Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səfillər
Səfillər (fr. Les Misérables) — yazıçı Viktor Hüqonun 1862-ci ildə nəşr olunmuş və XIX əsrin ən mükəmməl nəsri hesab edilən fransız romanı. Romanda XIX əsrin əvvəllərində on yeddi il ərzində (1815-ci ildən başlayaraq 1832-ci il İyun qiyamına qədərki dövrdə) bir neçə fransız obrazın həyatı və qarşılıqlı münasibətləri izlənilir. == Hissələri == Fantina Kozetta Marius Plüme küçəsinin idilliyası və Sen-Deni küçəsinin epopeyası Jan Valjan == Tərkibi == Roman Din şəhərinin yepiskopu Miriel Benvenünün həyat tərzinin təsviri ilə başlayır. Sanki Hüqo bununla insanları daha mərhəmətli ədalətli olmağa çağırır. Miriel Benvenü ideal bir yepiskopdur. O, qəribə bir təsadüf nəticəsində bu məqama çatmışdır. Bir dəfə Napoleon öz əmisinə baş çəkmək üçün Parisə gəlir. Qəbul otağında gözü onu diqqətlə izləyən bir ixtiyara sataşır. Geri dönərək ixtiyardan onu niyə belə diqqətlə süzdüyünü soruşur: — "Mərhəmətli insan niyə mənə elə baxırsan?" — "Əlahəzrət siz qarşınızda mərhəmətli insan görürsünüz, mən isə böyük bir insanı seyr edirəm.
Səfillər (1985)
== Məzmun == Film müalicə-əmək profilaktoriyasında çəkilmişdir. Kinolentdə alkoqolizmin acı nəticələrindən danışılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Operator: Tofiq Sultanov, Rəşid Nağıyev Bəstəkar: Firəngiz Əlizadə Səs operatoru: Akif Nuriyev == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Səfillər (dəqiqləşdirmə)
Səfillər
Səfillər (roman)
Səfillər (fr. Les Misérables) — yazıçı Viktor Hüqonun 1862-ci ildə nəşr olunmuş və XIX əsrin ən mükəmməl nəsri hesab edilən fransız romanı. Romanda XIX əsrin əvvəllərində on yeddi il ərzində (1815-ci ildən başlayaraq 1832-ci il İyun qiyamına qədərki dövrdə) bir neçə fransız obrazın həyatı və qarşılıqlı münasibətləri izlənilir. == Hissələri == Fantina Kozetta Marius Plüme küçəsinin idilliyası və Sen-Deni küçəsinin epopeyası Jan Valjan == Tərkibi == Roman Din şəhərinin yepiskopu Miriel Benvenünün həyat tərzinin təsviri ilə başlayır. Sanki Hüqo bununla insanları daha mərhəmətli ədalətli olmağa çağırır. Miriel Benvenü ideal bir yepiskopdur. O, qəribə bir təsadüf nəticəsində bu məqama çatmışdır. Bir dəfə Napoleon öz əmisinə baş çəkmək üçün Parisə gəlir. Qəbul otağında gözü onu diqqətlə izləyən bir ixtiyara sataşır. Geri dönərək ixtiyardan onu niyə belə diqqətlə süzdüyünü soruşur: — "Mərhəmətli insan niyə mənə elə baxırsan?" — "Əlahəzrət siz qarşınızda mərhəmətli insan görürsünüz, mən isə böyük bir insanı seyr edirəm.
