Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cübeyl
Cübeyl (ərəb. جبيل‎ Jubayl; finik. GBL) və ya Bibl (q.yun. Βύβλος Büblos) — Livanda, Dağlıq Livan mühafəzəsində şəhər. Aralıq dənizi sahilindədir.Şəhərin qurulma tarixi dəqiq olaraq bilinmir. Bəzi mütəxəssislər bu şəhərin tarixinin 7,000 il əvvələ qədər çatdığını təxmin edir. Həmçinin, şəhərə yunanca papirus mənasını verən "Bibl" adı verilmişdir, çünki Cübeyl vaxtilə papirus ticarətinə hakim bir liman şəhəri idi. Cübeyl e.ə. III əsr və e.ə. II əsr arasında Misir fironlarının idarəsi altında olan bütün Finikiya sahilinin həm dini, həm də ticari paytaxtı idi.
Qüfeylə namazı
Qüfeylə namazı Müstəhəb namazlardan biri də qüfeylə namazıdır ki, şam namazı ilə işa namazı arasında qılınır. Onun birinci rəkətində Həmddən sonra surə əvəzinə bu ayə oxunur: وَذَالنُّونِ اِذ ذَهَبَ مُغَاضِبًا فَظَنَّ اَن لَن نَقدِرَعَلَيهِ فَنَادَى فِى الظُلُمَاتِ اَن لاَ اِلهَ اِلاَّ اَنتَ سُبحَانَكَ اِنّىِ كُنتُ مِنَ الظَّالِمِينَ فَاستَجَبنَا لَهُ وَنَجَينَاهُ مِنَ الغَمِّ وَكَذاَلِكَ نُنجىِ المؤمِنِينَ Və zənnuni iz zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fizzulumati ənla ilahə illa əntə, subhanəkə inni kuntu minəzzaliminə fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-muminin. Tərcümə: Ənbiya surəsi 21 : 87. Və Zənnuni (balina sahibi Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada sal)! O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı güman etdi. Amma (iş o yerə çatdı ki, o, üç zülmət – gecənin, dənizin dibinin və balığın qarınının) qaranlıqlar(ı) içində səsləndi: «(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam». İkinci rəkətdə də Həmddən sonra surə əvəzinə bu ayə oxunur: وَعِندَهُ مَفَاتحُ الغَيبِ لاَيَعلَمُهَا اِلاَّ هُوَ وَيَعلَمُ مَا فِى البر و البَحرِ وَمَا تَسقُطُ مِن وَرَقَةٍ اِلاَّ يَعلَمُهَا وَلاَحَبَّةٍ فِى ظُلُمَاتِ الاَرضِ وَلاَ رَطبٍ وَلاَ يَابِسٍ اِلاَّ فِى كِتابٍ مُبِينٍ Və indəhu məfatihul-ğəybi la yə`ləmuha illa huvə yələmu ma fil-bərri vəl-bəhr, və ma təsqutu min vərəqətin illa yələmuha. Və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin mubin. Tərcümə: Ənam surəsi 6: 59.
Əl-Cübeyl
Əl-Cübeyl (ərəb. الجبيل‎) — Səudiyyə Ərəbistanının Şərq vilayətində şəhər.
Süheyl ibn Əmr
Süheyl ibn Əmr (ərəb. سهيل بن عمرو‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, məşhur Qureyşlilərdən biri. O, xətib ləqəbini daşıyırdı. O, Bədr döyüşündə müsəlmanlar tərəfindən əsir düşmüş, yalnız Məkkənin alındığı gün İslamı qəbul etmişdir. == Bioqrafiyası == Onun tam adı Əbu Yezid Süheyl ibn Əmr ibn Əbd Şəms ibn Əbd Vəd ibn Nəsr ibn Malik əl-Kürəşidir. Məhəmmədin peyğəmbərlik missiyasının başlanğıcı zamanı Süheyl Məkkənin rəhbərlərindən biri idi. Uzun illər Süheyl müsəlmanların müxalifi olmuşdur. O, ət-Taifə köçmək üçün uğursuz cəhddən sonra Məhəmməd peyğəmbəri müdafiə etməkdən imtina edənlərdən idi. Onun iki oğlu var idi: Abdullah və Əbu Cəndəl. Hər iki oğul İslamı atalarından əvvəl qəbul etmişdir.
