Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təkbir
Təkbir, (ərəb. الله أكبر‎ — oxunuşu: Əllahu əkbər — Allah vəsfə gələcək hər şeydən böyükdür.) şəklində ifadə edilən İslam anlayışı. Allahın hər şeydən üstün, uca və ulu olduğunu ifadə edir.
Təkfur
Təkfur — Bizans İmperatorluğu zamanında qubernator səviyyəsində olan idarəçilərlə Anadolu və Rumelidəki xristian bəylərinə verilən ümumi addır. Təkfur erməni dilindən götürmə bir söz olub Osmanlı türkcəsində Xristian hökmdarlara verilən bir şandır. Əsli Takavor, mənası isə "tac daşıyan" dır. Bizans İmperatorluğunda mərkəz xaricindəki şəhərlərin müstəqil valilərinə Təkfur deyilərdi. Bunların inzibati və hərbi vəzifələri vardı. Türkiyə Səlcuqlular və Osmanlı Dövlətinin ilk zamanlarında Təkfurlarla çox möhkəm münasibət quruldu. Təkfurlar Türk axınlarından qorunub, müstəqilliklərini mühafizə etmək üçün Türklərə çox miqdarda vergi verərdilər. Təkfurların bəziləri vəziyyətlərini mühafizə edə bilmək üçün Türk komandan və bəylərilə qohum olma yollarına üstünlük verərdilər. Bu səbəbdən əksəriyyəti qızlarını Türk komandan və ya oğullarına gəlin verərdilər. Bu təkfurların içindən Müsəlman olanlar da oldu.
Təkrir
Təkrir — bədii əsərdə eyni sözün, söz qrupunun, ifadənin məqsədli şəkildə təkrar olunması. Təkririn iki növü var: anafora və epifora; anafora — misranın, cümlənin əvvəlində işlənən təkrirdir; epifora — misranın, cümlənin sonunda işlənən təkrirdir.
Təkfur sarayı
Təkfur sarayı — İstanbulda olan Blaherne sarayı kompleksindən günümüzə qalan tək saray. İstanbulda, Fatih ilçəsi sərhədləri içərisində qalan Ədirnəqapı səmtində, quru surlarına bitişik olaraq inşa edilmiş, mövqe olaraq Ədirnəqapı və Əyriqapı arasında qalan qalın divarlı saray "Təkfur sarayı" olaraq adlandırılar. Təkfur sarayının nə zaman və kimlər tərəfindən inşa edildiyi mövzusunda dəqiq bir məlumat yoxdur. Bəzi tarixi mənbələrdə, İsanın doğumundan sonra onuncu əsrdə Bizans imperatoru Porfirogenetosun əmri ilə inşa etdirildiyi və arxa hissəsində olan böyük sarayın əlavə binası olduğu bildirilir. Bu məlumatı rədd edən digər tarixi qaynaqlar isə miladdan sonra XIIIvə XIV əsrlərdə "Blakhernai sarayı" olaraq bilinən sarayda yaşayan xidmətçilərin iqamət etməsi üçün inşa edildiyi deyilməkdədir. Fatih Sultan Mehmet tərəfindən İstanbulun fəth edilməsindən sonra Təkfur sarayı XVII əsrin sonlarına qədər metruk şəkildə qalmışdır. XVII əsrin sonlarında isə Təkfur sarayına zoopark qurulmuşdur. İstanbul şəhərinə səyyah olaraq gələn John Sandersonun rəvayətinə görə isə özündən qırx il əvvəl gələn Ogier Ghiselin də Busbecq, buradakı heyvanat bağçasında olan zürafəni görmək istəmiş lakin zürafə bir neçə gün əvvəl öldüyündən, dünyada heç bir ölkədə görə bilmədiyi bu canlını görmək və marağını aradan qaldırmaq üçün zürafənin məzarını qazdırmaq ilə marağını son vermişdir XVIII əsrin əvvəllərində dulusçuluq atelyesi olaraq istifadə Təkfur sarayı XIX əsrin ortalarından etibarən şüşə və şüşə məhsulları emalatxanasına çevrilmişdir. Dünyaca məşhur Qaşıqçı almazı isə Təkfur sarayının zibilliyində tapılmışdır. İndiki vaxtda isə yeni tarixi hadisələrə şahidlik etmək məqsədi ilə Təkfur sarayındakı arxeoloji qazıntılar davam etməkdədir.
