Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري‎) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır. == Həyatı == Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.
Ehsan Təbəri
Ehsan Təbəri (1917–1989) — İran siyasətçisi, şair. == Həyatı == Ehsan Təbəri 1917-ci ildə Mazandaran əyalətinin Sari şəhərində doğulmuşdu. İran Tudə partiyasının fəallarından idi. İranda marksizmin təbliği ilə məşğul olan tudəçi Ehsan Təbəri həbs olunan zaman İslama meyilli şəxslərdən idi. O ustad Mütəhhərinin terroru barədə demişdi: "Şəhid Mütəhhərinin terroru Fürqan kimi düşüncəsiz bir qrupun planı ola bilməz." Ehsan Təbərinin fikrincə, Mütəhhərinin terroru CİA VƏ MOSSAD kimi təşkilatlar tərəfindən planlaşdırılmış bir terror idi. Onların məqsədi İslam maarifi bulağını qurutmaq olub. Təbərinin fikrincə, Sovetlər Birliyi də ABŞ kimi şəhid Mütəhhərinin düşüncə istehsalından narahat olub. İran kommunistlərinin 1970-ci illərdə ən böyük ideoloqu hesab edilən Ehsan Təbəri 23 bəhmən inqilabından sonra ölkənin çoxpartiyalılıq rejiminə keçməsi nəticəsində digər xalqların milli hüquqlarının rəsmi şəkildə tanınmasına xəyanət edərək ruhanilərin tərəfinə keçmişdi. Ehsan Təbəri şair idi. Fars dilində zərif şeirlər yazırdı.
Tarixi-Təbəri
== Haqqında == "Təbəri tarixi" və ya tam adı ilə "Tarixul-uməmi ər-rusul vəl-muluk" əsəri rəvayətlər və illər əsasında yazılmış ən mühüm tarixnamə hesab olunur. Bu əsər İslamdan əvvəlki və sonrakı hadisələri əhatə edən iki mühüm hissədən ibarətdir. Birinci hissədə yaradılış, peyğəmbərlər, əvvəlki ümmətlər, İran və Rum padşahlarının tarixindən bəhs olunur. Bu hissədə hadisələrin qeyd olunma sırası Peyğəmbərlər və hadisələrin tarixi yerlərinə əsasən tərtib olunmuşdur. İslami dövrün hadisələrini əhatə edən ikinci hissə isə illər əsasında tərtib olunaraq hicrətin 1-ci ilindən başlayıb 302 ci ilin hadisələri ilə tamamlanır. Təbəri tarix yazma işində mühəddislərin üslubundan istifadə edir. Belə ki, xəbərləri sənədlərinin silsilələri ilə birlikdə zikr edir. Təbəri yazdığı müqəddimədə də qeyd etdiyi kimi tarixi əqli deyil nəqli elmlərdən hesab edir. Belə ki, Təbəriyə görə keçmişin xəbərlərini öyrənməyin yolu yalnız nəql olunanlar və xəbər verilənlərdir və tarix mühəqqiqlərin əqli və fikirləri ilə başa düşülüb üzə çıxarıla bilməz. Təbəri bu üslub ilə bəzən bir-biri ilə uyğun gəlməyən nəhəng sayda rəvayətlərlə üzləşir.
