Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təhriri-Öqlidis
Təhriri-Öqlidis (Evklidin şərhi) — Nəsirəddin Tusinin riyaziyyat (həndəsə) sahəsində yazdığı əsər. Əsərdə Evklidin "Əsaslar" əsərində verilmiş 700-dən artıq teoremin isbatı təhlil edilmiş və bir çoxunun yeni isbatı verilmişdir. == Tərcümə və nəşr == Əsər Həsən Zərrinəzadə tərəfindən ərəb dilindən azərbaycan dilinə tərcümə edilmiş və YUNESKO-nun da maliyyə yardımı ilə Nəsirəddin Tusinin 800 illik yubileyi ilə əlaqədar olaraq N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası tərəfindən nəşrə hazırlanmış və 2001-ci ildə, Bakıda, Ulduz nəşriyyatında çap olunmuşdur.
Zamanın təhrifi
Zamanın təhrifi və ya zamanın distorsiyası (ing. tachypsychia) — zamanın həqiqi ölçüsündən asılı olmayaraq, insan zamanın uzandığını və ya daraldığını hiss edə biləcəyi zaman onun qavrayışındakı dəyişikliyi ifadə edən psixoloji termin. Zaman yavaşladıqda, hərəkət edən obyektlərin bulanıqlaşması kimi optik illüziyalar yarana bilər . Zamanın təhrifi keçmişin və ya gələcəyin təhrif olunmuş qavrayışına səbəb ola bilər. Bəzən bu şüursuz şəkildə baş verir. Qavrayışdakı dəyişikliklərin səbəbi çox vaxt psixoloji travma, fiziki fəaliyyət, psixi vəziyyətə və şüura təsir edən maddələrin istifadəsidir. == Tarixi == Zamanın distorsiyasının ayrıca bir fenomen kimi müəyyənləşdirilməsi nisbətən son dövrlərdə başlamışdır. Psixoloq Paul Fress 1978-ci ildə yazırdı ki, stresli vəziyyətdə yaşanan vaxtın həddən artıq qiymətləndirilməsi baş verir və bunda affektiv vəziyyət həlledici rol oynayır . Bəzi psixoloqlar fərdin psixoloji vaxtı kimi kateqoriyanı müəyyən edir , zamanın qavranılmasının subyektivliyini qeyd edirlər. Qeyri-elmi mühitdə, eyni zamanda, vaxtın fərdi olaraq qəbul edildiyi, həmçinin stresli bir vəziyyətdə bir çox insanın təhrif - uzadılmış vaxtı hiss etdiyi barədə ümumi bir fikir var.
Təhrim Surəsi
66-cı surə ət-Təhrim (Qadağan) surəsi (Mədinədə nazil olmuşdur, 12 ayədir). Surə adını islam peyğəmbəri Məhəmmədin bəzi qidaları özünə qadağan etməsindən danışan 1-ci ayədən götürmüşdür.
Pakistan Təhriki Təliban
Pakistan Təhriki Təliban Pakistan-Əfqanıstan sərhəddində fəaliyyət göstərən terrorçu təşkilat.2007-ci ildən fəalliyyət göstərən qruplaşmanın lideri (şeyx)Bayatullah Məshud həmçinin İran-Əfqanıstan sərhəddində də öz aktivliyini qoruyub saxlamaqdadır.
Təbrizi
Təbrizi — Cənubi Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Əbu Abdulla Məhəmməd Bin Nəmvar Təbrizi Mirzə Məhəmməd Təbrizi • Əbülfət Təbrizi • Sadəddin Əbulqasim Təbrizi — Sufi Ələddin Həkim Təbrizi Əbu Talib Təbrizi Ağa Seyid Əli Təbrizi Səvvab Təbrizi Fəzl ibn Hatim Neyrizi Təbrizi Əzhər Təbrizi Bədrəddin Təbrizi memar Əssar Təbrizi Təsir Təbrizi - Şair Mühzəbəddin Təbrizi XII əsr həkim Əlişah Təbrizi Memar, vəzir Abdulla Seyrafi Təbrizi — XIV əsr xəttat. Şəms Təbrizi — Mənşəcə Azərbaycan türklərindən olan məşhur sufi alimi və şairi. Mircan Təbrizi — Sufi Mirzə Saleh Təbrizi — şair, şeyxülislam Fədai Təbrizi Əlirza Təbrizi Mirzə Əli Təbrizi Həqiri Təbrizi — şair Məczub Təbrizi — şair Saib Təbrizi — XVII əsrdə yaşamış, mənşəcə Azərbaycan türklərindən olan şair. Hümam Təbrizi — şair, xəttat. Əhməd bin Şəmsəddin Məhəmməd Təbrizi — xəttat. Əbu Talib xan Təbrizi — təzrikəçi Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi — təzrikəçi Məhəmməd Bəndduz Təbrizi — xəttat. Mirzə Əli Siqqətülislam Təbrizi — İran Məşrutə hərakatının fəal üzvü, tanınmış din xadimi, şair. Cəfər Təbrizi — xəttat. Xətib Təbrizi — XI əsr Azərbaycan alimi, ədəbiyyatşunas, dilçi, şair və ərəb dili, ədəbiyyatı, qrammatika və leksikoloqiya elminin banilərindən biri.
