Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təbərzin
Təbərzin — Yaxın Şərq xalqlarının ordusunda piyadaların döyüş silahları. Azərbaycan ordusunda oturaq zümrələrdən (tatlardan, talışlardan və s.) yığılmış qoşunda təbərzindən istifadə olunurdu. XIX əsrdən sonra təbərzin dərvişlər üçün simvolik bir əşya olmuşdu.
Xəbərlə
Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري‎) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır. == Həyatı == Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.
Ağbərzə (Salmas)
Ağbərzə (fars. اغ برزه‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 509 nəfər yaşayır (92 ailə).
Biogeosenotik təbəqə
Biogeosenotik təbəqə — həyat təbəqəsi, biogeosenozların əlaqəli yerləşməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Coğrafi təbəqə
Coğrafi təbəqə atmosferin aşağı, litosferin yuxarı hissəsinin, hidrosfer və biosferin qarşılıqlı təmasda olduğu, nüfuz edərək dəyişdiyi təbəqədir. Coğrafi təbəqə ən mürəkkəb təbii kompleks olub, canlılardan və cansız maddələrdən təşkil olunmuşdur. Onun formalaşması və inkişafı həm geoloji, həm də bioloji amillərdən asılıdır. Coğrafi təbəqənin inkişafı üç əsas mərhələyə bölünür: biogenə qədərki (əsasən Kriptozoy eonunu əhatə edir - biosfer yeni formalaşmağa başladığı üçün üzvi aləm digər xarici təbəqələrə fəal təsir göstərə bilmirdi), biogen (Fanerozoy eonunu əhatə edir - canlılar digər təbəqələrə fəal təsir göstərir, üzvi mənşəli çökmə süxurlar torpaq və üzvi mənşəli faydalı qazıntılar yaranır) və müasir (antropogen; bu mərhələdə insan öz fəaliyyəti ilə coğrafi təbəqəyə güclü təsir edir, coğrafi mühit yaranır). Coğrafi təbəqənin inkişafındakı fasiləsizliyi günəş enerjisi və qismən Yerin daxili enerjisi təmin edir. Coğrafi təbəqənin insanların fəaliyyəti ilə bağlı olan hissəsi coğrafi mühit adlanır. Coğrafi təbəqənin inkişaf qanunauyğunluqları: 1. Bütövlük - coğrafi təbəqəni təşkil edən bütün komponentlər bir-biri ilə sıx qarşılıqlı əlaqəyə malikdir, onlardan birinin dəyişməsi digərlərinin də dəyişməsinə səbəb olur. 2. Ritmiklik - hadisə və proseslərin müəyyən vaxtdan bir təkrarlanması (Yerin öz oxu ətrafında fırlanması - sutkalıq, Günəş ətrafında fırlanması - illik, həmçinin çoxillik və geoloji dövrlər ərzində baş verən ritmiklik mövcuddur).
Ehsan Təbəri
Ehsan Təbəri (1917–1989) — İran siyasətçisi, şair. == Həyatı == Ehsan Təbəri 1917-ci ildə Mazandaran əyalətinin Sari şəhərində doğulmuşdu. İran Tudə partiyasının fəallarından idi. İranda marksizmin təbliği ilə məşğul olan tudəçi Ehsan Təbəri həbs olunan zaman İslama meyilli şəxslərdən idi. O ustad Mütəhhərinin terroru barədə demişdi: "Şəhid Mütəhhərinin terroru Fürqan kimi düşüncəsiz bir qrupun planı ola bilməz." Ehsan Təbərinin fikrincə, Mütəhhərinin terroru CİA VƏ MOSSAD kimi təşkilatlar tərəfindən planlaşdırılmış bir terror idi. Onların məqsədi İslam maarifi bulağını qurutmaq olub. Təbərinin fikrincə, Sovetlər Birliyi də ABŞ kimi şəhid Mütəhhərinin düşüncə istehsalından narahat olub. İran kommunistlərinin 1970-ci illərdə ən böyük ideoloqu hesab edilən Ehsan Təbəri 23 bəhmən inqilabından sonra ölkənin çoxpartiyalılıq rejiminə keçməsi nəticəsində digər xalqların milli hüquqlarının rəsmi şəkildə tanınmasına xəyanət edərək ruhanilərin tərəfinə keçmişdi. Ehsan Təbəri şair idi. Fars dilində zərif şeirlər yazırdı.
