Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tapanlı
Tapanlı, Tapan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə adı dəyişdirilib Geğasar qoyulmuşdur. Geğasar 1988-ci il Spitak zəlzələsinin episentrində yerləşir. Zəlzələ kəndi yerlə bir eləyib. Geğasarda 150 nəfər həlak olub. İllər ötdükcə kənd nisbətən bərpa olunub, amma hələ də müvəqqəti yaşayış yerlərində qalırlar. Geğasarda 30 ailə vaqon evlərdə yaşayır. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-qərbdə, Bəykənd çayının sağ qolu üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1978-ci ildə kənd erməni Qexasar adlandırılmışdır. Orta əsrlərdə Anadoluda yaşamış, mənşəcə Ağqoyunlulara mənsub Boz-Ulus tayfa birləşməsinin (bu birləşmə Tabanlı, Mosullu, Purnək və Şeyxlu qollarından ibarət idi).
Tapança
Tapança — qısa lüləli bir atəşli silahdır. Tapançalar, iş prinsiplərinə və güllə mühafizə hissələrinin şəklinə görə, daraqlı (pistol) və ya toplu (revolver) olaraq adlandırılır və istifadə edilən güllələrin çaplarına görə təsnif edilirlər.
Avtomatik tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Pulemyot-tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Pulemyot tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
ASP (tapança)
ASP — Paris Teodor tərəfindən 1960-cı illərdən 1970-ci illərin əvvəllərinə qədər ABŞ məxfi agentləri üçün nəzərdə tutulmuş yığcam tapança. 1960-cı illərdən 1970-ci illərin əvvəllərinə qədər Dizayn Smith & Wesson Model 39 tapançasına əsaslanır. == Tarixi == ASP tapançası ABŞ məxfi agentlərini qəfil çıxarmaq və istifadə etmək üçün əlverişli olan yığcam və güclü tapança ilə təchiz etmək üçün nəzərdə tutulmuşdur. "Smith & Wesson Model 39" tapançası əsas götürülmüşdü, burada lülə və boltun qısaldıldığı, həmçinin sapın və tətik qoruyucunun forması.1983-cü ildə "Armament Systems & Procedures" təxminən 250 ASP tapançasından ibarət bir partiya istehsal etmişdi. Bundan sonra silah daha istehsal olunmamışdır.
Cahid Sidqi Tarançı
Cahid Sidqi Tarançı (türk. Cahit Sıtkı Tarancı) — Türkiyə şairi.
Dapanci
Dapanci (çin. ənən. 大盘鸡, pinyin: Dàpánjī) və ya çon təxsə toxu korumisi (uyğ. چوڭ تەخسە توخۇ قورۇمىسى, чоң тәхсә тоху қорумиси, qong təhsə tohu ⱪorumisi) — buxarda bişirilmiş toyuq növü. Çinin Sincan-Uyğur Muxtar Rayonuna aid məşhur bir yeməkdir. == Etimologiya == Dapanci Çin dilində "böyük boşqab toyuğu" deməkdir. Yeməyin uyğur dilində olan adındakı çon (چوڭ, Чоң, qong) "böyük", təhsə (تەخسە, Тахсә, təhsə) "süfrə", toxu (توخۇ, Тоху, tohu) "toyuq", korumisi (قورۇمىسى, Korumisi, ⱪorumisi) isə "qızardılmış" deməkdir. == Tarix == Yemək 1990-cı illərin ortalarında Çinin Sincan bölgəsində populyarlıq qazanmışdır. İddia edilir ki, yemək ilk dəfə Sıçuan bölgəsindən olan, çili bibərini toyuq və kartofla qarışdıran bir miqrant tərəfindən Şimali Sincanın Şavan şəhərində hazırlanmışdır. Yeməyin mənşəyinin Şavan olduğu düşünülsə də, başqa iddialar da mövcuddur.
Yalançı yalançı
Yalançı, yalançı (ing. Liar Liar) — ABŞ istehsalı komediya filmi. == Məzmun == Los Anclesli vəkil Fletcher Reede 5 yaşındakı oğlu Maksın ad günü şənliyinə getməmək üçün yalan danışır. Çünkü müdürü Miranda ilə sevişmək kimi vacib bir işlə məşğuldur. Balaca Max da tortunun şamlarını söndürərkən atasının sadəcə bir gün müddətində yalan deməməsini arzu edər və bu arzusu qəbul olar. Bundan sonra sabahkı gündən etibarən Fletcher əvvəllər davamlı yalan danışaraq iş yerində çıxmadığı telefonlarla çıxar. İş dostları haqqında nə düşünürsə açıq-açıq deyər və bunlar sadəcə başlanğıcdır.
