singles Chart
The Swiss Music Charts (alm. Schweizer Hitparade‎) - İsveçrənin əsas musiqi hit paradı.
Stiks
Stiks (yun. Στύξ "əcaib", lat. Styx) — yunan mifologiyasında ilk canlıların əmələ gəlmiş olduğu dəhşətin tərənnümü, eyni zamanda şəxsləşdirilmiş mifik çay "Stiks"in obrazı, Okean və Tefidanın qızı , Higinə görə Niks və Erebin qızı , Hesioda görə titan Pallantın arvadı, Zel (qısqanc), Biya (qüvvət), Kratos (güc), Nikanın (zəfər) anası.
Swing
Swing musiqisi yaxud sadəcə swing 1930–40-cı illərdə ABŞ-də yayılmış məşhur musiqi növüdür. Swing kəliməsi 'swing feel' ifadəsindən yaranmışdır ki, musiqidə vurğusuz və zəif taktı təmsil edir. Swing'ə müraciət edən qruplarda adətən melodiyanı aranjemana uyğun olaraq improvizasiya edə bilən solo ifaçısı olur. Benni Qudmen kimi biq-bend və bendliderlərin rəqsediləbilən swing tərzi 1935–46-cı illərdə Amerikada populyar musiqinin dominant növündən olmuşdur. Təsadüfi deyil ki, həmin dövrü swing erası adlandırmışdılar. İngiliscə fel kimi "to swing" yüksək dərəcədə oynaq olan ifanı daha da güclü ifadə etmək üçün işlədilir. Lui Armstronq, Duke Ellinqton, Count Basie,Benny Qudmen, Artie Shaw, Qlenn Miller, Vudi Herman və Cab Calloway swing erasının önəmli ifaçılarıdır. Swing'in yaranma tarixi 1920-ci illərdəki böyük musiqi ansambllarının yeni aranjemanlar etməsinə dayanır. Swing tərzində ifa edilən musiqi misdən hazırlanmış, eyni zamanda da nəfəsli musiqi alətlərindən istifadədə sərbəst olub, sıx ritmə malik olur. Ən geniş yayılmış tərzi qrup üzvlərinin müşayiəti altında ifa olunan xorlardan və solosu improvizasiya edilmiş xorlardan ibarət olur.
BİSS
BİSS (Basic Interoperable Scrambling System; ümumiyyətlə BISS olaraq bilinər) — Avropa Yayım Birliyi tərəfindən inkişaf etdirilən bir nəşr şifrləmə sistemidir. Bu sistem inkişaf etdirilməyə əvvəl, keçici davamlı nəşrlər, peyk Xəbər keçişləri hər hansı bir şifrləmə olmadan peykə çatdırılırdı. Bu da uyğun əkibməyinlər istifadə hər kəsin nəşr məzmununu izləməsini icazə verirdi. BISS ilə nəşrlər 12 xanalı iclas açarı ilə qorunur. Bu açar həm görünüş mesajçıların (encoder), həm görünüş həll edici cihaza (decoder) girilər, və encoderdeki açar ilə decoderdeki girilmiş açar eynidirsə yayım siqnalı həll edilmiş olar. Avropa Yayım Birliyinə üzv ölkələr ümumiyyətlə bu sistemi istifadə edir. Məsələn AZTV şifrləmə tələb edən bir çox nəşrində (məsələn matç nəşri və s.) BISS şifrləmə sistemini istifadə edir.
Hiss
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.
SPSS
SPSS Statistics-("Sosial elmlər üçün statistik paket"-"Statistical Package for the Social Sciences")-Verilənlərin statistik emalı üçün kompüter proqramı. Sosial elmlərdə tətbiqi araşdırmaların aparılması üçün nəzərdə tutulub. İlk versiyası 1968-ci ildə Norman H. Nie, Dale H. Bent və C. Hadlai Hull tərəfindən işlənib hazırlanıb. 2009–2010-cu illərdə SPSS adı PASW (Predictive Analytics SoftWare) Statistics ilə əvəz olunub, ancaq sonra ilkin adına qaytarılıb. SPSS proqramı hazırda IBM şirkəti tərəfindən inkişaf etdirilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sass
Sass (Syntactically Awesome Stylesheets) — CSS kod abstraksiyasının səviyyəsini artırmaq və stilin kaskad cədvəlləri sənədlərini asanlaşdırmaq üçün hazırlanmış bir CSS əsaslı metadil. Sass-ın iki sintaksisi var: sass — burada əyri mötərizələrdən istifadə edilmir və abzas, boşluqlar vasitəsilə yuvalaşma aparılır. SCSS (Sassy CSS) — CSS-dəki əyri mötərizələrdən istifadə prinsipini saxlayır və yuvalaşma aparılır. Sass-ın əsas xüsusiyyətlərindən biri iç-içə olan selektorları yaratmağı və redaktə etməyi asanlaşdıran yuvalaşdırma qaydasıdır. Aşağıdakı sintaksislə CSS-ə çevrilir: Sass-ın daxilinə dəyişən və bir sıra parametri eyni dəyişənə çevirə bilən "miksin"-ləri (ing. mixin) daxil etmək mümkündür. Bu, böyük fayllarla işləyən zaman kodun davamlılığını, çevikliyini və daha rahat anlaşılmasını təmin edir. Aşağıdakı sintaksislə CSS-ə çevrilir: Miksinlərdən istifadə nümunəsi:Aşağıdakı sintaksislə CSS-ə çevrilir: Alex Libby. Instant SASS CSS How-to. Packt.