Səfillər (film, 1985)
== Məzmun == Film müalicə-əmək profilaktoriyasında çəkilmişdir. Kinolentdə alkoqolizmin acı nəticələrindən danışılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Operator: Tofiq Sultanov, Rəşid Nağıyev Bəstəkar: Firəngiz Əlizadə Səs operatoru: Akif Nuriyev == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Səfillər (film, 2012)
Səfillər (fr. Les Misérables) — 2012-ci ildə istehsal edilmiş Böyük Britaniya filmidir. Rejissoru Tom Huper olan "Səfillər" musiqili dram filmi Viktor Hüqonun eyni adlı əsəri əsasında çəkilmişdir. Baş rolları Hyu Cekman, Rassel Krou kimi məşhur aktyorlar ifa edib. Dünya premyerası 5 dekabr 2012-ci ildə reallaşan film, 85-ci Oskar mükafatı mərasimində "Ən yaxşı ikinci plan qadın roluna görə" (Enn Heteuey), "Ən yaxşı səs" və "Ən yaxşı qrimə görə" mükafat qazanıb. Filmdə Fransada bir qəsəbədə fabrik sahibi və bələdiyyə başçısı olan köhnə məhkum Jan Valjanın hekayəsi göstərilir. == İstinadlar == == Xarici keçidlər == Səfillər — Internet Movie Database saytında.
Cəmillər
Cəmillər — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Cəmillər kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cəmillər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == Toponimikası == Kəndin yaxınlığında eyniadlı göl də var. Yaşayış məntəqəsi XVIII əsrin axırlarında Qazax mahalından Qarabağa köçmüş cəmilli tayfasına mənsub ailələr tərəfindən salınmışdır. Etnotoponimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Fəsillər
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Tamillər
Tamillər — Cənubi Asiyada xalq. Ana dili olaraq Dravid dil ailəsinə aid olan Tamil dilində danışırlar.
Əmillər
Əmillər — Azərbaycan Respublikasının Şuşa rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Əmillər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Fillər
Fillər (Elephantidae) — Məməlilər sinfinin xortumlular dəstəsindən fəsilə. Bitkilərlə qidalanan Fillər quruda yaşayan ən böyük məməli heyvanlardır, yəni bala doğurur və onu südlə bəsləyir. Fillərin böyük cüssəsindən dolayı ovçusu yoxdur. Şirlər ancaq bala, xəstə, yaxud çox yaşlı filləri ovlaya bilirlər. Dişi fillər sürü halında yaşayır və bu baxımdan sosial canlılar olaraq qəbul olunurlar. Erkək fillər cinsi yetişkənliyə yetişəndə qruplara atılır. Erkək fillər də bəzən sürülər şəklində də yaşayır. Onların tük örtüyü seyrəkdir, sadəcə quyruğun ucunda bir qədər sıx və uzundur. == Afrika fili == Hazırda Afrikada cəmi 600 min fil yaşayır, ancaq hər il onların sayı 38 min azalır. Fillərin azalmasının əsas səbəbi onların dişlərinə görə qanunsuz yolla ovlanmasıdır.
Fundamental təhlillər
Google Şəkillər
Google Şəkillər - Google tərəfindən şəkil, video paylaşmaq və saxlamaq üçün yaradılan xidmətidir. 2015-ci ildə rəsmi olaraq bəyan edildi və Google+dan ayrıldı. == Xidmət == Google Şəkillər Google tərəfindən hazırlanan şəkil, video paylaşma və saxlama xidmətidir. Yeni Google Şəkillər limitsiz şəkil, video saxlamaq qabiliyyətinə və Android, iOS üçün program və brauzer xidmətlərinə malikdir. İstifadəçilər bulud xidmətinə şəkillərini yükləye və servisə bağlı bütün cihazlarda bu şəkillərə baxa bilərlər. Google Şəkillər analizlər və qruplar halınde görüntüləri rədaktə edir. Programın axtarış pəncərəsindən, istifadəçilər üçün əsas kateqotiyada axtarışlar göstərilmişdir. O kateqoriyalar bunlardır: İnsanlar, Yerlər və Əşyalar. Servis İnsanlar kateqoriyasında bir-birinə bənzəyən üzləri analiz edir və qruplaşdırır. Server Rəhbər kateqoriyasında coğrafi etiketləmə məlumatlarından istifadə edir, amma eyni zamanda vacib yerlər üçün analiz edərək köhnə şəkillərdə yerləri tapa bilər.
