Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Moisey Xorenli
Moisey Xorenli və ya Movses Xorenatsi (erm. Մովսես Խորենացի) — erməni tarixçisi, "Ermənistan tarixi" kitabının müəllifi. Dünya akademik elmi onu, yazılarındakı, verdiyi məlumatlardakı İnterpretasiya, interpolyasiya və anaxronizmə görə daha çox qeyri-ciddi qəbul edir və yazdıqlarını şübhə altına alır. Britannika Ensiklopediyasının verdiyi məlumata görə M.Xorenli haqqında məlumatı "Ermənistan tarixi"ndə yazılan avtobioqrafik məlumatlardan başqa heç bir mənbələrdən tapmaq mümkün olmayıb. Ümumiyyətlə, kitabdakı V əsrdən sonrakı dövrə aid olan məlumatların yer alması onun V əsrdə yox, VII-IX əsrlərdə yaşadığına işarə edir. Ona görə də M.Xorenlinin Mesrop Maştotsun tələbəsi və Saak Baqratuni ilə "tanışlığı" şübhə altına alınır. Devid Marşal Lenqin fikrinə görə artıq 1970-ci illərin axırlarında dünyada Sovet Ermənistanından kənarda "Ermənistan tarixi"nin V əsrə aid olduğuna inanan alim yox idi. Ümumiyyətlə, kanonik erməni tarixinə şübhə ilə yanaşan hər bir alim, tədqiqatçi sovet erməni alimləri tərəfindən çox kəskin, "milliyətçi hücumlara" məruz qaldıqlarını qeyd ediblər. Ronald Suni misal kimi, M.Xorenlinin həyat və yaradıcılığını kəskin şübhə altına alan Robert Tompsona edilən "milliyətçi" hücumları göstərir. == Mənbələr == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ].
Movses Xorenli

Erməni tarixi (Moisey Xorenli)
Ermənistan tarixi – "erməni tarixinin atası" adlandırılan Moisey Xorenli tərəfindən yazılan üç hissəli əsər. == Xüsusiyyətlər == Əsərin ön sözündən məlum olur ki, Xorenli bu əsəri erməni xalqının, erməni dövlətinin, müxtəlif naharar nəsillərinin və ən əvvəl Baqratuni soyunun kökünü öyrənmək istəyən knyaz Saak Baqratuninin xahişi ilə yazmışdır. Beləliklə, Xorenli lap qədimdən 428-ci ilə kimi — yəni Şərqi Ermənistanda dövlət quruluşunun Sasanilər tərəfindən ləğvinə kimi erməni xalqının tarixini yaradır. Müəllif erməni etnosunu məçhur qədim xalqların — Aşşur, Babilistan, Midiya, Parfiya, Sasanilər və Rumların tarixi ilə paralel inkişaf etdirir. Xorenlinin siyasi tendensiyası, məramı keçmişdə Ön Asiyanın iri dövlətlərindən heç də geri qalmayan müstəqil, güclü erməni çarlığının olduğunu sübut etmək, ermənilərin böyük keçmişini göstərmək olmuşdur. N.Y.Marr təsdiq edir ki,"Xorenli yunan mədəniyyəti zəminində yetişmiş parlaq erməni millətçisi, eləcə də yunan qayda-qanunlarının həvəskarı olmuşdur. Onun əsərini nə Suriya missioner məktəbinə, nə də yunan-sxolastik məktəbinə aid etmək olar. Erməni tarixşünaslığı, ümumiyyətlə erməni ədəbiyyatı öz inkişafının birinci mərhələsini Xorenli ilə tamamlayır. Xorenlinin əsəri Qafqaz Albaniyası tarixi üzrə də mühüm mənbələrdən biri sayılır. Burada onun tarixi, coğrafiyası, xüsusən birinci əsrdə Araz şayından keçən Cənub sərhəddi haqqında ətraflı məlumat və təsvir var.
