ODD

odd1

n 1. tək say; 2. qəribəlik, qəribə şey; 3. həlledici ötürmə (vist oyununda – kart); 4. id. qolf oyununda üstünlük verən zərbə;

◊ game of ~ man out artıq qalan adamın oyundan çıxması qaydası ilə oynanılan oyun; ~ and even tək və cüt

odd2

adj 1. tək; ~ numbers tək rəqəmlər; A wheel in general contains an odd number of teeth Adətən təkərdə millərin sayı tək olur; 2. cüt olmayan; an ~ shoe bir tay ayaqqabı; 3. aşan; artıq olan (məbləğdən və ya saydan); thirty ~ years otuz ildən artıq; A volume of 300 odd pages 300-dən artıq səhifədən ibarət cild; 4. əlavə; A few odd dollars for entertainment Əyləncə üçün verilmiş əlavə bir neçə dollar; 5. təsadüfi; qeyri-mütəmadi; ~ job təsadüfü iş; As usual I lived by oddjobbing for the blacks on the sugar plantations Mən, adətən zəncilərin şəkər tarlalarında tapdığım təsadüfi işlərlə dolanırdım; 6. qərib, yad, qeyri-adi, qəribə, ekssentrik; It was odd of her to do that Onun belə iş görməsi qəribə idi; 7. uzaq, ucqar; He had to seek odd corners for his safety O öz şəxsi təhlükəsizliyi üçün ucqar rayon axtarmağa məcbur idi;

◊ the ~ man həlledici səs (səsvermədə); ~ man out 1) tərəfdaşsız qalmış oyunçu; 2) d.d. təkliyi üstün tutan insan

OCULIST
ODD-COME-SHORT
OBASTAN VİKİ
Odd Hassel
Odd Hassel (norv. Odd Hassel; 17 may 1897[…], Kristianiya[d] – 11 may 1981[…], Oslo) — norveçli fiziki kimyaçı və 1969-cu il Kimya üzrə Nobel mükafatı laureatı. Odd Kristianiada ginekoloq Ernst "Skippi" Hassel və Matilda Torrealba Rodriqez İmlaks Fernando Qonzales Klavenesin ailəsində anadan olmuşdur. 1915-ci ildə o, Oslo Universitetinə qəbul olunmuş, 1920-ci ildə buranı bitirmişdir. Universitetdə o riyaziyyatı və fizikanı mükəmməl qavramışdır. Bu dövrdə o, bir illiyinə təhsilindən ayrılaraq, professor Kazimir Fayansın laboratoriyasında işləmək üçün Almaniyaya, Münhenə getmişdir. Onun buradakı işi hopdurma (elektromaqnetik radiasiyanın) indikatorlarının kəşf olunmasına gətirib çıxardı. Sonradan o, Berlinə köçərək Kayzer Vilhelm İnstitutunda rentqen şüalarının kristalloqrafiyası üzrə tədqiqatlar aparmağa başlamışdır. Öz araşdırmasını Frits Haberin köməyi ilə əldə etdiyi Rokfeller təqaüdü ilə davam etdirmişdir. 1924-cü ildə o Berlin Universitetində fəlsəfə doktoru dərəcəsini aldı.
Pretty. Odd.
Pretty. Odd. — ABŞ pop-rok musiqi qrupu Panic at the Disco(en)-nun ikinci studiya albomu. 25 mart 2008-ci ildə Decaydance və Fueled by Ramen tərəfindən buraxılıb.
Oddi Altarı (Rafael)
Oddi Altar (it. Pala degli Oddi) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1502 - 1504 - ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Oddi Altar əsəri hal-hazırda Vatikanda Vatikan muzeyində saxlanılır.
Oddvar Barli
Oddvar Barli (24 İyun 1929 – 10 Yanvar 2017) — Norveçli peşəkar idman güləşçisi. Barli 1929-cu ildə Osloda anadan olmuşdur. O, Oslo Bryteklubb klubunu təmsil etmişdir. Barli Romada keçirilən 1960 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Yunan-Roma güləşi üzrə o, orta çəki dərəcəsində onuncu yeri tutmuşdur. Onun qardaşı Harald Barli də peşəkar güləşlə məşğuldur. Onun əmiləri İne Barli və Mette Barli və böyük əmisi Lene Barli də güləşçidir.
Oddi sfinktoru disfunksiyası
Oddi sfinktoru disfunksiyası — Oddi sfinktorunun daşla yox, üzvi (fibroz, iltihab) və ya funksional (spazm) səbəblərdən tıxanması disfunksiya adlanır. Hərçənd ki, disfunksiya ilə birlikdə daş da rastlana bilər. Oddi sfinktoru disfunksiyası (OSD) ödün və / və ya pankreas şirəsinin onikibarmaq bağırsağa axınını əngəlləyərək xolestaza, xoledox genişlənməsinə, qaraciyər zədələnməsinə, pankreatitə və öd sancısına səbəb olur.