Qapanlı
Qapanlı (Şəmkir) — Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Qapanlı (Tərtər) — Tərtər rayonunun Qaraağacı kənd inzibati ərazi vahidində kənd. Aşağı Qapanlı — Tərtər rayonunun Azad Qaraqoyunlu kənd inzibati ərazi vahidində kənd. Yuxarı Qapanlı — Tərtər rayonunun Yuxarı Qapanlı kənd inzibati ərazi vahidində kənd. Qapanlı (indi Alışarlı) — Tərtər rayonunun Soyulan kənd inzibati ərazi vahidində kənd. Qapanlı düzü — Tərtər rayonu ərazisində düz.
Qazançı
AzərbaycandaQazançı (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Qazançı (Culfa) — Azərbaycan Respublikasının Culfa rayonunun inzibati ərazi vahidində kənd. Qazançı (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Qazançı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd.ErmənistandaQazançı (Şörəyel) — Ermənistan Respublikasının Şörəyel mahalında kənd. Qazançı (Ağbaba) — Ermənistan Respublikasının Ağbaba mahalında kənd.DigərQazançı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda dağ.
Yalançı Yalançı (film)
Yalançı, yalançı (ing. Liar Liar) — ABŞ istehsalı komediya filmi. == Məzmun == Los Anclesli vəkil Fletcher Reede 5 yaşındakı oğlu Maksın ad günü şənliyinə getməmək üçün yalan danışır. Çünkü müdürü Miranda ilə sevişmək kimi vacib bir işlə məşğuldur. Balaca Max da tortunun şamlarını söndürərkən atasının sadəcə bir gün müddətində yalan deməməsini arzu edər və bu arzusu qəbul olar. Bundan sonra sabahkı gündən etibarən Fletcher əvvəllər davamlı yalan danışaraq iş yerində çıxmadığı telefonlarla çıxar. İş dostları haqqında nə düşünürsə açıq-açıq deyər və bunlar sadəcə başlanğıcdır.
Arançı
Arançı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Arançı (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd.
Yalançı, yalançı (film, 1997)
Yalançı, yalançı (ing. Liar Liar) — ABŞ istehsalı komediya filmi. == Məzmun == Los Anclesli vəkil Fletcher Reede 5 yaşındakı oğlu Maksın ad günü şənliyinə getməmək üçün yalan danışır. Çünkü müdürü Miranda ilə sevişmək kimi vacib bir işlə məşğuldur. Balaca Max da tortunun şamlarını söndürərkən atasının sadəcə bir gün müddətində yalan deməməsini arzu edər və bu arzusu qəbul olar. Bundan sonra sabahkı gündən etibarən Fletcher əvvəllər davamlı yalan danışaraq iş yerində çıxmadığı telefonlarla çıxar. İş dostları haqqında nə düşünürsə açıq-açıq deyər və bunlar sadəcə başlanğıcdır.
Tapan
Tapan (Daşkəsən) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun inzibati ərazi vahidində kənd. Tapan — Tapanlı kəndinin digər adı.
Aşağı Qapanlı
Aşağı Qapanlı, Qapanlı (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Azad Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Azad Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Aşağı Qapanlı kəndi adlandırılmışdır.
Papaqçı (personaj)
Papaqçı - Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Mediadan fərqli olaraq kitabda onun adı "Papaqçı" (ing. Hatter) kimi qeyd olunur. Alisa "Möcüzələr ölkəsi"nə düşən zaman onun dəllisov olduğunu Çeşir pişiyindən öyrənir. Həmkarı Mart pişiyi ilə birgə çay içməyi xoşlayır.
Sakıp Sabançı
Sakıp Sabançı — Türkiyə sahibkarı == Həyatı == Sabançı 1933-cü il aprelin 7-də doğulub. Hacı Ömər və Sadiqə Sabançıların 6 oğul övladından ikincisidir. 1948-ci ildə aylıq 25 lirə maaşla "Akbank""da stajor məmur kimi fəaliyyətə başlamışdır. Xəstəliyi səbəbiylə heç liseydə təhsilini də tamamlaya bilməyən Sabançı bir qədər sonra BOSSA un fabrikində işə başlayıb. Fitri istedadı və qabiliyyəti sayəsində 24 yaşında fabrikdə baş direktor müavinliyinə qədər yüksəlib. Atası vəfat etdikdən bir il sonra - 1967-ci ildə qardaşları İhsan, Hacı, Şövkət, Erol və Özdəmirlə birlikdə sonradan bütün dünyaya səs salacaq "Hacı Ömər Sabançı Holdinq""i quraraq onun başçısı olub. Hazırda holdinqin tərkibində 30 min işçinin çalışdığı 73 şirkət var. Bank sektorundan sement istehsalına, avtomobil şinləri istehsalından qida sektoruna, pərakəndə ticarətə qədər 21 müxtəlif biznes sahəsində fəaliyyət göstərən holdinqin illik gəliri 10 milyard dollardan çoxdur. 1981-ci ildə xaricdə (Londonda) türk sərmayəsi ilə ilk bank quruldu – "Akinternational bank". Bu proyektin arxasında məhz Sabançı imzası vardı.