Ermənistan tarixi-Moisey Xorenli

Ermənistan tarixi (Moisey Xorenli)

Aristoksenus (Tarentli)
Tarentli Aristoksenus (yun. Ἀριστόξενος ὁ Ταραντῖνος; təq. e.ə. 360 – təq. e.ə. 300, Afina) — yunan filosofu, musiqişünası, peripatetik məktəbin ən görkəmli nümayəndələrindən biri. O, musiqi nəzəriyyəsi üzrə antik dünyanın ən tanınmış alimlərindən biri idi və bu sahədə çoxlu əsərlər yazmışdır. Bundan başqa Aristoksenusun başqa əsərlərindən olan fraqmentləri də zamanımıza çatmışdır. “Ritmikanın elementləri” və “Harmonikanın elementləri” adlı kitablar musiqi nəzəriyyəsi sahəsində yazılan və bu sahədə zamanımıza çatmış ilk əsərlərdir. Bu kitablarda musiqi nəzəriyyəsi ritmika, harmoniya və metrika kimi fəsillərə bölünmüşdür.
Arxitas (Tarentli)
Tarentli Arxitas (yun. Ἀρχύτας ὁ Ταραντίνος, m. ö. 428 – 347) — yunan filosofu, pifaqorçular məktəbinin təmsilçisi, Filolausun öyrəncisi olmuşdur. == Həyatı == Arxitas, siyasətlə məşğul olmuş və yüksək hərbi vəzifələrdə çalışmışdır. Arxitas Cənubi İtaliyaya gələn Platonu Siciliya hökmdarı II Dionusiusun qəzəbindən qoruya bilmişdir. Bundan sonra Platon onun yaxın dostu olmuşdur. Onun zamanımıza yalnız fraqmentlərlə çatan "Riyazi elmlər" və "Söhbətlər" əsəri bilinməkdədir. Arxitasın fəlsəfi fikirləri haqqında zamanımıza çox az bilgi çatmışdır. Məlumdur ki, o kainatın sonsuz olmasını iddia edirdi.
Terekli-Məktəb
Terekli Məktəb – Rusiya Federasiyasının Dağıstan Respublikasının Noqay rayonunun inzibati mərkəzi. Terekli məktəb Dağıstanın şimal-qərbində Noqay çölünün mərkəzində yerləşir. Qəsəbənin 75 km ndə, avtomobil yolu üstündə Qızılyar şəhəri yerləşir. Əhalisi 7000 nəfərdir. == Tarixi == Qəsəbənin yaranma tarixi XVIII əsrə aiddir. Tarixi xəritələrə görə indiki qəsəbə qaranoqayların, ermənilərin və rusların yaşadğı iki auldan ibarət imiş. Qəsəbənin adı Terek və məktəb sözləri ilə bağlıdır. Terekli-məktəb bütün noqay xalqının paytaxtı hesab olunur. Qəsəbənin Şərəf Xiyabanında 11 Müharib və Əmək qəhrəmanı büstü var. == Mədəni həyatı == Qəsəbədə, kənd məktəbləri üçün noqay dili müəllimlərini hazırlayan Xasavyurd Pedoqoji kollecinin, və Moskva Humanitar Universitetinin filialları var.
