Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təvəssül duası
Təvəssül duası bir neçə duanın adıdır. Amma bir dua bu adla daha məşhurdur. Bu Biharul-Ənvarda nəql olunan "Təvəssül"dür. Əllamə Məclisi bu dua haqqında buyurur: "Bu duanı səhabələrimizdən birinin müəllifi olduğu köhnə nüsxələrdən birində tapdım. O kitabda bu dua haqqında belə yazılmışdır: "Bu duanı Muhəmməd bin Babeveyh imamlardan nəql etmişdir. Mən bu duanı hər nə üçün oxudumsa elə həmin an duam müstəcəb oldu". == Təvəssül duaları == "Təvəssül" duası bir neçə duanı bildirir: 1. Məşhur təvəssül duası "اللَّهُمَّ إِنِّی أَسْأَلُک وَ أَتَوَجَّهُ إِلَیک بِنَبِیک نَبِی الرَّحْمَةِ…"cümləsi ilə başlayan 2. Kəfəminin "Bələdul-əmin" kitabında Fərəc duası adı altında bir dua nəql olunmuşdur və onun içində Təvəssül duası da zikr olunmuşdur. 3.
"Təbəssüm" ordeni
Təbəssüm Ordeni (pol. Order Uśmiechu) — böyüklərin göstərdiyi mehribanlıq, dostluq və səbrə görə uşaqlar tərəfindən dünyada verilən yeganə orden. Mükafat 1968-ci ildə "Polşa kuryeri" jurnalı tərəfindən təsis edilib. 1979-cu ildə isə BMT tərəfindən təsdiq olunub. Hazırda orden dünyanın ayrı-ayrı ölkələrindən 50 nəfər böyükdən ibarət müstəqil Təbəssüm Ordeninin Kapitulası tərəfindən təqdim edilir. Təqdimetmə mərasimində Kapitula Təbəssüm Ordeninin kavalerini sarı gülümsəyən günəş rəmzi ilə bəzəyir. Bundan başqa, təqdimetmə zamanı əsas şərtlərdən biri də kavalerin üzündə təbəssümlə bir stəkan limon şirəsini içməsidir. Qeyd edək ki, bu mükafatı alanlar sırasında Hillari və Bill Klintonlar, Papa II İohann Pavel, İsveç şahzadəsi Silviya, Tereza Ana və başqa məşhur şəxslər də var. Kapitula tarixində Polşa tərəfindən "Təbəssüm Ordeni"nə layiq görülən ilk azərbaycanlı Ələkbər Hüseynovdur. Uşaqların sevimlisi Ələkbər əmi kimi tanınan aktyor və rejissor Ələkbər Hüseynov uşaqlara gülüş və xoş əhvali-ruhiyyə bəxş etdiyi üçün bu mükafata layiq görülüb.
Cavid Təvəkkül
Cavid Təvəkkül — rejissor, ssenari müəllifi. == Həyatı == Cavid Təvəkkül (Cavid Təvəkkül oğlu Əhmədov) 24 iyun 1974-cü ildə Tərtərdə anadan olub. Orta məktəbi Mingəçevirdə oxuyub. Tatarıstan Turizm Akademiyasının prodüserlik fakültəsinin məzunudur (1992-1997). Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alıb. 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti tərəfidən tərəqqi medalı ilə təltif olunmuşdu. "Mən və şəhər" (2003), "Ağlayan əsgər" (2003) kliplərin müəllifidir. Aktyor Təvəkkül Əhmədovun oğludur. == Mükafatları == 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Cavad xan.
Cavidan Təvəkkül
Cavid Təvəkkül — rejissor, ssenari müəllifi. == Həyatı == Cavid Təvəkkül (Cavid Təvəkkül oğlu Əhmədov) 24 iyun 1974-cü ildə Tərtərdə anadan olub. Orta məktəbi Mingəçevirdə oxuyub. Tatarıstan Turizm Akademiyasının prodüserlik fakültəsinin məzunudur (1992-1997). Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alıb. 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti tərəfidən tərəqqi medalı ilə təltif olunmuşdu. "Mən və şəhər" (2003), "Ağlayan əsgər" (2003) kliplərin müəllifidir. Aktyor Təvəkkül Əhmədovun oğludur. == Mükafatları == 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Cavad xan.
