Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
"Peşə təmayüllü siniflərin təşkili" layihəsi
"Peşə təmayüllü siniflərin təşkili" layihəsi ― 2019-cu ildə Təhsil Nazirliyinin dəstəyilə fəaliyyətə başlamış layihə. Hazırda "Peşə Təhsili üzrə Dövlət Agentliyi"-nin nəzdində fəaliyyət göstərir. == Məqsəd == X–XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir. == İstiqamətlər == "Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsi çərçivəsində 4 profil üzrə (kənd təsərrüfatı, xidmət, təmir-tikinti, İT) 10 peşə ixtisası tədris edilir — dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel ustası, aqronom, dərzi, İT, bərbər, qənnadçı.Layihə fəaliyyətə başladığı 2019–2020-ci tədris ilində 20 məktəbdə 20 sinif, 2020–2021-ci tədris ilində 35 məktəbdə 55 sinif, 2021–2022-ci tədris ilində isə 80 məktəbdə 124 sinfi əhatə etmişdir.Layihə siniflərinin təşkil edildiyi bütün məktəblərdə "STEAM" modulunun və karyera məsləhəti xidməti tətbiq edilir, bütün 11-ci sinifdə təhsil alan şagirdlər üçün isə "Sürücülük" modulu tədris edilir.
Kimya-biologiya təmayüllü respublika liseyi
Kimya – biologiya təmayüllü Respublika liseyi- 1969-cu ildə beynəlmiləl orta məktəbin bazası əsasında yaradılmış və kimya–biologiya təmayüllü 5№-li internat məktəb kimi fəaliyyətə başlamışdır. == Haqqında == Bu məktəb uzun müddət N. Nərimanov adına Tibb İnstitunun baza məktəbi olmuş və 1991-ci ildən lisey statusu almışdır. Lisey yarandığı gündən öz nəticələrinə görə bütün Respublikada yaxşı mənada tanınmağa başlamışdır. Lisey savadlı, səriştəli müxtəlif ixtisas müəllimləri ilə komplektləşdirilmiş, istedadlı şagirdləri cəlb etməklə böyük uğurlar qazanmışdır və Respublikanın ən mötəbər təhsil ocaqlarından birinə çevrilmişdir. Lisey kimya və biologiya təmayüllü olduğundan məzunların çoxu tibb sahəsinə maraq göstərmiş, müəyyən qismi isə digər maraqlandıqları peşələrə yiyələnmişlər. Lisey yarandığı gündən bu günə kimi yüzlərlə, minlərlə yüksək ixtisaslı kadrlar hazırlamış, onların bir çoxu Respublikamızla yanaşı bu gün də MDB ölkələrində və xarici ölkələrdə uğurla fəaliyyət göstərməkdədirlər. == Maddi texniki bazası == Lisey 4 mərtəbəli tədris korpusundan, 3 mərtəbəli yataqxanadan, 1 mərtəbəli yeməkxanadan, 1 mərtəbəli yardımçı təsərrüfat binasından və emalatxanadan ibarətdir. Son illərdə liseyin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, bütün korpusların dam örtükləri yenidən qurulmuş, pəncərələr plastik pəncərələrlə əvəz edilmiş, yeni informatika kabinetləri yaradılmış, internetə qoşulan müasir kompüterlərlə təhciz olunmuş, müasir kimya, fizika və biologiya laboratoriyaları quraşdırılmış, şagird partaları və stulları, müəllim stol və stulları, yazı lövhələri tamamilə yeniləşdirilmişdir. Lisey notbuk və proyektor, həmçinin elektron dərs vəsaitləri ilə təmin olunmuşdur.
Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey
Fizika-riyaziyyat və informatika təmayüllü lisey (FRİTL) — Bakıda lisey. == Tarixi == İstedadlı uşaqların seçilməsi üçün keçmiş Sovet İttifaqında SSRİ Maarif Nazirliyinin qərarı ilə internat məktəblər təşkil edilmişdir. Onların yaradılmasında Azərbaycanın ayrı-ayrı rayonlarından istedadlı uşaqları müsabiqə yolu ilə qəbul etmək, dövlət hesabına yataqxana və yeməkxana ilə təmin etmək, əsas fənlərdən dərinləşdirilmiş proqramla dərslər keçirmək əsas məqsəd kimi qarşıya qoyulmuşdur. 1964-cü ildə 1 nömrəli internat məktəbin bazasında 1 nömrəli Fizika-Riyaziyyat və Kimya-Biologiya təmayüllü internat məktəbi yaradılmışdır. 1969-cu ildə kimya-biologiya bu bazadan ayrılmış, 5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbi kimi fəaliyyət göstərməyə başlamışdır. Bu bazada isə 1 nömrəli Fizika-Riyaziyyat təmayüllü internat məktəbi fəaliyyətini davam etdirmişdir. Nazirlər Kabinetinin 2 noyabr 1991-ci il tarixli 472 nömrəli əmrinə əsasən məktəbin adı dəyişdirilib, Respublika Fizika-Riyaziyyat və İnformatika təmayüllü (internat tipli) lisey adlandırılmışdır və hal hazırda lisey bu adla fəaliyyət göstərir. == Haqqında == Hazırda Liseydə 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır.