Əl-Cübeyl kilsəsi
Əl-Cübeyl kilsəsi — Səudiyyə Ərəbistanının əl-Cübeyl bölgəsində 1986-cı ildə qazıntılar nəticəsində kəşf edilmiş, IV əsrə aid Nestorian kilsəsi. Kilsənin əsas binası qalmamış, sadəcə divarları və özülü günümüzə salamat çatmışdır.
Portlənd Treyl Bleyzers
Portlənd Treyl Bleyzers — Origen ştatının Portlend şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-də Qərb Konfransında mübarizə aparır.
Züfər ibn əl-Hüzeyl
Züfər ibn əl-Hüzeyl əl-Anbari ət-Tamimi (ərəb. زُفر بن الهذيل العنبري التميمي‎) — görkəmli müsəlman hüquqşünası və hədis üzrə mütəxəssis, İmam Əbu Hənifənin tələbəsi. == Doğumu == Züfər ibn əl-Hüzeyl İraqda anadan olub. Onun doğulduğu yer dəqiq bilinmir, lakin bəzi tarixçilər bunun böyük ehtimalla Kufədə baş verdiyinə inanırlar. Atası əl-Hüzeyl ibn Qeys məşhur ərəb qəbiləsindən olan Tamim tayfasından idi. Qısa müddət ərzində İsfahan şəhərində Əməvi xəlifəsi Yezid ibn əl-Vəlidin valisi vəzifəsində çalışmışdır. Onun üç oğlu olduğu bildirilir: Züfər, Harsamə və Kəusər. Züfər adı ərəbcə “igid”, mənasındadır və bəzən “səxavətli” mənasında da işlənir. İmam Züfər 48 yaşında dünyasını dəyişmişdir. İmam Əbu Hənifənin vəfatından sonra cəmi səkkiz il yaşasa da, məzhəbinin inkişafı və yayılmasında böyük xidmətləri olmuşdur.
Humeyl
Humeyl — İranın Kirmanşah ostanının İslamabad Qərb şəhristanının Humeyl bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,303 nəfər və 306 ailədən ibarət idi.
Tüfəng
Tüfəng — odlu silah olub, uzun lüləyə malikdir. Lüləyinin uzunluğu ən azı 30 sm ölçüsündə olur. Onun ümumi uzunluğu isə ən azı 60 sm-dir (qundaq, çaxmaq, lülək). Tüfəngdən hücum, müdafiə, siqnal vermək, ov, idman və ya oyunlarda istifadə edilə bilər. Tüfənglər adətən atəş zamanı əldə tutulduğundan onlara əl silahı da deyirlər. == Tarixi haqqında == Bu gün bizə məlum olan tüfəng hələ 1300-cü ildə məlum olan atəşli silahın əsasında inkişaf etdirilmişdir. İlk vaxtlarda bu tökmə yolu ilə hazırlanmış borudan ibarət idi. Bu boru kiçik deşikdən alovlandırılırdı. İlk əl boruları çox qeyri dəqiq idi. XVI əsrin ortalarında hazırlama texnologiyasının inkişafı nəticəsində onların dəqiqliyi artır.
