Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kərimçilik
Kərimçilik və ya kərimovçuluq (özb. Karimovchilik) — İslam Kərimovun 1992–2016-cı illərdəki hakimiyyət dövrünün ideologiyası üçün qeyri-rəsmi termin. O , avtoritarizm və kleptokratiyanın hökmranlığı, dissidentlərə qarşı dövlətin cəza funksiyalarının gücləndirilməsi, ictimai həyatın bütün sahələrinə, o cümlədən dinə ciddi ideoloji nəzarətin olması ilə xarakterizə olunur. Bu, İslam Kərimovun hakimiyyəti dövründə nümayişkaranə antisovet və antikommunist ideologiyası, genişmiqyaslı dekommunizasiya, avtarkiya və izolyasiya siyasəti ilə özünü göstərmişdir.
Təhkimçilik hüququ
Təhkimçilik hüququ — feodal dövlətində kəndlinin feodaldan tam asılılığını şərtləndirən hüquq normalarının məcmusu, müəyyən bir feodalın inzibati və məhkəmə hakimiyyətinin irsi tabeçiliyi, kəndliləri torpaq sahələri tutmaq və daşınmaz əmlak əldə etmək hüququndan məhrum etmək, bəzən - feodalın kəndliləri torpaqsız ələ keçirmə fürsəti.
Azərbaycanda zəliçilik
Azərbaycanda zəliçilik — Azərbaycan Respublikası ərazisində zəlilərin saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. Azərbaycan 1984-cü ildən "Qırmızı kitab"a daxil edilən zəlinin təbii şəraitdə rast gəlinən nadir ölkələrdən biridir. Digər ölkələr Rusiyanın cənubu, Ukrayna, Macarıstan, İsrail və Fransadır. Azərbaycanda zəlinin 17 növü var. Ən çox "Hirudo-orientalis", yəni zəlinin ən yaxşı növü sayılan Şərq zəlisi məhz Azərbaycanda geniş yayılıb. Vaxtilə Azərbaycanda zəlini süni yolla artırmaq üçün biofabrik olub. SSRİ dövründə Masallının Mollaoba kəndində zəliyetişdirmə kombinatı var idi. Hazırda bu ölkədə zəli tədarükünə heç bir nəzarət yoxdur, zəlilər təbii surətdə artıb-çoxalır; göllərdən tutulurlar. Azərbaycanda bütün şəcərəsi, hətta ulu babası da bu işlə məşğul olanlar var. == Tədqiqi == AMEA Zoologiya İnstitutunda zəliçilik kursları var.