5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbi
Kimya – biologiya təmayüllü Respublika liseyi- 1969-cu ildə beynəlmiləl orta məktəbin bazası əsasında yaradılmış və kimya–biologiya təmayüllü 5№-li internat məktəb kimi fəaliyyətə başlamışdır. == Haqqında == Bu məktəb uzun müddət N. Nərimanov adına Tibb İnstitunun baza məktəbi olmuş və 1991-ci ildən lisey statusu almışdır. Lisey yarandığı gündən öz nəticələrinə görə bütün Respublikada yaxşı mənada tanınmağa başlamışdır. Lisey savadlı, səriştəli müxtəlif ixtisas müəllimləri ilə komplektləşdirilmiş, istedadlı şagirdləri cəlb etməklə böyük uğurlar qazanmışdır və Respublikanın ən mötəbər təhsil ocaqlarından birinə çevrilmişdir. Lisey kimya və biologiya təmayüllü olduğundan məzunların çoxu tibb sahəsinə maraq göstərmiş, müəyyən qismi isə digər maraqlandıqları peşələrə yiyələnmişlər. Lisey yarandığı gündən bu günə kimi yüzlərlə, minlərlə yüksək ixtisaslı kadrlar hazırlamış, onların bir çoxu Respublikamızla yanaşı bu gün də MDB ölkələrində və xarici ölkələrdə uğurla fəaliyyət göstərməkdədirlər. == Maddi texniki bazası == Lisey 4 mərtəbəli tədris korpusundan, 3 mərtəbəli yataqxanadan, 1 mərtəbəli yeməkxanadan, 1 mərtəbəli yardımçı təsərrüfat binasından və emalatxanadan ibarətdir. Son illərdə liseyin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, bütün korpusların dam örtükləri yenidən qurulmuş, pəncərələr plastik pəncərələrlə əvəz edilmiş, yeni informatika kabinetləri yaradılmış, internetə qoşulan müasir kompüterlərlə təhciz olunmuş, müasir kimya, fizika və biologiya laboratoriyaları quraşdırılmış, şagird partaları və stulları, müəllim stol və stulları, yazı lövhələri tamamilə yeniləşdirilmişdir. Lisey notbuk və proyektor, həmçinin elektron dərs vəsaitləri ilə təmin olunmuşdur.
Təkamül
Təkamül — bioloji populyasiyaların ardıcıl nəsillər boyunca irsi xarakteristikalarındakı dəyişiklik. == Təkamül nəzəriyyəsi == Antropologiya elmi istiqamətində zaman baxımından ilkin yaranan nəzəri görüşlər özündə tərəqqi ideyalarını ehtiva edən təkamülçülük görüşləri ilə bağlıdır. Ümumiyyətlə, XVIII əsrin sonu — XIX əsrin əvvəllərində istər təbiət elmləri, istərsə də ictimai elmlər sahəsində əldə olunan biliklər təkamülçülük ideyalarının formalaşmasına səbəb olmuşdur. Təbiət elmlərində əsas iki amil bu ideyaların inkişafına rəvac vermişdir: XVIII əsrin sonu — XIX əsrin əvvəllərində günəş sistemi və Yer kürəsinin yaranması haqqında Kant və P. Laplas nəzəriyyəsi; XVIII əsrin əvvəllərində Çarlz Layel tərəfindən geoloji dövrlərin müəyyənləşdirilib əsaslandırılması, Yer kürəsi qabığının müəyyənləşdirilməsi. XIX əsrin əvvəllərində biologiyada canlı aləmin dəyişkənliyi haqqında Jan-Batist Lamarkın ideyaları da dünyagörüşünün müəyyən qədər dəyişməsində rol oynamış, o, ətraf mühitin dəyişməsinin canlı aləmin dəyişməsinə səbəb olduğunu əsaslandırmışdır.XIX əsrin II yarısı — XX əsrin əvvəllərində antropologiya elminin müəyyən sturukturları formalaşmağa başlayır və antropoloji fikir öz inkişafını davam etdirir. Faktiki olaraq XIX əsrin ortalarında antropologiyanın formalaşması təkamül təliminin yaranması ilə eyni vaxta düşür. Məhz sosial-mədəni antropologiya tarixində ilk nəzəriyyə təkamül təlimidir. Təkamülçülük ilk əvvəl biologiyada formalaşmışdır. Bu təlimin ilkin versiyası hələ XIX əsrin əvvəllərində Lamark və Erazm Darvin tərəfindən irəli sürülmüşdür. Onların irəli sürdüyü əsas müddəa Yer kürəsində mövcud olan canlı formaların iqlimin və relyefin dəyişməsinə uyğun olaraq dəyişməsi olsa da bu ideyanın mexanizmlərini elmi cəhətdən əsaslandıra bilmədilər.