Avtomat tüfəng
Avtomat tüfəng və ya avtomat silah — odlu silah. Atəş açılarkən əmələ gələn barıt qazı enerjisindən nəinki gülləyə (mərmiyə) hərəkət vermək, həmçinin silahı yenidən doldurmaq və atəş açmaq üçün istifadə olunur. == Tarixi == Amerikalı Requlus Pilon 1863-cü ildə ilk avtomat tüfəng quraşdırmışdır. Rusiyada ilk avtomat tüfəngi layihəsini 1887-c ildə D. A. Rudnitski vermişdir. == Xarakteristikası == Avtomat silah həm fasiləsiz, həm də tək-tək atəş açır. Yalnız yenidən doldurma əməliyyatı avtomatlaşdırılmış silah yarımavtomat və ya özüdolan avtomat silah adlanır. Avtomat silahın yüksək sürətlə atəş açması tez hərəkət edən hədəfi vurmağa və yüksək atış sıxlığı yaratmağa imkan verir. Patronlar avtomat silaha patronla dolu xüsusi mağazadan (tapança, avtomat, tüfəng, karabin, əl pulemyotu, ortakalibrli avtomat toplarda) və ya elastik metaldan hazırlanmış lent (qundaqlı pulemyot, irikalibrli pulemyot, kiçikkalibrli avtomat toplarda) vasitəsilə verilir. Avtomat tapança, tapança-pulemyot, avtomat və özüdolan tüfənglər, əl pulemyotu, irikalibrli (12,7–15 mm) pulemyot və avtomat top (kalibri 20 mm və daha artıq olan) avtomat silahlardır. == Növləri == Müasir avtomat silah aşağıdakı növlərə bölünür: Avtomatik rejimli lülə təpməsindən istifadəyə əsaslanan silahlar sistemi.
Avtomatik tüfəng
Avtomat — müharibə üçün istifadə olunan avtomatik atəş silahı. Avtomatlar dörd rejimdə olur: bloklaşdırılmış (atəş açılmır), tək-tək atəş, yarı avtomatik atəş (üç-üç və ya iki-iki atəş açılır) və tam avtomatik (dayanmadan atəş açılır). Avtomatlar dünyada kütləvi şəkildə İkinci Dünya müharibəsindən sonra yayılmışdır. İlk avtomatlar Rusiya İmperiyasında Vladimir Qriqoryeviç Fyodorov tərəfindən düzəldilmişdir (Fyodorov avtomatı). Avtomatlar pulyemyot tapançaları əvəz etmişlər. == Müasir avtomat == 1943-cü ildə dizayn edilmiş StG 44 döyüş meydanında geniş istifadə edilən ilk müasir piyada tüfəngi kimi tarix səhnəsində öz yerini tutdu. Adi tüfəng patronu əvəzinə patronun qısaldılmış variantı olan 7,92x33 Kurz güllələrini atmağa qadir olan StG 44 sürətli və yüksək atıcı silah idi. Yüksək gücü ilə nisbətən geniş ərazidə təsirli ola bilən StG 44, illər sonra piyadaların tüfəngləri ilə yenidən müstəqil şəkildə hərəkət etməsinə şərait yaratdı. Bənzər bir silah olaraq təyin oluna bilən M1 Carabine adlı qısa lüləli tüfəng ABŞ tərəfindən istehsal edilsə də, bu silah StG 44-ün uğurunu tutmaqdan uzaq idi. Çünki onun istifadə etdiyi güllə tapança gülləsindən bir qədər güclü idi.StG-44-ün açdığı yolda piyada tüfənginin anlayışı tamamilə dəyişdi.
Martin (tüfəng)
Martin təklüləli tüfəng növüdür. Orijinal adı Martini-Henri idi və 1871-ci ildən İngilis ordusunda istifadə edilmişdir. Silah, özünü təkmilləşdirən Fridrix von Martini və Aleksandr Henrinin adını daşıyır. Osmanlı ordusu tərəfindən 93 müharibəsində ruslara qarşı istifadə edilmişdir. Martini-Henri Martin və Hekimoğlu da daxil olmaqla, bir çox xalq mahnısının mövzusu olmuşdur.
