Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Talisman
Talisman və ya bəzən maskot (fr. mascotte — «uğur gətirən insan, heyvan və ya əşya») — hər hansı tanınan insanabənzər personaj, kollektivi təcəssüm etdirir: məktəb, idman komandası, icma, hərbi hissə, hadisə və ya brend. İdman dünyasında, maskot kommersiya üçün də istifadə olunur.
Taleyran
Şarl Moris de Taleyran-Periqor (fr. Charles Maurice de Talleyrand-Périgord; 2 fevral 1754 və ya 13 fevral 1754, Paris, Fransa krallığı – 17 may 1838[…] və ya 1838, Paris, İyul monarxiyası) — Fransa dövlət xadimi və diplomat, 1799-1807 və 1814-1815–ci illərdə Fransanın xarici işlər naziri, Vyana konqresinin iştirakçısı. Taleyran 2 fevral 1754-cü ildə Paris yaxınlığında mövcud olan Qaransyer küçəsi evdə dünyaya göz açmışdı. Bu küçə XV əsrdən mövcud idi. Onun ailəsi Fransanın məşhur zadəgan ailələrindən idi. Atası Şarl Daniel Şalenin knyazı, Periqorun qrafı De Bovil və Mareyin baronu idi. Anası isə krallıq dövrünün saray xanımlarından idi. Şarl Morisi Sen-Sülpisdə balaca bir kilsədə xaç suyuna saldılar. Onun xaç atası əmisi Aleksandr Anjelik idi ki, gələcəkdə Parisin arxiyepiskopu olacaqdı. Kilsədən çixandan sonra uşaq dayəsi ilə birlikdə Sen Jaka göndərildi.
Talıstan
Talıstan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi əsasən taxılçılıq və heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi var. Talıstan çayının sol həm də sağ yaşayış yeri və qəbir abidələrindən metal əşyalar, silahlar, zəngin keramika nümünələri və saxsı qablar tapılmışdır. Tapıntılardan məlum olmuşdur ki, bu ərazidə hələ 2-1 əsrlərdə yaşayış olmuşdur. Rayon mərkəzindən 4 km şimal-şərqdə Girdimançayın sağ sahilindən 10 km aralı, Acınohur ön dağlığı yamacındadır. Şimaldan Cavanşir qalası, qərbdən Cülyan kəndi, şərqdən Diyallı kəndi ilə əhatə olunub və dağətəyi ərazidə yerləşir. 1859-1864-cü il olan məlumata əsasən Talıstan kəndində 83 evdə 225 nəfəri kişilər, 117 nəfəri isə qadınlar olmaqla 342 nəfər müsəlman Azərbaycanlılar yaşayırdı. Əhalisi 2556 nəfərdir ki onunda 1295 nəfəri kişi, 1261 nəfəri qadındır.
Olimpiya talismanı
Olimpiya talismanı — Olimpiya oyunlarının simvollarından biridir. İlk əvvəllər Olimpiya Oyunlarının simvolları gerb (beş bütöv halqa ) və Olimpiya məşəli idi. Olimpiya talismanının yaradılması ideyası isə rəsmən 1972-cü ilin yayında Almaniyada Münhen şəhərində keçirilmiş Beynəlxalq Olimpiya Komitəsinin 73-cü sessiyasında təsdiqlənib. Olimpiya oyunlarının ilk talismanı ilə bağlı bir neçə fikir olsa da, insanların əksəriyyəti ilk Olimpiya talismanının 1968-ci ildə Fransada Qrönobl Qış Olimpiya Oyunlarında istifadə olunduğunu qəbul edir. Ancaq ilk rəsmi Olimpiya talismanı 1972-ci il Münhen Yay Olimpiya Oyunlarındakı Taksa it cinsini simvolizə edən Valdi qəbul olunur. 1968-ci il Yay və Qış Olimpiya oyunlarının talismanları isə qeyri-rəsmi talismanlardır. Olimpiya oyunlarının talismanı Oyunları populyarlaşdırmaq və Olimpiya Hərəkatının prinsiplərini təbliğ etmək üçün nəzərdə tutulub. Talisman Olimpiya oyunlarını qəbul edən ölkənin mədəniyyət xüsusiyyətlərini əks etdirən və müasir Olimpiya Hərəkatının dəyərlərini təmsil edən insan, heyvan və ya uydurulmuş bir obraz ola bilər.
