Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dominik Toretto
Dominik Toretto — Forsaj franşizasından Vin Dizelin canlandırdığı uydurma personaj. Cinayət həyatına gəncliyində yük maşınlarından DVD pleyerlər oğurlamaqla başlayan Dominik, son olaraq Rioda 100 milyon dollarlıq quldurluqla başa çatdırıb. Komandası və ailəsi ilə sülh içində yaşayacağını düşünərkən, Oven Şov komandasının dağılmasına səbəb olmuş və bu səbəbdən komandanın önəmli üzvlərindən olan Giselle Harabonun ölümünə səbəb olmuşdur. Daha sonra Oven Şovun böyük qardaşı Dekard Şov işə qarışdı və Hanı öldürdü. Buna görə də komanda yenidən birləşərək onun izinə düşürlər. == İnkişaf == Sürətli və Qəzəbli film seriyası Vibe jurnalının 1998-ci il may sayında çıxan küçə yarışları haqqında "Racer X" məqaləsindən ilhamlanıb.Atasının bir avtomobil yarışında ölümünün şahidi olan Dom, kiçik bacısı Mia Torettoya qulluq etmək və ondan asılı olan yarışçılara rəhbərlik etmək məsuliyyəti ilə qalır.Vin Dizelin Sürətli və Qəzəbli filmində rol almaq üçün 2,5 milyon dollar, Sürətli Beşlikdə rol almaq və istehsal etmək üçün isə 15 milyon dollar ödədiyi bildirilir.
Memento mori
Memento mori — latın dilində "fani olduğunu xatırla", "öləcəyini xatırla" və ya "ölümünü xatırla" mənasına gələn bir deyimidir. == Mənası == Memento mori (lat. öləcəyini xatırla) dünyəvi həyatın müxtəlifliyini və dünya malının müvəqqəti təbiətini xatırlatmaqla ölümlülüyü əks etdirən orta əsrlər Latın nəzəri fikridir. Memento mori diqqəti ruhun ölümsüzlüyünə və ölümdən sonrakı həyata yönəltməklə xarakteri mükəmməlləşdirmək vasitəsi olaraq tərki-dünyalıq qaydalarının mühüm bir hissəsidir. İncəsənətdə memento mori ölümlülüyün bədii və ya simvolik xatırladıcısıdır. == İslamda == İslam Peyğəmbərinin zamanından "ölümün xatırlanması" İslam mistisizminin və ya Sufizmin əsas mövzularından biri olmuşdur. Bu, köhnə nəsillərin talelərinə diqqət yetirmək barədə göstərişlər verən Quranda da öz əksini tapmışdır. Ölüm və həyatın mənasızlığı haqqında düşünmək üçün tez-tez məzarlıqlara baş çəkdiklərindən Sufilər bəzən əhli-qəbir, yəni "məzar əhalisi" də adlandırılmışlar.
Memento (film, 2000)
Memento — Kristofer Nolanın rejissorluğu ilə 2000-ci ildə çəkilmiş neo-noir, psixoloji triller filmi. Kristofer bu filmi öz qardaşı Conatan Nolanın yazdığı "Memento mori" adlı qısa hekayəsi əsasında çəkmişdir. IMDb-də bütün dövrlərin ən yaxşı filmləri arasında 47-ci yeri tutur. Həmçinin, BBC-nin nəşr etdiyi, dünyada 117 film tənqidçisinin də yer aldığı "21-ci əsrin ən yaxşı filmləri" siyahısında 25-ci sırada yer alıb. Film ilk dəfə 2000-ci ildə Venesiya Film Festivalında nümayiş olunaraq film tənqidçilərin marağına səbəb olur. "Memento" IMDb-ə görə tarixdəki 250 ən yaxşı film arasındadır. Filmin baş qəhrəmanı, sığorta şirkətində araşdırma aparan Leonard Shelby (Qay Pirs) həyat yoldaşına təcavüz edərək onu öldürən qatili axtarır. Əsas çətinlik Leonardın başından ağır xəsarət alması və anteroqrad amneziyası nəticəsində yaddaşında 15 dəqiqədən çox bir şey saxlaya bilməməsidir. O, daim özü üçün qeydlər, fotoşəkillər qoymalı və hətta insanları, məkanları yaddaşında saxlaya bilmədiyi hadisələri xatırlatmaq üçün döymələr etməlidir. İstintaqda ona Teddy (Joe Pantoliano) ləqəbli bir kişi və qız – Natali (Carrie-Anne Moss) kömək edir, lakin o, heç birinə etibar edə bilmir.