Sühəyl Ünvər
Sühəyl Ünvər (türk. Süheyl Ünver 1898[…], Konstantinopol – 14 fevral 1986, İstanbul) — Türkiyə yazıçısı və həkimi. Ünvər xeyli sayda roman və hekayələr müəllifidir. == Həyatı == Sühəyl Ünvər 1898-ci il fevralın 17-də İstanbulda anadan olub. İlk təhsilini "Medresetü'l-Hattatin"'də almış, burda xəttatlığı öyrənmişdi. Gənc Sühəyl türk ornament miniatür sənəti ilə məşğul idi. "Darülfün"də Tibb Fakültəsində təhsil almış, 1920-ci ildə onu bitirmişdir. 1927-1929-cu illərdə daxili xəstəliklər üzrə tibb ixtisasını Paris Universiteti Tibb Fakültəsində tamamlamışdır. 1930-cu ildə Tibb Fakültəsi Müalicə Klinikasında Farmakodinamikanın dosenti vəzifəsində çalışmışdır. Gureba və Haseki xəstəxanalarında, Sənaye Məktəbində həkim köməkçi olaraq işləmişdir.
Ğufeylə namazı
Den Kueyl
Den Kueyl — ABŞ-lı siyasətçi. 1989-1993-cü illərdə, Prezident Corc H.U. Buşun hakimiyyəti dövründə ABŞın 44-cü vitse-prezidenti vəzifəsində çalışmışdır.
Emiliya Turey
Emiliya Turey (d. 6 sentyabr 1984; Həştərxan, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Emiliya Turey Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Emiliya Turey Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Tunel (funikulyor)
F2 xətti — Türkiyənin İstanbul şəhərində olan yeraltı metrosu. 1863-cü ildə Londonda xidmətə verilən yeraltı sərnişin daşıma sistemlərindən sonra inşa edilən dünyanın ən qədim 2-ci yeraltı sərnişin daşıma sistemidir. 17 yanvar 1875-ci ildə açılmışdır. Ümumi uzunluğu 573 metr olan Tunelin inşasına 1871-ci ildə başlandı və tikinti 1874-cü ildə tamamlandı. 1910-ci ildə elektrik sistemə keçən tunel, 1939-cu ildə İETT ümumi müdiriyyətinə təhvil verildi. 1970-ci ildə bir Fransız firması tərəfindən tamamilə yenilənən tunel, 90 saniyədə Qalata ilə Bəyoğlunun bir-birinə bağlamaqdadır.2009-ci ilin statistikasına görə hər gün orta hesabla 15 min sərnişin daşıyan tunel, ildə ortalama 64 min 800 dəfə səfər edir və ortalama 37 min kilometr yol qət edir. Tüneli hal-hazırda İstanbul Elektrik Tramvay və Tunel İşlətmələri (İETT) işlədir. == Tikintisi == Fransız mühəndis Eugene Henri Gavand, 1867-ci ilin mayında İstanbula gəlir, Qalata ilə Bəyoğlu arasındakı gündə ortalama qırx min adamın enib çıxdığını təsbit edir. Buna görə də lift tipində bir dəmiryolu layihəsi hazırlayıb İngilis hökumətindən kredit alıb Osmanlı hökumətinə təqdim edir. Onun ilk müraciətinə imtina cavabı verilir.
Tunel (pirsinq)
Tunel — qulağın sırğalıq nahiyyəsinə taxılan halqa şəklində və böyük ölçüdə olan bəzək əşyası. Adi sırğadan dəliyin böyük diametri ilə fərqlənir. Həmçinin sonradan həmin dəliyin bağlanma prosesi Plaq (ing. plug — «tıxac») adlanır. == Tarix == Tunel və Plaqlar hələ qədim dövrlərdən məlum idi, çünki qulaqların modifikasiyası hələ Afrika kontinentində yaşayan erkən insanlar tərəfindən təcrübələnirdi. Xalqların Afrika materikindən yeni ərazilərə köçməsi ilə tunel də Avrasiya və digər kontinentlərə də yayıldı. Arxeoloji qazıntılar tunellərin Qədim Misirdə, İnd vadisi mədəniyyətində, Hind-Çində və Mezoamerika mədəniyyətlərində geniş istifadəsini təsdiqləyir. Mohenco-Daroda aparılan arxeoloji qazıntılarda çoxlu sayda qulaq dəliklərini genişləndirmək üçün istifadə edilən alətlər və halqalar aşkar edilmişdi. İnd vadisi boyunca yaşayan xalqlarda tunel və plaqlar kundala (sanskr. कुण्डलिन्; “halqalarla bəzədilmiş qulaqlar”) adlanırdı.
