Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adjika
Acika (abx. Аџьыка, gürc. აჯიკა) — Abxaz və gürcü mətbəxinə aid sous. Tərkibinin acılığından asılı olaraq yeməklərə tomat kimi də istifadə oluna bilir. Bəzən bitki yağı da əlavə olunur. Bu zaman yeməklərə daxil edildikdə xoşa gəlməz tam verə bilir. Daha çox sadə üsulla istifadə geniş yayılmışdır. == Tərkibi == 3 kq qırmızı bibər 300 qr bolqar bibəri 100 qr acı bibər (zövqə görə artırılıb və ya azaldıla bilər) 0,8 kq pomidor 4-5 diş sarımsaq (zövqə görə artırıla bilər) dada görə duz == Hazırlanma qaydası == Tərkibdə sadalanan tərəvəzlər birlikdə ət maşınından keçirilir. Zövqə görə pomidorun qabığını soymaqda olar. Çəkilmiş tərəvəzlər birlikdə suyu çəkilənə qədər bişirilir.
Tacik
Taciklər (tac. Тоҷик, dəri تاجيک) — Tacikistanda, İranda, Əfqanıstanda və Özbəkistanda kompakt halda yaşayan xalq. Tərkibinə 10 etnik qrup daxildir və sayları təxminən 18–25 milyon nəfərdir. == Məskunlaşma və sayları == === Əfqanıstanda === 5 iyun — 5 iyul 1979-cu il ümumölkə əhali siyahıyaalınmasına əsasən Əfqanıstan əhalisi 15.6 milyon nəfər olmuş, onun 3.5 milyon nəfərini taciklər təşkil etmişdir. MKİ-nin 2012-ci ilin iyul ayına olan məlumatına əsasən 30.419.928 nəfərlik Əfqanıstan əhalisinin 27 %-i, yəni təxminən 8.213 milyon nəfəri etnik taciklərdən ibarətdir. Britannika Ensiklopediyasına əsasən taciklər Əfqanıstan əhalisinin 20 %-ni təşkil edirlər. Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012-ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25.500.100 nəfər olduğu ehtimal edilir. MKİ-nin və Britannika Ensiklopediyasının Əfqanıstanda taciklərin ümumi əhali içərisindəki nisbətinə dair verdiyi məlumatlar və Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının 2012-ci ilin əvvəlinə olan Əfqanıstanın ümumi əhalisi haqqında verdiyi məlumatlar nəzərə alınarsa, bu ölkədə ən az 5.1 milyon nəfər, ən çoxu isə 6.885 milyon nəfər tacik yaşadığı ehtimal olunur. === Tacikistanda === 21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 6.373.834 nəfəri və ya 84,26 %-i etnik taciklərdən ibarətdir. Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500, 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir.
Andrey Stadnik
Andrey Vladimiroviç Stadnik (d. 15 aprel 1982) — Ukraynanı təmsil edən sərbəst güləşçi. Andrey Stadnik Ukraynanı 2008 Pekin Olimpiadasında təmsil etdi və gümüş medal qazandı. == Həyatı == Andrey Stadnik 15 aprel 1982-ci ildə anadan olub. Andrey Stadnikin bacısı Yana Stadnik 48 kiloqram çəki dərəcəsində yarışan güləşçidir. Andrey Stadnik 2007-ci il 25 dekabrda Azərbaycanlı güləşçi Mariya Stadnik ilə ailə həyatı qurdu; İqor (d. 2010) adlı bir oğlu və Mia (d. 2013) adlı bir qız övladı var. == Karyerası == Andrey Stadnik 2008-ci ildə Ukraynanın bayrağı altında Çinin Pekin şəhərində XXIX Yay Olimpiya Oyunlarına qatıldı. 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Andrey Stadnik finala gədər Birləşmiş Ştatların güləşçisi Douq Şvabı 6:0, Hindistanlı Suşil Kumarı 8:1, Belaruslu Albert Batırovu 8:6 və Qazaxıstanlı Leonid Spiridonovu 3:0 hesabları ilə məğlub etdi.