Kiss
Kiss — ABŞ rok qrupu. 1973-cü ildə Nyu-York şəhərində Pol Stenli və Cen Simons tərəfindən yaradılmışdır. Qrup, qlem rok və hard rok üslublarını birləşdirərək özünəməxsus musiqi kimliyi yaratmış və səhnə ifaları ilə şok-rok cərəyanının öncülərindən biri olmuşdur. Qrup, üzvlərinin səhnə makiyajı və geyimləri, həmçinin odla nəfəs alma, qan tüpürmə, dumanlı gitara, raket atışı kimi vizual effektlərlə dolu şouları ilə şöhrət qazanmışdır. Qrup, 1970-ci illərin ortalarında "Alive!" kimi canlı albomlarla böyük uğur qazanaraq ABŞ-ın ən populyar rok qruplarından birinə çevrilmişdir. Kiss fəaliyyəti ərzində "Strutter" (1974), "Deuce" (1974), "Black Diamond" (1974), "Rock and Roll All Nite" (1975), "Detroit Rock City" (1976), "Beth" (1976), "Calling Dr. Love" (1976), "Christine Sixteen" (1977), "Love Gun" (1977), "I Was Made for Lovin’ You" (1979), "I Love It Loud" (1982), "Lick It Up" (1983), "Heaven’s on Fire" (1984), "Forever" (1990), "Unholy" (1992), "God Gave Rock 'N' Roll to You II" (1992), "Psycho Circus" (1998) kimi mahnıları ilə tanınmışdır. Qrup, 1980-ci illərin əvvəllərində yaradıcı fərqliliklər səbəbindən Piter Kriss və Eys Frelinin ayrılması ilə üzv dəyişiklikləri yaşamış, lakin 1996-cı ildə orijinal üzvlərin yenidən birləşməsi ilə böyük bir nostalji dalğası əldə etmişdir. Bu geri qayıdış "Alive/Worldwide Tour" ilə zirvəyə çatmış və qrupun ən uğurlu turnelərindən biri olmuşdur. Kiss qrupunun musiqi təsiri və uğuru, dünya üzrə 75 milyondan çox albom satışı ilə ən çox satan qruplardan biri olaraq sübut olunmuşdur.
Driss Lahriki
Driss Lahriki (2 dekabr 1997) — Mərakeşli üzgüçü. Driss Lahriki Mərakeşi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Driss Lahriki birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 58.01 saniyəlik nəticəsi ilə 36-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Eucalyptus scias
Eucalyptus scias (lat. Eucalyptus scias) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Jurinea spissa
Jurinea spissa (lat. Jurinea spissa) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Karl Zeiss
Karl Zeiss (Veymar, Almaniya 11 sentyabr 1816 - 3 dekabr 1888), optik vəsaitlər istehsal edən alman iş adamı. 1846-cı ildə da Almaniyanın Jena şəhərində elmi alətlər düzəldən kiçik bir atelye açdı. İyirmi il sonra, Zeiss'in Jena'dakı dükanında işləyən bir müəllim olan Ernst Abbe, çox üstün bir optik şüşə ixtira etdi. Mükəmməl bir elm adamı Abbe və qabiliyyətli iş adamı Zeiss, bu an dünyanın qabaqcıl optik vasitə istehsalçılarından biri olan Zeiss'i birlikdə qurmuşdular.
Karolina Svits
Karolina Svits (ing. Carolina Sweets 29 sentyabr 1996, Şampeyn, İllinoys, ABŞ — amerikalı pornoaktrisa.
La-Büiss
La-Büiss (fr. La Buisse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38061. Kommunanın 2006-cı il üçün əhalisi 2627 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 187 ilə 942 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Manqe Sisse
Manqe Sisse Cibrila (fr. Mangué Cissé Djibrila, d. 17 oktyabr 1945 — ö. 30 sentyabr 2009, Abican, Kot-d'İvuar) — Müdafiəçi mövqeyində oynamış olan keçmiş Kot-d'İvuar futbolçusu. Manqe Sisse 17 oktyabr 1945 tarixində Fransanın koloniyalarından biri olan Kot-d'İvuarın Abican şəhərində anadan olmuşdur. 1970-ci ildə Afrika Millətlər Kubokunun yarı finalında oynamışdır. 7 uşağı olan Manqe Sisse, Fransa peşəkar futbolçusu Cibril Sissenin atasıdır. Manqe Sisse 30 sentyabr 2009 tarixində, 63 yaşında uzun çəkən bir xəstəlikdən vəfat etmişdir.