Lay (təbəqə)
Lay (rus. пласт, ing. stratum) — stra­tiqrafiyada sərbəst işlənən ter­min litoloji cəhətdən əsasən bir­cins­li, yayılma sahəsinə görə az qa­lın­lıqlı, altda və üstdə yatan çökün­tülərdən kəskin ayrılan süxur küt­ləsi. Linza, paz, örtük (lava axını) və s. formalarda olur.
Tarixi-Təbəri
== Haqqında == "Təbəri tarixi" və ya tam adı ilə "Tarixul-uməmi ər-rusul vəl-muluk" əsəri rəvayətlər və illər əsasında yazılmış ən mühüm tarixnamə hesab olunur. Bu əsər İslamdan əvvəlki və sonrakı hadisələri əhatə edən iki mühüm hissədən ibarətdir. Birinci hissədə yaradılış, peyğəmbərlər, əvvəlki ümmətlər, İran və Rum padşahlarının tarixindən bəhs olunur. Bu hissədə hadisələrin qeyd olunma sırası Peyğəmbərlər və hadisələrin tarixi yerlərinə əsasən tərtib olunmuşdur. İslami dövrün hadisələrini əhatə edən ikinci hissə isə illər əsasında tərtib olunaraq hicrətin 1-ci ilindən başlayıb 302 ci ilin hadisələri ilə tamamlanır. Təbəri tarix yazma işində mühəddislərin üslubundan istifadə edir. Belə ki, xəbərləri sənədlərinin silsilələri ilə birlikdə zikr edir. Təbəri yazdığı müqəddimədə də qeyd etdiyi kimi tarixi əqli deyil nəqli elmlərdən hesab edir. Belə ki, Təbəriyə görə keçmişin xəbərlərini öyrənməyin yolu yalnız nəql olunanlar və xəbər verilənlərdir və tarix mühəqqiqlərin əqli və fikirləri ilə başa düşülüb üzə çıxarıla bilməz. Təbəri bu üslub ilə bəzən bir-biri ilə uyğun gəlməyən nəhəng sayda rəvayətlərlə üzləşir.
Təbəri Tarixi
== Haqqında == "Təbəri tarixi" və ya tam adı ilə "Tarixul-uməmi ər-rusul vəl-muluk" əsəri rəvayətlər və illər əsasında yazılmış ən mühüm tarixnamə hesab olunur. Bu əsər İslamdan əvvəlki və sonrakı hadisələri əhatə edən iki mühüm hissədən ibarətdir. Birinci hissədə yaradılış, peyğəmbərlər, əvvəlki ümmətlər, İran və Rum padşahlarının tarixindən bəhs olunur. Bu hissədə hadisələrin qeyd olunma sırası Peyğəmbərlər və hadisələrin tarixi yerlərinə əsasən tərtib olunmuşdur. İslami dövrün hadisələrini əhatə edən ikinci hissə isə illər əsasında tərtib olunaraq hicrətin 1-ci ilindən başlayıb 302 ci ilin hadisələri ilə tamamlanır. Təbəri tarix yazma işində mühəddislərin üslubundan istifadə edir. Belə ki, xəbərləri sənədlərinin silsilələri ilə birlikdə zikr edir. Təbəri yazdığı müqəddimədə də qeyd etdiyi kimi tarixi əqli deyil nəqli elmlərdən hesab edir. Belə ki, Təbəriyə görə keçmişin xəbərlərini öyrənməyin yolu yalnız nəql olunanlar və xəbər verilənlərdir və tarix mühəqqiqlərin əqli və fikirləri ilə başa düşülüb üzə çıxarıla bilməz. Təbəri bu üslub ilə bəzən bir-biri ilə uyğun gəlməyən nəhəng sayda rəvayətlərlə üzləşir.
Təbəri dili
Mazandaran dili (مازرونی),Təbəri dili və ya Təbəristan dili— Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dil. İranın şimalında, Xəzər dənizinin cənub sahilində yerləşən Mazandaran ostanında yayılmış dildir. Gilan və Talış dilinə yaxın dildir.
Təbəri təqvimi
Təbəri təqvimi- Mazandaranlıların yerli günəş təqvimi. == Ayları == Fərdinə Ma Kerçə Ma Hərə Ma Tir Ma Melarə Ma Şervinə Ma Mirə Ma Onə Ma Erkə Ma Deə Ma Vəhmenə Ma Neovrezə Ma == Mənbə == Dr. Sadeq Kia; 1937; Tabarian Calendar and Festivals (Gahshomari va Jashnaye Tabari (fars.)). Jahangir Nasr Ashrafi; 2003; Dictionary of Tabari; Vol. 5, Article about Tabarian Calendar.