Ceyms Çadvik
Ceyms Çadvik (20 oktyabr 1891[…] – 24 iyul 1974[…], Kembric) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1927). Nobel mükafatı laureatı (1935). Ernest Rezerfordun şagirdi. == Həyatı == Mançester və Kembric universitetlərini bitirmişdir. Kembric Universitetində dərs demiş və Kavendiş laboratoriyasının direktor müavini (1923– 35), Liverpul Universitetinin professoru (1935–48) olmuşdur. Əsas işləri atom nüvəsi fizikasına aiddir. 1914-cü ildə beta-şüalanmanın kəsilməz enerji spektrini kəşf etmişdir. İlk işləri radioaktivliyə həsr olunmuşdur. == Fəaliyyəti == 1920-ci ildə eksperimental olaraq nüvənin yükünün elementin sıra nömrəsinə bərabər olmasını təsdiq etmişdir. Alfa-zərrəciklərin təsiri altında elementlərin çevrilməsini (Ernest Rezerfordla birlikdə) və qamma-kvantlarla elektron-pozitron cütünün əmələ gəlməsini öyrənmişdir (P. Blekket və C. Ok kialini ilə birlikdə).
Mariya Stadnik
Mariya Vasili qızı Stadnik (ukr. Марiя Василiвна Стадник; qızlıq soyadı Стаднiк; 3 iyun 1988, Lvov) — 2007-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən qadın güləşçi. Azərbaycan idmanı tarixinin ən titullu idmançılarından biri. Dörd dəfə Olimpiya Oyunlarının medalına sahib olan üç qadın güləşçidən biri. Karyerası ərzində Mariya Stadnik dörd dəfə Olimpiya Oyunlarında mübarizə aparıb. 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında bürünc medallara sahib olan Mariya Stadnik, 2012-ci ildə Londonda (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarının və 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) baş tutan XXXI Yay Olimpiya Oyunlarının final görüşlərində məğlub olaraq gümüş medallara sahib oldu. Mariya Stadnik Azərbaycanın Olimpiya Oyunları tarixində dörd dəfə medala sahib olan birinci və yeganə idmançısıdır. Mariya Stadnik həm də Yaponiya güləşçiləri Kaori İço və Saori Yoşidadan sonra dörd dəfə Olimpiya Oyunlarında medal qazanmağı bacaran üçüncü qadın güləşçidir. Mariya Stadnik güləş üzrə Dünya Çempionatlarında isə altı dəfə medallara sahib olub. 2009-cu ildə Herninqdə, 2019-cu ildə isə Nur-Sultanda Dünya Çempionatının qalibi olan Mariya Stadnik, üç dəfə — 2011, 2015 və 2018-ci illərdə final görüşlərində məğlub olaraq turnirin gümüş medallarını qazanıb.
Nadjib Asanbayev
Nadjib Asanbayev (tam adı: Nikolay Vasilyeviç Asanbayev; başq. Нәҗип Асанбаев; d. 7 noyabr 1921, Axmanovo, Bakalinsk, Başqırdıstan – ö. 28 mart 2013, Ufa, Başqırdıstan, Rusiya) — başqırd yazıçısı. Başqırd MSSR əməkdar mədəniyyət xadimi (1982). == Həyatı == 7 noyabr 1921-ci ildə Bakalinsk rayonunun Axmanovo kəndində anadan olmuşdur. 28 mart 2013-cü ildə vəfat etmişdir. Ufanın Cənub qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilmişdir. == Təhsili və fəaliyyəti == 1963-cü ildə Moskvada Ali ədəbiyyat kurslarını bitirmişdir. 1963-1965-ci illərdə M.Qafuri adına Başqırdıstan Dövlət Dram Teatrının direktoru işləmişdir.
Neoseiulus kapjik
Neoseiulus kapjik (lat. Neoseiulus kapjik) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Talnik (Auırqazı)
Talnik (başq. Тальник, rus. Тальник) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 32 km, kənd sovetliyindən (Semenkin): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.
Talnik (Avurğazı)
Talnik (başq. Тальник, rus. Тальник) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 32 km, kənd sovetliyindən (Semenkin): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.
Cadik Sultan
Cadik (XV əsr - 1520 ) – Qazax sultanı, Qazax xanlığının banisi Xan Zhanibekin doqquzuncu oğlu. Məhəmməd Haydar Dulati Cadiqi ən nüfuzlu hökmdarlardan biri hesab edirdi. Jadikin qohumu Qasım xan diplomatik və siyasi işlərdə ona arxalanırdı. Mənbələrdə Jadik haqqında çox az məlumat var. Cadik Şıqayın oğlu Qazax xanlığının xanı idi. Cadik Cılandı Tobe traktında Şıqım Mirzənin başçılıq etdiyi noqaylarla döyüşdə öldü. Kadırqali Kosimulinin sözlərinə görə, Cadikin məzarı Urgançda, Bakırqan Ata ərazisində yerləşir.