Talıstan bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Filipp Halsman
Filipp Halsman (latış. Filips Halsmans‎, alm. Philipp Halsmann‎; 2 may 1906 – 25 iyun 1979) — ABŞ portret fotoqrafı. Onun "Tullanış" adlı seriya fotoları foto sənətinin klassikası hesab olunur.. Bu seriyada 200-dən çox məşhur şəxsin tullanış edərkən çəkilmiş fotoları yer alır.. O vaxtilə Rusiya imperiyasının bir hissəsi olmuş Latviyanın Riqa şəhərində anadan olmuş və Nyu-York da dünyasını dəyişmişdir. == Həyat və fəaliyyəti == Halsman 1906-cı ildə yəhudi cütlüyü – dantist Marduk (Maks) Halsman və gimnaziya məktəbinin direktoru İta Qrintuxun ailəsində dünyaya göz açmışdır. O, Drezdendə elektrik mühəndisliyi üzrə təhsil almışdır. 1928-ci ilin sentyabrında Avstriyanın antisemitizmin sərt olduğu dağlıq Tirol bölgəsinə piyada turizmi zamanı 22 yaşlı Halsman atasının ölümündə günahlandırılmışdır. Şahidlərin dəlillərinə əsasən, o 4il müddətinə həbsxanaya məhkum edilmişdir.
Karl Zaleman
Karl Qermanoviç Zaleman (28 dekabr 1849 - 13 dekabr 1916) — Rusiya şərqşünası. == Həyatı == Karl Qermanoviç Zaleman orta təhsilini Revalda aldıqdan sonra Sankt-Peterburq Universitetinin şərq dilləri fakültəsinə daxil olmuşdur. 1871-ci ildə bu fakültəni bitirən Zaleman 1873-cü ildə magistraturaya daxil olmuş, 1875-ci ildə "Xəqaninin rübailəri" adlı magistr dissertasiyasını müdafiə etmiş, daha sonra Peterburq Universitetində kitabxana köməkçisi vəzifəsində çalışmışdır. 1875-ci ildə 3 sınaq dərsi tədris etmiş, 1876-cı ildə sanskrit-fars şöbəsində "Avesta" və pəhləvi dərslərini tədris etməyə başlamışdır. Bu şöbədə 40 il professor olaraq çalışmış, çox sayda tələbə yetişdirmişdir. Zaleman türk dili və dialektləri ilə yaxından maraqlanmış, universitetdə tələbə ikən "Rusca-qumuqca lüğət"i yazmışdır (lüğət yazılı şəkildə qalmışdır). Daha sonra Orxon abidələri üzərində tədqiqat aparmışdır. Saleman "Altay dilinin qrammatikası" adlı əsərin müəllifidir. (Onun bu əsərlərinin əlyazıları Rusiya Elmlər Akademiyası Sankt-Peterburq bölməsinin arxivində saxlanılır). 1880-ci ildə Qazanda Qəyyum Nasiridən tatar dilini öyrənmiş, ingilis İncil dərnəyinin təklifi ilə İncili tatar dilinə tərcümə etmişdir.
Abel Tasman
Abel Tasman (ing. Abel Janszoon Tasman) - Avstraliya və Okeaniya ərazilərini tam dövrə vurmuş və Yeni Zelandiyaya gəlmiş ilk avropalı səyyah. Abel Tasman Yeni Zelandiyanı 1642-ci ilin 15 aprel tarixində kəşf etmişdir. Avstraliyanın cənubunda yerləşən Tasmaniya adası, Tasmaniya dənizi, səyyahın şərəfinə adlandırılmışdır.
