Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təbliğat
Təbliğat və ya propaqanda — bir nəzəriyyəni, ideyanı, biliyi və s.-ni kütlə arasında yayma, təbliğ etmə. Təbliğat dedikdə, burada bütün hallarda verbal və qeyri-verbal vasitələrlə aparılan aşağıdakı fəaliyyət növləri nəzərdə tutulur və tutulacaq: lazımi məsələnin yalnız sizə sərf edən tərəfləri, yəni lehinə, yoxsa əleyhinə təbliğat aparılmasından asılı olaraq, təbliğat hədəfi olan tərəfin (milli və fərdi) zövq, baxış və maraqları (o cümlədən, idealı, ənənəsi, stereotipi, amalı, istəyi, ehtiyacı və s.), həmçinin sosial (irqi, irsi, dini, sinfi və s.) mənsubiyyəti ilə uzlaşmayan və hətta ziddiyyət təşkil edən, yaxud əksinə, söhbət lehinə təbliğatdan gedirsə – uyğun gələn xüsusiyyətləri birtərəfli işıqlandırılır, geniş reklam etdirilir, nümayiş, təsvir və ya izah edilir, lazımi kommentariya ilə şişirdilir; Məsələnin məhz bu variantının KİV nümayəndələrinə çatması təşkil edilir, və ya çatmasına çalışılır; dövriyyəyə bu səpkili saxta informasiya buraxılır, saxta, qurama analiz, arqument, nümunə, fakt və statistikalarla əsaslandırılır, izah edilir, başa salınır; xüsusi eyhamla çatdırılır, təlqin edilir, ortaya söz atılır, diskussiya obyektinə çevrildirilir; onun yaxınlarının nə vaxtsa bu mövzuda söylədiyi fikirləri aktuallaşdırmaqla və ya bu ərəfələrdə bu səpkili filmlərə, şəkillərə, söhbətlərə və s. geniş yer, xüsusi diqqət ayırmaq yolları ilə assosiasiya yaradılır; təbii olaraq bu mövqedə olan və ya sizin təhrikiniz, təsirinizlə bu mövqeyə gəlmiş şəxsləri (ələlxüsus, avtoritetli şəxsləri) axtarıb tapıb, bu sahədə öz mövqelərini geniş ifadə edə bilmələri üçün, əgər istəsələr, fəaliyyət göstərmələri üçün onlara hər cür (maliyyə, tribuna, instruksiya və s. baxımından) şərait yaradılır, kömək göstərilir, onların avtoriteti süni şişirdilir, cəmiyyətdə müəyyən söz sahibi, status sahibi olmalarına çalışılır; bu məqsədə xidmət edən hər növ ideyaların, təkliflərin, ədəbiyyat və incəsənət nümunələrinin, həmçinin hərəkatların, fəaliyyətlərin, kompaniyaların, qruplaşmaların və s. yaranması, yayılması və şöhrətlənməsi stimullaşdırılır, dəstəklənir, təşkil edilir və i.a.; bütün bu deyilənlərə əks olanlar isə gizlədilir, ört-basdır edilir, görməməzliyə vurulur, yaxud məqsədyönlü yozaraq adiləşdirilir, neytrallaşdırılır, tənə, təhqir, tənqid, rişxənd, məsxərə, gülüş obyektinə çevirərək dəyərsizləşdirilir, geniş dairəyə yayılmasına hər vasitə ilə mane olunur, əleyhinə kompaniya formalaşdırılır və s. (əlavə olaraq bax: « REF _Ref3652333 \h Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli.
