Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tennisin tarixi
Tennis (laun tennis) — İngilis dili "lawn" sözündən – fransızcadan "tenez" sözündən yaranmışdır. Topun və raketkatın istifadəsi ilə dünyanın ən məşhur idman növüdür. Oyunlar standart ölçülərdə (23.77:8.23 metr) olan kortlarda keçirilir. Tennis müxtəlif səthə malik kortlar (bərk , torpaq, ot) üzərində oynanılır. Əzəldən tennis ot üzərində yaranıb, ona görə də onu "laun tennis" kimi də adlandırırlar. Hər bir oyun topun oyunçu vasitəsilə kortu digər hissəsinə arxa xətdən daxil etməsi ilə başlayır. Oyunçulardan biri uğursuz cəhdi yerinə yetirənə qədər zərbələr mübadiləsi davam edir. Maçlar setlərə və qeymlərə (oyunlara) bölünür. Qalib rəqibi qarşısında iki qeym fərqi ilə ilk altı qeymdə qalib olan oyunçu olur və o bununla bir seti öz hesabına yazmış sayılır. Tennis – İtaliya, İngiltərə, Fransa kimi ölkələrdə XIII-XIV əsrlərdə bir əl ilə topu torun digər tərəfinə atılması oyunu olub.