Terenti Qraneli
Terenti Samsonoviç Kvirkveliya (gürc. ტერენტი სამსონის ძე კვირკველია, daha çox Terenti Qraneli ədəbi təxəllüsü ilə tanınır; 3 iyun 1897, Tsalencixa, Kutaisi quberniyası, Rusiya imperiyası – 10 oktyabr 1934, Tiflis, Gürcüstan SSR, SSRİ) — Gürcü şairi və esseisti, qrafika rəssamı. == Həyatı == Terenti Kvirkveliya 1897-ci ildə (digər mənbələrə görə — 1898-ci ildə) Samson Kvirkveliyanın yoxsul kəndli ailəsində anadan olmuşdur. Yeddi yaşında anası İvlitanı itirmişdir. Anası doğuş zamanı həyatını itirmiş, özündən sonra iki qızı və bir oğlunu atasının himayəsində buraxmışdır. Qısa müddət sonar ata yenidən evlənmişdir. Terentinin anası Dariya Meboniya övladlığa götürülmüş uşaqlara doğmaları kimi yanaşmışdı. Xüsusilə bu valideyn istiliyini ömür boyu xatırlayan Terentini çox sevirdi. Ailədə oğlanın istedadını erkəndən görüb onu ibtidai məktəbə göndərirlər və yerli xeyriyyəçi və ictimai xadim Yakov Şanava uşağa kitab oxumaq sevgisi aşılayır və ona kitabxanasından istifadə etməyə icazə verir. Burada gənc Terenti dünya ədəbiyyatının klassikləri ilə tanış olur.Salenjixada ibtidai məktəbi bitirdikdən sonra 1918-ci ildə Tbilisiyə köçən Terenti orada Şalva Nutsubidzenin təhsil kurslarında iştirak edir və 1920-ci ildə oranı bitirir.
Börnli FK
Börnli Futbol Klubu, İngiltərənin Lankaşir qraflıqının Börnli şəhərinin eyni adlı futbol komandası. 1888-ci ildə qurulan İngiltərə Futbol Liqasının qurucu klublarındandır.
Eduard Brenli
Eduard Yucin Dizayr Brenli (23 oktyabr 1844 - 24 mart 1940) — Parisin Katolik İnstitutunda fransız ixtiraçı, fizik və professorlardan biri idi. O ilk növbədə, simsiz teleqrafın və 1890-cı illər ərzindəki Brenlinin dalğa reseptorunu ixtira etməklə tanındı. == Həyatı == Eduard Brenli 23 oktyabr 1844-cü ildə doğulmuşdu. Eduard Brenli 1940-cı ildə vəfat etdi. Onun cənazə mərasimi Parisin Notr-dam kilsəsində baş tutdu və Fransanın o zamanki prezidenti, Albert Lebrun da iştirak etdi. O, Parisdə Pere Laçois Qəbiristanlığında (Père Lachaise Cemetery) dəfn edildi. == Dalğa reseptoru == Dalğa reseptoru radio kommunikasiyası üçün ilk geniş ölçüdə istifadə edilən detektor idi. == Mükafatları == Brenli düz üç dəfə Nobel mükafatı lauretı olmaq üçün namizədliyini irəli sürdü, lakin heç birində bu mükafatı ala bilmədi. 1911-ci ildə o,öz rəqibi Mariya Küriyə qalib gələrək Fransa Elmlər Akademiyasına seçildi. Hər ikisi Akademiyada rəqib idilər: o bir qadın və o bir dindar katolik, hansı ki, Parisin Katolik Universitetində bir kürsü üçün Sorbonneni tərk etmişdi.
Zaxari Dörnli
Zaxari Dörnli (28 sentyabr 1998, Şeffild, İngiltərə) — İngiltərə təmsilçələrindən olan Mançester Yunayted klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Mançester Yunayted === Villok öz peşəkar karyerasında debütünü 21 may 2017-ci ildə mövsümün son oyununda Kristal Palas klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Mançester Yunayted rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir.