Təbəri Tarixi
== Haqqında == "Təbəri tarixi" və ya tam adı ilə "Tarixul-uməmi ər-rusul vəl-muluk" əsəri rəvayətlər və illər əsasında yazılmış ən mühüm tarixnamə hesab olunur. Bu əsər İslamdan əvvəlki və sonrakı hadisələri əhatə edən iki mühüm hissədən ibarətdir. Birinci hissədə yaradılış, peyğəmbərlər, əvvəlki ümmətlər, İran və Rum padşahlarının tarixindən bəhs olunur. Bu hissədə hadisələrin qeyd olunma sırası Peyğəmbərlər və hadisələrin tarixi yerlərinə əsasən tərtib olunmuşdur. İslami dövrün hadisələrini əhatə edən ikinci hissə isə illər əsasında tərtib olunaraq hicrətin 1-ci ilindən başlayıb 302 ci ilin hadisələri ilə tamamlanır. Təbəri tarix yazma işində mühəddislərin üslubundan istifadə edir. Belə ki, xəbərləri sənədlərinin silsilələri ilə birlikdə zikr edir. Təbəri yazdığı müqəddimədə də qeyd etdiyi kimi tarixi əqli deyil nəqli elmlərdən hesab edir. Belə ki, Təbəriyə görə keçmişin xəbərlərini öyrənməyin yolu yalnız nəql olunanlar və xəbər verilənlərdir və tarix mühəqqiqlərin əqli və fikirləri ilə başa düşülüb üzə çıxarıla bilməz. Təbəri bu üslub ilə bəzən bir-biri ilə uyğun gəlməyən nəhəng sayda rəvayətlərlə üzləşir.
Təbəri dili
Mazandaran dili (مازرونی),Təbəri dili və ya Təbəristan dili — Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dil. İranın şimalında, Xəzər dənizinin cənub sahilində yerləşən Mazandaran ostanında yayılmış dildir. Gilan və Talış dilinə yaxın dildir.
Təbəri təqvimi
Təbəri təqvimi — Mazandaranlıların yerli günəş təqvimi. == Ayları == Fərdinə Ma Kerçə Ma Hərə Ma Tir Ma Melarə Ma Şervinə Ma Mirə Ma Onə Ma Erkə Ma Deə Ma Vəhmenə Ma Neovrezə Ma == Mənbə == Dr. Sadeq Kia; 1937; Tabarian Calendar and Festivals (Gahshomari va Jashnaye Tabari (fars.)). Jahangir Nasr Ashrafi; 2003; Dictionary of Tabari; Vol. 5, Article about Tabarian Calendar.
Ət-Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري‎) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır. == Həyatı == Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.
Təbərzin
Təbərzin — Yaxın Şərq xalqlarının ordusunda piyadaların döyüş silahları. Azərbaycan ordusunda oturaq zümrələrdən (tatlardan, talışlardan və s.) yığılmış qoşunda təbərzindən istifadə olunurdu. XIX əsrdən sonra təbərzin dərvişlər üçün simvolik bir əşya olmuşdu.
Təkərli
Təkərli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Alagöz dağının ətəyində, Abaran çayının sağ qolu üzərində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim təkəli türk etnonimi əsasında əmələ gəlmişdir. Təkəli qızılbaşlar tayfasından birinin adıdır. F. Sümər təkəli tayfasım oğuzların dülqədirli elindən olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nın 19.
Xəbərçi (veriliş)
"Xəbərçi" — 1991-ci ildən 2016-cı ilə qədər Azərbaycanın ANS TV kanalında hər gün yayımlanan informasiya proqramı. == Tarixi == Veriliş ilk dəfə ANS TV telekanalının ilk verilişi kimi 1991-ci il noyabrın 26-da efirə çıxıb. Veriliş həmçinin "İqtisadiyyat" (Hesab vaxtı), "İdman" (Passport) və "Hava" buraxılışlarından ibarət olub.
Şəbərti (Bicar)
Şəbərti (fars. شبرتو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (35 ailə). Əhalisini kürdlər təşkil edir.
Xəbərçi (veriliş, 1991)
"Xəbərçi" — 1991-ci ildən 2016-cı ilə qədər Azərbaycanın ANS TV kanalında hər gün yayımlanan informasiya proqramı. == Tarixi == Veriliş ilk dəfə ANS TV telekanalının ilk verilişi kimi 1991-ci il noyabrın 26-da efirə çıxıb. Veriliş həmçinin "İqtisadiyyat" (Hesab vaxtı), "İdman" (Passport) və "Hava" buraxılışlarından ibarət olub.
