Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təbəriyyə gölü
Təbəriyyə gölü (Qalilə Dənizi, Qalilə Gölü ya da Kinnərat Gölü (İbranicə ים כנרת) — İsraildə olan bir göldür. Livandan gələn Litani çayı tərəfindən bəslənməkdədir. İsrailin su ehtiyacı böyük nisbətdə bu göldən qarşılanmaqdadır. Təxminən 53 km sahilə sahib və qarşılıqlı uzaq nöqtələrindən 21 km / 13 km genişlikdəki İsrailın ən böyük şirin su gölü. Gölün cəmi sahəsi 166 km2-dir və ən dərin yeri təxminən 43 m.dir. Xəritələrdə dəniz səviyyəsindən 209 metr aşağıda göstərilən gölün səthi, Lut gölündən sonra dünyanın ən alçaq 2-ci nöqtəsi və eyni zamanda dünya üzərində ən dərində olan şirin su gölüdür. Təbəriyyə adı, orginal olaraq Ərəbcədə (طبريا بحيرة ) olaraq keçir. Mənası, Tibərya gölüdür. Gölün bu adı, dərhal sahilindəki Tiberiya şəhərindən ötrüdür.
Nəbtiyyə əyaləti
Nəbtiyyə əyaləti (ərəb. النبطية (محافظة)‎) — Livanın əyalətlərindən biridir. == Haqqında == Bu əyalət Livanın orta və cənub hissələrində yerləşir. Sahəsi 1058 kvadrat kilometr, 129 qəsəbə və kəndi var. Vilayətin səthi dağlar və təpələrlə örtülüdür. Əsas şəhərləri Nəbtiyyə, Bint Jubeyl və əl-Xiyamdır.
Rəbiyyə Qədir
Rəbiyyə Qədir (Uyğurca: رابىيه قادىر, (Çincə: 热比娅·卡德尔); 21 yanvar 1947, Altay) — Çinin Sincan-Uyğur Muxtar Rayonunda yaşayan Uyğur xalqının insan haqqları üçün mübarizə edən Uyğur aktivist. Rəbiyə Qədir 1947-ci il yanvar ayının 21-də Sincan Uyğur Muxtar Vilayətinin Altay şəhərində anadan olub. Kasıb bir ailədə böyüyən Rəbiyə orta təhsilini Altay şəhərində alıb. 1965-ci ildə 18 yaşında ikən ailə həyatı quran Rəbiyə vilayətin digər şəhəri Ağsuya köçür. Çində mədəni inqilab illərində öz həyat yoldaşı ilə birlikdə dini paltar biznesi ilə məşğul olan R. Qədir belə bir təcarətlə məşğul olmasına görə, bir müddət sonra yüksək dairələr tərəfindən düşmən və möhtəkir elan edilir ki, bu da sonda onun öz həyat yoldaşından boşanması ilə nəticələnir. 1981-ci ildə Rəbiyə Qədir elm xadimi Siddiq Ruzi ilə ailə həyatı qurur. Bu izdivacdan sonra cütlük Sincan Uyğur Muxtar Vilayətinin mərkəzi şəhəri olan Urumçiyə köçür. Artıq özünü işadamı kimi təsdiqləməyə başlayan Rəbiyə Urumçidə uyğur etnik mallarının satıldığı univermaq açır. 1985-ci ildə Rəbiyə Qədirin sahib olduğu ticarət məkanının sahəsi 14 000 kv metr təşkil edirdi. Getdikcə biznesini genişləndirən R. Qədir imkanlarının çoxaslması ilə paralel olaraq, həm bir çox uyğur türkünü də işlə təmin edir, həm də onların maariflənməsi ilə məşğul olurdu.
