Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Janbay
Janbay adası (qaz. Жанбай аралы) — Xəzər dənizində yerləşən ada. Volqa çayı deltasından şərqdə yerləşir. Sahildən 1,2 km aralıda qərar tutur. Uzunluğu 21,5 km, maksimal eni 7 km təşkil edir. Qazaxıstannın Atırau vilayəti ərazisinə daxildir.
Köhnə Yanbay (Baltas)
Köhnə Yanbay (başq. Иҫке Янбай, rus. Староякшеево) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Köhnə Yanbay şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 22 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 90 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (61%), tatarlar (32%) üstünlük təşkil edir.
Yeni Yanbay (Baltas)
Yeni Yanbay (başq. Яңы Янбай, rus. Новоянбаево) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Köhnə Yanbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 28 km., kənd sovetliyindən (Köhnə Yanbay): 12 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 75 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (69%), tatarlar (31%) üstünlük təşkil edir.
Atabay
Atabay — İran türkmənlərinin Yəmut elinin oymaqlarındandır.
Canbar
Canbar — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Canbar kəndi dağ ətəyində yerləşir. Cambar variantında da qeydə alınmışdır. Oykonimi çənbər (dairə) sözü ilə əlaqələndirirlər. Eyni zamanda Candar kimi də yozulur. Candar orta əsrlərdə şərqdə, o cümlədən Azərbaycanda uzun müddət saray vəzifələrindən biri olmuş, "keşikçi, mühafizəçi, cangüdən" mənasında işlənmişdir. Saraydakı xidmətlərinə görə candarlara verilən pay torpaqları onların vəzifə adları ilə də adlandırılmışdır.
Canbaz
Canbaz — Goranboy rayonu ərazisində dağ. Kürək və Buzluq çaylarının suayrıcında yerləşir. Hündürlüyü 1896 m. Farsca canbaz "oyunbaz, kəndirbaz; at minicisi, at dəllalı" deməkdir.
Kambay
Kambay (ing. Kambay, Cambay) — Hindistanda ingilis istilası dönəmində xanlıq. == Tarixi == Kambay körfəzində yerləşirdi, mərkəzi Kxambxat idi. Müasir Qucarat ştatının ərazisində idi, 1730-cu ildə yaranıb. Böyük Moğollar imperiyasının nəvvablarından olan şiə I Mirzə Cəfər Mömün xan tərəfindən yaradılmışdı. 1802-ci ildən 1947-ci ilədək Kambay Böyük Britaniyanın protektoratı idi. 10 iyun 1948-ci ildə Hindistan xanlığı rəsmən ləğv etdi, Maxaraştra ştatının tərkibinə daxil oldu. == Ədəbiyyat == Imperial Gazetteer of India. 2nd Edition, Volume 26. Oxford 1908—1931.
Tanbur
Tənbur — şərq, eləcə də türkdilli xalqlar arasında ən geniş yayılmış simli musiqi alətlərindən biri. İki simli bu alət Şirvan aləti sayılır. Amma Təbriz sakinləri tənburu çox sevdikləri üçün buna Şirvan-Təbriz tənburu adını veriblər. Tənburun digər simli alətlərdən başlıca fərqi mizrabla deyil, barmaqla — baş və şəhadət barmaqları ilə çalınmasıdır. Özünəməxsus səs ahəngi var. XIX əsrin ikinci yarısınadək Azərbaycanda geniş istifadə olunub. == Etimologiya == Uzaq Şərqdən Qərb ölkələrinə qədər böyük bir coğrafi ərazidə müxtəlif formaları, müxtəlif adlarla yayılmışdır. Orta Asiya türk xalqları tərəfindən geniş istifadə edilməkdədir. Qazaxlarda "dombra", qırğızlarda "dombura", özbəklərdə "dombrak", türkmənlərdə "danbura", osmanlı türklərinə yaxın olan türklərdə "tanbur"a, bir çox Qərb xalqları arasında "domra" adı ilə yayılmış bu alət Azərbaycanda tarixən tənbur adı ilə çox məşhur olmuşdur. == Tarixçə == Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Qətran Təbrizinin və bir çox orta əsr klassiklərimizin əsərlərində tənbur haqqında maraqlı məlumatlar var.