Təhrif
Təhrif - hər hansı bir şeyi əsl məcrasından və ya malik olduğu vəziyyətdən çıxarmaq, yaxud onu dəyişməyi nəzərdə tutan ərəb mənşəli söz. Başqa sözlə, təhrif bir növ dəyişmək və əvəz etməkdir. Lakin təhrif bu sözlərin mənasını vermir. Təhrifin bir neçə növü var. Onların ən əhəmiyyətlisi söz və məna təhrifidir. Söz təhrifi hansısa mövzunun zahiri görkəmini dəyişməkdən ibarətdir. Məsələn, hər hansı deyimdən bir cümlənin çıxarılması və ona bir cümlənin əlavə edilməsi. Yaxud, cümlələrin yeri elə dəyişilir ki, deyimin mənası orijinaldan fərqlənir, yəni bir sözlə deyimin görkəminə və sözünə toxunulur. Məna təhrifində isə sözə və zahiri görkəmə toxunulmur. Söz olduğu kimi qalır, lakin onu deyən şəxsin məqsədi düzgün izah olunmur.
Təhrik
Təhrik etmə — sözlə və ya başqa şirnikləndirici vasitələrlə birini bir iş görməyə vadar etmə, sövq etmə, meyilləndirmə, həvəsləndirmə.
Alban təqvimi
Alban təqvimi — Qafqaz Albaniyasında istifadə olunmuş sivil və dini təqvim. Bu təqvimin varlığını ilk dəfə 1832-ci ildə Mariy Brosse irəli sürmüşdür. Ananiya Şirakatsiyə aid 114 nömrəli əlyazmaya istinad edən Brosse bu təqvimdə 12 ay olduğunu göstərir. Təqvim avqust ayından başlayırdı. Ayların adları həm Udi dilində həm də Fars dilində izah olunur. Paris, Tbilisi həmçinin İrəvanda saxlanılan 12 fərqli əlyazmada bu aylar sıralanmışdır. Utili tarixçi Ovannes İmastaserin (1047-1129) qeydlərinə əsasən qədim Alban və Gürcü təqvimləri 29 Avqustda başlayırdı. Bu təqvimin əsasında Udi təqvimi hazırlanmışdır. == Cənubi Qafqaz təqvimləri == Qədim Gürcü, Erməni və Alban təqvimlərindəki ayların adları bənzər olmuşdur. == Aylar == === Navasardun === Alban təqvimində ilk ay olmuşdur.
Arif Təbrizi
Arif Təbrizi (XVIII əsr, Təbriz – 1805, Təbriz) — Azərbaycanın görkəmli şairlərindən biri. Qəzəllərində iztirab, həsrət motivləri güclüdür. Şeirlərinin bir hissəsi Hüseyn Əfəndi Qayıbovun "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" adlı kitabında toplanmışdır.
Assuriya təqvimi
Assuriya təqvimi e.ə. 4750-ci ildə başlayan ay əsaslı bir təqvimdir, Assuriyada inşa edilən ilk məbəddən ilham almışdır, xüsusilə Addi Alkhas, Jean Alkhas və Nimrod Simono tərəfindən təşkil edilən Aşşur jurnalı " Gilqameşdə "nəşr olunan bəzi məqalələr əsas alınmışdır. Yeni il yazın ilk günü ilə başlayır. Assuriya yeni ili hələ də hər il toplanaraq festivallarla qeyd olunmağa davam edir. 2017-ci il isə Assuriya təqvimində 6767-ci ilə təsadüf edir.