Nuxa tətilləri
Şəki tətilləri və ya Nuxa tətilləri — Şəki (o vaxtlar Nuxa) fəhlələrinin iqtisadi və siyasi tətilləri. 1903, 1905, 1907, 1912, 1915 və 1917-ci illərdə keçirilmişdir. Tətillərin səbəbləri müxtəlif olmuşdur. 1903-cü il tətili Bakı tətili ilə həmrəylik, 1905-ci il tətili Qanlı bazar hadisəsinə etiraz, 1907-ci il tətili Lena gülləbaranına etiraz, digər tətillər isə iqtisadi və siyasi problemlərə etiraz üçün keçirilmişdi. Yerli bolşevik rəhbərliyinin iştirakı ilə keçirilən tətillərin əksəriyyəti fəhlələrin qələbəsi ilə nəticələnmişdir. == 1903-cü il tətili == Bakı proletariatının iyul ümumi tətili ilə həmrəylik əlaməti olaraq Nuxa (indiki Şəki) ipək emalı müəssisələrində baş vermişdir. Fəhlələr iş və mənzil şəraitlərinin yaxşılaşdırılması, əmək haqqının artırılması və s. tələblər irəli sürmüşdür. Fəhlələrin inqilabi çıxışından narahat olan Çar Rusiyası hökuməti polis nəzarətini qüvvətləndirmişdir. "İskra" hökumətin bu tədbiri haqqında yazmışdır ki, ölkəni ram etmək üçün hökumət Cənubi Qafqazın 4 şəhərində, o cümlədən Nuxada polis nəzarəti tətbiq etmişdir.
Səfirlər (Holbein)
Səfirlər (1533) - Kiçik Hans Holbeynin rəsm əsəri. Əsər Tüdorlar hakimiyyəti dövründə, I Elizabetin doğulduğu ildə yaradılmışdır. İkili portret olmaqla yanaşı, rəsmdə ehtiyatla icra edilmiş bir neçə əşyanın natürmortu verilmişdir. Bu da özlüyündə böyük müzakirələr səbəb oldu. Əsər, həmçinin anamorfozun ən çox istinad edilən nümunəsini ehtiva edir. Səfirlər hal-hazırda London Milli Qalereyasında saxlanılır. == Arxa planı == Holbeyn 1493-1543-cü illərdə yaşamış alman rəssamdır. Öz dövrünün məşhur portret ustası olmuşdur. Yüksək yaradıcılıq qabiliyyəti sayəsində İngiltərə kralı VIII Henrixin və onun ətrafındakı saray əyanlarının portretlərini çəkməklə tanınmışdır. Şimal İntibahının parlaq nümayəndələrindəndir.
Səfirlər (Holbeyn)
Səfirlər (1533) - Kiçik Hans Holbeynin rəsm əsəri. Əsər Tüdorlar hakimiyyəti dövründə, I Elizabetin doğulduğu ildə yaradılmışdır. İkili portret olmaqla yanaşı, rəsmdə ehtiyatla icra edilmiş bir neçə əşyanın natürmortu verilmişdir. Bu da özlüyündə böyük müzakirələr səbəb oldu. Əsər, həmçinin anamorfozun ən çox istinad edilən nümunəsini ehtiva edir. Səfirlər hal-hazırda London Milli Qalereyasında saxlanılır. == Arxa planı == Holbeyn 1493-1543-cü illərdə yaşamış alman rəssamdır. Öz dövrünün məşhur portret ustası olmuşdur. Yüksək yaradıcılıq qabiliyyəti sayəsində İngiltərə kralı VIII Henrixin və onun ətrafındakı saray əyanlarının portretlərini çəkməklə tanınmışdır. Şimal İntibahının parlaq nümayəndələrindəndir.