Hezbe Tudeye İran
İran Tudə Partiyası (fars. حزب توده ایران‎, Hizbi Tudəyi İran, hərf. İran Kütlələri Partiyası) — İranda kommunist partiya. == Tarixi == 1941-ci ildə „Tudə“ hizbi yaradıldı. Bu partiya kommunistlər haqqında 1931-ci ildən qüvvədə olan „Kommunist qanunu“ baxımından özünü kommunist partiyası deyil, Tudə partiyası adlandırdı.
Tank əleyhinə tüfəng
Tank əleyhinə tüfəng, hərbi texnikaların, xüsusən də tankların zirehlərini dağıtmaq üçün hazırlanmış bir tüfəng növüdür. Antitank tüfəngləri əvvəlcə Birinci Dünya Müharibəsində istifadə edilmiş və İkinci Dünya Müharibəsi dövründə ağır zirehli texnikalar ilə mübarizədə yetərli olmadığına görə, bazuka kimi raket buraxıcıları və geri təpməsiz tüfənglər ilə əvəz olundular, lakin Koreya müharibəsinə qədər istifadə edilmişdirlər. Bu gün Barrett M82 kimi ağır kalibrli snayper tüfəngləri İkinci Dünya müharibəsi texnologiyasının bir təkamülüdür.
Tunel (film, 2005)
== Məzmun == == Film haqqında == Film Vüqar Ercanın eyniadlı əsərinin motivləri əsasında çəkilmişdir. Filmin 5 seriyalı "Sevimli xəstə" adlı versiyası var.
Köhnə tüfəng (film, 1975)
"Köhnə tüfəng" (fr. Le vieux fusil) — 1975-ci ildə rejissor Rober Enriko tərəfindən çəkilmiş fransız filmidir. 1976-cı ildə ən yaxşı film, ən yaxşı aktyor və ən yaxşı musiqi nominasiyalarında Sezar mükafatı qazanmış, eləcə də ən yaxşı rejissor, ikinci plan aktyor, ssenari, operator, montaj və səs nominasiyalarına namizəd olmuşdur. Film, 1944-cü ildə baş vermiş Oradur-sür-Qlan qətliamından bəhs edir. == Məzmun == 1944-cü ildə, Montobanda almanlar Fransadan geri çəkilən dövrdə, Julyen Dandyö yerli xəstəxanada cərrah kimi çalışır. Antihitler koalisiyasının həyata keçirdiyi Normandiya əməliyyatının başlamasından sonra Montobana edilə biləcək hava hücumundan ehtiyatlanan Dandyö, ailəsinin təhlükəsizliyi üçün dostu Fransuadan həyat yoldaşı və qızını şəxsi qəsrinin yerləşdiyi kəndə aparmasını xahiş edir. Bir həftə sonra Dandyö, həftəsonu olduğuna görə onları görmək məqsədilə kəndə yola düşür, lakin almanlar kəndi tutmuşdu. O, kilsədə bütün kəndliləri öldürülmüş vəziyyətdə tapır. Qəsrdə güllələnmiş qızını və alovsaçanla yandırılmış həyat yoldaşını görən zaman sarsıntı keçirir. Dandyö ailəsinin intiqamını almaq üçün alman əsgərlərini öldürməyi qərara alır.