Teberda
Teberda (qaraç.-balk. Теберди́) - Rusiyanın Qaraçay-Çərkəz Respublikasında bir şəhərdir. İnzibati baxımından Qaraçay şəhər dairəsinə daxildir. == Adı == Şəhər yerləşdiyi vadinin adı ilə adlandırılmışdır. == Coğrafiya == Böyük Qafqazın şimal yamaclarında, Çerkesskdən 105 km cənubda, Hərbi-Suxumi yolu üzərində yerləşir. Teberda çay vadisi orta və yüksək dağlıq bir ərazidə yerləşir. Teberdanın külək rejimi: fyonlar və dağ vadisi küləkləri dağlardan təmiz hava gətirməsi ilə səciyələnir. Teberda dərəsinin bağlılığı təkcə temperatura deyil, rütubəti də təsir göstərir. İqliminə təsir göstərən amillər: dağlıq ərazi, aşağı atmosfer təzyiqi, intensiv günəş radiasiyası, az buludluluq. Nisbətən isti qışa və sərin keçən yaya sahibdir.
Təbəi-tabiin
Təbəi-tabiin (ərəb. ‎) — Səhabə və tabiinlərdən sonra müsəlmanların üçüncü nəsli. Sünnilərə görə o, səhabələr və tabiinlərlə birlikdə dünyaya gəlmiş ən yaxşı nəsillərdən biridir.
Tezeri
Tezeri (gürc. ტეზერი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 783 nəfər idi. 2014-cü ildə 620 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IX cild, səh.
Tiberi
Tiberi Klavdi Neron (lat. Tiberius Julius Caesar Augustus, lat. Tiberius Claudius Nero kimi doğulmuş, 16 noyabr e.ə. 42[…], Roma – 16 mart 37, Mizeno[d], Kampaniya) — Yuli-Klavdi sülaləsindən ikinci Roma imperatoru (14-37). Tiberi Klavdi Neronun və Livia Drusillanın oğlu olan Tiberi doğularkən Klavdi ailəsinə mənsub idi. Anası atasından boşanaraq e.ə.39-cu ildə Oktavian Avqust ilə evlənmişdir. Tiberi sonradan Avqustun qızı və özünün ögey bacısı Qoca Culiya ilə evlənmiş, ardından Avqust tərəfindən övladlığa götürülərək Yuli ailəsinə mənsub olmuşdur. Tiberinin ardınca gələn imperatorlar bu iki ailənin əlaqəsini 40 il boyunca davam etdirmişlər. Tarixçilər isə bu xanədanı Yulilər-Klavdilər adlandırmışlar.Tarixi mənbələrə görə Tiberi xoflu, inamsız və riyakar idi. Əvvəlcə hakimiyyəti senatla birgə, sonra isə pretorianlara arxalanaraq təkbaşına idarə etmişdir.
Əbüləla əl-Məərri
Əhməd ibn Əbdullah ibn Süleyman Əbüləla əl-Məərri (ərəb. أبو العلاء المعري‎; 973[…], Məərrət ən-Nöman, İdlib mühafəzəsi – 1057, Məərrət ən-Nöman, İdlib mühafəzəsi) — Ərəb şairi. == Həyatı == O, Ərəb ədəbiyyatının ən məşhur simalarından biri, ərəb dilçiliyi və filologiyasının nəhəng bilicisi idi. Sonralar Xətib Təbrizi onun haqda deyəcəkdi ki," ərəblərin dilində Əbüləlaya məlum olmayan bircə söz də yoxdur. Bu sözlər ona məxsusdur: "Bəşər cinsi iki qismə bölünür: bir qismində ağıl var, din yoxdur, o biri qismində din var, ağıl yoxdur." Alimin gözləri kor olsa da, o, fenomenal yaddaş sahibi idi. Xətib Təbrizi onun iri mətnləri yadda saxlamaq bacarığından bəhs edərkən belə bir hekayə danışır: "Nümanda (şəhər adı), Məərrə məscidində mən onun qarşısında oturub, ona (Əbüləlaya) kitab oxuyurdum. O (Xətib Təbrizi) dedi: "Mən iki il onun yanında qaldım. Bu müddət ərzində öz vətənimdən heç kəsi görməmişdim. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında bir qonşumu gördüm. Sevincdən halım dəyişdi.