Təkvir Surəsi
81-ci surə
Təfsir
Təfsir (ərəbcə: علم التفسير elm ül-təfsir) — ilahiyyat elmlərinin ən əsas bölməsidir. Quranı təfsir etmək üçün digər dini elmlərlə bərabər ərəb ədəbiyyatını da mükəmməl bilmək zəruridir. Təfsir ayə, hədis, səhabə sözü, dil qaydaları və alimlərin görüşləri diqqətə alınaraq edilməlidir. Mənbələrə nəzər saldıqda təfsir kəlməsinin leksik olaraq iki fərqli kökdən meydana gəldiyini görürük. I. Təfsir kəlməsi, lüğətdə "bəyan etmək, kəşf etmək, üstü örtülü bir şeyi açmaq" kimi mənalara gələn "fəsr" kökündən törəmişdir. II. Təfsir kəlməsi, təqlib vəzni ilə "səfr" kökündən əmələ gələn təfil babında bir məsdərdir. "Səfr" kəlməsi müxtəlif mənalara gəlməklə bərabər "örtülü bir şeyi açmaq, aydınlatmaq və açmaq" anlamlarını da daşıyır. Hər nə qədər bu iki kəlmə mənaca bir-birinə yaxın olsalar da, yenə də bunlar arasında fərq vardır. Belə ki, Əmin əl-Xuliyə görə "fəsr" və "səfr" kəlmələrinin ikisində də kəşf etmək, ortaya çıxarmaq mənaları vardır. Amma "səfr" kəlməsində maddi, zahiri bir kəşf, "fəsr" sözündə isə mənəvi bir kəşf vardır.
Təhqir
Təhqir — şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirmək. == Ümumi məlumat == Əvvəlcə, gəlin görək təhqir nədir? Əbəssiz sözlərin leksikasında (İnvektiv leksika) təhqir qəsdən, yaxud da ehtiyatsızlıqdan başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirməkdir. Təhqir yalnız sözlə deyil, həm də yazılı şəkildə, hərəkətlə və ya cəmiyyət içərisində açıq şəkildə də edilə bilər. Təhqir qarşı tərəfin kobud şəkildə özünüqiymətləndirməsini aşağı salmaqdır. Təhqir olunan insan cavab verməyə tələsmədən əvvəl düşünməlidir. Niyə, qarşımdakı məni təhqir edir? Bu sual ətrafında düşünmək, həqiqətən də təhqirə qarşı düzgün "cavab" verilməsini meydana gətirəcək. Düşünsəniz görərsiniz ki, yəqin çox vaxt təhqirə qarşı səbir etməyərək, təhqir edənin səviyyəsinə enib cavabını vermisiniz. Bununla nə əldə etmiş oluruq?
Təklif
Təklif - istehsalçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda satmağa hazır və imkanı olduğunu göstərir. Tələb kimi, o, qrafikdə əyri kimi ifadə olunur, və əsasən qiymətdən müsbət və ya düz şəkildə asılıdır. Təklifə də müvafiq olan qanun mövcüddur: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı təklifin artmasına da səbəb olur. Qiymət istehsalçı üçün gəlirin göstəricidir, ona görə də yüksək qiymət onu bazara daha çox mal təklif etmək və satmaq təşviq edir. İstehlakçıların müəyyən zaman kəsiyində satmaq istədikləri və satmağa qadir olduqıarı əmtəə və ya xidmətlərin miqdarına təklifin həcmi deyilir. == Təklifə təsir edən amillər == Təklifin artımına (təklif əyrinin sağa çəkilməsi) və ya azalmasına (təklif əyrinin sola çəkilməsi) səbəb ola bilən bir neçə amillər mövcüddur. Bunlardan: Vəsaitlərin qiyməti. İstehsalın xərcləri və təklif arasında sıx əlaqə var. Hər əlavə ədəd istehsal etmək üçün daha baha vəsaitlərə pul ayrılmaq lazımdır. Misal üçün, əgər ağacın qiyməti düşsə, kağızın təklifi artıra bilər.
