TƏZƏDƏN Doğrudan da [söhbət] tükənirdi ki, bu vaxt Eldar gəldi və hər şey təzədən çözələndi (M.İbrahimov); BİR DAHA Yolçu bir daha xarabalığı gözdən keçirdi (Ə.Məmmədxanlı); DÜBARƏ Sən məni doğrasan da ney kimi para-para; Deməliyəm parçala, istəsən kəs dübarə (M.Rahim); TƏKRAR O Könül, təkrar səhnəyə qayıdarkən yanaqlarında diktorun rəngli dodaqlarının izi qalmışdı (X.Hasilova); YENƏ Hacı sonra döşəkçəsi üzərində bardaş qurub lampanı titrək əlləri ilə yandırar, başı üstündəki köhnə İran sandığını açar, kisə-kisə pulları bir-bir çıxarıb sayar, qorxaq baxışlarla ətrafı süzdükdən sonra kisələri yenə də birbir sandığa yerləşdirib ağzını bağlardı (A.Şaiq); YENİDƏN Cövdət qapını örtüb yenidən yataq otağına, arvadının yanına gəldi (H.Abbaszadə).