777-ci Motorlu Tüfəng Alayı
777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə, daha sonra 777-ci Motorlu Tüfəng Alayı — Azərbaycan Silahlı Qüvvələrinə bağlı Azərbaycan Quru Qoşunlarında xüsusi təyinatlı hərbi hissə. == Tarixi == === Birinci Qarabağ müharibəsi === 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə 1 yanvar 1992-ci il tarixində, Azərbaycanın paytaxtı Bakı şəhərində, keçmiş Azərbaycan Prezidenti Ayaz Mütəllibovun hakimiyyəti dövründə yaradılmışdır. Polkovnik-leytenant Elçin Məmmədov tabor komandiri, baş leytenant Rövşən Əkbərov isə tabor komandirinin müavini təyin edilmişdir. Taborun tərkibi ilkin olaraq Əfqanıstan müharibəsi zamanı Sovet Ordusunda xidmət etmiş 32 azərbaycanlı zabitdən ibarət idi. Buna görə tabor "Əfqan" ləqəbi ilə tanınırdı. Taborun formalaşdırılma prosesi davam etdiyi müddətdə dövrün Azərbaycan Müdafiə naziri Tacəddin Mehdiyevin əmri ilə hərbi hissənin Vaqif Musayevin rəhbərlik etdiyi bir kəşfiyyat qrupu Şuşa şəhərinə göndərilmişdir.1992-ci ilin yanvarında hərbi hissənin şəxsi heyəti keçirdiyi əməliyyat nəticəsində keçmiş SSRİ-nin 4-cü ordusunun 295-ci Motorlu Tüfəng Diviziyasının 7 PDM-ni ələ keçirmişdir. 1992-ci il fevral ayının əvvəlində, 30 zabit və 20 əsgərdən ibarət olan 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə şəhəri müdafiə etmək üçün Şuşaya köçürülmüşdür. Şəhərə gələn batalyon dərhal döyüş tapşırıqlarını yerinə yetirməyə başlamışdır. Bu döyüş tapşırıqlarına Ermənistan Silahlı Qüvvələrinə aid döyüş xətlərinin arxasında kəşfiyyat və təxribat əməliyyatları, eləcə də Laçından Şuşaya doğru irəliləyən kolonlara müşayiət etmək aid idi. Şuşanın işğal edilməsinin ertəsi günü bir qrup azərbaycanlı hərbçi Zarıslı kəndində mühasirəyə düşmüşdür.
Panzerbüchse 39 - tank əleyhinə tüfəng
Panzerbüchse 39 , qısaldılmış PzB 39 , (almanca: "tank ov tüfəngi modeli 39") İkinci Dünya Müharibəsində istifadə edilən Alman tank əleyhinə tüfəng idi . Bu, Panzerbüchse 38 ( PzB 38 ) tüfənginin təkmilləşdirilməsi idi. == İnkişaf == === PzB 38 === Alman tank əleyhinə tüfəngləri 1917-ci ildə dünyanın ilk tank əleyhinə tüfəngi olan Mauser 1918 T-Gewehr ilə ortaya çıxdı. Qərb cəbhəsində ilk İngilis tanklarının görünməsinə cavab olaraq yaradılmışdır . Bu tək atışlı əllə idarə olunan tüfəng orta səviyyədə uğur qazandı; təxminən 15.800 tüfəng istehsal edildi. Alman inkişafı 1930-cu illərin sonlarında yenidən başladı. Piyadaları insan daşına bilən yüngül tank əleyhinə tüfənglə təmin etmək üçün Dipl.-Ing. (sertifikatlı mühəndis) Suhldakı Gustloff Werke-də B. Brauer Panzerbüchse 38 - i dizayn etdi.(PzB 38). Bu, geri çəkilən lüləsi ilə əllə doldurulmuş tək atışlı silah idi. Atəş zamanı lülə təxminən 9 sm (3,5 düym) geri çəkildi, bu da arxanı açdı və tükənmiş patron gövdəsini çıxardı.
Lestrad-e-Tuel
Lestrad-e-Tuel (fr. Lestrade-et-Thouels, oks. L'Estrada e Toels) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12129. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 33 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 462 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 228 nəfərin (15-64 yaş arasında) 172 nəfəri iqtisadi cəhətdən fəal, 56 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.4%, 1999-cu ildə 69.3%).