Təklik
Tənhalıq - insanın emosional vəziyyətlərindən biri. Psixoloji kökləri vardır, sosial izolyasiya nəticəsində yaranır, digər insanlarla emosional əlaqələr mövcud olmadıqda meydana gəlir. İki tənhalıq tipi vardır : pozitiv (özünə qapanma və yaradıcılığı gətirib çıxaran) və neqativ (cəmiyyətdən təcrid olunma). Bir qayda olaraq tənhalıq neqativ anlamda qəbul edilir. == Həmçinin bax == Psixologiya İnsan Belyaev, Igor A. and Lyashchenko, Maksim N. (2020) “Socio-cultural determinacy of human loneliness”, Journal of Siberian Federal University. Humanities and Social Sciences, vol. 13, no. 8, pp. 1264–1274, DOI: 10.17516/1997-1370-0640.
Təndir
Təndir — istilənmək üçün istifadə edilən bir növ manqal. Yerə çuxur qazılaraq edilən xüsusi bir sobaya da dandır deyilir. Təndirdə manqal kömürü, odun kimi yanacaqlar istifadə edilər. Ümumiyyətlə burada çörək bişirilər və ət qızardılar. == Təndirqoyma == Təndir üçün lazım olan sarı torpaq qəzil, saman, at qılı və s. qarışdırılıb əlavə olunandan sonra yaxşı-yaxşı hasil edilir, sonra təndirin badı (divarı) qoyulurdu. Təndirin dairəsi yuxarıya getdikcə kiçilir, badın qalınlığı, hamarlığı təndirqoyanın ustalığından asılı idi. Təndir qoyulub başa çatandan sonra o, yaxşı qurumalı idi. Təndirin çatlamaması, ovulmaması üçün onu üstüörtülü yerdə, çox vaxt sal daşların üstünə qoyurdular. Beləliklə, təndir nəmdən, yağışdan qorunurdu.
Təşvir
Təşvir (az.-əbcəd تشویر‎, fars. تشویر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,249 nəfər yaşayır (378 ailə).
Səfir
Səfir — xarici dövlətdə və ya beynəlxalq təşkilatda dövlətin yüksək çinli diplomatik nümayəndəsi. Səfirlər dövlət başçısı tərəfindən təyin olunur.
Təkin
Təkin — ad, soyad. Təkin Alp — Təkin Arıburun — Təkin Bingöl — Təkin Dərəli — Bülent Tekin — Kürd yazıçı. Gürsel Tekin — Türk siyasətçi.Harun TəkinHarun Təkin (musiqiçi) — məşhur Türkiyə müğənnisi. Harun Təkin (futbolçu) — futbolçu.
Təkər
Təkər (və ya çarx) — çevrəvi formaya malik olub mərkəzində deşik olan oxda bərkidilimiş lövhədir. Təkəri yalnız hər hansı bir oxa keçirdikdən sonra ondan hərəkətli bir hissə alınır. Təkərlərin uzunmüddətliyi onların yağlanması, oxda oturtma dəqiqliyi və sürtünməsindən asılıdır. Maşınlarda təkərlər əsasən nəqliyyat üçün tətbiq olunurlar. Müxtəlif mexanizmlərdə, qurğularda hərəkəti ötürən və nizama salan çarxşəkilli hissə. Dəzgahın çarxı. Dişli çarx. – Çarxlar hərlənir, xam pambığın çiyidini bir tərəfə çıxarır, mahlıcını bir tərəfə qalaqlayırdı. Ə. Vəliyev. 3.
Təsir
Təsir (ərəb. تأثير‎) ya da Effekt (lat. effectus) — Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Effekt – [lat. effectus – təsir] 1)nəyinsə nəticəsi, arzu olunan nəticə, gözlənilən nəticə; 2)nəyinsə, kiminsə hər hansı bir şəxsdə yaratdığı təəssürat, təəssürat vasitəsi (işıq, gurultu və s.); 3)hər hansı bir hərəkətin, çalışmağın və ya səbəbin, gücün təsiri, nəticəsi. Effektivlik – təsirlik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Nəticə, nəticəlilik. == Ədəbiyyat == Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
Bloqosfer (tədbir)
Bloqosfer – Azərbaycanda bloqçuların və yeni media mütəxəssislərinin forumu. 2010-cu ildən bəri hər il keçirilir. Bloqosfer forumunun məqsədi bloqçuları, yeni media mütəxəssislərini, İnternetə aidiyyatı olan müxtəlif qurumları və ümumilikdə İnternet ictimaiyyətini bir araya toplayaraq Azərbaycanda bloqçuluğun, yeni media və sosial medianın düzgün inkişafı istiqamətində təkliflər hazırlamaqdır.Forum Azərbaycanda 2010-cu ildən etibarən keçirilir. 2011-cci ildə Bloqosferdə 130-dan çox mütəxəssis iştirak etmişdir.