İşçi təbəqə
İşçi sinif və ya İşçi təbəqə — işçi qüvvələrini sataraq yaşayan və istehsal vasitələrinə sahiblənməyən bütün maaş alanların daxil olduğu sosial sinif. Almaniya filosofu Karl Marksa görə, işçi sinfin xarakteristikasının əsas xüsusiyyəti işçi qüvvənin izafi dəyər yaratması, yəni istehsal vasitələrinin sahiblərinə maddi məqsədlərdən asılı olmayaraq mənfəət qazandırmasıdır. Məsəlüçün, həkimlər özəl müəssisədə işləyirlərsə onlar işçi sinfin üzvüdürlər, ancaq onlar dövlət xəstəxanası kimi sahibinə mənfəət qazandırmağa çalışmayan müəssisələrdə işləyirlərsə bu zaman onlar işçi sinfin üzvləri deyillər. Bəzi geniş interpretasiyalara görə, işçi sinif kapitalist müəssisələrdə maaşla işləyən hər bir işçini təmsil edir. Bəzi dar interpretasiyalara görə, işçi sinif kapitalist sənayedə, tikinti, nəqliyyat və kənd təsərrüfatı sahələrində fiziki işə cəlb olunan "göy yaxalıq" işçilərini təmsil edir. Dar interpretasiyalara əsasən, menecer, baxmayaraq ki bir işçidir, işçi sinifə daxil deyil, çünki o, idarəçilər qrupuna daxildir. Fiziki işə cəlb olunan fermer işçi sinfin bir üzvü deyil, çünki o, öz müəssisəsinə, yəni fermasına mənfəət qazandırmaq üçün fiziki işə cəlb olunub. Klerk fiziki işə cəlb olunmayan bir işçidir və işçi sinifə yox, idarəçilər qrupuna daxildir. == Ədəbiyyat == История рабочего класса России (1861—1900) location=Moskva (rus). SSRİ Tarix İnstitutu.
Ət-Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري‎) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır. == Həyatı == Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.
Havarə Bərzə (Bükan)
Havarə Bərzə (fars. ‎هواره برزه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 126 nəfər yaşayır (20 ailə).
Əbu Təbarə-yi do
Əbu Təbarə-yi do (fars. ابوطباره دو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 73 ailədə 148 nəfəri kişilər və 151 nəfəri qadınlar olmaqla cəmi 299 nəfərdir.
Əbu Təbarə-yi yek
Əbu Təbarə-yi yek (fars. ابوطباره یک‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 34 ailədə 65 nəfəri kişilər və 72 nəfəri qadınlar olmaqla cəmi 137 nəfərdir.
Əbu Bərzə əl-Əsləmi
Əbu Bərzə əl-Əsləmi (ərəb. أبو برزة الأسلمي‎) — müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əlinin dövrünün daxili çəkişmələrində Əlinin yanında olmuş, Nəhrəvan və Siffeyn döyüşlərində onunla bərabər vuruşmuşdur. Hüseynin kəsilmiş başı Yezidin hüzuruna gətiriləndə o, orada idi. O, Məhəmməd peyğəmbərdən 64 hədis nəql etmişdir.
Teberda
Teberda (qaraç.-balk. Теберди́) - Rusiyanın Qaraçay-Çərkəz Respublikasında bir şəhərdir. İnzibati baxımından Qaraçay şəhər dairəsinə daxildir. == Adı == Şəhər yerləşdiyi vadinin adı ilə adlandırılmışdır. == Coğrafiya == Böyük Qafqazın şimal yamaclarında, Çerkesskdən 105 km cənubda, Hərbi-Suxumi yolu üzərində yerləşir. Teberda çay vadisi orta və yüksək dağlıq bir ərazidə yerləşir. Teberdanın külək rejimi: fyonlar və dağ vadisi küləkləri dağlardan təmiz hava gətirməsi ilə səciyələnir. Teberda dərəsinin bağlılığı təkcə temperatura deyil, rütubəti də təsir göstərir. İqliminə təsir göstərən amillər: dağlıq ərazi, aşağı atmosfer təzyiqi, intensiv günəş radiasiyası, az buludluluq. Nisbətən isti qışa və sərin keçən yaya sahibdir.