Xəbərçi (veriliş, 1991-2016)
"Xəbərçi" — 1991-ci ildən 2016-cı ilə qədər Azərbaycanın ANS TV kanalında hər gün yayımlanan informasiya proqramı. == Tarixi == Veriliş ilk dəfə ANS TV telekanalının ilk verilişi kimi 1991-ci il noyabrın 26-da efirə çıxıb. Veriliş həmçinin "İqtisadiyyat" (Hesab vaxtı), "İdman" (Passport) və "Hava" buraxılışlarından ibarət olub.
Üç təkərli eniş dəsti
Üç təkərli eniş dəsti sistemi, üç təkərli velosiped formasında yaradılmış bir təyyarə eniş dəsti sistemidir. Üç təkərli eniş dəsti sistemi tənzimləməsində ön tərəfdə bir burun təkəri və ağırlıq mərkəzindən bir qədər arxada iki və ya daha çox əsas təkər mövcud olur. Üç təkərli eniş dəsti enmə, qalxma və taksi üçün ən asan bir konfiqurasiya sayılır, buna görə təyyarələrdə ən çox görülən tənzimləmədir. Bir neçə erkən dövr təyyarələrində üç təkərli velosiped avadanlığı mövcud olmuşdur.
Loren Meyberri
Loren İv Meyberri (ing. Lauren Eve Mayberry, 7 oktyabr 1987, Qlazqo) — şotland müğənni, musiqiçi, bəstəkar. Pop qrupu Chvrches-in vokalisti və zərb ifaçısıdır. == Həyatı və təhsili == Meyberri 1987-ci ildə Şotlandiyanın Tornhill şəhərində doğulub. Uşaqlıqdan fortepianoda, yeniyetmə yaşlarından etibarən isə təbil çalır. Meyberri, Bridge of Allan-da müstəqil bir məktəb olan Beaconhurst Məktəbində oxudu. O, həmçinin İllinoys ştatının Qladston şəhərində xarici tələbə kimi yaşayırdı. Stratklayd Universitetində dörd illik bakalavr hüquq dərəcəsini bitirdikdən sonra, 2010-cu ildə jurnalistika üzrə magistr dərəcəsi qazandı. 2009-cu ildən 2010-cu ilə qədər o, Birləşmiş Krallığın The Line of Best Fit musiqi vebsaytının müəllifi olmuşdur. == Sinqllar == Are You Awake?
Teberda (çay)
Teberda (qaraç.-balk. Теберди́) — Şimali Qafqazdakı Qaraçay-Çərkəz Respublikasında çay, Kuban çayının sol qolu. Uzunluğu 60 km, su hövzəsi sahəsi isə 1080 km-dir.. == Adının mənşəyi == Çayın rusca adı XIX əsrin birinci yarısındakı qeydlərə görə qaraçay Te (y) adından gəlir. Bu toponimi tərcümə etmək üçün bir neçə variant var. Onlardan birinə görə, Qaraçaydakı Teberda (Teberdi) "məskunlaşma" mənasını verir (sözün əsl mənası "itələdi"). Vadidəki təsərrüfatlar-məskunlaşma yerləri, hələ XVI-XVII əsrlərdə mövcud idi. "Teberda" sözünün "tab cjerdi" dən gələ biləcəyi istisna edilmir, bu da qaraçay dilindən tərcümədə "əlverişli yer" mənasını verir. Başqa bir variant da: adın mənşəyi "teiri verdi" sözlərindən gəldiyi deyilir, yəni "Tanrının hədiyyəsi" mənasındadır (sözün əsl mənasında - "Tanrı verdi"). == Coğrafiyası == Çayın yatağı çınqıl, qarışıq daşlarla: şəlalələrlə zəngindir.