Bioloji təkamül

Kimyəvi təkamül
Qeyri canlı materialların təşəkkülü nəticəsi kimi sadə canlı sistemin yaranması haqqındakı təsəvvürlər ancaq son zamanlar zənginləşdi. Bu təsəvvür yolunda əhəmiyyətli şaxə 1953-cü ildə ilk dəfə əsas bioloji molekulların ən sadə kimyəvi reaksiyalar nəticəsində yaranması mümkünlüyünü göstərən Miller-Yuri təcrübəsində təqdim olundu. Bu vaxtdan başlayaraq alimlər kimyəvi təkamülün çoxlu digər yollarını təklif etdilər. Bu ideyalardan bir neçəsini göstərmək olar, lakin yadda saxlamaq lazımdır ki, bunların hansının düz olması haqqında vahid bir fikir yoxdur. Biz ancaq bunu dəqiq bilirik ki,bu proseslərdən biri, yaxud hec kimin ağlına gəlməyən digəri planetdə ilk hüceyrənin yaranmasına gətirdi. (Pansermiya – həyatın digər yerdə yaranması təsəvvürü düz olmadığı halda turşular və əsaslar başlığında müzakirəyə baxmaq olar) İlk sıyıq — Miller-Yuri təcrübələrində göstərilənlərə bənzər proseslər nəticəsində atmosferdə molekullar yarandı ki, onlar da sonra yağışla okeana düşdü). Burada (yaxud, ola bilər qabarma nəticəndə yaranan su hövzəsi) isə hələ bizə məlum olmayan proseslər molekulların təşəkkülü nəticəsində ilk hüceyrənin yaranmasına gətirdi. İlk neft ləkəsi — Miller-Yuri prosesləri lipidləri — balaca kürəciklər təşkil edən molekulları spontan olaraq yaradır (biz cox zaman şorbanın səthində damcıyabənzər formalar görürük). Hər bir kürəcikdə təsadüfi sayda molekullar toplaşır. Okean səthində milyonlarla qovuqcuqlardan biri enerji və material baxımdan düzgün molekul yığımı təşkil edə bilər ki, o da iki yerə bölünə bilər.
Teist təkamül
Teist təkamül (Tanrıya bənzər təkamül, təkamül kreativizmi), klassik dini təlimlərdəki Tanrı və yaradılışı müasir elmi anlayışdakı bioloji təkamül nəzəriyyəsinə uyğun edən bir görüşdür. Teist təkamül elmi bir nəzəriyyə deyil, təkamül elmini və bəzi dini izahları əlaqələndirən bir görüşdür. Bu şəkildə teistik təkamül nəzəriyyəsinə baxanlar dinlə elm arasındakı qarşıdurmanı rədd edir və yaradılışın təkamül izahının dini baxımdan problemli olmadığını düşünürlər.
Təkamül alqoritmləri
Təkamül alqoritmləri — təbii seçmə proseslərindən istifadə edən və modelləşdirən süni intellektdə bir istiqamət (təkamül modelləşdirmə bölməsi). == Alqoritmlərin növləri == genetik alqoritmlər — istədiyiniz parametrləri təsadüfi seçmək, birləşdirmək və dəyişməklə optimallaşdırma və modelləşdirmə problemlərini həll etmək üçün istifadə olunan heuristik bir axtarış alqoritmi; genetik proqramlaşdırma — genetik alqoritmlərdən istifadə edərək proqramların avtomatik yaradılması və ya dəyişdirilməsi; təkamül proqramı — genetik proqramlaşdırmaya bənzəyir, lakin proqramın quruluşu daimidir, yalnız ədədi dəyərlər dəyişir; gen ifadə proqramlaşdırma təkamül strategiyaları — genetik alqoritmlərə bənzəyir, ancaq müsbət mutasiyalar sonrakı nəslə ötürülür; diferensial təkamül neyroevolyasiya — genetik proqramlaşdırmaya bənzər, lakin genomlar çəkilərin təkamülünün müəyyən bir şəbəkə topologiyası ilə baş verdiyi və ya çəkilərin təkamülünə əlavə olaraq topologiyanın da təkamül etdiyi süni neyron şəbəkələrdir; təsnifat sistemləri;Hamısı bioloji təkamül nəzəriyyəsindəki əsas prinsipləri — seleksiya, mutasiya və çoxalma proseslərini modelləşdirirlər. Agentlərin davranışı ətraf mühit tərəfindən müəyyən edilir. Bir çox agent ümumiyyətlə populyasiya adlanır. Belə bir populyasiya ətraf mühitin müəyyən etdiyi obyektiv funksiyaya uyğun olaraq seçim qaydalarına uyğun olaraq inkişaf edir. Beləliklə, əhalinin hər bir agentinə (fərdi) ətraf mühitdə uyğunluğu dəyəri verilir. Yalnız ən uyğun növ cinsidir. Rekombinasiya və mutasiya agentlərin ətraf mühitə uyğunlaşmasına və uyğunlaşmasına imkan verir. Bu cür alqoritmlər uyğunlaşdırıcı axtarış motorlarına aiddir. Təkamül alqoritmləri funksional optimallaşdırma kimi tapşırıqlarda uğurla istifadə edilmişdir və asanlıqla riyazi dildə təsvir edilə bilər.