Radik İsayev
Radik İsayev (doğum adı: Əbdürrəhim Vələddinoviç İsayev) (26 sentyabr 1989; Axtı rayonu, Dağıstan MSSR, Rusiya SFSR) — 2010–2012-ci illərdə Rusiya yığmasının heyətində mübarizə aparan, 2012-ci ildən isə Azərbaycan yığmasının heyətində çıxış edən taekvondoçu. 2016-cı ildə Olimpiya Oyunlarının, 2015-ci ildə Dünya Çempionatının, 2015-ci ildə Avropa Oyunlarının, 2014-cü ildə isə Avropa Çempionatının qalibi olmaqla, dörd nüfuzlu turnirdə çempion olan yeganə Azərbaycan idmançısıdır. İsayev 2014-cü ilin mayında Azərbaycanda baş tutan Avropa Çempionatının qalibi olmaqla, birinci ciddi uğuruna imza atdı. Bir il sonra — 2015-ci ildə isə Rusiyada baş tutan Dünya Çempionatının qızıl medalını qazanmaqla, 14 ildən sonra bu idman növü üzrə Dünya Çempionatının qalibi olmağı bacaran birinci Azərbaycan idmançısı oldu. Həmin ilin iyununda isə o, Azərbaycanda baş tutan Avropa Oyunlarında da bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2016-cı ildə isə İsayev ən ciddi uğuruna imza atdı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının final görüşündə Niger nümayəndəsi Abdulraza İssufu üzərində 6:2 hesabı ilə qələbə qazanaraq Olimpiadanın qalibi oldu. Bununla da o, bu idman növü üzrə Olimpiadaların qalibi olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. 2018-ci ildə Rusiyanın Kazan şəhərində baş tutan Avropa Çempionatının qalibi olmaqla, Niyaməddin Paşayevdən sonra 2 dəfə həmin turnirin qızıl medalına sahib olan birinci Azərbaycan idmançısı oldu. Karyerası ərzində 66 beynəlxalq turnirdə mübarizə aparan İsayev, onların 15-də qızıl medala, 14-də gümüş medala, 16-da isə bürünc medala sahib olub.
Radik İsmayılov
İsmayılov Radik Arzuman oğlu (9 oktyabr 1979, Nərimanlı, Vardenis rayonu) — Azərbaycan jurnalisti, "ARB 24" telekanalının icraçı direktoru (2020), Sosiologiya üzrə fəlsəfə doktoru. == Həyatı == Radik İsmayılov 9 oktyabr 1979-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Orta təhsilə 1986-cı ildə Bakı şəhəri Nizami rayonundakı 12 saylı məktəbdə başlamış, valideynlərinin yaşayış yerini dəyişməsi səbəbindən təhsilini Suraxanı rayonundakı 278 saylı orta məktəbdə davam etdirmiş və 1996-cı ildə oranı fərqlənmə attestatı ilə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. 1996-2000-ci illərdə bakalavr pilləsində təhsil almış, 2001-ci ildə magistratura pilləsinə daxil olmuş və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əyani aspirantura şöbəsində təhsilini davam etdirmiş, "Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. "Ekstremal jurnalistika (praktik vəsait)" kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir. Lider televiziyası Xəbərlər xidmətinin baş redaktorunun 1-ci müavini olmuş, 2016-cı ildən CBC telekanalının redaktoru, ARB 24-də baş redaktor vəzifəsində çalışmışdır.2020-ci ildə "ARB 24" telekanalının icraçı direktoru təyin olunmuşdur. == Elmi əsərləri == Hərbi konfliktlərin işıqlandırılması // Mətbuat tariximizin iftixar səhifəsi: “Şərqi-Rus”-100 (elmi praktik konfransın materialları. Bakı, 2003 Savaş jurnalistləri "ordusuna" peşəkar əsgərlər gərəkdir // Mətbuat tariximizin iftixar səhifəsi: “Şərqi-Rus”-100 (elmi praktik konfransın materialları.
Tacik dili
Tacik dili (tac. забо́ни тоҷикӣ́ [za’bɔːni tɔːd͡ʒi’ki], eləcə də форси́и тоҷикӣ́ [fɔːr’siji tɔːd͡ʒi’ki] "tacik fars dili") — Orta Asiyada yaşayan taciklərin(farsların) danışıq dili, Tacikistanın rəsmi dövlət dili.