Astek təqvimi
Astek təqvimi - tarixin müəyyən dövrlərində Mərkəzi Amerika xalqları tərəfindən qəbul edilmiş zaman ölçüsü. == Haqqında == Astek təqvimi ilk dəfə 3500 il bundan əvvəl olmeklər tərəfindən istifadə olunmuş və sonralar Meksikanın mərkəzi hissələrində yaşayan xalqlar, o cümlədən mayyalılar, sapoteklər və asteklər tərəfindən qəbul edilmişdir. Onların təsəvvürlərinə görə bu zaman ölçüsü ilahi mənşəyə malikdir və həmçinin insanlara xoşbəxtliyi, bədbəxtliyi və neytral həyatı bəxş etmək qüdrətinə malikdir. Asteklər yalnız ilk iyirmi ədədi tanıyırdilar, lakin buna baxmayaraq onlar bu ədədlərin kombinasiyasından çox böyük rəqəmlər alırdılar. Astek təqvimi hərəsi 20 gündən ibarət olan 18 ayı nəzərdə tuturdu. İl 20X18+5=365 gün idi. Burada 52 illik sikl tətbiq olunurdu. Hər sikl 13 illik 4 dövrəyə bölünürdü. Hər siklin sonunda 13 gün artırılırdı. Beləliklə, hər il üçün orta müddət 365,25 gün alınırdı.
Atkins pəhrizi
Atkins pəhrizi — əsasən karbohidrata söykənən pəhriz. Atkins pəhrizi beyni kiçildir. Bundan başqa, bu pəhrizə davam edənlərin alzheimer xəstəliyinə tutulma riskləri də artır. Nyu-Yorkda olan “Mount Sinas” tibb mərkəzində aparılan araşdırmaya görə, zəngin karbohidrat pəhrizi saxlayanların beynində digər pəhriz saxlayanlarla müqayisədə 5 faiz ətrafında daralma baş verir. Yüksək karbohidrat beynin yaddaş hissəsinin inkişafına mane olur. Bu daralmanın nəticəsində alzheimer kimi xəstəliklər baş qaldıra bilir.
Axşam təhsili
Axşam təhsili — təhsillə işi bir arada əlaqələndirən şəxslər üçün təhsil formasının təşkili, fasiləsiz təhsilin tərkib hissəsi. Müəllimin təhsil qrupları ilə təhsil alanlara rahat olan, əsasən axşam saatlarında mütəmadi dərslərin keçirilməsi daimi təhsil prosesinin təşkilini nəzərdə tutur.
Ay təqvimi
Ay təqvimi — ayın Yer kürəsi ətrafındakı hərəkət dövriliyinə əsaslanan təqvim növü. Bu tip təqvimlərdən ən çox istifadə olunanı ay səhifələrinin dəyişməz dövriliyinə əsaslanan təqvimlərdir. İlk Ay təqvimi İkiçayarasında miladdan öncə III minillikdə tərtib edilmişdir. Miladdan öncə IX əsrdə aşşurlar, sonra isə yəhudilər həmin təqvimdən istifadə etmişlər. Bu təqvim sonralar Şərq ölkələrində geniş yayılmışdır. Hazırda 20-dən çox Şərq ölkəsində təqvim kimi rəsmən Ay təqvimindən — Hicri-qəməri təqvimindən istifadə edilir. Hicri-qəməri təqvimi 12 aydan ibarətdir və bu təqvimdə ilin uzunluğu 354 gecə-gündüzə bərabərdir. Bu təqvim Günəş təqvimindən 11 gecə-gündüz qısadır. == Ay təqvimləri == Təqvimdə əsas vaxt vahidi olaraq Ayın iki ardıcıl eyni adlı fazası arasındakı vaxt müddəti götürülür. Bu vaxt vahidi sinodik ay adlanır.