Təkamül biologiyası
Təkamül biologiyası Yer kürəsindəki canlı həyatın müxtəlifliyini yaradan təkamül proseslərini (təbii seçmə, ortaq əcdad, növəmələgəlmə) öyrənən biologiyanın sahəsidir. 1930-cu illərdə, təkamül biologiyası dərsi Yulyan Huksley-in müasir təkamül sintezi adlandırdığı üsulla ortaya çıxdı.Mövcud araşdırmalar molekulyar təkamül, cinsi seçmə, genetik dreyf və biocoğrafiya kimi təkamülə kömək edən fərqli qüvvələri əhatə etmək üçün genişlənmişdir. Bundan əlavə, təkamüllü inkişaf biologiyasının yeni sahəsi ("evo-devo") embriogenezin, embrionun inkişafının necə idarə olunduğunu araşdırır və beləliklə, inkişaf biologiyasını daha erkən təkamül sintezinin əhatə etdiyi tədqiqat sahələri ilə birləşdirən daha geniş bir sintez ortaya çıxarır.Təkamül biologiyasını tədqiq edən insana təkamülçü bioloq deyilir.[mənbə göstərin] Filosof Kim Sterelninin fikrinə görə, inkişaf edən təkamül biologiyası 1858-ci ildən bəri elmdə ən böyük intellektual uğurlardan biri olmuşdur. == Tərifi == Təkamül biologiyası həm geniş sahə tədqiqatlarından, həm də laboratoriya yönümlü fənlərdən alimlərin iştirak etdiyi fənlərarası sahədir. Məsələn, ümumiyyətlə mammalogiya, ornitologiya və ya herpetologiya kimi müəyyən növlər üzrə ixtisaslaşmış, eyni zamanda təkamüllə əlaqəli ümumi suallara cavab tapmaq üçün bu canlılardan hal təhlili və ya nümunə araşdırmaları üçün istifadə edən alimlər daxildir. Təkamül biologiyasına, populyasiya genetikası və təkamül psixologiyası kimi sahələrdən olan nəzəriyyəçilər də daxildir. Məsələn, təkamül sürəti və təkamül modelləri ilə bağlı suallara cavab vermək üçün tez-tez fosillərdən istifadə edən paleontoloqlar və geoloqlar. İnkişaf biologiyası əvvəlcə müasir təkamül sintezindən ayrı olsa da, sonralar, 1990-cı illərdə təkamül inkişaf biologiyası tədqiqatları nəticəsində yenidən təkamül biologiyasına daxil edildi. == Tarix == Təbii seçmə yolu ilə təkamül ideyası Çarlz Darvin tərəfindən 1859-cu ildə irəli sürüldü, lakin təkamül biologiyası, akademik bir fənn olaraq 1930-1940-cı illərdə müasir sintez dövründə meydana gəldi. 1980-ci illərə qədər bir çox universitetlərdə təkamül biologiyası şöbələri yox idi.