Teberdo itburnu
Teberdo itburnusu
Teberdo itburnusu (lat. Rosa teberdensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Növün arealı Qərbi Elbrusdan Teberda çayının vadisinədək olan əraziləri əhatə edir. == Botaniki təsviri == Cinnamomea DC. seksiyasına daxil olub, R.sosnovskiana Tamamsch. və R.roopaei Lonaez. növlərinə yaxındır. Hündürlüyü 2–3 m-ə çatan, budaqları açıq-qəhvəyi rəngdə olan kol bitkisidir. Gövdəsində qalın iynələri vardır. Yarpaqları ellipsvari, uzunluğu 3,7 sm uzunluğunda, 2,6 sm enində, üst hissədən yaşıl, çılpaq, alt hissədən ağımtıl-yaşıldır. Çəçəkləri çəhrayıdır.
Aechmea weberi
Aechmea weberi (lat. Aechmea weberi) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Bulbophyllum weberi
Bulbophyllum weberi (lat. Bulbophyllum weberi) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Tyerri Anri
Tyerri Anri (17 avqust 1977[…]) — keçmiş Fransa futbolçusu. == Həyatı == Anri peşəkar karyerasını 1994-cü ildə "Monako" klubunda başlayıb, oradan ilk dəfə olaraq milli komandaya çağırılıb. 1998-ci ildə futbolçunu Turinin Yuventus klubu alır. Yuventusda Anri sol cinah yarımmüdafiəçisi rolunda oynayır, lakin uğursuz sezondan sonra, 1999-cu ildə o 10,5 mln funt sterlinqlə Londonun Arsenal klubuna keçir. Arsenalda Anri dünya ulduzuna çevrilir. Arsen Venqerin məşqçiliyi altında Anri klubun güclü hücumçusu olur. O, dörd dəfə İngiltərə Çempionatının bombardiri və iki dəfə Qızıl buts mükafatını qazanır. 2005-ci ildə Anri Arsenalın tarixi ərzində ən sərrast bombardiri olur. Tyerri iki dəfə dünyanın ən yaxı futbolçusu adına təklif olunub və iki dəfə İngiltərə Premyer-Liqası mükafatını qazanıb. Arsenalda keçirdiyi axırıncı iki ildə Anri komandasının kapitanı olur, 2006-cı ildə isə komandasına UEFA Çempionlar Liqasının finalına çıxmağa kömək edir, halbuki 2007-ci ilin iyununda Arsenalda keçirdiyi səkkiz ildən sonra 16.1 mln funt sterlinqlə Barselonaya transfer olunub.
Tyerri Lermit
Tyeri Lermit (fr. Thierry Lhermitte; 24 noyabr 1952, Bulon-Biyankur) — məşhur fransız aktyor, rejissor və ssenarist.
Tyerri Müqler
Tyerri Müqler (fr. Thierry Mugler, 21 dekabr 1945[…], Strasburq – 23 yanvar 2022, Vensen) — fransız modelyer və fotoqrafı. == Həyatı == Tyerri Myuqler 1948-ci ildə Strasburqda doğulub. Balet onun uşaq həvəsi idi — onun bu sahədəki müvəffəqiyyətləri Milli Reyn operasının rəhbərliyini elə təsirləndirmişdi ki, daha yeniyetmə olan Myuqler truppanın daimi tərkibinə girdi. Amma zamanla cavan oğlanın əsl istedadı göründü – Strasburqda dekorativ sənət məktəbinin bədii kurslarını bitirən 24 yaşlı Myuqler Fransanın paytaxtına Gudule butiki üçün geyimlər tikməyə yola düşür. Cəmi 2 ildən sonra Tyerri hər mövsümə 12 kolleksiya yaradaraq Parisdə, Milanda, Londonda və Barselonada müxtəlif Moda Evlərində frilanser işləyir. Bu uzun yaradıcılıq yollarının yekunu şəxsi Café de Paris kolleksiyası oldu– uniseks-in üstün tərzinin fonunda o açıq qadın ehtirasının əsl triumfu oldu. 1974-cü ildə ilk kolleksiyanın uğuru Thierry Muglerin şəxsi brendinin açılışı üçün bütün əsasları verdi. Dizaynerin sevimli materialları — laykra, dəri, Cersi və vinil, sevimli formaları isə — sərt konstruksiyalar və detalların bolluğudur. Myuqler tematik kolleksiyaları təcrübədən keçirir: 1977-ci ildə nümayişlər hərbi mövzuda qoyulmuşdu, 1997-ci ildə – hər şey avtomobillərə həsr edilmişdi, 1998-ci ildə isə podiumda "avtomatlaşdırılan" geyimlər hökm sürürdü.