Təbəssüm (1987)
== Məzmun == Film Bakı şəhəri Nizami bölgəsindəki 59 saylı nümunəvi-"Təbəssüm" uşaq bağçası haqqında söhbət açır. == Film haqqında == Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: S.Həsənova, Miri Rzayev Operator: Elxan Əliyev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Maarif Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Təbəssüm Ordeni
Təbəssüm Ordeni (pol. Order Uśmiechu) — böyüklərin göstərdiyi mehribanlıq, dostluq və səbrə görə uşaqlar tərəfindən dünyada verilən yeganə orden. Mükafat 1968-ci ildə "Polşa kuryeri" jurnalı tərəfindən təsis edilib. 1979-cu ildə isə BMT tərəfindən təsdiq olunub. Hazırda orden dünyanın ayrı-ayrı ölkələrindən 50 nəfər böyükdən ibarət müstəqil Təbəssüm Ordeninin Kapitulası tərəfindən təqdim edilir. Təqdimetmə mərasimində Kapitula Təbəssüm Ordeninin kavalerini sarı gülümsəyən günəş rəmzi ilə bəzəyir. Bundan başqa, təqdimetmə zamanı əsas şərtlərdən biri də kavalerin üzündə təbəssümlə bir stəkan limon şirəsini içməsidir. Qeyd edək ki, bu mükafatı alanlar sırasında Hillari və Bill Klintonlar, Papa II İohann Pavel, İsveç şahzadəsi Silviya, Tereza Ana və başqa məşhur şəxslər də var. Kapitula tarixində Polşa tərəfindən "Təbəssüm Ordeni"nə layiq görülən ilk azərbaycanlı Ələkbər Hüseynovdur. Uşaqların sevimlisi Ələkbər əmi kimi tanınan aktyor və rejissor Ələkbər Hüseynov uşaqlara gülüş və xoş əhvali-ruhiyyə bəxş etdiyi üçün bu mükafata layiq görülüb.
Təvəkkül Hüseynov
Təvəkkül İslam oğlu Hüseynov (25 mart 1938, Daşkənd, Basarkeçər rayonu – 16 may 1995, Bakı) — Azərbaycan SSR yüngül sənaye nazirinin birinci müavini (1978–1982), texnika elmləri namizədi. == Həyatı == Təvəkkül İslam oğlu Hüseynov 25 mart 1938-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. Orta təhsilini doğma Daşkənd kənd orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra 1955-ci ildə Gəncə Yüngül Sənaye Texnikumuna qəbul olmuşdur. 1957-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirərək elə həmin il Özbəkistanda Daşkənd Politexnik İnstitutuna daxil olmuşdur. 1962-ci ildə ali təhsilini başa vuran Təvəkkül Hüseynov təyinatla Mingəçevir Toxuculuq Kombinatına göndərilir və burada ilk əmək fəaliyyətinə başlayır. 1962-ci ildən 1973-cü ilə qədər həmin kombinatda sıravi mühəndislikdən başlayaraq müxtəlif vəzifələrdə işləmiş və 1973–1975-ci illərdə isə Mingəçevir Toxuculuq Kombinatının baş direktoru vəzifəsində çalışmışdır. Yüksək biliyə, geniş dünyagörüşə, bacarıqlı və səriştəli təşkilatçılıq qabiliyyətinə malik olan Təvəkkül Hüseynovun təqdirəlayiq təşkilatçılığı nəzərə alınaraq nazirliyin təqdimatı ilə 1975-ci ildə Azərbaycan KP MK onu V. İ. Lenin adına (indiki H. Z. Tağıyev) Bakı Toxuculuq Kombinatına baş direktor təyin edir. Həmin dövrdə çətin iqtisadi durumda olan kombinat qısa müddət ərzində rentabelli istehsalat müəssisəsinə çevrilir. Respublika Yüngül Sənaye Nazirliyinin Kollegiyasının üzvü olan Təvəkkül Hüseynov 1975–1978-ci illərdə Bakı Şəhər Sovetinin Deputatı seçilmişdir.
