Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sülh Naminə Tərəfdaşlıq
Sülh Naminə Tərəfdaşlıq (ing. Partnership for Peace; PfP) — Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə Avropanın digər dövlətləri və postsovet ölkələri arasında etimadın yaradılmasına yönəlmiş NATO proqramı; 20 dövlət bura üzvdür. İlk dəfə Bolqarıstanın "Novae" cəmiyyəti tərəfindən müzakirə edilmişdir. Bu, 20–21 oktyabr 1993-cü ildə Almaniyanın Travemünde şəhərində keçirilən NATO Müdafiə Nazirlərinin görüşündə ABŞ təşəbbüsü kimi təklif edilmiş və 10–11 yanvar 1994-cü ildə Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən NATO sammitində rəsmi olaraq fəaliyyətə başlamışdır. ABŞ Dövlət Departamentinin məxfilikdən çıxarılmış sənədlərinə görə, prezident Bill Klinton Sülh Naminə Tərəfdaşlığı "NATO üzvlüyünə aparacaq yol" və "Avropanı bir neçə yüz mil şərqə doğru ayıran başqa bir xətt çəkməyən" yol kimi təsvir etmişdir. NATO təlimlər, fəlakətlərin planlaşdırılma və cavab tədbirləri, elmi və ətraf mühit məsələləri, peşəkar inkişaf, siyasətin planlaşdırılması və mülki hökumətlə əlaqələrdə əməkdaşlıq vasitəsilə tərəfdaşlarla əlaqələr qurur.
Avro-Atlantik Tərəfdaşlıq Şurası
Avro-Atlantik Tərəfdaşlıq Şurası (AATŞ; ing. Euro-Atlantic Partnership Council, EAPC) — NATO ilə Avropada və Asiyanın Avropa periferiyasında yerləşən qeyri-NATO ölkələri arasında münasibətləri yaxşılaşdırmaq üçün yaradılmış çoxtərəfli forum. Burada dövlətlər əməkdaşlıq etmək və bir sıra siyasi və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün bir araya gəlirlər. AATŞ 29 may 1997-ci ildə Portuqaliyanın Sintra şəhərində nazirlərin görüşündə yaradılmışdır. Bu, 1994-cü ildə yaradılmış Sülh Naminə Tərəfdaşlıq (SNT) ilə birgə fəaliyyət göstərir. == Üzvlər == 50 üzvdən 28-i NATO üzvü, 22-si isə tərəfdaş ölkədir.
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (ing. Individual Partnership Action Plans; IPAP) — NATO ilə müxtəlif ölkələr arasında hazırlanmış, hər iki tərəf arasında dialoq və əməkdaşlıq üçün kommunikasiyanın məqsədlərini və çərçivəsini müəyyən edən planlar. NATO FTüƏP təşəbbüsünü 2002-ci ildə Praqa Sammitində irəli sürmüşdür. == İştirak == Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı aşağıdakı ölkələrdə tətbiq olunur: Gürcüstan (29 oktyabr 2004) Azərbaycan (27 may 2005) Ermənistan (16 dekabr 2005) Qazaxıstan (31 yanvar 2006) Moldova (19 may 2006) Bosniya və Herseqovina (10 sentyabr 2008) Serbiya (15 yanvar 2015) Azərbaycan, Ermənistan, Moldova, Qazaxıstan və Serbiya hazırda NATO-ya üzv olmaq niyyətində olmadıqlarını bildirsələr də, onların hamısı NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edirlər. Gürcüstan və Ukrayna hazırda NATO-ya üzvlük üçün intensivləşdirilmiş dialoqdan keçir, Bosniya və Herseqovinanın isə Üzvlük Fəaliyyət Planı var və NATO-ya daxil olmaq üçün fəal çalışır.
Tərəfdaşlıq və Dialoq üçün Qara Dəniz Forumu
Tərəfdaşlıq və Dialoq üçün Qara Dəniz Forumunun (BSF) ilk sessiyası – iyun 2006-cı il tarixlərində Buxarestdə keçirilmişdir. Forum Rumıniya təşəbbüsü ilə baş tutmuşdur və ilkin olaraq prezidentlər səviyyəsində hər il müntəzəm keçirilən sammitlər və həmin illik fasilələr ərzində tematik və ya sektorlar üzrə əməkdaşlıq görüşlərinin keçirilməsi nəzərdə tutulur. Sessiyaların keçirilmə məkanı üzv dövlətlər arasında növbəli şəkildə razılaşdırılmaqla seçilir. Forum yeni regional institutlar yaratmaq məqsədi daşımır, əksinə, geniş Qara dəniz regionu ölkələri (Cənubi Qafqazdan Xəzər dənizinə qədər daxil olmaqla) və bu qrup ölkələrlə beynəlxalq təşkilatlar arasında müntəzəm məsləhətləşmə prosesinə çevrilmək məqsədi daşıyır. İlk sammitdən sonra başqa sammitlərin keçirilməsi nəzərdə tutulmayıb. Rumıniya və Bolqarıstan Aİ-yə daxil olduqdan sonra Forum Şimali Avropa ölkələri və Baltik dənizi ölkələri üçün Şimal Ölçüsü təşəbbüsünə bənzər Qara və Xəzər dənizi dövlətləri ilə əməkdaşlıq üçün Aİ təşəbbüsü formasını aldı. Rumıniya prezidenti Trayan Besesku, Moldova prezidenti Vladimir Voronin, Ukrayna prezidenti Viktor Yuşşenko, Gürcüstan prezidenti Mixail Saakaşvili, Ermənistan prezidenti Robert Köçəryan, Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin dövlət naziri və Bolqarıstanın bir nümayəndəsi parlamentin ilk iclasında Birgə Bəyannamə imzalayıblar. Onlara ABŞ, NATO və Aİ-nin yüksək səviyyəli rəsmiləri də qoşulub.