Monumental təbliğat
Monumental təbliğat — Oktyabr inqilabının qələbəsindən sonra monumental incəsənətin inkişafına dair Vladimir Leninin irəli sürdüyü plan və bu planın həyata keçirilməsi üçün SSRİ hökumətinin kompleks tədbirləri. Leninin təşəbbüsü və bilavasitə nəzarəti altında həyata keçirilən monumental təbliğat planında inqilabi ideyaları təbliğ və xalq kütlələrinin sosializm ruhunda tərbiyə etmək məqsədilə şəhərlərdə heykəltəraşlıq monumentləri və abidələrinin ucaldılması, xatirə lövhələrinin vurulması nəzərdə tutulurdu. "Çarların və onların qulluqçularının şərəfinə ucaldılmış abidələrin götürülməsi və Rusiya Sosialist inqilabı abidələri ("Respublika abidələri haqqında") üçün layihələr işlənməsi haqqında" Xalq Komissarları Sovetinin 12 aprel 1918-ci il tarixli dekreti monumental təbliğatın başlanğıcı olmuşdur. Dekret tarixi və bədii qiymətə malik olmayan monumentlərin götürülməsinin, inqilabi monumental incəsənət əsərləri yaradılmasını nəzərdə tutmuşdur. Vladimir Leninin göstərişi ilə Petroqradda (indiki Sankt-Peterburq) bəzi abidələr (əsasən köhnə olanlar) saxlanıldı. Moskva və Petroqradda ən yaxşı sovet heykəltəraşlarının işlədikləri abidə və büstlər, xatirə lövhələri qoyuldu. Abidələrin açılışı təntənəli şəraitdən keçirilirdi. Bu mərasimlərin bir neçəsində Lenin iştirak etmiş, nitq səsləndirmişdir. 1920-ci illərdə Azərbaycan Xalq Maarif Komissarlarının qərarı ilə Bakıda Karl Marks, Mirzə Ələkbər Sabir (1920, 1922), 26 Bakı komissarı və başqalarına abidə qoyulmuşdur. Azərbaycan sovet heykəltəraşlığı monumental təbliğat planına əsasən inkişaf etmişdir.
Fəaliyyət yoluyla təbliğat
Fəaliyyət Yoluyla Təbliğat və ya Fəaliyyətin Təbliği (ingiliscə "propaganda by the deed", fransızca " propagande par le fait") başqalarına nümunə olmaq və inqilab üçün katalizator olmaq məqsədi daşıyan konkret siyasi birbaşa fəaliyyətdir. Anarxizmin bağrından çıxmış və daha sonra başqa radikallar tərəfindən mənimsənmişdir. Bu, ilk növbədə, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində üsyankar anarxizm tərəfdarları tərəfindən törədilən zorakılıq aktları, o cümlədən hakim sinfə yönəlmiş bombalamalar və sui-qəsdlərlə əlaqələndirilir, həm də zorakı olmayan tətbiqlərə malikdir. Bu əməllər dövlətin hər şeyə qadir olmadığını nümayiş etdirməklə və məzlumlara ümid verməklə xalqda "üsyan ruhunu" alovlandırmaq, həmçinin dövlətin reaksiyasında daha da repressivləşdikcə anarxist hərəkatlara dəstəyi genişləndirmək məqsədi daşıyırdı. 1881-ci ildə London Beynəlxalq Anarxist Konqresi bu taktikanı təsdiqlədi. == Görkəmli fəaliyyətlər == 4 aprel 1866-cı il – Dmitri Karakozov Sankt-Peterburqdakı Yay bağının qapısında Rusiya çarı II Aleksanda uğursuz sui-qəsdə cəhd edir. Çar Yay bağını tərk edərkən, Dmitri silahından atəşaçmaq üçün irəli atılır. Lakin bu cəhdin qarşısı kəndli əsilli papaqçı şagirdi Osip Komissarov tərəfindən alınır və o, atəş açmağa az qalmış Karakozovun dirsəyini sıxır. 11 may 1878-ci il — Maks Hodel Almaniyada Kayzer I Vilhelmə sui-qəsd cəhdi edir . Onun monarxı güllələmək üçün etdiyi iki cəhd də uğursuzluğa düçar olur və o, avqustun 15-də tutulur və başı kəsilərək edam edilir.
Təbliğat Analizi İnstitutu
Təbliğat Analizi İnstitutu (ing. Institute for Propaganda Analysis; abbr. IPA) — ABŞ-də 1937-1942 illərdə ictimaiyyətə propaqanda və onu müəyyənləşdirmək yolları haqqında təhsil vermək məqsədilə fəaliyəət göstərən qurum. 1937-ci ilin martın 29-da Bostonda yerləşən Universitet Klubunda Edvard Filaynın təşəbbüsü ilə "demokratiya üçün təhsil" mövzusu ilə bağlı görüş keçirilib. Alfred Adler, Liman Brayson, Edvard Berneys, Klayd R. Miller və s. bu görüşə qatılanlar arasında olmuşlar. Berneys hesab edirdi ki, bu görüşdən "heç nə alınmadı". Eyni zamanda, görüşdən ilhamlanan Miller Ceyms Mendenholnan birgə növbəti həftə ərzində "təhsil, ictimai fikir və propaqanda araşdırmaları üçün institutunun" layihəsinin qaralamanı hazırlayırdı. İkinci görüş Nyu York şəhərində keçirilib. Orda, Miller hzazırladığı layihəsi üçün Filaynın Good Will Fund-dan 10000 dollar alıb.:129,30 Beləliklə, Kolumbiya Universitetinin Müəllimlər Kollecinin professoru olan Miller Təbliğat Analizi İnstitutu Nyu York şəhərdində 1937-ci ilin oktyabr ayında təsis edib.