Tasman Torpağı
Tasman Torpağı (ing. Tasman Peninsula) — Qərbi Avstraliyanın şimal hissəsindəki, Avstraliya materikinin çıxıntı hissəsidir. Tasman Torpağı Kinq və Kembric körfəzləri arasındakı Kimberli yaylaları, Antrim vulkanik yaylası və Fisroy çayı ovalığını özündə birləşdirən sahil zolağını əhatə edir. Ərazinin adı hollandiyalı tədqiqatçı Abel Tasmanın şərəfinə verilmişdir.
Tasman dənizi
Tasman dənizi – Avstraliya və Okeaniyada yerləşir. Sakit okeana çıxışı vardır. Tasmaniya dənizi Avstraliya və Yeni Zelandiyanın arasında yerləşir. Dəniz məşhur holland səyyah Abel Tasmanın şərəfinə adlandırılmışdır.
Tasman yarımadası
Tasman yarımadası ing. Tasman Peninsula - Tasmaniya adasının bir hissəsini təşkil edir. Yarımada Abel Tasmanın şərəfinə adlandırılıb. Tasman yarımadasını adadan iki bərzəx birləşdirir. Qabarma və çəkilmə nəticəsində onlardan biri tədricən boğaza çevrilir. Bərzəxin eni 30 - 40 metr təşkil edir. Ərazidə Port Artur şəhəri yerləşir. Yarımadanın cənub-şərqində Tasman milli parkı vardır. Oradan cənub-şərqdə məşhur Tasman adası yerləşir.
Migel Aleman Valdes
Migel Aleman Valdes (isp. Miguel Alemán Valdés, İspanca tələffüz: [miˈɣel aleˈman] ( dinlə); 27 sentyabr 1900 – 14 may 1983, Mexiko) — Meksika dövlət və siyasət xadimi, 1 dekabr 1946-cı ildən 30 noyabr 1951-ci ilə qədər Meksika Prezidenti. Onun administrasiyası adətən "Meksika möcüzəsi" adlandırılan Meksikanın sürətli şəkildə sənayeləşməsi prosesi, həm də özü və həmkarlarının şəxsi səviyyədə zənginləşdməsi ilə xarakterizə olunurdu.. Onun prezidentliyi Meksika dövlət başçılarının Meksika inqilabında birbaşa iştirak etməyən yeni nəslinin başlanğıcı olmuşdur. Onun hökumətində çoxları gənc, universitet təhsilli mülki şəxslər, universitetdə oxuduğu günlərdən yaxın dostlar idi. Migel Aleman Valdes 27 sentyabr 1900-cü ildə Verakruzda anadan olmuşdur. 1936-cı ildə senator seçilmişdir. 1939-cu ildə ali məhkəmənin hakimi təyin edilmişdir. 1936–1939-cu illərdə Verakruz hökumətinə rəhbərlik etmişdir. O, Avila Kamaçonun seçki kampaniyasına rəhbərlik etmişdir.
Şarl Moris de Taleyran-Periqor
Şarl Moris de Taleyran-Periqor (fr. Charles Maurice de Talleyrand-Périgord; 2 fevral 1754 və ya 13 fevral 1754, Paris, Fransa krallığı – 17 may 1838[…] və ya 1838, Paris, İyul monarxiyası) — Fransa dövlət xadimi və diplomat, 1799-1807 və 1814-1815–ci illərdə Fransanın xarici işlər naziri, Vyana konqresinin iştirakçısı. Taleyran 2 fevral 1754-cü ildə Paris yaxınlığında mövcud olan Qaransyer küçəsi evdə dünyaya göz açmışdı. Bu küçə XV əsrdən mövcud idi. Onun ailəsi Fransanın məşhur zadəgan ailələrindən idi. Atası Şarl Daniel Şalenin knyazı, Periqorun qrafı De Bovil və Mareyin baronu idi. Anası isə krallıq dövrünün saray xanımlarından idi. Şarl Morisi Sen-Sülpisdə balaca bir kilsədə xaç suyuna saldılar. Onun xaç atası əmisi Aleksandr Anjelik idi ki, gələcəkdə Parisin arxiyepiskopu olacaqdı. Kilsədən çixandan sonra uşaq dayəsi ilə birlikdə Sen Jaka göndərildi.