Tantal
Tantal - "Ta" -(Tantalum) – Mendeleyevin elementlərin dövri sistemində 73-cü element. V qrupun əlavə yarımqrupunun 3-cü elementidir. Sərbəst halda ilk dəfə 1802-ci ildə İsveç alimi Andres Eksberq və ingilis alimi Çarlz Xatçet (1765-1847) tərəfindən Skandinaviyada tapılan minerallardan birində kəşf olunmuşdur. Onlar kəşf etdikləri tantal və kolumbiumu kimyəvi xassələri çox yaxın olduğundan bir element kimi qəbul etdilər və onu tantal adlandırdılar. 1844-cü ildə alman kimyaçısı Henrix Roze (1795-1864) Bavariyada tapılan mineralları araşdırarkən sübut etdi ki, çox oxşar xassəli iki müxtəlif element mövcuddur. O bu elementlərin "qohumluğunu" nəzərə çapdırmaq" üçün ikinci elementi mifik yunan qəhrəmanı Tantalın qızı Niobanın şərəfinə Niobium adlandırdı. Maraqlıdır ki, Amerikada hələ uzun müddət niobiumu, köhnə adı ilə Kolumbium (CB) adlandırırdılar.Bu elementə tantal adı elementin sərbəst halda çətin ayrılmasına və onun kimyası ilə məşğul olan tədqiqatçılara əzab verməsinə görə qədim yunan mifologiyasından götürülmüş "Tantal əzabı" məfhumuna əsasən verilmişdir. Mifik ad daşıyan 3 elementdən (vanadium, tantal, niobium) biridir. Tantal metalı ilk dəfə xloridli birləşməsinin hidrogenlə reduksiyasından alınmışdır.
Taybad
Taybad və ya Təyyibat-İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Taybad şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 46,228 nəfər və 10,230 ailədən ibarət idi.
Taybey
Taypey (/ˌtaɪˈpeɪ/), rəsmi olaraq Taypey Şəhəri, Tayvanın paytaxtı və xüsusi bir bələdiyyəsidir. Tayvanın şimalında yerləşən Taypey Şəhəri, şimal liman şəhəri Kiilunq'dan təxminən 25 km (16 mil) cənub-qərbdə yerləşən Yeni Taypey Şəhər bələdiyyəsinin bir anklavıdır. Şəhərin çoxu qədim göl yatağı olan Taypey hövzəsindədir. Hövzə, şəhərin qərb sərhədi boyunca Tamsui çayını meydana gətirən Kiilunq və Xindian çaylarının nisbətən dar vadiləri ilə həmsərhəddir. Taypey, Tayvanın siyasi, iqtisadi, təhsil və mədəniyyət mərkəzidir və Şərqi Asiyanın ən böyük mərkəzlərindən biridir. Qlobal bir şəhər olaraq qəbul edilən və GaWC tərəfindən Alfa-Şəhər olaraq qiymətləndirilən Taypey, yüksək texnologiyalı əsas sənaye sahəsinin bir hissəsidir. Dəmiryolları, magistral yollar, hava limanları və avtobus xətləri Taypey'i adanın hər tərəfi ilə birləşdirir. Şəhərə iki hava limanı — Sonqşan və Taoyuan xidmət göstərir. Taypey, Taybey 101, Çan Kay Şi Memorial Zalı, Dalonqdonq Baoan Məbədi, Hsinq Tian Konq, Manka Lunqşan Məbədi, İmperator Saray Muzeyi, Prezident Ofisi Binası, Taipei Qonaq Evi, Ximendinq və bir neçə gecə bazarı şəhərin hər tərəfinə səpələnmişlər. Maokonq, Yanqminqçşan və isti bulaqlar kimi təbii xüsusiyyətlər də beynəlxalq ziyarətçilər tərəfindən yaxşı tanınır.
Tenday
Tenday (天台宗) – buddizmin Yaponiyadakı sektalarından biri. IX əsrdə Çindəki Tyantay sektası əsasında yaradılmışdır. Bu sekta XIII əsrə kimi Yaponiyanın ən populyar iki buddist sektasından biri idi. Sektanın nəzəriyyələri Lotus sutrasına əsaslanır. == Tarix == Tenday sektasının əsası 806-cı ildə keşiş Sayço tərəfindən qoyulmuşdur. Yaponiyadakı Tenday sektası Çindəki Tyantay sektasına əsaslanır. Bu sektanın mərkəzi Çinin Tyantay dağında yerləşdiyi üçün belə adlandırılmış, daha sonra Tenday sektası üçün də bənzər addan istifadə olunmuşdur.Sayço 804-cü ildə Çinə səyahət edərək 9 ay boyunca Tyantay dağında buddizmi öyrənmiş və Tyantay buddizminin ustası olmuşdur. Sayço Yaponiya imperatoru Kammudan icazə alaraq Kiotonun şimal-şərqində yerləşən Hiey dağında buddizm məbədi tikdirmişdi. Sayço Çindən Yaponiyaya qayıdanda bu məbədi Tenday sektasının mərkəzinə çevirmişdir.İmperator Kammu paytaxtı Naradan Kiotoya köçürdükdən sonra Tenday sektasını dəstəkləməyə başlamışdır, çünki Naradakı digər buddizm sektaları dövlətin işlərinə qarışmağa çalışırdı. Sayçonun Hiey dağında tikdirdiyi Enryaku məbədi böyüyərək 3000-dən tikilidən ibarət struktura çevrilmişdir.
