TALIPOT
TALISMANIC
OBASTAN VİKİ
Talisman
Talisman və ya bəzən maskot (fr. mascotte — «uğur gətirən insan, heyvan və ya əşya») — hər hansı tanınan insanabənzər personaj, kollektivi təcəssüm etdirir: məktəb, idman komandası, icma, hərbi hissə, hadisə və ya brend. İdman dünyasında, maskot kommersiya üçün də istifadə olunur.
Azərbaycan talismanları
Azərbaycan talismanları və ya maskotları (ing. Azerbaijani mascots) müxtəlif tədbirlərdə istifadə edilir. == Tarixi == Azərbaycan xalçalarında tovuzquşu və qartaldan simvol olaraq istifadə edilir. Qartal gücü və hökmdar ləyaqətini simvolizə etsə də, daha sonra qoruyucu talismana çevrilmişdir. Tovuz quşu Günəş tanrısı ilə əlaqələndirilir, onun gözü yaxın zamanda baş verəcək təhlükədən qoruyur. XVII əsrdən bəri Azərbaycan xalçalarında istifadə edilən əjdaha motivi ilk növbədə talisman rolu oynamışdır.
Futbol üzrə dünya çempionatlarının talismanları
1966-cı il çempionatının talismanı olan Aslan Villi belə böyük idman tədbirində ilk talismanlardan biri idi. Adətən, talisman qismində çempionatın keçirildiyi ölkəyə xas olan bəzi xarakterik detallar (kostyum, bitki, heyvan və s.) seçilir.
FİFA Dünya Kubokunun talismanları
1966-cı il çempionatının talismanı olan Aslan Villi belə böyük idman tədbirində ilk talismanlardan biri idi. Adətən, talisman qismində çempionatın keçirildiyi ölkəyə xas olan bəzi xarakterik detallar (kostyum, bitki, heyvan və s.) seçilir.
Olimpiya talismanı
Olimpiya talismanı — Olimpiya oyunlarının simvollarından biridir. İlk əvvəllər Olimpiya Oyunlarının simvolları gerb (beş bütöv halqa ) və Olimpiya məşəli idi. Olimpiya talismanının yaradılması ideyası isə rəsmən 1972-cü ilin yayında Almaniyada Münhen şəhərində keçirilmiş Beynəlxalq Olimpiya Komitəsinin 73-cü sessiyasında təsdiqlənib. Olimpiya oyunlarının ilk talismanı ilə bağlı bir neçə fikir olsa da, insanların əksəriyyəti ilk Olimpiya talismanının 1968-ci ildə Fransada Qrönobl Qış Olimpiya Oyunlarında istifadə olunduğunu qəbul edir. Ancaq ilk rəsmi Olimpiya talismanı 1972-ci il Münhen Yay Olimpiya Oyunlarındakı Taksa it cinsini simvolizə edən Valdi qəbul olunur. 1968-ci il Yay və Qış Olimpiya oyunlarının talismanları isə qeyri-rəsmi talismanlardır. Olimpiya oyunlarının talismanı Oyunları populyarlaşdırmaq və Olimpiya Hərəkatının prinsiplərini təbliğ etmək üçün nəzərdə tutulub. Talisman Olimpiya oyunlarını qəbul edən ölkənin mədəniyyət xüsusiyyətlərini əks etdirən və müasir Olimpiya Hərəkatının dəyərlərini təmsil edən insan, heyvan və ya uydurulmuş bir obraz ola bilər.

Digər lüğətlərdə