Təvəkkül Karman
Təvəkkül Abdel-Salam-Salam Karman — (ərəb. توكل عبد السلام خالد كرمان‎ Tawakkul 'Abd us-Salām Khalid Karmān; Tawakul, Tawakel) (7 fevral 1979-cu il təvəllüdlü ) Yəmənli Nobel sülh mükafatçısı, jurnalist, siyasətçi və insan haqları müdafiəçisi. 2005-ci ildə qurduğu "Zəncirsiz Qadın Jurnalistlər" qrupuna rəhbərlik edir. Ərəb baharı qiyamlarının bir hissəsi olan 2011-ci il Yəmən inqilabının beynəlxalq ictimaiyyətdə siması oldu. 2011-ci ildə bəzi yəmənlilər tərəfindən "Dəmir qadın" və "İnqilabın anası" adlandırılır. 2011-ci ildə Nobel sülh mükafatını alan ilk Yəmənli qadın, ilk ərəb qadını və Nobel mükafatını qazanan ikinci müsəlman qadın olur.Karman 2005-ci ildən sonra ölkəsində məşhurluq qazandı, Yəmənli jurnalist və mobil telefon xəbər xidmətinin vəkili kimi 2007-ci ildə lisenziyanı rədd etdi,bundan sonra mətbuat azadlığı üçün etirazlara rəhbərlik etdi. 2007-ci ilin mayından sonra islahat məsələlərini genişləndirərək həftəlik etirazlar təşkil etdi. Tunis xalqının 2011-ci ilin yanvarında Zeynalabdin bin Əli hökumətini devirməsindən sonra Ərəb baharı yönündəki Yasəmən inqilabını dəstəkləmək üçün Yəmən etirazlarını yönləndirdi. Prezident Əli Abdullah Saleh rejiminin sona çatması üçün səs verən rəqib idi. == Şəxsi həyatı == Təvəkkül Karman, 7 fevral 1979-cu ildə Yəmənin Taiz vilayəti, Şarab As Salam rayonunda anadan olmuşdur.
Təvəkkül Məmmədov
Təvəkkül Yaqub oğlu Məmmədov (1940, Yarımca) — Sumqayıt Şəhər İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımça kəndində anadan olub. Azərbaycan Neft və Kimya İnstitunu və Ali partiya məktəbini bitirib. Bakıda "Zaqfederasiya" gəmi təmiri zavodunda işləyib. Sumqayıt Polimer tikinti materaialları kombinatında növbə rəisliyindən direktor vəzifəsinə kimi yüksəlib. 1976-cı ildən 1981-ci ilədək kombinata rəhbərlik edib. == Siyasi fəaliyyəti == 1981-ci ildə Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib. 1982-ci ilin iyun ayında İcraiyyə Komitəsinin sədri seçilib. Bu vəzifədə 1988-ci ilədək çalışır. Sonra 3 saylı evtikmə kombinatının və Məişət kimyası zavodunun direktoru olub.