Lauri Törni
Lauri Törni (28 may 1919, Vıborq – 18 oktyabr 1965) — müxtəlif vaxtlarda 3 ölkənin (Finlandiya, Almaniya, ABŞ) hərbi qulluqçusu olmuş fin hərbçi, Finlandiyanın ali hərbi ordeni sayılan Mannerheym nişanının sahibi. Lauri Törni Finlandiya SSRİ-nin hücumlarından müdafiə olunmaq üçün almanlar ilə ittifaq qurduqdan sonra, 7 həftəlik waffen-ss təlimləri keçmək üçün Avstriyanın Vyana şəhərinə getmişdir. İyul ayında həm fin zabiti, həm də Alman waffen-ss kiçik leytenantı kimi Finlandiyaya qayıtmışdır. 1941-1944-cü illərdəki Finlandiya Sovet müharibəsində hərbi etimadının böyük bir hissəsini qazandı. Qərb mənbələrində bu müharibəyə Davam müharibəsi deyilir. Öz birliyi ilə düşmən xətlərinin dərinliklərinə girərdi. Ruslara çoxlu itki verdirmişdir. Bu səbəbdəndə Sovetlər başına 3 milyon Fin markası (təxminən 650.000 dollar) mükafat təyin etmişdilər. Sovetlər və Finlandiya arasında imzalanan sülh sazişindən çox da məmnun qalmamış, sabotaj hazırlığı üçün Almaniyaya getmişdir. Müharibənin gedişatına görə təhsili yarımçıq qalmış və Finlandiyaya etibarlı şəkilə qayıda bilməmişdir.
Goranlı
Goranlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Goranlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 10 oktyabr 2006-cı il tarixli, 151-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Goranlı kənd inzibati ərazi dairəsi Goranlı kənd inzibati ərazi vahidi hesab edilmişdir. == Toponimikası == XIX əsrdə Qarabağ düzündə maldarlıqla məşğul olmuş goran tirəsinin adı ilə bağlıdır. XIX əsrdə Gorançayın sol sahilində, indiki Qayadamı deyilən yerdə yerləşən kənd Goran adlanırdı. XX əsrin əvvəllərində həmin kənd Kürəkçayın sağ sahilinə köçmüş və Goranlı (Gorandan gələnlər) adlanmışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kürəkçay stansiyasının alt tərəfində, Qazançı və Xəsədərli kəndlərinin neytralında yerləşir. Goranlı kəndi isti iqlimə və az şoranlaşmış torpaq qatına malikdir. Torpaq strukturunun zəif olması kənd əhalisini maldarlıqla məşğul olmağa sövq edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 582 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Kənd əhalisi əsasən heyvandarlıq və qismən də maldarlıqla məşğul olur.
Moranlı
Moranlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Moranlı (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Morelli
Morelli (1717, Vitri-le-Fransua – 1778) — Fransız maarifçisi. Morellinin həyatı haqqında çox az məlumat var. XVIII əsrin ortalarında bu imza ilə bir neçə əsəri çap olunmuşdur; məsələn: "Baziliada". Maraqlıdır ki, Morellinin əsas kitabını - "Təbiət kodeksi və ya onun qanunlarının əsl ruhu"nu uzun müddət Didronun adına çıxırdılar.
Torbalı
Torbalı (türk. Torbalı) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 36 km-dir. İlçənin şimalında Buca və Kamalpaşa, şərqində Bayındır və Tirə, cənubunda Səlcuq, qərbində isə Menderes ilçələri yerləşir. İlçənin sahəsi 577 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 185,908 nəfərdir.
Tortoli
Tortoli (it. Tortolì) — Sardiniyada şəhər.
Çörəkli
Çörəkli (əvvəlki adı: Hatsi) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Hatsi kəndi Çörəkli kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çörəkli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində İrandan gəlmiş erməni ailələrinin Çörəkli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ermənilər kəndi Hatsi (erm. "çörəkli") adlandırmışdılar. 1992-ci ildən kəndin adı yenidən özünə qaytarılmışdır. == Tarixi == === Tarixi abidələri === Çörəkli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Şorəlli
Şorəlli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Toruni
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Şorəli
Şorəli — İrəvan xanlığının Göycə mahalında kənd adı. == Toponimiyası == XIX əsrin ortalarından sonra kəndin adı mənbələrdə çəkilmir. Azərbaycan xalqının etnik tarixi ilə bağlı qədim toponimlərdəndir. Erkən orta əsrlərdə Albaniyada və indiki Ermənistan ərazisində yaşamış türk mənşəli Şor (əsli Çor) tayfasının adını əks etdirir. Peçeneqlərin Çor (Çur) tayfasının adındandır. Azərbaycanda Çorman (Kəlbəcər r-nu), Çor-Yurt (Yardımlı r-nu), Corlu (Qəbələ r-nu), Corlu (Gürcüstanda) adları ilə eynidir. İlk dəfə “VII əsr Erməni coğrafiyası” adlı mənbədə Şorapor (“Şor dərəsi” yaxud “Şor vadisi” mənasındadır) toponimində əksini tapmış bu elin adı ilə bağlı bir sıra toponimlər vardır. Əsl adı “Şor eli”, yəni “Şor tayfası” (“Şirak el” kimi).