Təkamül iqtisadiyyatı
Təkamül iqtisadiyyatı — həm əsas iqtisadi, həm də təkamül biologiyasından ilham alan qeyri-adi iqtisadi düşüncə məktəbinin bir hissəsidir. Əsas iqtisadiyyat kimi, kompleks qarşılıqlı asılılıqları, rəqabəti, böyüməni, struktur dəyişikliyini və maliyyə məhdudiyyətlərini vurğulayır, lakin bu hadisələrin təhlili üçün istifadə olunan yanaşmalarda fərqlənir. == Haqqında == Təkamül iqtisadiyyatı, iqtisadiyyatı firmalar, təşkilatlar, sənaye sahələri, məşğulluq, istehsal, ticarət və böyümə üçün dəyişən proseslərin, təcrübə və qarşılıqlı təsirlərdən müxtəlif agentlərin hərəkətləri yolu ilə təkamül metodologiyasından istifadə edərək öyrənir. Təkamül iqtisadiyyatı, texnoloji və institusional yeniliklərin rəqabət edən alternativlərə nisbətən çəkilən xərclər üçün daha çox yaşamaq dəyərini kəşf edən və toplayan müxtəlif fikirləri yaradaraq sınaqdan keçirərək təhlil edir. Mövcud dəlillər, xərc səmərəliliyinin uyğunlaşma səmərəliliyi ilə idarə oluna biləcəyini göstərir. Əsas iqtisadi düşüncə, çatışmazlıq və rasional agentlərin postulatlarından (yəni fərdi rifahlarını maksimum dərəcədə artırmaq üçün modelləşdirilmiş agentlərdən) başlayır, hər hansı bir agent üçün "rasyonel seçim" riyazi optimallaşdırmada sadə bir məşqdir. Yeni ortaya çıxan mürəkkəblik iqtisadiyyatı sahəsində, iqtisadi sistemlərə təkamül sistemi kimi baxma marağı yenidən artdı. Təkamül iqtisadiyyatı nə seçim obyektlərinin, nə də qərar verənlərin xüsusiyyətlərini sabit olaraq qəbul etmir. Daha doğrusu, onun diqqəti iqtisadiyyatı daxildən dəyişdirən qeyri-tarazlıq proseslərinə və nəticələrinə yönəlmişdir. Bu proseslər, öz növbəsində, təcrübələrdən və qarşılıqlı əlaqələrdən öyrənə bilən və fərqliliyi dəyişməyə kömək edən məhdud rasionallığı olan müxtəlif agentlərin hərəkətlərindən irəli gəlir.
Təkamül modelləşdirmə
Təkamül modelləşdirmə (ing. Evolutionary computation) — ağıllı sistemlər qurmaq üçün Darvin nəzəriyyəsinin xüsusiyyətlərindən istifadə edir (qrup uçotu metodları, genetik alqoritmlər). Süni intellektin daha geniş bir sahəsinin — hesablama zəkasının bir hissəsidir. Təkamül modelləşdirmə artıq ayırd oluna bilən yaxşı bir sahədir: molekulyar genetik məlumat sistemlərinin modelləri; təkamülün ümumi qanunlarının modelləşdirilməsi (Təkamül alqoritmləri). Bunlar yalnız təkamül prinsiplərindən istifadə edən sistemlərdir. Onlar funksional optimallaşdırma kimi tapşırıqlar üçün uğurla istifadə edilmişdir və asanlıqla riyazi dildə təsvir edilə bilər. Bunlara təkamül proqramı, genetik alqoritmlər, təkamül strategiyaları, genetik proqramlaşdırma kimi təkamül alqoritmləri daxildir; təkamül modelləri. Bunlar bioloji cəhətdən təkamül alqoritmlərindən daha realdır, lakin tətbiq olunan mənada faydalı olduğunu sübut etməmiş sistemlərdir. Bioloji sistemlərə daha çox bənzəyirlər və texniki problemlərin həllinə az diqqət yetirirlər. Onların mürəkkəb və maraqlı davranışları var və görünür, tezliklə praktik tətbiq olunacaq.
Təkamül nəzəriyyəsi
Təkamül — bioloji populyasiyaların ardıcıl nəsillər boyunca irsi xarakteristikalarındakı dəyişiklik. == Təkamül nəzəriyyəsi == Antropologiya elmi istiqamətində zaman baxımından ilkin yaranan nəzəri görüşlər özündə tərəqqi ideyalarını ehtiva edən təkamülçülük görüşləri ilə bağlıdır. Ümumiyyətlə, XVIII əsrin sonu — XIX əsrin əvvəllərində istər təbiət elmləri, istərsə də ictimai elmlər sahəsində əldə olunan biliklər təkamülçülük ideyalarının formalaşmasına səbəb olmuşdur. Təbiət elmlərində əsas iki amil bu ideyaların inkişafına rəvac vermişdir: XVIII əsrin sonu — XIX əsrin əvvəllərində günəş sistemi və Yer kürəsinin yaranması haqqında Kant və P. Laplas nəzəriyyəsi; XVIII əsrin əvvəllərində Çarlz Layel tərəfindən geoloji dövrlərin müəyyənləşdirilib əsaslandırılması, Yer kürəsi qabığının müəyyənləşdirilməsi. XIX əsrin əvvəllərində biologiyada canlı aləmin dəyişkənliyi haqqında Jan-Batist Lamarkın ideyaları da dünyagörüşünün müəyyən qədər dəyişməsində rol oynamış, o, ətraf mühitin dəyişməsinin canlı aləmin dəyişməsinə səbəb olduğunu əsaslandırmışdır.XIX əsrin II yarısı — XX əsrin əvvəllərində antropologiya elminin müəyyən sturukturları formalaşmağa başlayır və antropoloji fikir öz inkişafını davam etdirir. Faktiki olaraq XIX əsrin ortalarında antropologiyanın formalaşması təkamül təliminin yaranması ilə eyni vaxta düşür. Məhz sosial-mədəni antropologiya tarixində ilk nəzəriyyə təkamül təlimidir. Təkamülçülük ilk əvvəl biologiyada formalaşmışdır. Bu təlimin ilkin versiyası hələ XIX əsrin əvvəllərində Lamark və Erazm Darvin tərəfindən irəli sürülmüşdür. Onların irəli sürdüyü əsas müddəa Yer kürəsində mövcud olan canlı formaların iqlimin və relyefin dəyişməsinə uyğun olaraq dəyişməsi olsa da bu ideyanın mexanizmlərini elmi cəhətdən əsaslandıra bilmədilər.