Babil təqvimi
Babil təqvimi — qədim təqvimlərdən biri. Şumerdə e.ə. IV minilliyin sonu-III minilliyin başlanğıcında hər bir şəhərin öz təqvimi var idi. Kahinlər ulduzlu səmanı müşahidə etməklə xeyli astronomik nəticəni əldə etmişlər. E.ə. III minillikdə səma cisimlərinin hərəkətinin müşahidə etmək üçün hündürlüyü 20 m-ə çatan çoxmərtəbəli qüllələr inşa olunurdu. Bu qüllələr adətən məbədlərin yanında tikilirdi. Üst hissəsində ibadətgah olurdu. Ümumiyyətlə İkiçayarasının əhalisinin qədim inamında astral sitayişlər geniş yayılmışdır. İkiçayarasının erkən sivilizasiyalarında təsərrüfat həyatının tənzimlənməsində ayın hərəkətinə xüsusi yer verildiyində buradakı şəhər və dövlətlərin ilk təqvimləridə qəməri təqvim olmuşdur.
Bahai təqvimi
Bəhai təqvimi — Bəhailikdə istifadə edilən bir təqvimdir. Təqvim 21 mart 1844-də qəbul edilmişdir.
Behruz Təbrizi
Behruz Dehqani — Behruz Təbrizi kimi də tanınan Cənubi Azərbaycanlı yazıçı, tərcüməçi və partizan Əşrəf Dehqani və Ruhəngiz Dehqaninin qardaşı və İran Xalq Fədai Partizanlar Təşkilatının məşhur üzvlərindən idi. O, SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada işgəncə və böyrəklərinin zədələnməsi səbəbindən öldürülüb.
Benqal təqvimi
Benqal təqvimi (benq. বঙ্গাব্দ) — Benqal və Banqladeş ərazilərində istifadə edilən bir günəş təqvimidir. Təqvim Assam, Benqal ərazisində istifadə edilir.
Berber təqvimi
Berber təqvimi — Afrikanın şimal-qərbində istifadə edilən berberlərin istifadə etdiyi təqvimdir.
Bizans təqvimi
Bizans təqvimi — Bizans imperatoru II. Basileios tərəfindən qəbul olunub, 988-ci ildən 1453-cü il Bizans İmperiyasının sonuna kimi tətbiq olunub. Bu təqvimə görə dünya e.ə. 5509-cu il 1 sentyabrda yaranıb. Ona görə təqvim 1 sentyabrdan başlayır.
Buddist təqvimi
Buddist təqvimi — kiçik fərqlərlə Taylandda, Laosda, Kambocada, Myanmada və Şri-Lankada istifadə edilir. Çinin ilhaqına qədər Tibetdə də istifadə edilib (bu ölkədə mahayana buddizmi geniş yayılıb). Taylandda eyni zamanda qriqori təqvimi də istifadə edilir. İnduistlər onu ayın fazaları əsasında yaradıblar. Ay-günəş təqvimində ilin başlanğıcı dekabr ayına təsadüf etsə də aylar ayın fazalarına bağlıdırlar. Taylandda buddist təqvimini həm də Tyantharakhati (tay dilində — จันทรคติ. Tyantharakhati) adlandırırlar. Buddist təqvimi Budda Qautamanın nirvanaya getməsi ilindən hesablanır və qriqori təqvimini 543 il qabaqlayır (ənənəyə görə Budda Şakyamuninin nirvanası e.ə. 543-cü ilə təsadüf edir). Bu əsasla qriqori təqviminin 2020-ci ili buddist təqviminin 2563-cü ilinə müvafiqdir.
Bulaqbaşı kəhrizi
Bulaqbaşı kəhrizi — Sədərək rayonundakı eyniadlı kəndin şimalında kəhriz. == Ümumi məlumat == Sədərək əhalisi qədimdən bu içməli su mənbəyindən istifadə etmişdir. Sərhəd bölgəsində olduğundan ermənilər kəhrizi yararsız hala salmışlar. Kəhriz 1992-ci ildə onların atdığı top mərmilərindən dağıdılmışdı. 1997-1998-ci ildən başlayaraq BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının xüsusi proqramının həyata keçirilməsi ilə əlaqədar Bulaqbaşı kəhrizi əsaslı surətdə təmir və bərpa olunmuşdur. Sədərəyin müxtəlif məhəllələrini içməli su ilə təmin etmək məqsədilə 5 kilometr uzunluğunda yeni su kəməri çəkilmiş, nasos stansiyası qurulmuş, 10 ədəd bulaq-abidə tikilib istifadəyə verilmişdir.
Bədrəddin Təbrizi
Bədrəddin Təbrizi - Mənşəcə Azərbaycan türklərindən olan, memar Təbrizli Bədrəddin 1273-1274-cü illərdə Konyada Cəlaləddin Rumi türbəsini tikdirmişdir.
