təhrir 2021
təhsil
OBASTAN VİKİ
Təhriri-Öqlidis
Təhriri-Öqlidis (fars. تحریر اقلیدس‎ ; Evklidin şərhi) — Nəsirəddin Tusinin riyaziyyat (həndəsə) sahəsində yazdığı əsər. Əsərdə Evklidin "Başlanğıclar" ("Əsaslar") əsərində verilmiş 700-dən artıq teoremin isbatı təhlil edilmiş və bir çoxunun yeni isbatı verilmişdir. == Tərcümə və nəşr == Mətbəədə yayımlanan ilk Azərbaycan kitabı ilk dəfə 1594-cü ildə Romanın “Mediçi” mətbəəsində ərəbcə nəşr edilən “Təhriri-Öqledis” kitabı olduğu qeyd edilir. “Təhriri-Öqlidis” 1598-ci ildə ikinci dəfə yenə Romada çap olunur. Kitaba Avropada olan böyük tələbi ödəmək üçün o, latın dilinə tərcümə edilərək, 1657-ci ildə Londonda çap edilir. Bir sıra Şərq ölkələrində ərəb dilində nəşr edilən əsər 1801-ci ildə İstanbulda, 1824-cü ildə Mərakeşdə,1880-ci ildə isə Tehranda nəşr olunur. Əsər Həsən Zərrinəzadə tərəfindən ərəb dilindən azərbaycan dilinə tərcümə edilmiş və YUNESKO-nun da maliyyə yardımı ilə Nəsirəddin Tusinin 800 illik yubileyi ilə əlaqədar olaraq N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası tərəfindən nəşrə hazırlanmış və 2001-ci ildə, Bakıda, Ulduz nəşriyyatında çap olunmuşdur. == Həmçinin bax == Zic-Elxani == İstinadlar == == Xarici keçidlər == "Nəsirəddin Tusinin "Evklidin şərhi" əsərinə dair seminar keçiriləcək". Azərtac.

Digər lüğətlərdə