Şuşa tətilləri
Şuşa tətilləri — Şuşa qəzası fəhlələrinin iqtisadi və siyasi tətilləri. 1903, 1905, 1907, 1912 və 1917-ci illərdə keçirilmişdir. == 1903-cü il tətili == Bakı proletarlarının iyul ümumi tətilinin təsiri ilə baş vermişdir və tezliklə bir neçə müəssisəni, real məktəbini bürümüşdür. Şuşaya gizli ədəbiyyat, "İskra"nın nömrələri, RSDFP Qafqaz Komitəsinin çap olunmuş vərəqələri göndərilmişdir. Tətilçilər polis dəstələrinə ciddi müqavimət göstərmişdilər. Rusiya imperator hökuməti polis idarəsini qüvvətləndirmişdir. "İskra", hökumətin bu tədbiri haqqında yazmışdır ki, "ölkəni ram etmək üçün hökumət Zaqafqaziyanın 4 şəhərində, o cümlədən Şuşada güclü polis nəzarəti həyata keçirmişdir. Tətilin yatırılmasına baxmayaraq, o fəhlələrin gələcək mütəşəkkil mübarizəsinə mühüm təsir göstərmişdir". == 1905-ci il tətili == Şuşada 1905-ci il tətili 9 yanvar hadisələri ilə əlaqədar başlanmışdır. 10 fevralda Şuşa real məktəbinin tələbələri tətil etmişdilər.
Şəki tətilləri
Şəki tətilləri və ya Nuxa tətilləri — Şəki (o vaxtlar Nuxa) fəhlələrinin iqtisadi və siyasi tətilləri. 1903, 1905, 1907, 1912, 1915 və 1917-ci illərdə keçirilmişdir. Tətillərin səbəbləri müxtəlif olmuşdur. 1903-cü il tətili Bakı tətili ilə həmrəylik, 1905-ci il tətili Qanlı bazar hadisəsinə etiraz, 1907-ci il tətili Lena gülləbaranına etiraz, digər tətillər isə iqtisadi və siyasi problemlərə etiraz üçün keçirilmişdi. Yerli bolşevik rəhbərliyinin iştirakı ilə keçirilən tətillərin əksəriyyəti fəhlələrin qələbəsi ilə nəticələnmişdir. == 1903-cü il tətili == Bakı proletariatının iyul ümumi tətili ilə həmrəylik əlaməti olaraq Nuxa (indiki Şəki) ipək emalı müəssisələrində baş vermişdir. Fəhlələr iş və mənzil şəraitlərinin yaxşılaşdırılması, əmək haqqının artırılması və s. tələblər irəli sürmüşdür. Fəhlələrin inqilabi çıxışından narahat olan Çar Rusiyası hökuməti polis nəzarətini qüvvətləndirmişdir. "İskra" hökumətin bu tədbiri haqqında yazmışdır ki, ölkəni ram etmək üçün hökumət Cənubi Qafqazın 4 şəhərində, o cümlədən Nuxada polis nəzarəti tətbiq etmişdir.
