TÜRKOLOJİ

sif. Türkologiyaya aid olan, türkologiya ilə əlaqədar olan.
TÜRKOLOGİYA
TÜRKOLOQ
OBASTAN VİKİ
Birinci Türkoloji Qurultay
Birinci Türkoloji Qurultay — 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi qurultay. Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb. Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Qurultayın işində Sovet birliyi məkanında yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə — alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar və digər görkəmli müttəfəkirlər iştirak edib. Türk xalqlarının mədəni inteqrasiyasında mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyıb.Qurultayın iclaslarına Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə — Səməd Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Vasili Bartold, akademik Sergey Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor F.F.Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursunov, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq Assosiasiyasından İlya Borozdin və M. Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Mehmed Fuad Köprülü, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Nahamov, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Osman Nuri Akçökraklı, Şimali Qafqazdan Əliyev Umar seçilmişdilər. Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzvü olmuşdular. Qurultay iştirakçılarının sonrakı fəaliyyəti fəciəvi olmuşdur. Onun işində iştirak edən 100-dən artıq iştirakçı sonradan pantürkizmdə ittiham edilərək represiyaya uğramışdır. Əksər alim və müttəfəkirlər həbs və fiziki məhvlə üzləşdilər. Qurultayın mühüm nəticəsi olan türk xalqlarının latın qrafikalı əlifbayə keçidi isə 1939-cu ildə ləğv edilmiş və Sovet Birliyi ərazisində yaşayan türk xalqları üçün kütləvi olaraq kiril əlifbalı yazı tətbiq edilmişdir.
1-ci Türkoloji Qurultay (film, 1926)
1-ci Türkoloji Qurultay — qısametrajlı sənədli filmi. Film Azdövlətkinoda istehsal edilmişdir. Burada dünyada ilk dəfə Azərbaycanda Birinci Türkoloji Qurultayın keçirilməsindən bəhs edilir. Filmdə Səməd Ağamalıoğlu, Qəzənfər Musabəyov, Əli bəy Hüseynzadə və Hüseyn Cavid iştirak edirlər. == Məzmun == Film dünyada ilk dəfə Azərbaycanda Birinci Türkoloji Qurultayın keçirilməsindən, türk xalqlarının yeni latın əlifbasını qəbul etmələrindən, qurultayın türk xalqları ədəbiyyatı və dil problemləri barədə yekdil qərarlar verməsindən söhbət açır. == Mənbə == Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года. Azərbaycan SSR Elmlər Akademiyası.

Digər lüğətlərdə