Qapanlı (Tərtər)
Qapanlı — Azərbaycan Respublikasının Tərtər rayonunun Qaraağacı kənd inzibati ərazi vahidində kənd. == Tarix == II Qarabağ müharibəsindən əvvəl Qarabağdakı Ermənistan Silahlı Qüvvələri Qapanlı kəndi istiqamətində atəşkəsi tez-tez pozurdu. == İqtisadiyyatı == Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin sentyabr ayında kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Qapanlı (Şəmkir)
Qapanlı (əvvəlki adı: Məmmədalılar) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Qaracəmirli kənd inzibati ərazi vahidinin tərkibindəki Məmmədalılar kəndi Qapanlı kəndi adlandırılmışdır. == Əhalisi == Kənd əhalisi 3285 nəfərdir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.
Qapanlı bələdiyyəsi
Qapanlı bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə. Qapanlı bələdiyyəsi (Tərtər) — Tərtər rayonunda bələdiyyə.
Qazançı (Ağbaba)
Qazançı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Erməni mənbələrində, Azərbaycan tədqiqatlarında Qayı Qulu Qazançı kimi də qeyd edilir. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli bulqar tayfasından biri olan qazan etnoniminə -çı mənsubluq bildirən şəkilçinin artırılmasından əmələ gələn qazançı etnonimindən düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qazançı (Ağdam)
Qazançı — Azərbaycan Respublikasının Ağdam rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qazançı kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. == Toponimikası == Qazançı - Yuxari Qarabağda Xaçin nahiyəsində kənd adı. Mənbədə bu kəndin adı həm də Ongölçəkən adlandırılmışdı. İndi Ağdam rayonunda Qazançı kəndidir. Goranboy, Zəngilan və Culfa rayonlarında Qazançı kənd adları ilə mənşəcə eynidir. Eramızın ilk əsrlərində Cənub-şərqi Avropada bolqar (yaxud bulqar) adlı türk tayfası yaşayırdı. Azov dənizi sahillərində yaşamış bu elin IX əsrdə bir hissəsi Astaruxun başçılığı ilə indiki Bolqarıstanda məskunlaşmış, digər hissəsi isə Volqa boyuna gedərək Volqa-Bulqar dövlətinin (sonrakı Qazan xanlığının) əsasını qoymuşdur. Bulqarların müəyyən hissəsi isə xəzərlərin və suvarların tərkibində Azərbaycana gəlmişdir. Şimali Qafqazda yaşayan noqaylarda Kazakçı, Kapan və Çur tayfalarının olması göstərir ki, bulqarların müəyyən hissəsi Şimali Qafqazda məskunlaşmışdır.
Qazançı (Ağdərə)
Qazançı — Azərbaycan Respublikasının Ağdam rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qazançı kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. == Toponimikası == Qazançı - Yuxari Qarabağda Xaçin nahiyəsində kənd adı. Mənbədə bu kəndin adı həm də Ongölçəkən adlandırılmışdı. İndi Ağdam rayonunda Qazançı kəndidir. Goranboy, Zəngilan və Culfa rayonlarında Qazançı kənd adları ilə mənşəcə eynidir. Eramızın ilk əsrlərində Cənub-şərqi Avropada bolqar (yaxud bulqar) adlı türk tayfası yaşayırdı. Azov dənizi sahillərində yaşamış bu elin IX əsrdə bir hissəsi Astaruxun başçılığı ilə indiki Bolqarıstanda məskunlaşmış, digər hissəsi isə Volqa boyuna gedərək Volqa-Bulqar dövlətinin (sonrakı Qazan xanlığının) əsasını qoymuşdur. Bulqarların müəyyən hissəsi isə xəzərlərin və suvarların tərkibində Azərbaycana gəlmişdir. Şimali Qafqazda yaşayan noqaylarda Kazakçı, Kapan və Çur tayfalarının olması göstərir ki, bulqarların müəyyən hissəsi Şimali Qafqazda məskunlaşmışdır.