Mark Spits
Mark Andryu Spitz (10 fevral 1950[…]) — 9 qat olimpiya çempionu olan keçmiş amerikan üzgüçüsüdür. O, Münhendə keçirilmiş 1972 yay Olimpiya oyunlarında 7 qızıl medal qazanmış, lakin Pekində keçirilmiş 2008 yay Olimpiya oyunlarında 8 qızıl medal qazanmış Maykl Felps tərəfindən bu rekord yenilənmişdir. Spits, 1972-ci ildə iştirak etdiyi 7 yarışda yeni dünya rekordlarını müəyyənləşdirmiş və bu rekordlar hələ də qırılmayıb. 1900-cü ildən bəri heç bir üzgüçü, fərdi yarışlarda qazandıqları olimpiya medallarının yüksək faizini əldə etməmişdir. 1968–1972-ci illər ərzində Spits, 9 olimpiya qızılı, eyni zamanda gümüş və bürünc, 5 Pan Amerika qızılı, 31 AAU titulu və 8 NCAA titulu qazanmışdır. Bu illər ərzində o, 35 dünya rekordu müəyyənləşdirmiş, lakin bunlar 2-si sınaq prosesi zamanı və qeyri-rəsmi olaraq qazanılmışdı. 1972-ci ildə Münhendə qazandığı 7 qızıl medal ilə, o Maykl Felpsin 36 il sonra — 2008-ci ildə Pekində 8 qızıl medal qazanmasına qədər Olimpiya Oyunları tarixinin ən titullu idmançısı idi. O, 1969, 1971 və 1972-ci illərdə Dünya Üzgüçülük Jurnalı tərəfindən ilin üzgüçüsü adına layiq görülmüşdür. O, 9 olimpiya qızılı qazanan 3-cü idmançı idi. Arnold və Lenor (Smit) Spitsin 3 övladından ilki olan Mark Spits, Kaliforniya ştatının Modesto şəhərində anadan olmuşdur.
Sissi Karicnano
Sissi Karicnano (d. 11 avqust 1987; Pinerolo, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Sissi Karicnano İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Sissi Rayt
Silviya Rayt (11 iyun 1960, Frankfurt-Mayn, Hessen) — alman futbol mütəxəssisi. 1960-cı il iyunun 11-də anadan olan Silviya Rayt futbolçu karyerası ərzində Almaniyanın "Bavariya" və "Frankfurt–Mayn" klublarında çıxış edib. O, Almaniya millisinin heyətinə ilk dəfə 1982–ci ildə dəvət olunub. Milli komandada 58 oyunda 4 qol vuran Rayt 1989 və 1991-ci illərdə qadınlar arasında Avropa çempionatının qalibi olub. Silviya Rayt UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malikdir. O, 2004-2008-ci illərdə "Bavariya"nın qadınlardan ibarət komandasının məşqçisi olub. 2008-ci ilin iyulundan Bavariya Futbol Federasiyasında məşqçi işləyən Rayt 2009-cu ilin oktyabrınadək kişilərdən ibarət "TSV Exinq" klubunun məşqçisi kimi fəaliyyət göstərib.
Stiks (okeanida)
Stiks (yun. Στύξ "əcaib", lat. Styx) — yunan mifologiyasında ilk canlıların əmələ gəlmiş olduğu dəhşətin tərənnümü, eyni zamanda şəxsləşdirilmiş mifik çay "Stiks"in obrazı, Okean və Tefidanın qızı , Higinə görə Niks və Erebin qızı , Hesioda görə titan Pallantın arvadı, Zel (qısqanc), Biya (qüvvət), Kratos (güc), Nikanın (zəfər) anası.
Swire Seabed
Uliss Qrant
Uliss Simpson Qrant (ing. Ulysses Simpson Grant, ilk adı Hayram Uliss Qrant; 27 aprel 1822[…] – 23 iyul 1885[…]) — Amerika Birləşmiş Ştatlarının 18-ci prezidenti (1869–1877). ABŞ hərbi və siyasi xadimi. Vətəndaş müharibəsi dövründə ABŞ ordusunun komandanlarından biri və 1866–1869-cu illərdə general olmuşdur. 50 dollarlıq əskinasın üzərində təsvir olunmuşdur. Uliss Qrant atıyla qaydanı pozduğu üçün 24 dollar cərimə olunmuşdur.