Qarabağ ermənilərinin Ermənistana təxliyyə edilməsi
Qarabağ ermənilərinin Ermənistana təxliyyə edilməsi — 2023-cü ildə Qarabağda döyüşlərdən və Dağlıq Qarabağ regionunun Azərbaycanın nəzarətinə keçməsindən sonra orada yaşayan ermənilərin Ermənistana təxliyyə edilməsi. == Zəmin == 2023-cü ilin sentyabrında Azərbaycan separatçı Dağlıq Qarabağ Respublikasına qarşı genişmiqyaslı hərbi hücum başlatmışdı. Bundan sonra Dağlıq Qarabağ regionunda yaşayan ermənilərin Ermənistana qaçmağa başlamışdır. == Təxliyyə == Hərbi əməliyyatların birinci saatlarından Rusiya Sülhməramlı Kontingenti Ağdərə rayonu, Xocalı rayonu və Xocavənd rayonundan ümumi olaraq 5,000-dən çox ermənini sülhməramlıların hərbi hissələrinə təxliyyə etmişdir. 22 sentyabrda təxliyyə prosesini şərh edən xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan "onların öz evlərinə qayıtmaq üçün real şanslarının olmadığını, Azərbaycanın beynəlxalq ictimaiyyətə yalan danışmağa davam elədiyini" bildirdi və beynəlxalq ictimaiyyət təcili tədbirlər görməyə çağırmışdır. 24 sentyabr ilk qaçqınlar qrupu Kornidzor sərhəd məntəqəsindən keçərək Ermənistana çatmışdır. 25 sentyabr saat 06:00-a olan rəsmi məlumatlara əsasən Dağlıq Qarabağdan Ermənistana 2,906 insan gəlmişdi. Onlardan 1000 nəfəri seçdiyi yaşayış yerinə gedib, 1100 nəfəri isə düşərgələrə aparılmışdır. Dağlıq Qarabağın insan hüquqları üzrə ombudsmanı Artaq Berqlyan baş verənləri soyqırım və nifrət siyasəti adlandırdı, Rusiya sülhməramlılarını vəzifələrinin öhdəsindən gələ bilmədiyini qeyd elədi. 25 sentyabr saat 18:00-a olan rəsmi məlumatlara əsasən isə Dağlıq Qarabağdan Ermənistana gələn insanların sayı 6650 oldu.
İbn Teymiyyə
Əhməd Təqiyyəddin Əbu əl-Abbas ibn Əbdülhalim ibn Teymiyyə (ərəb. تقي الدين أبو العباس أحمد بن عبد السلام بن عبد الله ابن تيمية الحراني‎; 1263, Harran[d], Məmlük dövləti – 1328, Dəməşq, Məmlük dövləti) — sünni alim, mütəfəkkir. Sünnilikdəki sələfiyyə məzhəbinin ən əsas alimlərindəndir. Hicri 661-ci il rəbiül əvvəl ayının onunda Harranda dünyaya gəlmişdir. Mənsub olduğu ailənin bir çox nümayəndələri öz fətvaları, verdiyi dərsləri və kitabları ilə məşhur idi. Onlar hənbəli məzhəbinə mənsub olub bölgədə tanınmışdılar. Bu ailə zəka, hafizə və ağıl mühakimə sahəsində bənzərsiz bir məziyyətə sahib idi. İbn Teymiyyədə isə bu xüsusiyyətlər daha qabarıq şəkildə özünü göstərirdi. Dövrünün alimləri və müəllimləri onun fenomen yaddaşına və dərin hafizəsinə heyran qalmışdılar. O bu xüsusiyyətləri ilə Dəməşq və ətraf şəhərlərdə şöhrət qazanmışdı.
İmam İbn Teymiyyə
Əhməd Təqiyyəddin Əbu əl-Abbas ibn Əbdülhalim ibn Teymiyyə (ərəb. تقي الدين أبو العباس أحمد بن عبد السلام بن عبد الله ابن تيمية الحراني‎; 1263, Harran[d], Məmlük dövləti – 1328, Dəməşq, Məmlük dövləti) — sünni alim, mütəfəkkir. Sünnilikdəki sələfiyyə məzhəbinin ən əsas alimlərindəndir. Hicri 661-ci il rəbiül əvvəl ayının onunda Harranda dünyaya gəlmişdir. Mənsub olduğu ailənin bir çox nümayəndələri öz fətvaları, verdiyi dərsləri və kitabları ilə məşhur idi. Onlar hənbəli məzhəbinə mənsub olub bölgədə tanınmışdılar. Bu ailə zəka, hafizə və ağıl mühakimə sahəsində bənzərsiz bir məziyyətə sahib idi. İbn Teymiyyədə isə bu xüsusiyyətlər daha qabarıq şəkildə özünü göstərirdi. Dövrünün alimləri və müəllimləri onun fenomen yaddaşına və dərin hafizəsinə heyran qalmışdılar. O bu xüsusiyyətləri ilə Dəməşq və ətraf şəhərlərdə şöhrət qazanmışdı.