Zanbaq
Zanbaq (lat. Lilium) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinə aid bitki cinsi. Qədim zamanlardan bəri Aralıq dənizi boyunca yayılmışdır. == Ümumi məlumat == Dünya florasının tərkibində fəsilənin 240 cinsi və 4000-ə qədər növü yayılmışdır. Fəsiləyə daxil olan növlərə dünyanın hər yerində rast gəlmək olar. Bu növlər kökümsovlu, soğanaqlı və kök yumrusuna malik olan çoxillik otlardır. Fəsiləyə daxil olan soğan, sarımsaq, qulançar, çiriş və s. yeyinti, asırqal (çöpləmə), novruzçiçəyi, əzvaydan müalicə, tülpan, zanbaq və s. isə bəzək kimi istifadə olunur.
Şanxay
Şanxay (çin. 上海, ing. Shanghai) — Çində şəhər. Çinin ən böyük şəhəridir. Çinin şərq sahilində Yangtze çayı deltasında qurulmuşdu. Olduqca sıxlıq olan bu şəhər ayrıca Çin Xalq Respublikasının ən əhəmiyyətli liman şəhəridir. Şanghay, Şərq Çində Yangtze Çayı Deltasının sahilində iştirak edən Çin Xalq Respublikasının ən böyük və dünyanın da səkkizinci ən böyük şəhəridir. Məşhur olaraq Çinin müasir iqtisadiyyatının qalası olaraq hesab edilən şəhər bu istiqamətiylə, xalqın ən əhəmiyyətli mədəni, ticari, sənaye və ünsiyyət mərkəzlərindən biri olaraq xidmət görər. İnzibati olaraq Şangay Çin Xalq Respublikasının əyalət statusundakı bir bələdiyyəsidir. Bununla birlikdə Şangay dünyanın ən sıx limanlarından biridir və 2005də dünyadakı ən böyük yük limanı olmuşdur.
Yenbay
Yenbay (vyet. Yên Bái) — Vyetnamın şimalında şəhər, Yenbay vilayətinin paytaxtı. == Tarixi == 9 fevral 1930-cu ildə Yenbayda yerləşən Tonkin korpusunun 4-cü alayının bir hissəsi Fransa zabitlərinə qarşı üsyan qaldırmışdı. Üsyan eyni alayın qüvvələri tərəfindən yatırılmışdı, lakin bu, 1930–1931-ci illərdə Fransa hökmranlığına qarşı bu cür genişmiqyaslı qiyamın başlanğıcı olmuşdu. == Coğrafiyası == Mütləq hündürlüyü dəniz səviyyəsindən 45 metr yüksəkdir. Ölkənin paytaxtı Hanoy şəhərindən 160 km, Hoşimin şəhərindən isə 1,879 km məsafədə yerləşir.