Əsli dəlillər
Üsuli-Fiqh və ya Əsli dəlillər (Ərəbcə: أصول الفقه Üsul ül-Fiqh), bir İslam hüququ yəni fiqh termini. == Ümumi məlumat == Əsli dəlillər termini və içində saxladığı alt başlıqlar, Şər'i dəlillərin bir qismini əhatə edir. Şər'i dəlillərin digər qismi isə fər'i dəlillərdir. Əsli dəlillər dörd yerə ayrılır, bunlar: Kitab (Quran) Sünnə İcma Qiyas (Şiələrdə Ağıl) Bu dörd əsli dəlildən, ilk ikisi yəni Qur'an və Sünnət, vəhy dayanan yəni İslam dinindəki naslara dayanan dəlillərkən digər ikisi yəni icma və qiyas isə vəhy təməlli olmayıb ağli olmaqla bərabər İslami naslar ilə ilişkilidir. == Kitab == Kitab Allah-Təalanın Elçisi Məhəmmədə ərəbcə endirdiyi, müshəflərdə yazılaraq bizə qədər təvatür yolu ilə çatmış, Fatihə surəsi ilə başlayıb Nəs surəsi ilə qurtaran Qurani-Kərimdir. Üstün tutulan rəyə əsasən “qa-ra-ə” feilindən məsdərdir və kök mənası oxumaq, toplamaq və bir araya gətirməkdir. Quran yalnız bir etiqad, ibadət və əxlaqi kitab deyil, həm etiqad və ibadət, həm də insanlararası sosial-iqtisadi məsələləri ümumi prinsiplərlə tənzimləyən bir kitabdır. Ayələrdə belə buyurulur: “…Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!”[1] “…Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik).”[2] Qurani-Kərim Məhəmmədə (s.ə.s) ilk dəfə 610-cu ildə təfəkkür və ibadət üçün getdiyi Hira mağarasında, Ramazan ayının qədr gecəsində nazil olmağa başlamış, Cəbrayıl (ə.s) vasitəsilə 22 il 2 ay 22 gündə tamamlanmışdır. İlk nazil olan ayələr bunlardır: “(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
Roma tətilləri
"Roma tətilləri" (ing. Roman Holiday) — rejissor Vilyam Uaylerin filmi. == Məzmun == Kiçik bir dövlətin şahzadəsi Anna bir dəfə özünü sərbəst, rəsmilikdən uzaq aparmaq istəyir. Elə bu məqsədlə də həmin gecə gizlincə səfirliyin binasını tərk edir. Beləcə o, gəzə-gəzə Roma şəhərinin mərkəzinə gəlib çıxır. Şəhəri gəzən şahzadə tezliklə yorulub əldən düşür. Yuxusu gələndə isə şəhər parkında yuxuya gedir. Onu amerikalı müxbir Co Bredli təsadüfən evə gedərkən görür. Bir qədər sonra Bredliyə məlum olur ki, Annanın taksiyə verməyə belə pulu yoxdur. Şahzadə isə qətiyyətlə bildirir ki, o, heç vaxt üstündə pul götürmür.
Kisəli fillər
Kisəli fillər (lat. Burramyidae) i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Geofillər
Teyidlər
Teyidlər (lat. Teiidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Thriller
Thriller — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Fundamental qarşılıqlı təsirlər
Fundamental qarşılıqlı təsirlər- hissəciklər arasında mövcud olan və hissəciklərin xüsusiyyətlərini və davranışını müəyyənləşdirən təbiət qüvvələridir. Dörd qarşılıqlı təsir qüvvəsi məlumdur: elektromaqnetizm qravitasiya zəif nüvə qüvvəsi güclü qüvvə Fundamental qarşılıqlı təsirlər (ingiliscə, fundamental interaction) fizikaya aid ədəbiyyatda təbiət qüvvələri, fundamental qüvvələr kimi də adlandırılırlar. == Ümumi məlumat == Fundamental qarşılıqlı təsirlər əsasən aşağıdakı meyarlarla təyin olunurlar: təsir qüvvəsinin gücü bu qüvvənin effektiv olduğu