Təkamül qülləsi
Təkamül qülləsi (ing. Evolution Tower) — Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən 255 metr hündürlüyündə, 55 mərtəbəli tikili. 2019-cu ilin siyahıya alınmasına görə Rusiya göydələnləri sırasında 10-cu yeri tutur. Kompleksin ümumi sahəsi 154 min m²-dir. Ofislərə 94 min m² sahə ayrılmış, onlardan 79 min m² hissəsi icarəyə, 14,7 min m² hissəsi isə ticarət payına düşür. == Tarixi == Əvəllcə Aleksandr Çiqirinskinin "Sneqiri" və Yelana Batruvanın "İnteko" layihələrinə görə paytaxtda ən böyük Şadlıq sarayı tikilməsi planlaşdırılırdı, lakin 2008-ci ildə baş verən böhran layihəi dayandırdı. 2010-cu ildə "İnteko" öz payını Viktor Raşnikov və onun tərəfdaşı Naderə satdı. Və bundan sonra Şadlıq sarayı ideyası nəzərən iş komponenti üstün tutularaq ofis qülləsinin layihəsi hazırlandı. 2011-ci ildə göydələnin tikintisi başlanılır və 2014-cü ildin dördüncü rübündə qüllə tam istifadəyə verilir.
Təkamül təlimi
Təkamül — bioloji populyasiyaların ardıcıl nəsillər boyunca irsi xarakteristikalarındakı dəyişiklik. == Təkamül nəzəriyyəsi == Antropologiya elmi istiqamətində zaman baxımından ilkin yaranan nəzəri görüşlər özündə tərəqqi ideyalarını ehtiva edən təkamülçülük görüşləri ilə bağlıdır. Ümumiyyətlə, XVIII əsrin sonu — XIX əsrin əvvəllərində istər təbiət elmləri, istərsə də ictimai elmlər sahəsində əldə olunan biliklər təkamülçülük ideyalarının formalaşmasına səbəb olmuşdur. Təbiət elmlərində əsas iki amil bu ideyaların inkişafına rəvac vermişdir: XVIII əsrin sonu — XIX əsrin əvvəllərində günəş sistemi və Yer kürəsinin yaranması haqqında Kant və P. Laplas nəzəriyyəsi; XVIII əsrin əvvəllərində Çarlz Layel tərəfindən geoloji dövrlərin müəyyənləşdirilib əsaslandırılması, Yer kürəsi qabığının müəyyənləşdirilməsi. XIX əsrin əvvəllərində biologiyada canlı aləmin dəyişkənliyi haqqında Jan-Batist Lamarkın ideyaları da dünyagörüşünün müəyyən qədər dəyişməsində rol oynamış, o, ətraf mühitin dəyişməsinin canlı aləmin dəyişməsinə səbəb olduğunu əsaslandırmışdır.XIX əsrin II yarısı — XX əsrin əvvəllərində antropologiya elminin müəyyən sturukturları formalaşmağa başlayır və antropoloji fikir öz inkişafını davam etdirir. Faktiki olaraq XIX əsrin ortalarında antropologiyanın formalaşması təkamül təliminin yaranması ilə eyni vaxta düşür. Məhz sosial-mədəni antropologiya tarixində ilk nəzəriyyə təkamül təlimidir. Təkamülçülük ilk əvvəl biologiyada formalaşmışdır. Bu təlimin ilkin versiyası hələ XIX əsrin əvvəllərində Lamark və Erazm Darvin tərəfindən irəli sürülmüşdür. Onların irəli sürdüyü əsas müddəa Yer kürəsində mövcud olan canlı formaların iqlimin və relyefin dəyişməsinə uyğun olaraq dəyişməsi olsa da bu ideyanın mexanizmlərini elmi cəhətdən əsaslandıra bilmədilər.