Məcmu təklif
Məcmu təklif əyrisi hər qiymət səviyyəsində firmaların istehsal edib satmaq istədikləri əmtəə və xidmətlərin məcmu dəyərini əks etdirir. Məcmu təklif araşdırılanda dövr fərqlilikləri vacibdir. Qısamüddətli məcmu təklif əyrisi SRAS müsbət bir meylliliyə malikdir. Uzunmüddətli məcmu təklif əyrisi LRAS şaquli qəbul edilir. Çünki, uzunmüddətli dövrdə məcmu təklif qiymətdən deyil, digər amillərdən asılıdır. Ümumiyyətlə, məcmu təkliflə bağlı amillər aşağıdakılardır: Resurs qiymətləri; Texnalogiya; Gözləntilər. === Resurs qiymətləri === İstehsal prosesini xammal və digər resusrlar olmadan təsəvvür etmək mümkün deyildir. Buna görə məhsul istehsal edən firmalar istifadə edəcəkləri resurların qiymətlərini araşdırırlar. Xammal qiymətlərindəki artım firmalar üçün xərcləri də yüksəltdiyindən müəssisənin istehsal miqdarı, eləcə də makroiqtisadi səviyyədə məcmu təlklif azalacaqdır. === Texnologiya === Texnologiyadakı inkişaf müəssisələrin daha səmərəli fəaliyyət göstərməsinə, daha çox məhsul istehsal etməsinə və nəticədə mənmu təklifi artırmasına səbəb olur.
Rastr təsvir
Rastr təsvir — kompüter monitorunda, kağızda və ya başqa əks etdirmə qurğularda və materiallarda piksellərdən və ya rəngli nöqtələrdən (adətən düzbucaqlı formalı) təşkil olunmuş təsvir. Təsvirin əhəmiyyətli xarakteristikası: piksellərin miqdarı — göstərilə bilər en və hündürlük üzrə piksellərin miqdarı (1024×768, 640×480 və s.) və ya piksellərin ümumi sayı; istifadə edilən rənglərin miqdarı və ya rəngin dərinliyi (bu xarakteristikalar N = 2 k {\displaystyle N=2^{k}} asılığına malikdir, N {\displaystyle N} — rənglərin miqdarı, k {\displaystyle k} — rəngin dərinliyi); rəng sahəsi (rəng modeli) — RGB, CMYK, XYZ, YCbCr və başqaları; displey ölçüsü — təsvirin məsləhət görülən ölçüsü.Rastr təsvirini rastr qrafik redaktorlarının köməyi ilə redaktə etmək olar. Rastr təsviri fotoaparatlarla, skanerlərlə, bilavasitə rastr redaktorları və s. ilə yaratmaq mümkümdür.
Təfsir Quliyev
Təfsir Ağakərim oğlu Quliyev (1932, Əhmədli) — Azərbaycan SSR Ali Sovetinin X çağırışı deputatı (1980–1984), Azərbaycan KP Dəvəçi rayon partiya komitəsinin birinci katibi (1975–1982). == Həyatı == Təfsir Ağakərim oğlu Quliyev 1932-cü ildə Bakı şəhərinin Əhmədli qəsəbəsində doğulub. 1950-ci ildə 63 saylı orta məktəbi bitirmiş, 1951–1954-ci illərdə Sovet ordusunda xidmət etmiş, 1963–1968 illərdə Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. == Fəaliyyəti == Azərbaycan SSR Ali Sovetinin X çağırışı deputatı (1980–1984), Səhiyyə və sosial təminat komissiyasının üzvü, 1975–1982-ci illərdə Azərbaycan KP Dəvəçi rayon partiya komitəsinin birinci katibi olmuşdur.
Təhcir Qanunu
Təhcir Qanunu və ya rəsmi adı ilə "Sevk ve İskân Kanunu" — 27 may 1915-ci ildə Osmanlı Nazirlər Şurası tərəfindən qəbul edilən, Osmanlı İmperiyasının erməni əhalisinin sürgün edilməsinə icazə verən qanun. Köçürmə kampaniyası, ümumilikdə Erməni soyqırımı olaraq adlandırılan 800.000 ilə 1.500.000 arasında mülki şəxsin ölümü ilə nəticələndi. Rəsmi olaraq 1 iyun 1915-cü ildə qəbul edildi və 8 fevral 1916-cı ildə bitdi.