Tempietto di Bramante
Tempietto di Bramante (hərfi mənası "Bramantenin məbədciyi", it. Tempietto del Bramante) — İtaliyanın paytaxtı Roma şəhərinin Yanikul təpəsinin ətəklərində yerləşən, öz xarici görünüşünə görə antik Tolos məbədlərini xatırladan və İntibah dövründə inşa edilən kapelladır. Memarlıq mütəxəssisləri tərəfindən, kapella "İntibah dövrünün yüksək arxitekturasının mükəmməl nümunəsi olaraq qiymətləndirilmişdir. Binanın ümumi layihəsi Yüksək Renessans dövrünün əsasını qoymuş və o dövrün ən məşhur nümayəndələrindən birisinə çevrilmiş Donato Bramante tərəfindən tərtib edilmişdir. Kapellanın inşası tamamlandıqdan sonra, onun dahi memarın şərəfinə adlandırılmasına dair qərar qəbul edilmişdir. Kapellanın tikintisi üçün qədim yunan və Roma məbədlərinin memarlıq üslubu əsas götürülmüşdür; burada hissələrin arasında olan mütənasib həndəsi əlaqə dərhal gözə çarpır və diqqəti cəlb edir. == Yerləşməsi == Təvazökar ölçülərə malik olan kapella, hal-hazırda bededikt ordeninə məxsus San-Pyetro-in-Montorio adlanan titulyar kilsə kompleksinin daxili həyətində ucalır. Kompleksin tutduğu sahə Roma şəhərinin XIII rionisi (yəni rayonu) sayılan Trasteverenin eyni adlı meydanında, qədim Porta Aurelia darvazalarından təxminən 400 metr şərq istiqamətində yerləşir. == Tarix == Binanın inşası İspaniya kralı Araqonlu Ferdinandın sifarişi əsasında memar Bramanteyə həvalə edilmişdir (əslən Lombardiya vilayətindən olmuş dahi memar, doğma Milan şəhərinin 1499-cu ildə fransız ordusu tərəfindən işğal olmasından hədsiz kədərlənərək, həmişəlik Romaya köçməyi qərara almışdır). Daha sonralar kapellanı əhatən edən monastır binasında ispan kralının tabeliyində olan ümumi toplantı və səsvermə orqanlarının baş idarələri yerləşdirilmişdir.
Memento Mori (hekayə)
Memento mori — Conatan Nolan tərəfindən yazılan və Esquire jurnalının 2001-ci il mart sayında dərc edilmiş qısa hekayədir. Qardaşının rejissorluğu ilə çəkilmiş Memento filminin əsası olmuşdur. Bu ad "ölümünü xatırla" mənasına gələn latınca bir ifadənin simvolik və ya bədii ifadəsi olan memento moriyə istinad edir.
Memento mori (hekayə)
Memento mori — Conatan Nolan tərəfindən yazılan və Esquire jurnalının 2001-ci il mart sayında dərc edilmiş qısa hekayədir. Qardaşının rejissorluğu ilə çəkilmiş Memento filminin əsası olmuşdur. Bu ad "ölümünü xatırla" mənasına gələn latınca bir ifadənin simvolik və ya bədii ifadəsi olan memento moriyə istinad edir.