Tyerri Nuar
Tyerri Nuar (fr. Thierry Noir) – Berlində yaşayan fransız küçə sənətçisi . O, Berlin divarında rəsmlər çəkən ilk küçə rəssamı hesab olunur. 5 il ərzində Berlin divarının 5 km-ə yaxın hissəsini rəsmlərlə bəzəmişdir. == Bioqrafiyası == 1958-ci ildə Fransanın Lion şəhərində anadan olmuş və həyatının ilk illərini də burada keçirmişdir. Burada həyatda heçnəyə nail olmayacağını anlayıb gözlənilmədən 1982-ci ildə Qərbi Berlinə köçmüşdür. Başlıca səbəb kimi musiqilərinin fanatı olduğu Devid Boui və İqqi Pop kimi sənətkarların həmin dövrdə orada yaşaması göstərilir. Maddi imkanı olmadığından Berlin divarı yaxınlığındakı Mariannenplatzda yerləşən və 1978-ci ildə qeyri-leqal olaraq gənclər mərkəzi kimi fəaliyyət göstərən baxımsız xəstəxanada məskunlaşmışdır. Qaldığı bina onun kimi maddi imkanı olmayan bir çox rəssamın sığınacağına çevrilmişdi. Tyerri ömrünün 20 ilini burada yaşamışdır.
Qafqazın bu tərəfinin xəbəri (qəzet)
"Qafqazın bu tərəfinin xəbəri" (qəzet)— 1845-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan qəzet. == Haqqında məlumat == "Zaqafqazski vestnik" qəzeti nəşr olunanda Rusiyanın Qafqaz əmirliyi bu qəzetin də yerli dillərdə nəşrinin vacibliyini nəzərə almışdı. "Zaqafqazski vestnik"in Azərbaycan dilində nəşr olunan vərəqi "Qafqazın bu tərəfinin xəbəri" adlanırdı və o, 1845-ci ildə işıq üzü gördü. Tədqiqatçı A.Z.Abramişvili həmin qəzetin birinci nömrəsini arxivdən aşkarlayaraq, foto-surətini mətbuatda çap etdirmişdir. Həmin foto-surətdən və müəllifin verdiyi məlumatdan aydın olur ki, "Qafqazın bu tərəfinin xəbəri" qəzeti 1845-ci ildə nəşr edilmişdir. Qəzetin redaktoru Platon İoseliani, tərcüməçisi Babacan Lazarev olmuşlar. == Qəzetdə dərc olunan məqalələr == Qəzetin birinci nömrəsində ilk səhifədə senatın fərmanının bir hissəsi dərc edilmişdir. Fərmanda göstərilir ki, “hərgah mənzilbəmənzil gönədrilən məhbuslar yolda fövt olalar, lazımdır ki, vilayət hakimləri onları dəfn etsinlər”. Fərmanda dəfn xərcinin ödənilməsi, qəza məhkəmələrinin və hərbi hissələrin bu məsələ ilə əlaqədar vəzifələri qeyd olunmuşdur. Həmin səhifədəki başqa bir yazıda Qara dənizin şərqində, Kuban və İnqur çaylarının arasındakı gömrükxanalarda vergisiz mal gətirməyə izin verildiyi bildirilir.