Abbay
Mavi Nil və ya Bəhr əl-Əzraq (ərəb. البحر الازرق‎ və ya النيل الأزرق), Efiopiyada Abbay (amh. ጥቁር አባይ) — Efiopiya və Sudanda çay, Nil çayının sağ qolu. Uzunluğu 1,783 kilometrdir.2011-ci ildə ümumi quraşdırılmış gücü 6450 MVt olan 16 radial-oxlu su elektrik aqreqatından Afrikanın ən böyük su elektrik stansiyasını özündə birləşdirən Hidase SES-in tikintisinə başlanılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Нил, река в Африке // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Абай // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Anbar
Anbar — Yüklərin saxlanması onların daşınması, ehtiyaatların idarə edilməsi və anbarlama əməliyyatları ilə sıx bağlıdır. İstifadə olunan daşımaçı, ehtiyatların səviyyəsi və tələb olunan anbarların arasında birbaşa əlaqə vardır. Göstərilən əməliyyatlar həmçinin yükləmə-boşaltma işləri ilə də bağlıdır.İstənilən material axınlarının yerdəyişməsi onların lazım olan miqdarının müəyyən yerlərdə cəmlənməsi olmadan mümkün deyildir. Cəmlənmə istənilən logistik sistemin ayrılmaz bəndi olan anbarlarda aparılır. Bu obyektlərdə qəbul olunan və yola salınan yük partiyalarının böyüklüyünə, tərkibinə, göndərmə vaxtına və s. parametrlərinə görə dəyişdirilməsi hesabına yük axınlarının şəkil dəyişmə baş verir. Malların anbarlardan keçməsi əmək və maddi vəsaitləri sərfinə səbəb olduğundan onların dəyərinin artmasına gətirib çıxarır. Ona görə də anbarların fəaliyyəti material axınlarının hərəkətinin optimallaşdırılmasına əhəmiyyətli təsir göstərir. == Anbarların təsnifatı == Logistik fəaliyyətdə çoxlu anbar növləri istifadə olunur. Anbarlar aşağıdakı xarakteristikalarına görə təsnif olunurlar: Logistikanın bazis sahələrinə; Mülkiyyət formalaarına; Funksional təyinatlarına; Mal xüsusiləşməsinə; Sahəsinin ölçülərinə Texniki təminatına; Anbar binasının və ətraf ərazinin növünə görə.
Nanay
Nanay — mərasim nəğməsi. Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır. == Nanaylar Ağbaba mahalında == Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır. Dədə-babalar suya artım, bərəkət, ana kimi yanaşıblar.
Ağ zanbaq
Ağ zanbaq (lat. Lilium candidum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaq cinsinə aid bitki növü. == Təbii yayılması == Ağ zanbaq daha çox Balkan və Qərbi Asiya ölkələrində yayılmışdır. == Botaniki təsviri == Bitkinin soğanaqları yer səviyyəsində formalaşır və yarpaqla örtülmüş çiçək gövdəsi, adətən, 1,2 m, yaz fəslində isə 2 m-ə qədər yüksələ bilir. Yay fəslində çox gözəl ətirli çiçəkləri olan Ağ zanbağın çiçəkləri, əsasən, ağ rənglidir və bazis rəngini sarı rəng təşkil edir. Ağ zanbaq virus xəstəliklərinə və Botrytis göbələyinə qarşı həssas bitkidir.
Bəxtiyar Tuncay
Bəxtiyar Tuncay — türkoloq, publisist, ssenarist. == Həyatı == Bəxtiyar Tuncay (Şahverdiyev Bəxtiyar Adil oğlu) 1960-cı il noyabrın 2-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini rejissorluq ixtisası üzrə bitirib. Hazırda AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsində elmi işçidir. == Yaradıcılığı == Qədim və orta əsrlər Azərbaycan tarixi və mədəniyyətinin, həmçinin ümumtürk tarixi və mədəniyyətinin tədqiqatçılarındandır. Qafqaz albanlarına məxsus türkcə yazılı mənbələri üzə çıxarmiş, alban türkcəsinin lüğətini tərtib etmişdir. Tarix, mədəniyyət və ideoloji mövzuda çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. Azərbaycan tarixi mövzusunda film ssenariləri yazmışdır. == İctimai-siyasi fəaliyyəti == 1980-ci illərin axırlarında Azərbaycanda milli azadlıq ideyası ilə fəaliyyət göstərmiş "Çənlibel" təşkilatının yaradıcılarından və bu dövrdə formalaşmış milli azadlıq hərəkatının aparıcı şəxslərindən olmuşdur. == Kitabları == XXI əsrin perspektivləri: Azərbaycandan baxış.