Təhrir meydanı
Təhrir meydanı(ərəb. ميدان التحرير‎ Mīdān at-Taḥrīr, ing. Liberation Square)- Azadlıq meydanı anlamını daşıyan meydan, Misirin paytaxtı Qahirədə yerləşir.
Təklif iqtisadiyyatı
Təchizata əsaslanan iqtisadiyyat, və ya təklif iqtisadiyyatı (ing. supply-side economics) — makroiqtisadi nəzəriyyə, buna görə malların və xidmətlərin istehsalında (tədarükü) maneələrin azaldılması, yəni vergilərin azaldılması və dövlət tənzimləməsinin yaratdığı qadağaların qaldırılması yolu ilə iqtisadi böyümənin effektiv şəkildə stimullaşdırıla biləcəyi. Bu vəziyyətdə istehlakçı daha aşağı qiymətə daha çox mal və xidmət alır. Vergilər 100% mənfəətdirsə, istehsal zərərlidir və vergi gəlirləri sıfıra enir, sanki vergi dərəcəsi sıfıra bərabərdir. Maksimum vergi yığımı, vergi səviyyəsinin müəyyən bir ara dəyərində 0 ilə 100% arasında mümkündür. Bu səbəbdən həm vergi nisbətində artım, həm də azalma vergi yığımlarının artmasına səbəb ola bilər və vergi siyasətindəki dəyişikliklərin təsirini proqnozlaşdırmaq üçün hesablamalar aparılmalıdır. Məsələn, 2003-cü ildə ABŞ Konqresinin Büdcə Ofisi vergi yükünün azalacağı gözlənilən zaman vergi gəlirlərinin dəyişməsini proqnozlaşdırmaq üçün araşdırmalar aparmışdır. Hesablama modellərinin əksəriyyətində eyni nəticə əldə edilmişdir: vergilərin o dövrdə mövcud olan səviyyədən endirilməsi vergi yığımlarının artmasına səbəb olmayacaqdır Əslində, tədarük tərəfli iqtisadiyyat termini 1970-ci illərdə ortaya çıxdı və qurucuları məşhur iqtisadçılar Robert Mandell və Artur Laffer hesab olunurlar. == Yaranması == Təchizat iqtisadiyyatının inkişafı 1970-ci illərdə ABŞ nəzəriyyəsinə əsaslanan ABŞ və digər Qərb ölkələrindəki iqtisadi siyasətin uğursuzluğuna cavab olaraq başladı. M. Keyns.
Təklif qanunu
Təklif qanunu — digər amillər sabit qalmaq şərti ilə, əmtəənin qiyməti enəndə təklifin həcminin azalması, əksinə qiymət yüksələndə isə təklifin həcminin artmasını əks etdirir.
Təklif şoku
Təklif şoku — məhsul və ya xidmətin və ya ümumiyyətlə mal və xidmətlərin tədarükünü birdən-birə artıran və ya azaldan bir hadisədir. Bu qəfil dəyişiklik bir malın və ya xidmətin tarazlıq qiymətini və ya iqtisadiyyatda ümumi qiymət səviyyəsini təsir edir. Qısamüddətli perspektivdə iqtisadiyyat səviyyəsində mənfi təklif şoku ümumi təklif əyrisini sola doğru dəyişəcək, hasilatı azaldacaq və qiymət səviyyəsini qaldıracaq. Məsələn, neft embarqosu, mənfi təklif şoku yarada bilər, çünki neft geniş çeşidli malların istehsalında əsas amildir. Təklif şoku, bahalaşan qiymətlər və istehsalın azalması ilə əlaqəli stagflyasiyaya səbəb ola bilər. Qısamüddətli perspektivdə iqtisadiyyat miqyasında pozitiv təklif şoku ümumi təklif əyrisini sağa doğru dəyişəcək, istehsalı artıracaq və qiymət səviyyəsini aşağı salacaq . Müsbət tədarük şoku, istehsalın daha səmərəli olmasına və bu səbəblə də istehsalın artmasına səbəb olan texnoloji bir irəliləyiş (texnoloji şoku) ola bilər. == Texniki analiz == Sağdakı diaqram mənfi təklif şokunu göstərir; Başlanğıc mövqe A nöqtəsindədir və P1 qiymət səviyyəsində Y1 çıxış miqdarı istehsal edir. Təklif şoku olduqda, bu ümumi təklifə mənfi təsir göstərir: təklif əyrisi sola (AS1-dən AS2-yə) doğru dəyişir, tələb əyrisi isə eyni vəziyyətdə qalır. Tələb və təklif əyrilərinin kəsişməsi indi hərəkət etdi və tarazlıq artıq B nöqtəsidir; kəmiyyət Y2-yə, qiymət səviyyəsi P2-yə qaldırıldı.