Tarik Elyunussi
Tarik Elyunussi (d. 23 fevral 1988, Mərakeş) - Azərbaycan Premyer Liqası təmsilçilərindən Qarabağ klubunda çıxış edən, əslən mərakeşli olan norveçli peşəkar futbolçudur. == Karyerası == Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir. 29 yaşlı futbolçu peşəkar karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Heerenven”, Norveçin “Lillström” və “Rusenburq”,Almaniyanın “Hoffenhaym” kimi klublarında çıxış edib. 2016-cı ilin yayında isə futbolçu “Olimpiakos” klubuna transfer olunub. Norveç milli komandasıyla 43 oyuna çıxan Tarik Elyunussi 9 qolla yadda qalıb.
Tarik Hodziç
Tarik Hodziç (16 oktyabr 1972) — Bosniya və Herseqovinanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Tarik Hodziç Bosniya və Herseqovinanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Tarik Əliyev
Tarik Əliyev (tam adı: Tarik İsmayıl oğlu Əliyev) — Azərbaycan diplomatı. == Diplomatik fəaliyyəti == Tarik Əliyev Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Fransa Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. Elə həmin gün ona Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verilmişdir.Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2008-ci il tarixli Sərəncamı ilə iqamətgahı Paris şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.Tarik Əliyev Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2010-cu il tarixli Sərəncamı ilə hər iki ölkədən – Fransa və Monakodakı vəzifəsindən geri çağırılmışdır.O, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə eyni zamanda Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) yanında daimi nümayəndəsi təyin edilmişdir.31 oktyabr 2012-ci il tarixli Sərəncama əsasən, iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Tunis Respublikasında, 11 dekabr 2012-ci il tarixli Sərəncama əsasən, eyni zamanda Portuqaliya Respublikasında, Seneqal Respublikasında və Qambiya Respublikasında, 16 yanvar 2013-cü il tarixli Sərəncama əsasən isə, eyni zamanda Mavritaniya İslam Respublikasında, 27 fevral 2013-cü il tarixli Sərəncama əsasən isə, eyni zamanda Mali Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur. Tarik Əliyev Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2016-cı il tarixli Sərəncamı ilə Tunis Respublikasındakı vəzifəsindən geri çağırılmışdır.
İbrahima Vadji
İbrahima Vadji (həmçinin İbrahima Vaci, ing. Ibrahima Wadji; 5 may 1995) — Seneqal futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" FK-nın hücumçusu. == Karyera == İbrahima Vadji 8 avqust 2017-ci ildə Qazişəhər Qaziantepdən "Molde"yə transfer edilmişdir.Vadji 2018-ci ilin iyul ayında 2018-ci il mövsümünün sonuna qədər icarənin sonunda daimi olaraq klubda qalmaq imkanı ilə icarə əsasında "Högesunn"a qoşulmuşdur. "Högesunn" klubu 4 dekabr 2018-ci ildə 2021-ci ilin sonuna qədər Vadji ilə daimi müqavilə imzaladığını açıqlamışdır. 21 iyun 2019-cu ildə "Högesunn" təsdiq etmişdir ki, 19 may 2019-cu ildə "Kristiansunn" ilə matçdan sonra antidopinq testi zamanı Vadjidə morfin pozitiv olmuşdur.İbrahima Vadji 18 avqust 2021-ci ildə Vadji "Qarabağ "la 3 illik müqavilə imzalamışdır.
Duşan Tadiç
Duşan Tadiç (serb-kiril Душан Тадић, tələffüzü [[Beynəlxalq fonetik əlifba|[dǔʃan tǎdiːtɕ]]]; 20 noyabr 1988) — Super Liqa klubu "Fənərbaxça"da oynayan və Serbiya millisinin kapitanlarından olan serb peşəkar futbolçu.
II Vaxtanq Tangik
II Vaxtanq Tangik (doğum və vəfat tarixləri bilinmir) – Aşağı Xaçın knyazı. Sərkis Zaxaryan və Saakanduxt Arsruninin qızı olan Xorişə xatunla evlənmiş, üç oğlu və üç qızı olmuşdur: 1214-cü ildə Böyük oğlu Həsən Cəlal Xaçın taxtına oturmuşdur.