Danbar limiti
İnsanın davam etdirə biləcəyi sosial münasibətlər limiti təxmini olaraq 150 ətrafındadır. Buna Danbar limiti deyilir. İngilis antropoloqu Robin Dunbar tərəfindən üzə çıxarılmış bu limit, qısa olaraq bir insanın maksimum sayda insanlarla qura və davam etdirə biləcəyi sayı göstərir. Bundan artıq şəxslərlə münasibətlərdə ola bilməməyimizin səbəbi isə tamamilə genlərimiz ilə əlaqədardır. Bu say, insan beyninin neokorteks həcminin bir funksiyasıdır. Danbarın primatlar üzərində apardığı təcrübələr nəticəsində formalaşdırdığı bu formula görə əsasən insanlar üçün 147,8 olan bu say, təbii ki, stabil bir limit deyildir. 100 ilə 230 arasında dəyişə bilər. Aparılmış tədqiqatlar göstərir ki, 150-dən sonra qrupun üzvləri bağlılıq hisslərini itirirlər. Sosioloqlar 150- 200 ətrafında kritik bir həddin mövcudluğunu 1950-ci illərdən bilirlər. Bu limit sadə şəkildə desək, hər hansı bir qrupda sağlam və bərabər şəkildə davam etdirilə biləcək normal nevroloji sərhəddir.
Doğuş Balbay
Doğuş Balbay (türk. Doğuş Balbay; doğ. 21 yanvar 1989-cu il, İstanbul, Türkiyə) — Türkiyəli peşəkar basketbolçu. Anadolu Efes basketbol klubunda oyun qurucu mövqedə oynayır. Balbay iki mövsüm Fənərbaxça klubunda oynamışdır. 2006-cı ildə ABŞ-yə getmiş və orda Bryuster akademiyasında təhsil almışdır. Dörd il sonra Ostin Texas Universitetinə daxil olmuşdur. Üç mövsüm Texas Lonqhorns klubunda oynadıqdan sonra NBA Draft (2011) qatılmaq üçün müraciət etmiş ancaq qəbul olunmamışdır. 2013-cü ildə keçirilən Avropa çempionatında Türkiyə millisinin heyətində çıxış etmişdir. == Bioqrafiyası == Doğuş Balbay Mithat və Şukran Balbayların ailəsində anadan olub.
Ege Tanman
Ege Tanman (türk. Ege Tanman; 26 fevral 1998, Bursa) — Türkiyə aktyoru.
Heraldik zanbaq
Heraldik zanbaq və ya Fleur-de-lis / fleur-de-lys (fransız dilində fleur "çiçək", lis isə "zanbaq" deməkdir.) — Avropada orta əsrlərdə geniş yayılmış heraldik simvol. Bəzəkli bir dizayn və ya simvol olaraq istifadə olunur. Fransa tarixən katolik bir xalq olduğuna görə Herald zanbağı xüsusən də fransız heraldikasında eyni zamanda, dini, siyasi, sülalə, bədii, emblematik və simvolik oldu. Simvol fransız monarxlar və Fransanın katolik müqəddəslərini təmsil edərək tarix boyu istifadə edilmişdir. Xüsusilə Məryəm və Müqəddəs İosif Fleur-de-lis ilə təsvir edilmişdir. Fleur-de-lis müxtəlifnövlü simvollar blokundakı U + 269C (⚜) Unicode ilə təmsil olunur.
Panay
Panay (taqal Panay) — Filippinin orta ölçülü adasıdır. Neqros adasından Himaras boğazı ilə ayrılır. Şimaldan Visayan dənizi və Sibuyan dənizi, cənubdan isə Sulu dənizi onun sahillərini yuyur. Sahəsi — 12 011,1 km², Əhalisi — 4 031 636 nəfər təmkil edir. == Coğrafiyası == Ada dağlıqdır və ən hündür nöqtəsi Nanqtud vulkanıdır (2049 m). Qərbi əsasən dağ silsilələri, şərqi isə təpəlik, mərkəzi isə sabit hüdürlüyə malikdir. Ən iri çayı Panaydır. İqlimi subekvatorial, mussondur. Qərb hissədə illik yağıntının miqdarı 3000 mm təşkil etdiyi halda şərq çox quraqdır. Talalar şəklində savannalara rast gəlinir.
II Tomanbay
II Tuman bəy (ərəb. طومان باي‎) kimi tanınan Əl-Əşrəf Əbu Əl-Nəsir Tuman bəy 1517-ci ildə ölkənin Osmanlı İmperiyası tərəfindən fəth edilməsindən əvvəl Misirin sonuncu sultanı. Misirdə Məmlük hökmranlığının son dövründə sələfi Sultan Əl-Əşrəf Qansu əl-Ğavrinin 1516-cı ildə Mərcidabık döyüşündə Osmanlı sultanı I Səlim tərəfindən məğlub edildikdən sonra sultan taxtına çıxdı. 397 il sonra, 1914-cü ildə Hüseyn Kamilin hakimiyyəti altında yenidən qurulmasından əvvəl Misir sultanı tituluna sahib olan son adam idi.