Təkmil rəqabət
Təkmil rəqabət (ing. perfect competition) — mikroiqtisadiyyatda xüsusi bir bazar növüdür. Nəzəri cəhətdən bu bazarın növü əhəmiyyətli nümunə kimi istifadə olunur, və digər növlər ona müqayisə olunur. Real həyatda mükəmməl rəqabət ən yaxın olaraq kənd təsərrüfatının bazarını əks etdirir.Mükəmməl rəqabət bazarı növbəti xüsusiyyətlərə malikdir: Satıcıların çox olmağı Standartlaşdırılmış mallar "Qiymət ilə razılıq" Sərbəst giriş və çıxışÇox inkişaf etmiş rəqabət bazarına müstəqil satıcıları sayı çox olur. Onlar müştərilərə standartlaşdırılmış malı təklif edirlər, yəni ki mallar bir biri ilə eynidir, və alıcı üçün müəyyən qiymətə hansını almaq fərqi yoxdur. "Qeyri-qiymət" rəqabəti (misal üçün keyfiyyət, reklam) üçün stimullar yoxdur. Ayrıca götürülən şirkətlər qiymətin əmələ gəlməsinə təsir göstərə bilmirlər, çünki onlardan hər biri cəm məhsulun əncaq balaca hissəsini istehsal edir. Əgər şirkət bazar qiymətindən bir az yüksək qiymət qoyarsa, həmin mal heç kimə satılmaz, çünki ondan başqa eyni malı aşağı qiymətə təklif edən çoxlu digər satıcılar var. Əgər şirkət bazar qiymətindən bir az aşağı qiymət qoyarsa, gəlir itkilərinə məruz qalacaq. Ona görə hər bir şirkət qiymət ilə razıdır.
Teofil
Antióxiyalı Teofíl (yun. Θεόφιλος Αντιοχείας; d. ? - ö. 180 və ya 181) — II yüzillikdə yaşayan xristian apologeti, Antioxiyanın episkopu (169-cu ildən), xristian kilsəsinin müqəddəsi. Qnostiklər, markionçular kimi çeşidli xristian hereslərinə (küfrlərinə) qarşı mübarizə aparmışdır. Suriyalı idi. == Apologetikası == Teofilin dünyagörüşü Tatiana yaxın idi. O da hesab edirdi ki, yunanlar özlərinə aid edən hər bir yaxşı şeyi yəhudilərdən alıblar. Sonradan aldıqlarına yenilik gətirməklə onların mahiyyətlərini dəyişdiriblər.
Kefir
Kefir — yüksək kalorili qida məhsuludur. O südün mayalanmasından əldə edilir. Adətən açıq-sarı rəngdə olur. == Xarici keçidlər == Kefir nədir?
Takır
Takır (qədim türk dilində — hamar, düz, çılpaq) — relyef forması əsasən səhra və yarımsəhra zonalarında şoranlıqlarda gilli suxurların üstünlük təşkil etdiyi ərazilərdə yaranır. Takır torpaq üzərində şəbəkə şəkili çatların əmələ gəlməsi ilə formalaşır. == Geomorofloji termin == Takırlar qum, gil və daşlı səhrada relyefin bitkidən məh­rum olan alçaq, çökək yerlərdə xırda çatlarla çoxbucaqlara bölün­müş gilli-şoranlı yastı səthin türkcə adı /sahəsi yüzlərlə m2 –dən yüz­lərlə km2 -dək/. Vaxtaşırı olaraq qar və leysan yağış suları ilə dolur. == Takır relyefi == Takırların formalaşmasına şərait yaradan suxurların olması vacibdir. Xüsusi ilə dərələrdə və düzənliklərdə dayaz göl və gölməçələrin qurunası və ya müvəqqəti axarların basdığı ərazilərdə gilli, gillicəli suxurların qısa vaxt ərzində günəşin təsiri ilə quruması nəticəsində formalaşır. Dayaz göllərin dibində lilin olmasına takırın formalaşmasına rəvac verir. Qrunt sularının xüsusi ilə yer səthinə 1,5 m yaxın olduğu əraxilərdəki, soranlıqlarda daha tez formalaşır. Bu tip takırlın üzəri duzla örtülü olur. Takır əsasən Asiya səhralarında daha çox müşahidə edildiyindən burada daha çox işlənir.