Bulbophyllum morenoi
Bulbophyllum morenoi (lat. Bulbophyllum morenoi) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Cryptobia borelli
Cryptobia borelli (lat. Cryptobia borelli )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədən oraqvari əyri formadadır, öndən genişlənmiş, arxadan müəyyən qədər sıxılmışdır. Ön qamçı uzundur, arxa qamçı bir az qısadır. Nüvə müxtəlif dərəcədə uzunsovdur, adətən bədənin dorzal şişkin hissəsində yerləşir, arxaya yaxındır, bir qayda olaraq kinetoplasta paraleldir. Kinetoplast nisbətən kiçik ölçülü, çubuq formasındadır. Bədənin uzunluğu 12.6-24.5, eni 2.5-7.5, ön qamçının uzunluğu 6.5-18.0, arxa qamçının uzunluğu 5.6-15.0, nüvənin uzunluğu 3.0-5.5, kinetoplastın uzunluğu 2.0-9.0 mkmdir. == Yayılması == Cryptobia borelli Kür çayı, Araz çayıDəvəçi limanı, Kiçik Qızılağaç körfəzi, Ağgöl, Naxalıqçala gölü, Çınqıl karxanası, Şəmkir və Yekəxana su anbarlarında yayılmışdır. == Həyat tərzi == Kriptobilər içərisində Azərbaycan su tutarlarında balıqların qanında parazitlik edən ən geniş yayılmış növdür. Sahiblər: mursa, qızılüzgəc, çapaq, daban, lil, çəki balıqlarıdır.
Franko Korelli
Franko Korelli (it. Franco Corelli, əsl adı Dario Korelli; 8 aprel 1921[…], Ankona, Marke – 29 oktyabr 2003[…], Milan) — İtaliya opera müğənnisi (tenor).
Fərhad Turanlı
Fərhad Turanlı (26 dekabr 1960, Çiçəkli, Sabirabad rayonu) — tarix elmləri doktoru, professor, türkoloq, ukraynaşünas, "Kyiv-Mohilyanska Akademiyası" Milli Universitetinin humanitar elmlər fakültəsinin professoru.. Eyni zamanda 2011–2012-ci dərs ilində İvano Franko adına Liviv Milli Universitetinin Yaroslav Daşkeviç adına şərqşünaslıq kafedrasının müdiri vəzifəsində işləyib; 2012–2014-cü illərdə Beynəlxalq Ukrayna Universitetində yeni qurduğu şərqşünaslıq kafedrasının professoru və müdiri, 2019–2020-ci il dərs ilində isə Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təşəbbüsü ilə qurulan şərqşünaslıq kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərib. Türkologiya, islamşünaslıq, ukraynaşünaslıq, beynəlxalq münasibətlər, politologiya mövzusunda bir sıra dərs proqramlarının müəllifidir. == Həyatı == Turanlı Fərhad Qardaşxan Oğlu 1960-cı ildə (Hicri təqviminə görə rəcəb ayının 7-si 1380-ci ildə) Azərbaycanın Sabirabadın Çiçəkli kəndində anadan olmuşdur, 1977-ci ildə isə Muğangəncəli orta məktəbini bitirib. 1977–1979-cu illərdə Bakı şəhərində yaşadı və əmək fəaliyyətinə başladı. 1979–1981-ci illərdə Ukraynanın Lviv və İvano-Frankivsk şəhərlərində hərbi xidmətdə olub. Hərbi xidməti başa çatdırdıqdan sonra bir müddət Ukrayna Daxili İşlər Nazirliyində, o cümlədən Pırikarpatiya Polis akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. 