Xalqı Maarifləndirmə və Təbliğat Nazirliyi
Xalqı Maarifləndirmə və Təbliğat Nazirliyi və ya Təbliğat Nazirliyi (Almanca: Reichsministerium für Volksaufklärung und Propaganda və ya Propagandaministerium), Nasist Almaniyasında nasional sosialist ideologiyaya görə hərəkət etmiş nazirlik olmuşdur. Yarandığı gündən bağlandığı günə kimi nazirliyi Joseph Goebbels idarə etmişdir. Coşqulu və enerjili xalqa müraciət etmək qabiliyyəti, sərt antisemit dünyagörüşü və kütləvi təbliğatın Büyük Yalan olaraq tanınmış texnikasından məharətlə istifadə etməsi Joseph Goebbelsi Təbliğat Nazirliyi üçün ən yaxşı namizəd olaraq göstərirdi. Goebbels etdiyi odlu-alovlu çıxışları ilə xalqı Adolf Hitlerin yoluna dəvət etdi. Tək Xalq, tək İmperatorluq, tək Lider şüarı xalqın şüuruna bu nazirlik vasitəsilə illər boyu yürüdüldü. İkinci Dünya müharibəsi dövründə Goebbels rəhbərliyindəki qrup alman xalqını genişmiqyaslı hərbi toqquşmalara hazırlamaq üçün əlindən gələn hər bir şeyi etmişdir. Müharibənin son illərində elan edilmiş olan kütləvi müharibə layihəsinin də memarı bu nazirlik olmuşdur. Fürer Adolf Hitlerin intiharından sonra Üçüncü Reyx Kansleri vəzifəsini aldıqdan sonra nazirlik avtomatik olaraq bağlanmışdır.
Təliqan (Sulduz)
Təliqan (fars. طالقان‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (29 ailə).
Pakistan Təhriki Təliban
Pakistan Talibanı və ya formal olaraq Təhrik-i-Taliban-i-Pakistan — Pakistan-Əfqanıstan sərhədində fəaliyyət göstərən terrorçu təşkilat.2007-ci ildən fəalliyyət göstərən qruplaşmanın lideri (şeyx) Bayatullah Məshud həmçinin İran-Əfqanıstan sərhəddində də öz aktivliyini qoruyub saxlamaqdadır.
Mənəvi Dəyərlərin Təbliği Fondu
Mənəvi Dəyərlərin Təbliği Fondu — Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan və Azərbaycan Respublikasında mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmışdır. Elə həmin fərmanla "Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi" təsdiq edilmişdir. Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır. Fondun nizamnamə kapitalı 100 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi Fondun əmlakı hesabına – dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir.
Bakı Azad Tənqid-Təbliğ Teatrı
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı — Bakıda rus dilində fəaliyyət göstərən teatr. == Tarixi == Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir. 1925–30 illərdə teatr "Lyubov Yarovaya" (K. Trenyov), "Qiyam" (B. Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F. Şiller), "Romeo və Cülyetta" (V. Şekspir), "Canlı meyit" (L. Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C. Cabbarlı), "Hamam" (V. Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir. 5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır.
Taliqan
Taliqan— İranın Əlburz ostanının şəhərlərindən və Taliqan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,281 nəfər və 988 ailədən ibarət idi.
Bakı Azad Türk Tənqid və Təbliğ Teatrı
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı — Bakıda rus dilində fəaliyyət göstərən teatr. == Tarixi == Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir. 1925–30 illərdə teatr "Lyubov Yarovaya" (K. Trenyov), "Qiyam" (B. Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F. Şiller), "Romeo və Cülyetta" (V. Şekspir), "Canlı meyit" (L. Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C. Cabbarlı), "Hamam" (V. Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir. 5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır.