Tecərə
Tecərə — Midiya dövrinə aid bir toponim. "Tecəre" yer adi İran coğrafiyasinda "Təcərəq" kimi qeydə alınmışdır və bir sözlə yayqin toponimlərimizdən sayılır. Guney Azərbaycan ərazisində və ondan qıraq yerlerdə rast gəlinir. Buna misal olaraq Əcəbşir şəhərinin qalaçay hövzəsində, Ərdəbilin qərbində, Miyana şəhərinin şimal şərqində, Marağa şəhərinin ətrafında, daha sonra Ərak, Məlayer, Savə, Xansar, Tusirkan, Bəşriyyə şəhərlərinin yaxınlığında hətta Təcriş yer adında belə rast gəlinir. Bu toponimin yayılma coğrafiyasını nəzərə alsaq qədim Mad (Midiya) ərazisini bir sözlə canlandıra bilərik. Tecərə sözünün etimoloqiyasini müasir Türk, Fars, və Ərəb dilləri ilə izah etmək çətin görünür çünki heç bir dilin söz xəzinəsinə daxil deyildir hər çənd bəzi araşdırıcılar müasir Türk dili ile onu izah etməyə çalışıblar. Bu sözün izini tarixi qaynaqlarda ararkən , I Daranın (Dariyuş) Perspolisdəki sarayının mixi daş yazısında rast gəlirik. Bu yazıda Tecərə sözü Tacara kimi qeyd olunub və saray , şah iqamətgahı məna edilir : Mixi yazının oxunuşu: 1. Dârayavaush : xshâyathiya : 2. vazraka : xshâyathiya : xshâ 3.
Tenere
Tenere (bər. Tiniri) — Böyük Səhranın mərkəzində yerləşən səhra (bölgə). Səhranın ümumi sahəsi 400 000 km² təşkil edir. Öz növbəsində qumlu səhradır və Nigerin şimal-şərq, Çadın isə qərbini əhatə edir. Air platosu, Axaqqar və Tibesti massivvləri ilə əhatələnmişdir. Tenere Tamaşeklərin dilində "səhra" mənasını verir. == Xüsusiyyətləri == Afrikanın şimalı, Böyük səhranın mərkəzini əhatə edən səhra quru və sərt iqlimi ilə seçilir. Onu hətta «səhra içində səhra» adlandırırlar. Burada olan dyunların hündürlüyü 250 m və daha çox olduğundan Dünyanın ən hündür dyunları hesab edilir. Səhranın hər hissəsi qumluq deyildir.
Teberda (çay)
Teberda (qaraç.-balk. Теберди́) — Şimali Qafqazdakı Qaraçay-Çərkəz Respublikasında çay, Kuban çayının sol qolu. Uzunluğu 60 km, su hövzəsi sahəsi isə 1080 km-dir.. == Adının mənşəyi == Çayın rusca adı XIX əsrin birinci yarısındakı qeydlərə görə qaraçay Te (y) adından gəlir. Bu toponimi tərcümə etmək üçün bir neçə variant var. Onlardan birinə görə, Qaraçaydakı Teberda (Teberdi) "məskunlaşma" mənasını verir (sözün əsl mənası "itələdi"). Vadidəki təsərrüfatlar-məskunlaşma yerləri, hələ XVI-XVII əsrlərdə mövcud idi. "Teberda" sözünün "tab cjerdi" dən gələ biləcəyi istisna edilmir, bu da qaraçay dilindən tərcümədə "əlverişli yer" mənasını verir. Başqa bir variant da: adın mənşəyi "teiri verdi" sözlərindən gəldiyi deyilir, yəni "Tanrının hədiyyəsi" mənasındadır (sözün əsl mənasında - "Tanrı verdi"). == Coğrafiyası == Çayın yatağı çınqıl, qarışıq daşlarla: şəlalələrlə zəngindir.
Teberdo itburnu
Xeberle.com
Teberdo itburnusu
Teberdo itburnusu (lat. Rosa teberdensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Növün arealı Qərbi Elbrusdan Teberda çayının vadisinədək olan əraziləri əhatə edir. == Botaniki təsviri == Cinnamomea DC. seksiyasına daxil olub, R.sosnovskiana Tamamsch. və R.roopaei Lonaez. növlərinə yaxındır. Hündürlüyü 2-3 m-ə çatan, budaqları açıq-qəhvəyi rəngdə olan kol bitkisidir.Gövdəsində qalın iynələri vardır.Yarpaqları ellipsvari,uzunluğu 3,7 sm uzunluğunda, 2,6 sm enində, üst hissədən yaşıl, çılpaq, alt hissədən ağımtıl-yaşıldır. Çəçəkləri çəhrayıdır. Çiçək saplağı hamar, çılpaqdir. Meyvə yumru, yetişdikdə hamar və tünd-qəhvəyi rəngdədir.