hədd bu təsir qüvvəsinin keçiricisi və ya daşıyıcısı olan hissəciyin təbiəti == Qraviton == qravitasiya qarşılıqlı təsirin zərrəciyidir.Qravitasiya qüvvələri qarşılıqlı təsirdə olan cisimlərin hər birinin kütləsi ilə düz mərkəzləri arasındakı məsafənin kvadratı ilə tərs mütənasib olub həmişə cazibə xarakterlidir. == Foton == elektromaqnit sahəsinin zərrəciyidir.Elektrostatikanın əsas qanunu olan Kulon qanununa görə sükunətdə olan yüklü nöqtəvi cisimlər arasındakı qarşılıqlı təsir qüvvəsi yüklərin modulları hasili ilə düz, onların arasındakı məsafənin kvadratı ilə tərs mütənasibdir.Eyni adlı yüklər bir- birini dəf,müxtəlif adlı yüklər isə cəzb edir.Sükunət nisbi olduğuna görə elektrik və maqnit qarşılıqlı təsirlərini bir-birindən təcrid etmək olmaz. == Qlüon == güclü və ya nüvə sahəsinin zərrəciyidir,və mənası ingiliscədən tərcümədə yapışqan deməkdir.Bu ad ona, yaxın məsafəyə və güclü təsir etdiyinə görə verilib.Güclü qarşılıqlı təsir hesabına proton və neytronlardan dayanıqlı nüvə yarana bilir.Güclü qarşılıqlı təsir elektromaqnit qarşılıqlı təsirindən təxminən 100 dəfə böyükdür.Bu qüvvələrin təsir məsafəsi təxminən 10−15m tərtibindədir və cazibə xarakterlidir. == Zəif qarşılıqlı təsir == dayanıqlı olmayan zərrəciklərin parçalanmasına səbəb olan təsirdir.Onların təsir məsafəsi daha kiçik olub təxminən 10−17m tərtibindədir.Zəif qüvvələr elektromaqnit qüvvələrinə nisbətən on min dəfələrlə kiçikdir. Makroaləmdə rast gəldiyimiz qarşılıqlı təsirlər qravitasiya və elektromaqnit qarşılıqlı təsirləridir.
Litosferə texnogen təsirlər
Yerin sahəsinin təxminən 60%-i 10 km dərinliyə qədər antropogen təsirə məruz qalmışdır. Litosferə antropogen təsirin nəticələri bunlardır: münbit torpaqların sıradan çıxması, süni səth və yeraltı strukturların yaranması, böyük həcmdə süxurların yerdəyişməsi, relyefin dəyişməsi, qruntların geodinamik tarazlığının pozulması; texnogen zəlzələlər, karst, torpağın oturması (enməsi), eroziyası, sürüşmələr, donuşluq rejiminin pozulması, torpaqların kimyəvi və radioaktiv çirklənməsi və s. == Texnogen təsirlər == Texnogen təsirlər – faydalı qazıntıların yeraltı yuyulmalarla çıxarılması, yeraltı tikinti, yeraltı suların intensiv istifadəsi, bitki örtüyünün məhv edilməsi, axıntı sularının atılması və s. karst əmələgəlmə proseslərini yaradır və onların yaranmasına kömək edir. Texnogenezlə gücləndirilmiş (oyadılmış, hərəkətə gətirilmiş) karst təbii karstdan inkişafının sürəti ilə və baş verməsinin intensivliyi ilə, sahəsinin azlığına və yayılma dərinliyinə görə fərqlənir. Texnogen karst karbonat, gips – anhidrid və duz süxurlarında geniş yayılmışdır. Texnogen təsirlər həmçinin külək eroziyasının inkişafına səbəb olur, burada deflyasiyanın (sovurub-çıxarmanın) aparıcı rolu vardır. Eol fəaliyyəti başlıca olaraq insanın həyat mühitinə məxsusdur, çunki texnogenez – bitkilərin məhvi, torpaqların şumlanması, qruntların qurudulması, terrasların düzəldilməsi və s. küləyin işini gücləndirir. Eol proseslərinin inkişafı üçün əlverişli olan çox böyük ərazilər vardır.
