Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dmitri Vasilyev (türkoloq)
Dmitri Dmitriyeviç Vasilyev (rus. Дми́трий Дми́триевич Васи́льев; 11 oktyabr 1946, Moskva – 18 yanvar 2021, Moskva) — görkəmli rus türkoloqu və şərqşünası, tarix elmləri namizədi, Rusiya İctimai Elmlər Universitetinin professoru, Rusiya EA Şərqşünaslar Cəmiyyətinin vitse-prezidenti, Rusiya EA-nın müxbir üzvü, Tıva Respublikasının Əməkdar Elm xadimi, Atatürk Dil -Tarix Qurumunun fəxri üzvü == Bioqrafiya == Dmitri Dmitriyeviç Vasilyev 11 oktyabr 1946-cı ildə anadan olmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Şərq dilləri fakültəsini bitirmişdir. 1983-cü ildə “Asiya bölgəsinin türk runik yazısı abidələrinin paleoqrafik sistemləşdirilməsi” («Палеографическая систематизация памятников тюркской рунической письменности азиатского ареала») mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi adını almışdır. O, uzun müddət Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda Şərq tarixi bölümünün başqanı kimi fəaliyyət göstərmişdir. 1995-ci ildə YUNESKO Beynəlxalq İnstitutu Elmi Şurasının Orta Asiyanın öyrənilməsi üzrə həmsədri seçilmişdir. 1996-cı ildə Rusiya-Türkiyə Tarixçiləri Komissiyasının məsul katibi seçilmişdir. O, həmçinin Rusiya İctimai Elmlər Universitetində professoru kimi fəaliyyət göstərmiş, burada Rus-Türk Təhsil və Araşdırma Mərkəzinin müdiri olmuşdur. Dmitri Vasilyev 18 yanvar 2021-ci ildə Moskvada koronavirus xəstəliyindən vəfat etmişdir. == Yaradıcılığı == Dmitri Vasilyev türkoloq və Orta Asiyanın köçəri türk xalqlarının tarixinin öyrənilməsində görkəmli mütəxəssis kimi tanınmışdır.
Elçin İbrahimov (türkoloq)
Elçin İbrahimov (Elçin Əli oğlu İbrahimov; 1985, Nehrəm, Babək rayonu) — türkoloq alim, filologiya elmləri doktoru, "Türk dünyasına xidmət", "Lev Tolstoy", "Dyula Nemet-130" medalları təltifçisi, "İlin gənc alimi" mükafatçısı, Türk Dil Qurumunun müxbir üzvü (2018), Türk Ədəbiyyatı Fondunun fəxri üzvüdür (2020). == Həyatı == Elçin İbrahimov 15 mart 1985-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. BDU-nun Şərqşünaslıq fakültəsində bakalavriatura (2002–06), Qafqaz Universiteti Filologiya fakültəsində (Türk dili və ədəbiyyatı üzrə) magistratura (2006–09) təhsili almışdır. 2006–2016-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş məsləhətçi vəzifəsində çalışmışdır. 10 illik dövlət qulluğu stajına malikdir. 1 dərəcə dövlət qulluqçusudur. Qüsursuz fəaliyyət və nailiyyətlərinə görə dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla təltif edilmişdir. 2016-2021-ci illərdə AMEA rəyasət heyətinin təsisçisi olduğu "Türkologiya" jurnalının məsul katibi vəzifəsində çalışmışdır.. 2017-ci ildə "Türklər" arasında ortaq imla və əlifba problemləri" adlı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir.2018-2022-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir. Elçin İbrahimov tərcümə və redaktə fəaliyyəti ilə də məşğul olur.