Təvəkkül Xankişiyev
Təvəkkül Gülbala oğlu Xankişiyev (1924, Yuxarı Qaramanlı, Neftçala rayonu – 5 yanvar 1977) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, Azərbaycan Kommunist Partiyası Neftçala Rayon Komitəsinin birinci katibi (1973–1977), Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı. == Həyatı == Təvəkkül Gülbala oğlu Xankişiyev 1924-cü ildə Yuxarı Qaramanlı kəndində doğulub. Orta məktəbi bitirib Xıllı rayon torpaq şöbəsində uçot üzrə inspektor işləyən Təvəkkül Xankişiyev İkinci dünya müharibəsində iştirak edir. 1942–1949-cu illərdə Sovet Ordusunda xidmət göstərmişdir. Təvəkkül Xankişiyev 1977-ci il yanvarın 5-də ov tüfəngindən açılan güllə ilə intihar etmişdir. == Siyasi fəaliyyəti == Müharibədən qayıtdıqdan sonra Xıllı Rayon Partiya Komitəsində əvvəlcə təlimatçı, daha sonra rayon partiya komitəsinin katibi işləyir. 1957–1960-cı illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olan Təvəkkül Xankişiyev məktəbi bitirdikdən sonra Azərbaycan Neft Kəşfiyyatı tresti 2 saylı qazma kontorunun ilk partiya təşkilatının katibi olmuşdur. Sonra, o, Neftçaladakı Xanlar adına sovxozun direktoru, Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədr müavini, Salyan rayon Partiya Komitəsinin katibi və Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədri işləyir. 1973-cü ildə isə Neftçala rayonu təşkil edilərkən birinci katib seçilir. Təvəkkül Xankişiyev dəfələrlə respublika Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif edilmişdir.
Təvəkkül İsmayılov
Təvəkkül Nəbi oğlu İsmayılov — aktyor. == Həyatı == Təvəkkül İsmayılov 9 iyun 1954-cü ildə anadan olmuşdur. Pəncərə filmində Ceyhun rolunun ifaçısı Xəlil İsmayılovun atasıdır.
Təvəkkül Şükürbəyli
Təvəkkül Hadı oğlu Şükürbəyli (1 iyun 1943, Ağdam rayonu) — rus dili üzrə mütəxəssis, leksikoloq, leksikoqraf, filologiya elmləri doktoru, professor. == Həyatı == Təvəkkül Hadı oğlu Şükürbəyli 1943-cü il iyunun 1-də Azərbaycan Respublikasının Ağdam rayonunda anadan olmuşdur. 1960-cı ildə Boyəhmədli kənd orta məktəbini bitirmişdir. 1960–1963-cü illərdə Nuxa (Şəki) tibb məktəbində oxumuşdur. 1964–1967-ci illərdə hərbi xidmətdə olmuş və "20 лет победы в Великой Отечественной войне 1941–1945 гг." medalı ilə təltif edilmişdir. 1968–1973-cü illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirmiş, tədris əlaçısı olmuş, institutu fərqlənmə diplomu ilə bitirmişdir. Lenin təqaüdçüsü olmuşdur. İnstitutu bitirdikdən sonra Ağdamın kənd məktəblərində rus dili və ədəbiyyatı müəllimi işləmişdir. 1975–1978-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universiteti) aspiranturasına daxil olmuşdur. Professor M. T. Tağıyevin rəhbərliyi ilə tədqiqat işi aparmışdır.
Təvəkkül Əliyev
Təvəkkül Əliyev (alim) — Azərbaycan arxeoloq alimi. Təvəkkül Əliyev (aktyor) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti.
Beynəlxalq Təbəssüm Günü
Beynəlxalq Təbəssüm Günü - Hər il oktyabrın birinci cümə günü qeyd olunur. Dünya hər il oktyabrın ilk cümə günündə bu günü qeyd edir. Özünü Xoşbəxtlik və Ümumdünya Təbəssüm Korporasiyasının beynəlxalq səfiri təyin edən, 2001-ci ildə həyatdan köçən Amerikalı rəssam Xarvi Boll hər il oktyabrın birinci cümə gününün təbəssüm günü kimi qeyd olunmasını istəyib. Beynəlxalq Təbəssüm Günüdə “Xeyirxah iş gör!” “Kiməsə gülməyə kömək et!” əsas şüarlardır. Qeyd edək ki, xeyirxahlıqla məşğul olmaq məqsədi ilə Xarvi Boll adına qeyri-kommersiya fondu da fəaliyyət göstərir.