İqtisadi təlimlər tarixi
İqtisadi təlimlər tarixi — ictimai istehsal tarixi boyunca iqtisadi anlayışların mənşəyini, formalaşmasını, inkişafını və dəyişdirilməsini öyrənən bir elm. == İqtisadi təlimlər tarixi == === İqtisadi təlimlər tarixinin metodu === İqtisadi təmayüllü ali təhsil alan və yenidən iqtisadi ixtisas alan gənclər üçün ümumbəşəri dəyərlərin öyrənilməsi və iqtisadi həyatda davranış mədəniyyətlərinin yüksəldilməsi üçün "İqtisadi təlimlər tarixi" fənni müstəsna rol oynayır. "İqtisadi təlimlər tarixi"nin öyrənilməsi zərurəti həm də müasir şəraitdə iqtisadi sistemlərin transformasiyaya uğramasından irəli gəlir. Çünki "İqtisadi təlimlər tarixi"nin predmeti cəmiyyətin iqtisadi həyatında və sosial sferasında baş verən dəyişikliklərlə əlaqədar iqtisadiyyatın birinin digəri ilə əvəz olunmasının qanunauyğunluqlarını və dövrləşmə prosesilə bağlı insanların davranış qaydalarının məntiqini öyrənir. İqtisadi hadisə və proseslərin tarixi dövrləşmə prosesilə öyrənməklə "İqtisadi nəzəriyyə" elminin daha dərindən mənimsənilməsinə imkan yaranır. Bəlli olduğu kimi "İqtisadi nəzəriyyə" 250 il bundan əvvəl kapitalizmin təşəkkül tapdığı dövrdə meydana gəlmişdir. Ümumi iqtisadi nəzəriyyə ilkin olaraq 1615-ci ildə fransız Antuan de Monkretyen tərəfindən "Siyasi iqtisad" termini ilə adlandırılmışdır. Daha sonra ingilis Uilyam Petti öz tədqiqatlarında bu elmi "Siyasi hesab" adlandırmışdır. Fiziokratlar məktəbinin banisi Fransua Kene bu elmə sadəcə "İqtisadiyyat" kimi baxmışdır. "İqtisadi nəzəriyyə"nin atası hesab olunan Şotlandiyalı Adam Smit bu elmi "Siyasi iqtisad" kimi qəbul etmiş və onun xalqların sərvətinin mənbəyi olduğunu qeyd etmişdir.
Uşaq Səfirlər Məclisi
Uşaq Səfirlər Məclisi — uşaqların hüquqlarının təşviqi, uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının formalaşdırılması, ictimai fəallığının artırılması, uşaqların fəal vətəndaşlıq və qanunun aliliyi ruhunda istiqamətlənməsi, liderlik keyfiyyətlərinin və idarəetmə mədəniyyətinin formalaşdırılması, xüsusilə iştirak hüquqlarının təmin edilməsini həyata keçirən və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən qurum (struktur). == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı 2020-ci ilin Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 iyun, 2020-ci il tarixində yaradılmışdır.
Triller
Triller — insanda gərgin həyəcanlanma, narahatlıq hissi yaradan filmə deyilir. Əksər filmlərin süjetində rast gəlinən triller elementi bu janrda rejissor tərəfindən xüsusilə istifadə olunur. Triller tamaşaçıların qaçılmaz gördüklərini gecikdirməklə yaranır və qaçmağın təhlükə və ya qeyri-mümkün göründüyü vəziyyətlərdə qurulur. Tamaşaçılardan vacib məlumatları ört-basdır etmək, döyüş və təqib səhnələri ümumi üsullardır. Trillerdə həyat adətən təhlükə altında olur, məsələn, qəhrəman təhlükəli vəziyyətə düşdüyünü dərk etməməsi kimi. Trillerlərin personajları bir-biri ilə və ya bəzən mücərrəd ola bilən xarici qüvvə ilə toqquşur. Qəhrəman tez-tez qaçış, missiya və ya sirr kimi bir problemlə qarşılaşır.