Bəşir Cəmayel
Bəşir Cəmayel (ərəb. بشير الجميّل‎; 10 noyabr 1947[…], Əşrəfiyyə[d] – 14 sentyabr 1982, Əşrəfiyyə[d]) — Livan siyasi və dövlət xadimi, "Kətaiblər"in liderlərindən biri. Vətəndaş müharibəsinin fəal iştirakçısı olan Cəmayel sağçı xristian düşərgəsinin aparıcı liderlərindən biri idi. O, "Kətaiblər" silahlı birləşmələrinə və Livan ordusuna komandanlıq etmişdir. Cəmayel sağçı xristian koalisiyasının radikal qanadı olan Livan Cəbhəsini təmsil edirdi. O, 1982-ci ildə Livan Prezidenti seçilmişdir, lakin vəzifəyə başlamazdan əvvəl öldürülmüşdür.Cəmayel Livan tarixində ən mübahisəli şəxs kimi təsvir edilir. O, "əzabkeş" və "ikona" kimi qəbul edildiyi maruni xristianları arasında populyar olaraq qalır. Bunun əksinə, Cəmayel hərbi cinayət iddialarına görə tənqid edilmiş və İsrail ilə münasibətlərinə görə vətənə xəyanətdə ittiham edilmişdir. == Həyatı == Bəşir Cəmayel 10 noyabr 1947-ci ildə Beyrut şəhərində anadan olmuşdur. O, Əmin Cəmayelin qardaşıdır.
Əmin Cəmayel
Əmin Cəmayel (ərəb. أمين الجميّل‎; 22 yanvar 1942, Bikfəyya[d], Cəbəl Lübnan mühafəzəsi[d]) — Livan dövlət xadimi. == Həyatı == Əmin Cəmayel 22 yanvar 1942-ci ildə Bikfəyya qəsəbəsində anadan olmuşdur. O, 1970-ci ildə millət vəkili seçilmişdir. Qardaşı Bəşir Cəmayelin 1982-ci ilin sentyabrında öldürülməsindən sonra ölkə prezidenti olmuşdur. Milliyətçi olan Cəmayel ölkəsinin dinamik güvvələrinin birləşməsi və xarici qüvvələrin ölkədən sıxışdırılması üçün çalışırdı. Beynəlxalq aləmdən dəstək gözləyən Cəmayel İsrail Silahlı Qüvvələrinin Livandan geri çəkilməsi üçün 1982-ci ilin dekabrında İsrail hökuməti ilə görüşlər keçirmişdi. O, İsveçrədə "Beynəlxalq sülh konfransının" keçirilməsinin və Livanda sülhün bərqərar olmasının təşəbbüskarı olmuşdur. Cəmayel Suriya və onun Livandakı müttəfiqləri ilə kompromisə nail olmağa çalışmışdır. O, 1988-ci ildə prezidentlik müddəti bitdikdən sonra istefa vermişdir.
Təkamül Təlimi Muzeyi
Bakı Dövlət Universitetinin M.A.Axundov adına Təkamül Təlimi Muzeyi - Muzeyin əsası biologiya elmləri doktoru, professor, əməkdar müəllim və elm xadimi, "Genetika və təkamül təlimi" kafedrasının yaradıcısı olan Mirəli Axundov tərəfindən 1937-ci ildə qoyulmuşdur. == Haqqında == Muzey uzun sürən geoloji tarix ərzində həyatın qeyri-üzvi aləmdən necə əmələ gəldiyini, onun sadədən mürəkkəb quruluşa doğru, birhüceyrəli orqanizmdən insana qədər dönməz inkişaf yolu keçdiyini elmi faktlar və dəlillər əsasında əks etdirir.Muzeydə mövcud olan üzvi aləmin əcdad ağacı sxemi filogenezin iki istiqamətdə — bir tərəfdən birhücüyrəlilərdən ali çiçəkli bitkilərə, digər tərəfdən isə məməlilərə qədər baş verdiyini hər tərəfli dərk etməyə imkan verir. "Təkamül təlimi" muzeyi üzvi aləmin meydana çıxması, inkişafı, onun ümumi qanunauygunluqları, istiqamətləri, hərəkətverici qüvvələri haqqında düzgün təsəvvürlərin formalaşmasına xidmət edir. Muzeydə toplanmış müxtəlif paleontoloji, müqayisəli anatomik, embrioloji, biocoğrafi və.s dəlillər təkamülün real və obyektiv, ardı kəsilməz və bu gün də davam edən tarixi proses olduğunu əyani şəkildə sübut edir və təbii seçmənin təkamülün əsas hərəkətverici qüvvəsi olduğunu nümayiş etdirir. Muzeydəki ekspozisiyalar çoxşəkilliliyi ilə fərqlənən canlıların müxtəlif mühit şəraitinə uyğunlaşmasının nəticəsi olduğunu təsdiqləyir. Muzeydə cinsiyyətli seçmənin nəticəsi olan cinsiyyət deformizmi hadisəsi tovuzquşu, tutac, ördək və s.quşların eksponatların üzərində müqayisəli şəkildə şərh edilir. Muzeydə həmçinin süni seçməni nümayiş etdirən müxtəlif ekspozisiyalar da mövcuddur.