Tacik Sovet Ensiklopediyası
Tacik Sovet Ensiklopediyası (tac. Энциклопедияи советии тоҷик) — Sovet dövründə Tacikistanda tacik dilində nəşr olunmuş 8 cilddən ibarət universal ensiklopediya. 1978-1988-ci illərdə nəşr edilmişdir.
Tosya-Ladik zəlzələsi
Tosya-Ladik zəlzələsi — 1943-cü il noyabrın 27-də baş vermiş zəlzələ. Zəlzələ zamanı 10 mindən artıq ev uçmuş, 7 mindən artıq insan tələf olmuşdur.
Uyuk Tarlık
Abidə fin ekspediyası tərəfindən Uluğ-Kem çayının qolu Uyuk-Tarlık çayının sahilində Mixaylovo kəndinin 3 km-də tapılmışdır. Boz salants daşı üzərində iki sətir yazıdan ibarətdir. Daşın yuxarı hissəsində damğa da var. Abidənin ətrafli təsvirini D.A.Klementov verib. Daşın üzərindəki yazılar bir sıra türkoloqlar tərəfindən tərcümə və nəşr edilib.
Tarık Akan
Tarık Akan (13 oktyabr 1949, İstanbul – 16 sentyabr 2016[…], İstanbul) — Türk kino aktyoru. == Həyatı == Əsl adı Tarık Tahsin Üregül olan aktyor 13 oktyabr 1949-cu ildə anadan olmuşdur. == Karyerası == Aktyor karyerası boyu 111 film və 4 serialda rol almışdır. İlk dəfə 1971-ci ildə "Solan bir yarpaq kimi" filmində çəkişlimdir. Daha sonra aktyor "Yeşilçam"ın ən yaraşıqlı aktyoru kimi məşhurlaşmışdır. "Mavi Boncuk", "Sev Kardeşim" və "Hababam sinfi" kimi filmlərdə canlandırdığı rolları ilə türk filminin unudulmaz adlarından biri olub. Tarık Akan 1970-ci ildə "Ses" jurnalının seçmələrinə qatılır və birinci yere çıxır. Yaradıcılığının ilk illərində Fatma Girik, Filiz Akın, Türkan Şoray, Hülya Koçyiğit kimi aktirisalarla filmlərə çəkilir. Tarık Akanın meşhur rejissor Ertem Eğilmezlə tanışlığı onun həyatında yeni səhifə olur. 1971-ci ildə Hülya Koçyiğitlə oynadığı "Beyoğlu gözəli" filmi Tarık Akanın Ertem Eğilmezlə ilk filmi olur.
Tarık Ündüz
Tarık Özcan Ündüz (4 iyul 1988, İstanbul) — Türkiyəli aktyor. == Həyatı == Tarık Özcan Ündüz, 4 iyul 1988-ci ildə İstanbulda anadan olmuşdur.
Tarık Buğra
Tarık Buğra və ya Süleyman Tarık Buğra türk jurnalist həmçinin roman, hekayə, pyes və lətifə yazarı. Cümhuriyyət dövrü türk ədəbiyyatının tanınmış yazarlarındandır. Ədəbiyyatın bir çox janrında əsər yazsa da daha çox romanları ilə tanınır. 1991-ci ildə dövlət mükafatına layiq görülüb. == Həyatı == Tarık Buğra 1918-ci ildə Anadolunun Akşehir qəsəbəsində Mehmet Nazim bəylə Nazikə xanımın ailəsində dünyaya gəlmişdir. Ailədə dörd uşaq olmuşlar. T. Buğranın anası isə Akşehirdə doğulmuş, 15 yaşında Nazim bəylə evləndirilən, türkmən ailəsinin qızı olan Nazikə xanımdır. Nazikə xanım yaşının az olmasından dolayı Buğranın anası deyil, sanki böyük bacısı kimi görünürdü. Hələ uşaq yaşlarında anasının Yunus Əmrədən ona oxuduğu şeirlərin və dinlətdiyi ilahilərin onun böyüməsi, həyatı dərk etməsində böyük rolu olmuşdur. Valideynləri kiçik Buğranın ilk müəllimləri və yol göstəriciləri olmuşlar.
Kim Ki-Taik
Kim Ki-Taik (3 oktyabr 1962) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kim Ki-Taik Cənubi Koreyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə gümüş medala, cüt turnirdə isə 4-cü pillənin sahibi olub.