Temir
Temir (qaz. Темір) — Qazaxıstanın Aqtöbe vilayətinin Temir bölgəsindəki bir şəhər. Temir şəhər administrasiyasının inzibati mərkəzi. KATO kodu —155621100. == Coğrafiyası == Temir çayı üzərində, Temir dəmir yolu stansiyasından təqribən 20 km cənubda yerləşir. == Tarixi == Şəhər 1870-ci ildə (orijinal adı Karakamıs), Emben postunun (1862-ci ildə Emba çayı üzərində tikilən) buraya köçürüldüyü zaman quruldu. 1896 -cı ildən bir mahal şəhəri olmuşdur. Daşkənd, Buxara, Ufa, Orenburq və Orsk tacirlərinin iştirakı ilə ildə iki dəfə yarmarkaların keçirildiyi XIX əsrin sonu — 20-ci əsrin əvvəllərindəki böyük bir ticarət mərkəzi. İlk məktəblər 1870-ci ildə Temir şəhərində açıldı. Əhməd Halfe məscidi qorunub saxlanılır və bərpa olunur.
Takhır (Əbyəlil)
Takhır (başq. Таҡһыр) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Qusev kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Takhır kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 18 km., kənd sovetliyindən (Qusev): 17 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 53 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Tengir Ordo
Tengir Ordo – yəni Tenqrinin xalqı. 2005-ci ildə Qırğızıstanın paytaxtı Bişkekdə qırğız millət vəkili Dastan Sarıqulov tərəfindən qurulan və türkçülüyə əsaslanan təşkilat. == Haqqında == Sovet İttifaqı dağılandan sonra bu rejimdən qurtulan türk xalqları yenidən öz köklərini və milli şəxsiyyətlərini axtarmağa başladılar. Bu inkişaf əvvəlcə Tatarıstanda 1990-cı illərdə, daha sonra Rusiya və Qırğızıstanda meydana gəldi. Tatarıstanda bu hərəkatın adı əvvəlcə "Bizneng yol" (Bizim yolumuz) idi, lakin sonradan "Tengirizm" (Tengrisizm) daha tez-tez eşidilirdi. Zaman keçdikcə Tengrisizm xalq arasında geniş yayılmış bir həvəs olmağı dayandırdı və dövlət tərəfindən dəstəklənməyə və institutlar qurulmağa başladı. 5.000 üzvünün olduğu deyilən Tengir Ordonun hədəfləri tenqriçilik adı verilən islam öncəsi türklərin inanc və mədəniyyətini araşdırmaq və bu təməl üzərinə yeni türk millətçiliyi inşa etməkdir. Orta Asiya türkləri arasında islam öncəsi mədəniyyəti daha yaxşı yayma və daha önəmlisi bir-birinə yadlaşdırılan türk xalqlarını yenidən bir-birinə yaxınlaşdırma məqsədindədir. Qırğızıstanda, xüsusilə Konversiya Universitetində aktivdir. Bu günə qədər Qırğızıstanda yox, həmçinin Qazaxıstanda da uğurlu olmuşdurlar.
Teofil Durand
Teofil Aleksi Düran (fr. Théophile Alexis Durand; 4 sentyabr 1855 – 12 yanvar 1912) — İsveçrə əsilli Belçika botanik-təsnifatçısı. == Durandın şərəfinə adlandırılan cinslər == Durandeeldea Kuntze, 1891 [syn. Acidoton Sw., 1788, nom. cons.] Durandia Boeckeler, 1896 [syn. Scleria P.J.Bergius, 1765] == Bəzi elmi işləri == Durand, T.; Pittier, H. (1882—1885). Catalogue de la flore vaudoise. 3 vols. Durand, T. (1887—1888). Index generum phanerogamarum.