İbn Xəlliqan
İbn Xəllikan (22 sentyabr 1211, Ərbil – 30 oktyabr 1282, Dəməşq, Məmlük dövləti) — Bərməkilər soyundan olan XIII əsr islam alimi və tarixçisi. Şəms əd-Din Əbül-Abbas Əhməd 22 sentyabr 1211-ci ildə Ərbil şəhərində anadan olmuşdu. Elmi ədəbiyyatda İbn Xəllikan adı ilə tanınan Şəms əd-Din Əhmədin atası Abbas əslən tarixi Bəlx şəhərindən (tarixi Baktriya və ya Toxaristan ölkəsinin mərkəzi şəhəri və ya şəhərlərindən biri idi) olan Bərməkilər soyundan, anası isə Hənəfi məzhəbinin məşhur fiqh və hədis alimi Xaləf ibn Əyyubun soyundan idi. Bərməkilər soyunun ulu əcdadı Bərmək Əməvi xilafətinin sərkərdəsi, Xorasan valisi Əbu Hafs Qüteybə ibn Abi Saleh Muslim ibn Əmr əl-Bahili türk dövləti olan Toxarıstan Yabquluğunun paytaxtı Bəlx şəhərini işğal etdikdən sonra müsəlmanlara əsir düşmüş və islamı qəbul etmişdir. Şəms əd-Din Əbül-Abbas Əhməd Misir Məmlük sultanları əl-Məlik əz-Zahir Rükn əd-Dünya və-d-Din Baybars əl-Bundukdari əz-Salehin hakimiyyəti (1260-1277) və onun böyük oğlu əl-Məlik əz-Səid Nəsir əd-Din Məhəmməd Bərəkə xanın hakimiyyəti (1277-1279) dövründə 1261-1271-ci və 1278-1281-ci ilərdə Şam qazısı olmuş, 30 oktyabr 1282-ci ildə Dəməşq şəhərində vəfat etmişdir. Görkəmli şəxsləri anma yazıları və öz zamanımın oğulları haqqında qeydlər (ərəb. وفيات الأعيان وأنباء أبناء الزمان‎ (latın. Vafəyət əl-Ayən və-ənba əbna əz-zəmən) / ing. "Deaths of Eminent Men and History of the Sons of the Epoch" or "Ibn Khallikan's biographical dictionary" (bax: volume I in 1843, volume II in 1843, volume III in 1868, volume IV in 1871) / rus. Некрологи знатных лиц и заметки о сыновьях своего времени) əsərini müəllifin 1256-cı ildə yazmağa başladığı, 4 dekabr 1273-cü ildə bitirdiyi və 1281-ci ilə qədər əsərə əlavələr etdiyi məlumdur.
Taliqan (Əfqanıstan)
Taliqan-Əfqanıstanda şəhər.
Taliqan şəhristanı
Taliqan şəhristanı (fars. شهرستان طالقان‎) — İranın Əlburz ostanının 5 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Taliqan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 25 781 nəfər və 7 574 ailədən ibarət idi.
Olena Teliqa
Olena İvanovna Teliqa (ukr. Олена Іванівна Теліга, 21 iyul 1906 – 21 fevral 1942 və ya 22 fevral 1942, Kiyev) — Ukrayna şairi və ədəbi tənqidçisi, Ukraynalı millətçilər təşkilatının üzvü. 1906-cı il iyulun 21-də valideynlərinin yaz tətilini keçirdiyi Moskva yaxınlığındakı İlinskoe kəndində, ukraynalı-belaruslu ailədə anadan olmuşdur. Olena Teliqanın doğum haqqında şəhadətnaməsi itirildikdən bu günədək Moskvaya yaxın "İlinskoe" adlanan bir neçə yerdən hansı hadisənin baş vermədiyi müəyyənləşdirilməyib. Onun atası mülki mühəndis idi. Anası isə Rusiya Ortodoks kahinləri ailəsindən gəlirdi. 1918-ci ildə onun atası yeni Ukrayna Xalq Respublikasında nazir təyin edildikdə, o ailəsi ilə birliktə Kiyevə köçdü. Orada Ukrayna İstiqlaliyyət müharibəsi dövründə yaşadılar. Bolşeviklər hakimiyyətə keçdikdə, atası Çexoslovakiyaya köçdü və qalan ailə 1923-cü ildə onu təqib etdi.Ukrayna Xalq Respublikasının yüksəlməsi və düşməsi ilə yaşayan Olena, Ukrayn dilinə və ədəbiyyatına böyük maraq göstərdi. Praqada o, tarix və filologiyanı öyrənən ukraynalı müəllim kollecində iştirak etdi.
Mahmudabad-i Təliqani (Pərsabad)
Mahmudabad-i Təliqani (fars. محمودابادطالقاني‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,970 nəfər yaşayır (413 ailə).