Qazançı (Culfa)
Qazançı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Toponimiyası == Oykonim kazan etnonimi və -çi şəkilçisindən ibarətdir. Türkdilli qədim bulqarların kazan tayfasının adını əks etdirir. Mənbələrə görə onlar ilk dəfə e.ə. II əsrdə Zaqafqaziyaya gəlmişlər. İnqlabdan əvvəl bütün qafqazda tərkibində qazan sözünün iştirak etdiyi 24 toponim və hidronim qeyd edilmişdir. Azərbaycanda isə Qazançı adlı 10 kənd var idi. == Coğrafiyası və iqlimi == Kənd Əlincə çayının sahilində, Zəngəzur silsiləsinin yamacında yerləşir. == Əhalisi == Əhalisi 702 nəfərdir.
Qazançı (Goranboy)
Qazançı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qazançı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 10 oktyabr 2006-cı il tarixli, 151-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qazançı kəndi Goranlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qazançı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Miskinli Qazançı olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Miskinli kəndindən (indiki Şəmkir rayonu) köçüb gəlmiş ailələr bina etmişlər. Oykonim kazan etnonimi və -çi şək.-sindən ibarətdir. Türkdilli qədim bulqarların kazan (qazan) tayfasının adını əks etdirir. Mənbələrə görə, onlar ilk dəfə eradan əvvəl II əsrdə bulqarların tərkibində Zaqafqaziya ərazisinə gəlmişlər. Eramızın ilk əsrlərində hunların, onların ardınca suvar və avarların, daha sonralar isə xəzərlərin tərkibində Azərbaycanda məskunlaşmışlar. İnqilabdan əvvəl bütün Qafqazda tərkibində qazan sözünün iştirak etdiyi 24 toponim və hidronim qeyd edilmişdir. Azərbaycanda işə Qazancı adlı 10 kənd mövcud idi.
Trapani
Trapani — İtaliyanın Siciliya regionunda şəhər.
Yapıncı
Yapıncı — maldar əhali və çobanlar arasında geniş şəkildə istifadə olunan və keçədən hazırlanan plaşa oxşar qolsuz, uzun, enli geyim növü. Yapıncı peşə səciyyəli geyim növü olub, maldarlıqla məşğul olan elat əhalisi arasında geniş yayılmışdır. Yapıncı təpmə (basma) üsulu ilə «həllac» (qədimdə kəpənəkçi adlanıb) adlanan peşəkar sənətkarlar tərəfindən hazırlanır. Yapıncının saçaqlı və saçaqsız olmaqla, iki tipoloji növü var. Saçaqlı yapıncı satınalma yolu ilə əldə olunur, saçaqsız yapıncı isə sifarişlə kəndbəkənd gəzən həllaclara düzəltdirilərmiş. Maldar əhali və çobanlar arasında geniş yayılmış yapıncının saçaqlı və saçaqsızdan başqa, ağ və qara rəngli növləri var. Saçaqsız (saya) yapıncı daha qədim tarixə malik olub keçəsayağı basılıb hazırlanırdı. Lakin keçədən fərqli olaraq onun qəlibi nisbətən qısa, həm də trapez formasında basılırdı.Yapıncını çiyinə almaq üçün onun kənar qanadlarını bir qarış ölçüdə öz üzərinə qatlayıb çiyin birləşmələrini bir-birinə tikirdilər.Saçaqlı yapıncının qəlibinin ovand üzü uzun saçaqla örtülürdü. Bu səbəbdən də onun layının altına əlavə saçaq layı döşənirdi. Bundan sonrakı basma əməliyyatı saya keçə istehsalında olduğu kimi davam etdirilirdi.
Cia Karanci
Cia Karanci (29 yanvar 1960, Filadelfiya, Pensilvaniya ABŞ) — 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində Amerikanın ilk supermodeli. Onun üzü bir cox jurnalların üz qabığında dərc etdirilmişdir. O model olmaq üçün Amerikaya 17 yaşı olanda gəlmişdir. Tezliklə bir çox əlçatmaz fotoqrafların sevimlisinə çevrildi. Çox gözəl bədənə və sinəyə malik olan Cia Karanci, hər kəsin sevimlisinə çevrildi. Kris von Vangenheim, Françesko Skavullo, Artur Elqort, Riçard Avedon kimi fotoqroflarla işləmişdi. Bodi Basiks, Kristian Dior, Kutex, Diane von Fürstenberq, Giorgio Armani, Lanketti, Levi's, Maybelline, Perry Ellis, Versace, Vidal Sassoon, Yves Saint Laurent kimi məşhur adlarla çalışmışdı. Onunla işləyən hər bir insan Cia-nin həddindən artıq enerjili və sadə olduğunu söyləyir. O yaşadığı müddətdə hər bir şeyə nail ola bilmişdi, yalniz bir şeydən başqa. Onun həmişə diqqətə və sevgiyə ehtiyacı olmuşdu.