1986-cı ildə ailə həyatı qurmuşdur. Ukrayna vətəndaşı olan Fərhad Turanlı 1992-ci ildə Ukraynanın Vasil Stefanik adına İvano-Frankivsk Dövlət Pedagoji İnstitutunun Tarix fakültəsini bitirib. 1993–1996-cı illərdə Ukraynanın Pırikarpatiya Vasil Stefanik Milli Universitetinin aspiranturasında (Ukrayna) "Dünya tarixi" ixtisası üzrə oxuyaraq "Türk yazılı mənbələrinə görə XVII əsrdə Ukrayna Kazak Dövləti-Krım Xanlığı-Türk Osmanlı İmperatorluğu münasibətləri" mövzusunda elmi tətqiqat işləri aparmaqla bərabər, 1994–1996-cı (o cümlədən 2001-ci ilin oktyabr ayında) illərdə İstanbul Universitetinə dəvət olunaraq Osmanlı türkçəsi, ərəbcə, qədim əlyazmalar (paleoqrafiya), tarix, dinşünaslıq, mədəniyyət vs.
Goranlı bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Korneli Nepot
Korneli Nepot (lat. Cornelius Nepos; təq. e.ə. 100, Paviya – təq. e.ə. 25, Roma) — Qədim Roma tarixçisi və bioqrafı, Mark Tulli Siseronun müasiri. == Həyatı == Korneli Yuxarı İtaliyalı olub. Onun dostları arasında Tit Pomponi Attik, Siseron (tanrı ilə müqayisə edib Nepotu "ölümsüz" adlandırmışdır), Qay Valeri Katul (şeir kitabını Nepota həsr etmişdir) var idi. Siseronun bir məktubu sayəsində Kornelinin eramızdan əvvəl 44-cü il noyabr ayının birinci yarısında qəfil vəfat edən oğlu olduğu məlumdur.Sevgi şeirlərindən əlavə ilk böyük əsəri e.ə. təxminən 54-cü ildə üç kitabda yazılmış "Xronika" olmuşdur, əsər Yunanıstan və Roma tarixində baş verən ən əhəmiyyətli hadisələri qarşılaşdıran sinxron cədvəldən ibarət idi.
Korneli Tasit
Tasit Korneli (təq. 54 və ya ən tezi 54 və ən geci 56 – təq. 120, Roma imperiyası) — Roma tarixçisi. == Həyatı == Qədim Roma tarixçisi Tasit Korneli 58-ci ildə Şimali İtaliyada Roma əyaləti olan Qalliya Narbonda varlı süvari ailəsində anadan olmuş, mükəmməl təhsil almışdır. Müasiri olmuş üç Roma imperatorunun üçü də ona himayədarlıq etmiş, o, ən yüksək dövlət vəzifələrinə təyin edilmişdir. Gənc yaşlarında təhsilini səssizcə davam etdirdiyindən "Səssiz" — "Tasit" ləqəbini almışdır. Ən yaxın dostu Plinus olmuşdur Tasit Korneli 69–96-cı illərdə Romanı idarə edən Flavilərlə dostluq etmiş, bu sülalənin nümayəndəsi, 69–79-cu illərdə Poma imperiyasını idarə edən Vespasian Tasit Kornelini senata üzv təyin etmiş, Dominisian (81–96) isə onu pretor təyin etmişdir. 77-ci ildə general Aqrikolanın qızı ilə evlənmişdir. 89–93 illərində hətta bəzi legionların generalı təyin olunmuşdur Böyük natiqlik qabiliyyəti olan Tasit Korneli 93-cü ildən sonra senatın üzvü kimi imperator Dominisianın repressiyalarından canını güclə qurtarmışdır. Tasit 96-cı ildə Romada baş vermiş dövlət çevrilişini alqışlamış, hakimiyyətə gələn Antonilər sülaləsinin (96–192) əsasını qoyan imperator Nerva (96–98) onu konsul təyin etmiş, Trayanın zamanında (98–117) isə məhkəmə natiqi kimi şöhrətlənmişdir.