Tofiq Hacıyev (türkoloq)
Tofiq İsmayıl oğlu Hacıyev (1 may 1936, Soltanlı, Cəbrayıl rayonu – 27 noyabr 2015, Bakı) — Azərbaycan dilçisi, türkoloq-alim, filologiya elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun direktoru (?—2015), Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri (?—2015), AMEA-nın həqiqi üzvü, akademik (2014), Azərbaycan Respublikasının maarif naziri (1993). == Həyatı == Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Soltanlı kənd orta məktəbini bitirib. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib. 1962-ci ilin martında "Azərbaycan dilinin Cəbrayıl şivəsi" mövzusunda namizədlik, 1969-cu ildə "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 27 noyabr 2015-ci ildə səhər saatlarında yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub. == Elmi fəaliyyəti == Tofiq Hacıyevin "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görüb. "Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib.
Zemfira Əliyeva (türkoloq)
Əliyeva Zemfira Musa qızı (6 iyun 1950, Ucar rayonu)— azərbaycanlı dilçi-alim, türkoloq, filologiya elmləri doktoru. == Həyatı == Əliyeva Zemfira Musa qızı 1950-ci ildə 6 iyunda Ucar rayonunda anadan olub. 1967-ci ildə Bakı şəhərindəki 190 № li məktəbi bitirmişdir. 1972-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1973–1979-cu illərdə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri komitəsində redaktor və tərcüməçi işləyib. 1985-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasını bitirib. 1982-ci ildən 1992-ci ilə qədər Bakı Dövlət Universitetinin rus dilçiliyi kafedrasında müəllim işləyib. 1990-cı ildə "Развитие семантики качественных прилагательных в русском литературном языкe XVIII–XIX вв." mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1995-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun doktoranturasını bitirib. 1995-ci ildən bu günə qədər AMEA Nəsimi adına Dilçilik İnstitutunun nəzəri və tətbiqi dilçilik şöbəsində çalışır.
Dmitri Dmitriyeviç Vasilyev (türkoloq)
Dmitri Dmitriyeviç Vasilyev (rus. Дми́трий Дми́триевич Васи́льев; 11 oktyabr 1946, Moskva – 18 yanvar 2021, Moskva) — görkəmli rus türkoloqu və şərqşünası, tarix elmləri namizədi, Rusiya İctimai Elmlər Universitetinin professoru, Rusiya EA Şərqşünaslar Cəmiyyətinin vitse-prezidenti, Rusiya EA-nın müxbir üzvü, Tıva Respublikasının Əməkdar Elm xadimi, Atatürk Dil -Tarix Qurumunun fəxri üzvü == Bioqrafiya == Dmitri Dmitriyeviç Vasilyev 11 oktyabr 1946-cı ildə anadan olmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Şərq dilləri fakültəsini bitirmişdir. 1983-cü ildə “Asiya bölgəsinin türk runik yazısı abidələrinin paleoqrafik sistemləşdirilməsi” («Палеографическая систематизация памятников тюркской рунической письменности азиатского ареала») mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi adını almışdır. O, uzun müddət Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda Şərq tarixi bölümünün başqanı kimi fəaliyyət göstərmişdir. 1995-ci ildə YUNESKO Beynəlxalq İnstitutu Elmi Şurasının Orta Asiyanın öyrənilməsi üzrə həmsədri seçilmişdir. 1996-cı ildə Rusiya-Türkiyə Tarixçiləri Komissiyasının məsul katibi seçilmişdir. O, həmçinin Rusiya İctimai Elmlər Universitetində professoru kimi fəaliyyət göstərmiş, burada Rus-Türk Təhsil və Araşdırma Mərkəzinin müdiri olmuşdur. Dmitri Vasilyev 18 yanvar 2021-ci ildə Moskvada koronavirus xəstəliyindən vəfat etmişdir. == Yaradıcılığı == Dmitri Vasilyev türkoloq və Orta Asiyanın köçəri türk xalqlarının tarixinin öyrənilməsində görkəmli mütəxəssis kimi tanınmışdır.