Təbəssüm (film, 1987)
== Məzmun == Film Bakı şəhəri Nizami bölgəsindəki 59 saylı nümunəvi-"Təbəssüm" uşaq bağçası haqqında söhbət açır. == Film haqqında == Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: S.Həsənova, Miri Rzayev Operator: Elxan Əliyev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Maarif Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Təbəssüm (film, 1992)
== Məzmun == İnsan öz pis əməlləri ilə bütün dünyanı məhv etməyə qadirdir. Lakin sağlam düşüncəyə, təmiz və pak mənəviyyata malik insanlar hər cür fəlakətin baş verməsinin qarşısını ala bilərlər. Film insanları iftiralara, boş və mənasız çağırışlara uymamağa, ayıq olmağa çağırır. == Film haqqında == Film amerikan yazıçısı Rey Bredberinin eyniadlı hekayəsinin motivləri əsasında çəkilmişdir.Film Şahirə Kərimovanın quruluşçu rejissor kimi kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Rey Bredberi Ssenari müəllifi: Nərminə Quliyeva Quruluşçu rejissor: Şahirə Kərimova Quruluşçu operator: Yuri Varnovski Bədii rəhbər: Eldar Quliyev Quruluşçu rəssam: Rafiq Nəsirov Redaktor: Eldəniz Quliyev Rejissor: Əliheydər Şahbazov Səs operatoru: Teymur Abdullayev Montaj edən: Reyhan Mustafayeva Filmin direktoru: Azər Əkbərov === Rollarda === Mikayıl Mirzə — sərsəm Samir Məlikov — oğlan == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Təvəkkül Əliyev (aktyor)
Təvəkkül Əjdər oğlu Əliyev (21 avqust 1951, Neftçala rayonu – 23 yanvar 2017, Lənkəran) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti. == Həyatı == Təvəkkül Əliyev 1973-cü ildə İncəsənət İnistitutunun kino və dram aktyorluğu fakültəsini bitirdikdən sonra N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. T. Əliyevin Lənkəran teatrının səhnəsində oynadığı ilk rol M. İbrahimovun "Yaxşı adam" pyesindəki Azər obrazı olmuşdur. Daha sonra o, N. Xəzrinin "Sən yanmasan", İ. Əfəndiyevin "Mahnı dağlarda qaldı", N. Hikmətin "Bayramın birinci günü", A. P. Çexovun "Yubiley", M. İbrahimovun "Kəndçi qızı", M. Musiyenkonun "Nəsillər, eşidin!", V. Şekspirin "Qış nağılı", H. Cavidin "Topal Teymur", S. Vurğunun "Fərhad və Şirin", Ə. Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar", Ə. Əylislinin "Vəzifə" və onlarla digər əsərlərdə Eldar, Nicat, Şadi bəy, Xirin, Alman zabiti, Rəşad, Sillerqut, İldırım Bəyazid, Fərhad, Mirzəqulu xan, Əjdər kimi yadda qalan obrazlar yaratmışdır. O, səhnə fəaliyyəti ilə yanaşı rayonda keçirilən mədəni-kütləvi tədbirlərin təşkilində də yaxından iştirak edir. Xalq artisti Böyükxanım Əliyevanın həyat yoldaşıdır. Azərbaycan Respublikasının Əməkdar Artisti idi. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Təvəkkül Əliyev 23 yanvar 2017-ci ildə qəflətən ürək tutmasından vəfat etmişdir. Mərhum aktyor Bakıda Zabrat qəbiristanlığında dəfn edilmişdir.