Kriptobiya borelli
Cryptobia borelli (lat. Cryptobia borelli )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədən oraqvari əyri formadadır, öndən genişlənmiş, arxadan müəyyən qədər sıxılmışdır. Ön qamçı uzundur, arxa qamçı bir az qısadır. Nüvə müxtəlif dərəcədə uzunsovdur, adətən bədənin dorzal şişkin hissəsində yerləşir, arxaya yaxındır, bir qayda olaraq kinetoplasta paraleldir. Kinetoplast nisbətən kiçik ölçülü, çubuq formasındadır. Bədənin uzunluğu 12.6-24.5, eni 2.5-7.5, ön qamçının uzunluğu 6.5-18.0, arxa qamçının uzunluğu 5.6-15.0, nüvənin uzunluğu 3.0-5.5, kinetoplastın uzunluğu 2.0-9.0 mkmdir. == Yayılması == Cryptobia borelli Kür çayı, Araz çayıDəvəçi limanı, Kiçik Qızılağaç körfəzi, Ağgöl, Naxalıqçala gölü, Çınqıl karxanası, Şəmkir və Yekəxana su anbarlarında yayılmışdır. == Həyat tərzi == Kriptobilər içərisində Azərbaycan su tutarlarında balıqların qanında parazitlik edən ən geniş yayılmış növdür. Sahiblər: mursa, qızılüzgəc, çapaq, daban, lil, çəki balıqlarıdır.
Moranlı (Cəlilabad)
Moranlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Moranlı oyk., sadə. Cəbrayıl r-nunun Qaraqasımlı i.ə.v.-də kənd. Ceyrankeçməz çayı sahilində, düzənlikdədir Cəlilabad r-nun eyniadlı i.ə.v.-də kənd. Düzənlik ərazidədir. Sabirabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Muğan düzündədir. Keçmişdə maldarlıqla məşğul olmuş moranlı tayfasınm məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə moranlılar şahsevən tayfa ittifaqına daxil idilər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 966 nəfər əhali yaşayır.
Moranlı (Sabirabad)
Moranlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Moranlı kəndi Sabirabad rayonunun cənub şərqində yerləşir. Rayonla yol məsafəsi 50 km-dir. Kəndin inzibati ərazi dairəsinə Moranlı, Sarxanbəyli, Bala-Həşimxanlı kəndləri daxildir. == Əhalisi == 3800 nəfər əhalisi var. == İqtisadiyyatı == Kənddə demək olar təsərrüfatın bütün sahələri inkişaf etməkdədir. Burada daha çox dənli bitkilər, pambıqçılıq, heyvandarlıq, bostan bitkiləri və soğan becərilir. Moranlı kəndində əvvələr "İşıqlı Yol" kolxozu (sonralar "Azərbaycan Kommunist Partiyası adına 60 illik kolxoz") fəaliyyət göstərmişdir. Kənddə 2017-ci ildə istifadəyə verilən Moranlı Pambıq Qəbulu məntəqəsi Moranlı inzibati dairəsində becərilən xam pambığın qəbuluna, həmçinin 30-a yaxın yerli sakinin işlə təmin olunmasına şərait yaradır. == Mədəniyyət == Kənddə 2016-cı ildə yeni istifadəyə verilən 432 şagird yerlik tam orta məktəb, mədəniyyət evi, 3 məscid, tibb məntəqəsi, poçt şöbəsi var.
Moranlı bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Okiseius morenoi
Okiseius morenoi (lat. Okiseius morenoi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin okiseius cinsinə aid heyvan növü.