Bəhai təqvimi
Bəhai təqvimi — Bəhailikdə istifadə edilən bir təqvimdir. Təqvim 21 mart 1844-də qəbul edilmişdir.
Cokyo təqvimi
Cokyo təqvimi(貞享暦|Jōkyō-reki) Yaponiyada istifadə edilmiş təqvimlərdən biridir.1684-cü ildən 1753-cü ilə kimi istifadə edilmişdir. Bu təqvim rəsmi olaraq 1685-ci ildə qəbul edilmişdir.Cokyo təqvimi Şibukava Şunkai tərəfindən hazırlanmış və izah edilmişdir.O,günəş ilinin uzunluğunun 3652417 gün olmasını təsdiq etmişdir.Şibukava həm də 800 il istifadə edilmiş Çin təqvimi olan Semmyo təqvimində bəzi səhvləri aşkar etmişdir.
Mehrili
Mehrili (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Mehrili (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Ayətullah Tehrani
Məhəmməd Sadiqi-Tehrani - Müctəhid, İslam dünyasının böyük alimlərindən biri. Ayətullah Sadiqi-Tehrani dövrümüzün məşhur Quran təfsirçilərindən biri, 30 cildlik "Təfsir əl-Fürqan" əsərinin müəllifidir. Din alimi olmaqla bərabər, hələ gənc ikən Tehran Universitetində ictimai elmlər üzrə elmlər doktoru dərəcəsini almış mütəfəkkir öz məhsuldar həyatını İslam elmlərinin və İslam toplumunun inkişafına sərf etmişdir. Aydın görüşləri ilə seçilən alim uzun illər Pəhləvi rejiminə qarşı mübarizə aparıb, həyatının böyük hissəsini İrandan kənarda - İraq, Livan və Səudiyyə Ərəbistanında keçirib. İraqın Nəcəf şəhərində olduğu illərdə böyük elmi nailiyyətlərə imza atmış Ayətullah Sadiqi-Tehrani ictihad məqamına yüksəlməklə bərabər, elmi hövzələrdə İslam elmlərinin tədrisi ilə məşğul olub, çoxlu sayda alim və mütəxəssis yetişdirib. Ayətulla Sadiqi-Tehraninin metodologiyası Qurana əsaslanır və o, zəmanəmizdə Quran İslamını təbliğ edən alimlərdən hesab edilir. İslam dünyasının qardaşlığına xüsusi önəm verən müctəhid Azərbaycan ərazilərinin erməni təcavüzkarları tərəfindən işğalına kəskin münasibət sərgiləyib, buna dair xüsusi fətva verib: "Müsəlman Azərbaycan Respublikası ərazilərini işğal etmiş Ermənistanla hər cür əlaqələrin qurulması haramdır. Harada olmasından asılı olmayaraq, bütün müsəlmanlara vacibdir ki, Azərbaycanın işğal altında olan ərazilərinin işğaldan azad edilməsi yönündə bacardığı yardımı göstərsin. Bu işdə hər cür səhlənkarlıq - haramdır" - Ayətullah Sadiqinin fətvasında belə qeyd olunurdu. Ayətullah Məhəmməd Sadiqi-Tehrani 85 yaşında dünyasını dəyişib.
Bezu teoremi
Bezu teoremi — f ( x ) {\displaystyle f(x)} çoxhədlisini ( x − a ) {\displaystyle (x-a)} ikihədlisinə bölünməsindən alınan qalıq haqqında teorem. Teorem: f ( x ) = a 0 + a 1 x + ⋯ + a n x n {\displaystyle f(x)=a_{0}+a_{1}x+\dots +a_{n}x^{n}} çoxhədlisinin ( x − a ) {\displaystyle (x-a)} ikihədlisinə bölünməsindən alınan qalıq bu çoxhədlinin x = a {\displaystyle x=a} olduqda aldığı qiymətə bərabərdir. Bezu teoremi onu ilk dəfə isbat etmiş fransız riyaziyyatçısı Eyten Bezunun (1730-1783) şərəfinə adlandırılmışdır. == Xarici keçidlər == Теорема Безу и разложение многочлена на множители Г.М. Фихтенгольц. КУРС ДИФФЕРЕНЦИАЛЬНОГО И ИНТЕГРАЛЬНОГО ИСЧИСЛЕНИЯ. ТОМ 1.