Türkopol
Türkopol (yun. Τουρκόπουλοι, hərf. türk oğlu) — Səlib yürüşləri zamanı Şərqi Aralıq dənizinin xristian dövlətləri tərəfindən istifadə edilən yerli süvari oxatanlar. == Tarixi == Bizans ordusunda xidmət edən türkopollar ilə ilk görüş Birinci Səlib yürüşü zamanı baş tutmuşdur. Onlar yunan və türk əhalisinin qarışıq nikahlarının uşaqları idi, əksər hallarda xristian inancını qoruyub saxlasalar da, bəziləri islamı qəbul etmişdilər. Onlardan bəziləri səlibçiləri müşayiət etmiş və bununla da səlibçi dövlətlərdə yüngül süvarilərin əvəzedicisi olmuşdu. Türkopolların çoxu xristianlaşan səlcuqilər və ya Suriya ortodoks xristianlardan cəlb olunmuşdular. Müqəddəs torpaqlarda bu döyüşçülərin cəngavərlərdən daha sürətli atları və daha yüngül silahları var idi, mobil müsəlman döyüşçüləri ilə vuruşmaq üçün yay və nizələr ilə silahlanmışdılar. Türkopollar yüngül süvarilər kimi xidmət edirdilər.1187-ci ildə səlibçilər üçün uğursuz Hattin döyüşündə türkpollar iştirak etmişdilər. Onların bu döyüşdə müsəlman yüngül süvari rəqiblərindən daha yaxşı silahlanmış olduğu ehtimal edilir.Məmlüklər türkopolları satqın hesab edirdilər və onları edam edirdilər. Əkkanın mühasirəsindən sağ çıxan türkpollar Müqəddəs torpaqlardan gələn hərbi əmrlərə əməl etmişdilər.
Birinci Türkoloji Qurultay
Birinci Türkoloji Qurultay — 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi qurultay. Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb. Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Qurultayın işində Sovet birliyi məkanında yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə — alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar və digər görkəmli müttəfəkirlər iştirak edib. Türk xalqlarının mədəni inteqrasiyasında mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyıb.Qurultayın iclaslarına Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə — Səməd Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Vasili Bartold, akademik Sergey Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor F.F.Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursunov, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq Assosiasiyasından İlya Borozdin və M. Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Mehmed Fuad Köprülü, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Nahamov, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Osman Nuri Akçökraklı, Şimali Qafqazdan Əliyev Umar seçilmişdilər. Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzvü olmuşdular. Qurultay iştirakçılarının sonrakı fəaliyyəti fəciəvi olmuşdur. Onun işində iştirak edən 100-dən artıq iştirakçı sonradan pantürkizmdə ittiham edilərək represiyaya uğramışdır. Əksər alim və müttəfəkirlər həbs və fiziki məhvlə üzləşdilər. Qurultayın mühüm nəticəsi olan türk xalqlarının latın qrafikalı əlifbayə keçidi isə 1939-cu ildə ləğv edilmiş və Sovet Birliyi ərazisində yaşayan türk xalqları üçün kütləvi olaraq kiril əlifbalı yazı tətbiq edilmişdir.
1-ci Türkoloji Qurultay (film, 1926)
1-ci Türkoloji Qurultay — qısametrajlı sənədli filmi. Film Azdövlətkinoda istehsal edilmişdir. Burada dünyada ilk dəfə Azərbaycanda Birinci Türkoloji Qurultayın keçirilməsindən bəhs edilir. Filmdə Səməd Ağamalıoğlu, Qəzənfər Musabəyov, Əli bəy Hüseynzadə və Hüseyn Cavid iştirak edirlər. == Məzmun == Film dünyada ilk dəfə Azərbaycanda Birinci Türkoloji Qurultayın keçirilməsindən, türk xalqlarının yeni latın əlifbasını qəbul etmələrindən, qurultayın türk xalqları ədəbiyyatı və dil problemləri barədə yekdil qərarlar verməsindən söhbət açır. == Mənbə == Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года. Azərbaycan SSR Elmlər Akademiyası.