Təvəkkül Əliyev (alim)
Təvəkkül Rəsul oğlu Əliyev (d. 30 may 1955, Ağcabədi, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı arxeoloq-alim, tarixçi. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, institut Elmi Şurasının üzvü və Çöl tədqiqatları sektorunun müdiri (2000-ci ildən). 2007-ci ildən Mil-Qarabağ arxeoloji ekspedisiyasının Qalatəpə dəstəsinə və 2009-cu ildən isə Azərbaycan–Almaniya beynəlxalq ekspedisiyasına rəhbərlik etmişdir. == Həyatı == Əliyev Təvəkkül Rəsul oğlu 1955-ci il may ayının 30-da Ağcabədi rayonunun Kəbirli kəndində anadan olmuşdur. 1972-ci ildə Kəbirli kənd M.Ə.Sabir adına kənd orta məktəbini, 1977-ci ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. 1978-ci ildə Azərbaycan EA Tarix institutu Arxeologiya və Etnoqrafiya sektorunun Çöl tədqiqatları şöbəsində baş laborant vəzifəsində işə başlamışdır. 1981-1985-ci illərdə həmin institutun aspiranturasında arxeologiya ixtisası üzrə təhsil almışdır. Prof. C.Xəlilovun rəhbərliyi ilə hazırladığı “Azərbaycan ərazisində siklopik tikililər” adlı dissertasiyasını 1988-ci ildə SSRİ EA Arxeologiya və Etnoqrafiya institutunun Leninqrad bölməsində müdafiə edib arxeologiya ixtisası üzrə tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
Ümumdünya Təbəssüm Günü
Ümumdünya Təbəssüm Günü (ing. World Smile Day) — hər il oktyabr ayının ilk cümə günü qeyd olunan bayram. Hər il oktyabr ayının ilk cümə günü Dünya Təbəssüm Günü (World Smile Day) qeyd olunur. Bu gün rəssam Harvi Bollun sayəsində yaranıb. XX əsrin ortalarında o Amerikada yaşayıb. Onun yaradıcılığı mükafatlandırılmırdı: tənqidçilər onunla maraqlanmır, əsərləri çətin ki, ölməzlik qazanardı. Amma necə oldusa "State Mutual Life Assurance Company of America" sığorta şirkətinin nümayəndələri vizitka üçün parlaq və yaddaşlara həkk olacaq simvol fikirləşməyi ona həvalə etdilər. Harvi bu haqda çox düşünmədi, indiki zamanda internet istifadəçilərinin "smaylik" adlandırdığı - gülümsəyən sarı simanı çəkib sifarişçilərə təqdim etdi. Bu 1963-cü ildə baş verib. Sifarişçilər bu işi qəbul etdilər, Bolla 50$ ödədilər.
Əxi Təvəkkül zaviyəsi
Əxi Təvəkkül zaviyəsi — Dərələyəz mahalının Keşişkənd (1957-ci ildən Yeğeqnadzor) rayonunun Ələyəz kəndində azərbaycanlılara məxsus tarixi abidə.Əxi Təvəkkül zaviyəsi XII-XIII əsrlərə aiddir. Abidənin kitabəsində yazılmışdı: "Bu məzar mərhum və uca şəhid, Qadir Allahın rəhmətinə ehtiyacı olan Əxi Təvəkkülündür-Allah onun günahlarını bağışlasın-məhərrəm ayı, doqquz yüz əllinci il (miladi-1543-cü il) tarixdə" . Abidə 1961 – ci ildə azərbaycanlı alimlər tərəfindən tədqiq edilmişdir. Tədqiqatlar nəticəsində zaviyənin bünövrəsi və Əxi Təvəkkülün baş daşı formasında iki xatirə daşı abidəsi aşkar olunmuşdur. Xatirə daşlarının üzərində ərəb və erməni dillərində həkk olunmuş kitabələrdə Əxi Təvəkkülün hicri 951 – ci ilin məhərrəm ayında (25. 03. – 24. 04. 1544) şəhid olduğu göstərilir. Kitabəninn iki dildə olması Azərbaycanda XI əsrin sonu – XII əsrin əvvəllərindən fəaliyyət göstərən və sonrakı dövrlərdə (XIV – XVI əsrlərdə) milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, şəhər sənətkarlarının hüquqlarını qoruyan quruma çevirilən əxi təşkilatının başçısı olduğunu ehtimal etməyə imkan vermişdir.