Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təsəvvüf
Sufilik (ərəb. صوفية‎) və ya Təsəvvüf (ərəb. تصوف‎) – İslamda mənəviyyatın inkişaf yollarını göstərən xüsusi təlimdir. Təsəvvüf alimlərinə görə sufilik müsəlmanın mənəvi axtarışlarının nəticəsidir. Sufilik yolu ilə gedən müsəlman maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Bunu edərkən Allahı sevərək ona ibadət edir, yüksək əxlaqi xüsusiyyətlərə yiyələnir. Mənəviyyatın təkmilləşdirilməsi dinin durğunlaşmasının, onun yalnız qanunlar toplusuna çevrilməsinin, ruhunun itirilməsinin də qarşısını alır. Sufilər hesab edir ki, mənəviyyat yolçuları dözümlülük, sülhsevərlilik, yüksək əxlaqi xüsusiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula bilərlər. Onlara görə mənəvi inkişaf yalnız fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə problemlərin yalnız zahiri tərəflərini nizamlayan qanunlardan fərqli olaraq sufilik hər kəsin mənəvi aləminə təsir edir, ona Allaha içdən gələn sevgi duyğularını aşılayır.
Azərbaycanda təsəvvüf
Azərbaycanda sufizm, təsəvvüf və ya İslam mistisizmi — Azərbaycan mühitində sufi ideyalar və icmaları əhatə edir. Elxanilər dövründə Hülakü xan və oğlu Abaqa xanın sarayında şaman ayinləri icra edilirdi. İcra edilən ayinlər Anadolu və Azərbaycandakı türk sufilərinə təsir etmişdir. Abaqa xanın oğlu Əhməd Təkudar xan isə türk şeyxləri ilə həddindən artıq maraqlanır, Arranda qışlayarkən İşan Mengli adındakı bir türk şeyxinin evində səma (musiqili zikr) ilə məşğul olurdu. Cəlaləddin Ruminin səma və cəzb yoluna gəlməsi təbrizli bir dərviş vasitəsilə, türk sufilərinin xanlar üzərindəki təsirini gördükdən sonra olmuşdur. Azərbaycan türk sufiləri Konyadakı Səlcuqların qəlbini də qazanmağa müvəffəq olmuşdur. Bundan başqa İbn Bətutənin qeyd etdiyi kimi, Krım ətrafında zaviyələr qurub yerləşən və müharibə məhsulları ilə dolanan Azərbaycan, Anadolu və Xorasan türkü qazilərinin Qızıl Orda ordu generalı Noğay xanın yürüşlərində iştirak etdiyi ehtimal edilir. Zəngilan bölgəsində Qədiriyyə sufi ordeninin şeyxi Yəhya ibn Məhəmmədin şərəfinə Məmmədbəyli türbəsi inşa edilmişdir. Yəhya Elxani dövründə böyük alim olmuş, Marağa rəsədxanasında işləmiş, "Cami əs-saqir" əsərini yazmışdır. İraq, Azərbaycan, Anadolu və hətta Qızıl Ordada yayılmış rifaiyyə (Əhmədiyyə) təriqəti isə monqol şamanizmindən bəhrələnir, monqollar isə İslam mühitində nüfuz qazanmaq üçün sufi rolundan istifadə edirdilər.
Ruh və bədən haqqında təsəvvür
Ruh və bədən haqqında təsəvvür (it. Rappresentatione di anima et di corpo) Emilio de Kavalyerinin yazdığı musiqi əsəri, libretto müəllifi Aqostino Manni olmuşdur. Bu əsərlə Kavaleyri özünü ilk opera və ya oratoriyanın müəllifi hesab edirdi. O, ilk dəfə 1600-cü ilin fevral ayında Romada, Santa Maria in Valliçella kilsəsinə məxsus Oratorio dei Filippinidə göstərilmişdir. Əsərin süjeti Zaman, İdrak, Ruh, Bədən və başqa təcəssümlərin həyatın mənası üstündə mübahisələrindən ibarətdir.
Dünya iradə və təsəvvür kimi (əsər)
Dünya iradə və təsəvvür kimi (alm. Die Welt als Wille und Vorstellung‎) — alman filosofu Artur Şopenhaurin (1788-1860) əsas əsəri, dünya fəlsəfi irsinin ən möhtəşəm nümunələrindən biri. Əsər birinci dəfə 1819-cu ildə çap olunmuşdur. Sonradan müəllif onun üzərində uzun illər ərzində (1819-1844) işləmişdir. Əsər dörd fəsildən, müəllifin öz təbirincə deyilsə, dörd kitabdan ibarətdir. Birinci fəsildə müəllifin idrak nəzəriyyəsi, ikinci fəsildə ontologiyası, üçüncü fəsildə estetikası, və nəhayət dördüncü fəsildə etikası şərh olunmuşdur. Şopenhauerin öz idrak nəzəriyyəsinin şərhinə həsr etdiyi birinci fəsil "Dünya mənim təsəvvürümdür" sözləri ilə başlayır və belə bir müddəadan çıxış edir ki, idrak iradənin xidmətindədir. Müəllifin ontologiyasının şərhinə həsr olunmuş olunmuş ikinci fəsilin əsas mənası ondan ibarətdir ki, dünya iradənin obyektivasiyasıdır. Şopenhauerin estetikasının şərh olunduğu üçüncü fəsildə müəllif belə bir müddəadan çıxış edir ki, həqiqi incəsənət idrakın iradənin xidmətdə durmaqdan xilas olma məqamıdır. Şopenhauerin öz etikasının şərhinə həsr etdiyi üçüncü fəsildə həyata yönümlü iradənin təsdiqi və inkarı məqamları nəzərdən keçirilir.