Təkaful
Bu məqalə ənənəvi sığorta əməliyyatlarına alternativ olaraq tətbiq olunan, İslam Şəriətinə uyğun qaydada həyata keçirilən TƏKAFUL (ərəbcə: التكافل) sığortasının mahiyyəti haqqındadır. == Giriş == Dünyanın sığorta sektorlarındakı inkişaf tendensiyalarını araşdırarkən, sığorta nəzarəti və biznesi ilə bağlı qəbul edilmiş yeni beynəlxalq prinsip və standartlarla tanış olarkən, ayrı-ayrı beynəlxalq konfrans və forumlarda iştirak edərkən çox tez-tez rastlaşdığımız mövzulardan biri də İslam sığortası və ya təkaful anlayışları ilə bağlıdır. Bu anlayışlar əksər hallarda sinonim kimi işlənsə də, əslində onlar arasında müəyyən fərq var ki, bu da təkafulun İslam sığorta modellərinin Şəriət alimləri tərəfindən daha geniş şəkildə qəbul edilmiş bir qrupunu əhatə etməsindədir. Təkaful əməliyyatlarının həcminin dünya maliyyə sistemində analoqu olmayan sürətlə inkişafı, habelə maliyyə böhranlarının bu sistemdən demək olar ki, təsirsiz ötüşməsi (təkcə bir faktı demək kifayətdir ki, 2007-2010-cu illər arasında təkaful əməliyyatlarının həcmindəki artım illik 28 % təşkil etmişdir ) istər beynəlxalq təşkilatlar, istərsə də ayrı-ayrı transmilli korporasiyaların son vaxtlar təkafulla bağlı nəzəri və təcrübi tədqiqatlara vaxt və pul sərf etmələrinə səbəb olmuşdur. “Təkaful” ərəb mənşəli olub, "كفل" (“kəfələ”) sözündən götürülmüşdür, təmin etmək, bir kəsə kömək etmək və ya bir kəsin qayğısına qalmaq mənalarını daşıyır. Təkaful birgə məsuliyyət, qardaşlıq, həmrəylik, qarşılıqlı əməkdaşlıq, yaxud yardımlaşma əsasında müəyyən riskə qarşı maliyyə təminatı üçün formalaşdırılan münasibətlər sistemidir. Dünyanın ən yeni, lakin ən dinamik sığorta institutu olan təkafulun tarixi dolayısı ilə 14 əsr əvvələ - ərəb tayfaları arasında geniş yayılmış və İslam Şəriətində də qəbul edilmiş “əl-əqilə” doktrinasına qədər gedib çıxır. Bu prinsip sonralar həyatın bir çox sahələrində, xüsusən də dəniz tacirlərinin zərərlərinin qrup üzvlərinin birgə vəsaitləri hesabına formalaşdırılan fonddan ödənilməsi sistemində geniş tətbiq edildi. Lakin peşəkar fəaliyyət olaraq, ilk təkaful şirkəti 1979-cu ildə Sudanda təsis edilmişdir. 2012-ci ildə isə dünyada 150-yə yaxın müstəqil təkaful şirkəti, 200-dən artıq isə sığorta şirkətlərinin “təkaful pəncərəsi” mövcud olmuşdur.
Temryuk rayonu
Temryuk rayonu (rus. Темрюкский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Temryuk şəhəridir. == Coğrafiyası == Temryuk rayonu diyarın şimal-qərb hissəsində, Taman yarımadasının bütün ərazisini və qismən Kuban deltasının ərazisini əhatə edir. Rayonun sərhədlərinin çoxu sahil zolağıdır. Cənub-qərbdə Qara dəniz, şimalda Azov dənizi, qərbdə Kerç boğazı ilə əhatələnir. Kerç (Krım) ilə inzibati sərhədi var. Sahil xəttinin ümumi uzunluğu 250 km-dir, bunun 220 km-i qumlu çimərliklərdir. Temryuk rayonu diyarın Slavyansk, Krımsk və Anapa kurort şəhəri ilə həmsərhəddir. Rayonun ərazisi 1957 km²-dir (və ya Krasnodar diyarının bütün ərazisinin 2.6%).