Feillər
Feil — ümumqrammatik mənasına görə iş, hal və hərəkəti bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir. Feillər müxtəlif forma və zamanlarda işlədilərək "nə etmək?", "nə etdi?", "nə etmişdir?" "nə edir?", "nə edəcək?", "nə edər?" və s. suallarına cavab olur şəxsə və kəmiyyətə görə dəyişir təsdiq və inkar, təsirli və təsirsiz olur. == Feilin mənaca növləri == İş feilləri: yağla(maq), tik(mək), rənglə(mək), kəs(mək), yaz(maq) bişir(mək), qur(maq) və s… Nitq feilləri: danış(maq), dinlə(mək), qulaq as(maq), sus(maq), pıçılda(maq) və s. Hərəkət feilləri: get(mək), düş(mək), en(mək), qalx(maq) gəl(mək) qaç(maq) və s… Təfəkkür feilləri: duy(maq), xatırla(maq), zənn et(mək), duyğulan(maq), sevin(mək), dərk et(mək) və s… Hal-vəziyyət feilləri: ağar(maq), gözəlləş(mək), nərildə(mək), gül(mək), fərəhlən(mək) və s… == Feilin quruluşca növləri == Sadə feillər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan feillərə sadə feillər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s. Düzəltmə feillər: Kökə və sözdüzəldici (leksik) şəkilçiyə malik olan feillər düzəltmə feillər adlanır. Məsələn: baş-la(maq), ağ-ar(ır), iş-lə(mək), gör-üş(mək) və s. Mürəkkəb və tərkibi feillər: İki sözün birləşməsindən əmələ gələn feillər mürəkkəb feillər adlanır. Məsələn: deyir-gülür, ölçdü-biçdi, bəzənib-düzənir, atılıb-düşür və s.
Filler
Filler (mac. fillér) — 1892-ci ildən 1999-cu ilə qədər dövriyyədə olan Macarıstanın xırda sikkəsi. Müxtəlif dövrlərdə filler Avstriya-Macarıstan kronu, Macarıstan kronu, pengö və forintin yüzüncü hissəsi olmuşdur. Adı "dörd" mənasını verən Vierer alman sözündən gəlir, bu termin həmçinin 4 kreytser dəyərində olan Avstriya-Macarıstan sikkəsinin adı idi. Son fillerlər 1999-cu ildə zərb olunmuşdur, hal-hazırda real pul dövriyyəsində iştirak etmirlər, lakin yenə də Macarıstan forintinin ayrılmaz hissəsi hesab olunurlar. == Avstriya-Macarıstan kronu == Avstriya-Macarıstan kronu 1892-ci ildə Avstriya-Macarıstanın pul vahidi kimi dövriyyəyə daxil oldu. İmperiyanın Avstriya hissəsində xırda pula "heller", Macarıstan hissəsində isə "filler" deyilirdi. 1900-cü ilə qədər köhnə sikkələr də dövriyyədə idi, onların nisbətləri: 1 qulden (florin) = 2 krona, 1 kreytser = 2 filler (heller). Filler sikkələri Kremnitsa zərbxanasında zərb olunurdu və onlar (heller sikkələri kimi) imperiyanın bütöv ərazisində qanuni ödəniş vasitəsi sayılırdı. Birinci Dünya müharibəsinin başlaması 2, 10 və 20 filler dəyərində sikkələr dəmirdən zərb olunmağa başlandı və 1 filler sikkələrin zərb edilməsi dayandırıldı.
Thriller (albom)
Thriller — Maykl Cekson altıncı studiya albomu. Epic Records leyblı ilə 30 noyabr 1982-ci ildə buraxılmışdır. Albomun prodüserliyini Kuinsi Cons və Maykl Cekson özü etmişdir. Albomda 9 mahnı var və onlardan sinql şəklində buraxılan yeddisi Billboard Hot 100 çartının ilk onluğuna düşmüşdür. Onlardan üçünə videoklip çəkilmişdir. Albomun buraxılmasından sonrakı bir il ərzində "Thriller" bütün dövrlərin ən çox satılan albomu oldu və hal-hazıradək bu titulunu qoruyur. 1984-cü ildə Maykl Cekson bu alboma görə yeddi, o cümlədən "ilin albomu" kateqoriyasında Qremmi mükafatına layiq görüldü.
Thriller (sinql)
Thriller — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.