Hacı Sabancı
Hacı Sabancı (1935-ci il, Akçakaya, Kayseri – 26 iyul, 1998-ci il) - Türkiyə iş adamı. == Həyatı == Orta məktəbi Adanada bitirib. Əmək fəaliyyətinə ailələrinin Sabancı Grubunda başlayıb. Çukurova Universitetii və Şərqi Aralıq Dənizi Universiteti tərfindən "Fəxri Doktor" adına layiq görülüb. Tükiyə Prezidenti Süleyman Dəmirəl tərəfindən Türkiyə Cumhuriyyyəti Dövlət Yüksək Xidmət Medalı ilə təltif edilib. Balkanların ən Üstün Təşkilatçısı fəxri adına layiq görülüb. 1958-ci ildə Özcan xanımla ailə hayatı qurub. Ömər, Dəmət və Mehmet adında üç oğlu var.
Sabancı (Avurğazı)
Sabancı (başq. Һабансы, rus. Сабанчи) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Batır kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 13 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 21 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlarlar (78%) üstünlük təşkil edir.
Sabancı Universiteti
Sabancı Universiteti (azərb. Sabancı Üniversitesi‎) — 1994-cü ildə Sabancı Cəmiyyəti tərəfindən Hacı Ömer Sabancı Vəqfinin rəhbərliyi ilə qurulan və ilk tələbələrini salamlayaraq 1999-cu ilin oktyabrında tədrisə başlamış bir özəl universitet. Sabancı Universiteti, Türkiyədə liberal elmlər tərzi təhsil verən tək ali təhsil təşkilatıdır. Bu sistemə əsasən, bütün tələbələr birinci sinifdə əsas sinif qrupuna məruz qalırlar, ikinci sinifdə müəyyən bir kafedraya fokuslandıqdan sonra ikinci sinifdəki təcrübələri nəticəsində proqramlarını ikinci sinifin sonunda seçə bilərlər. == Tarixçə == Sabancı Universitetinin qurulma prosesi, ali təhsil müəssisələrini özəl fondlara açmaq və fəaliyyət göstərmək hüququnun tanınması ilə başladı. Sabancı Qrupu, 1994-cü ildə Hacı Ömər Sabancı Vəqfinin rəhbərliyi ilə Sabancı Universitetinin təsis qərarını qəbul etdi. 1995-ci ilin avqustunda, 22 fərqli ölkədən, müxtəlif universitetlərdən, elm mərkəzlərindən 50-dən çox alim, tədqiqatçı, tələbə və iş adamı İstanbulda bir araşdırma konfransında bir araya gəldi. Konfrans salonunda qurulacaq universitetin fəlsəfəsinin "Birlikdə yaradılması və inkişaf etdirilməsi" qərara alındı. Bu konfrans tələbə istiqamətləri araşdırması və akademik proqramlar tərəfindən dəstəklənən dizayn komitələrinin işi ilə izlənildi. Sabancı Universitetinin yaradılmasına icazə verən qanun 5 iyun 1996-cı ildə qəbul edildi və Universitet şəhərciyinin təməli 31 iyul 1997-ci ildə qoyuldu.
Sapanca gölü
Sapanca gölü — Adabazarı ilə İstanbul arasında Kocaeli sərhədinə yaxın bölgədə, Sapanca ilçəsi içində göl. Sapanca gölü, Şərqi Mərmərə bölgəsində, Sakarya şəhər mərkəzinin 12 km qərbində, İzmit şəhərinin isə 27 km şərqində yerləşən tektonik mənşəli bir şirin su gölüdür. Şərq-qərb uzanımlı olan gölün şərq seqmenti Sakarya ilinin sərhədləri içərisində, qərb seqmenti isə Kocaeli ilinin sərhədləri içində yerləşir. Gölün içində olduğu bölgə, cənubda Samanlı dağları, şimalda isə Kocaeli Penepleni olaraq adlandırılan morfotektonik strukturlar arasında yer alan və Şimali Anadolu fayının şimal qoluna aid segmentlərlə məhdudlaşdırılmış olan İzmit-Sapanca dəhlizi üzərindədir.