Swida alba
Ağ zoğal (lat. Cornus alba) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü. Təbabətdə yabanı halda Rusiyada, Yaponiyada, Çin və Koreyada çayların kənrlarında, kolluqlarda yayılmışdır. Hündürlüyü 2–3 m-ə çatan, yarpağıtökülən dekorativ koldur. Budaqları nazik, elastik, əsasən al-qırmızı, qara-qırmızı, qırmızı-qonurdur. Cavan zoğları çox vaxt göyümtül tükcüklərlə örtülmüşdür. Yarpaqları tünd-yaşıl, alt tərəfi göyümtül-ağ, enli-yumurtavarı, bir az qırışlıdır, uzunluğu 1–2 sm-ə qədərdir. 2–3 yaşında çiçəkləməyə və meyvə verməyə başlayır. Yayın birinci yarısında bol çiçəkləyir. çiçəkləri xırda, ağ, kiçik qalxanşəkilli hamaşçiçəklərə yığılmışdır.
Aries Spirs
Aries Spirs (ing. Aries Spears; 1975) — ABŞ aktyoru, yazıçısıdır. 2016 -cı ildə American Dad və Turbo Fast animasiyalarını səsləndirmişdir.
Bliss adası
Blis adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın mərkəzində yerləşir. Ondan 700 metr qərbdə Pritçett adası, 3 km şimal-şərqdə isə Brays adası yerləşir. Brays adasından Sadko boğazı ilə ayrılır. == Təsviri == Uzunsov formaya malikdir. Uzunluğu 6 km, eni 3 km-dir. Adanın böyük hissəsini hündürlüyü 300 m olan buzlaq yerləşir. Blis adasının cənub qutaracağında yerləşən Beresford brnundan 50 m aralıda Zub adası yerləşir.
SWIFT
SWIFT (ing. Society for Worldwide Interbank Financial Telecommunication) – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir. SWIFT 1973-cü ildən mövcuddur. Onun köməyi ilə ilk maliyyə əməliyyatı 19 oktyabr 1977-ci ildə Belçika şahzadəsi Albert tərəfindən həyata keçirilib. SWIFT – Belçika qanunvericiliyi tərəfindən yaradılmış kooperativ cəmiyyətdir və onun üzvlərinə – 209 ölkədə 9700-dən çox bank təşkilatı – məxsusdur. Bu təşkilat maliyyə aləmini birləşdirən alətləri birlikdə təqdim edir. Onun əsas xüsusiyyəti isə ondan ibarətdir ki, iştirakçı bank şəxsi unikal SWIFT şifrəyə sahib olur. Avropada ödənişlər həyata keçirmək üçün bankın SWIFT şifrəsini və alıcının IBAN şifrəsini bilmək kifayətdir.Bir gün ərzində SWIFT vasitəsilə pul köçürmələri, banklararası ödənişlər, qiymətli kağızlar, ümumi dəyəri milyard avrodan çox olan yol çekləri də daxil olmaqla milyondan çox tranzaksiya həyata keçirilir. Bu növ köçürmələr adətən əcnəbi valyuta, xüsusən də ABŞ dolları vasitəsilə həyata keçirilir.SWIFT demək olar ki, bütün qaydalarında beynəlxalq ISO standartlarından istifadə edir. Bu səbəbdən bəzi inkişaf etmiş ölkələr SWIFT standartları əsasın öz milli köçürmə sistemləri standartlarını yaradıblar.
Şisa
Şisa (シーサー) – Ryukyu mədəniyyətində şirə oxşar dekorativ heykəlciklər. Ənənəvi Okinava evlərinin damlarında və girişlərində qoyulur. Müasir Okinava mədəniyyətinin talismanı hesab olunduğu üçün turistlər kiçik versiyalarını suvenir kimi alırlar. Şisanın mənşəyi qədim Çində hazırlanan şir heykəlləri ilə bağlıdır. Şirlər cəsarət və güc simvolu hesab olunduğu üçün hökmdarların gücünü simvolizə edirdi. Ryukyu adalarında şirlər yaşamasa da, Çinlə ticarət əlaqələri sayəsində əhali şir heykəlləri ilə tanış olmuş və şirləri şəri qovan mifik varlıqlar hesab etmişdir. Bu səbəbdən şisalar tam olaraq şirə oxşamırlar, hətta Yaponiyadakı şinto məbədlərində qoyulan şir-it heykəllərinə oxşayırlar. Okinavanın şimalında və Yaeyama adalarında "şisa" əvəzinə "şişi" sözündən istifadə olunur. Qədim yapon dilində "şişi" sözü şir demək idi. Lakin Çin dilində də "şitsi" sözü şiri bildirdiyi üçün bu sözün Çinin təsiri ilə yarandığı və daha sonra "şisa" sözünə təkamül etdiyi düşünülür.