Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arazı
Arazı — Araz ətrafı rayonlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək və Kəngərli rayonlarının toy şənliklərində ifa olunan qədim yallı növlərindəndir. Bu yallının digər adı Papuro da adlanır. Asta və sürətlə ifa olunmaqla iki hissədən ibarət bu yallını qadınlar və kişilər qarışıq şəkildə çeçələ barmaqları ilə çiyin səviyyəsində bir-birindən tutaraq ifa edirlər. İfaçılar sağ ayaqlarını daban üstə qarşıya sola qoyur, sağ ayağı da cəld çox da hündür olmayaraq qarşıya sola atırlar. Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Sədərək, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində keçirilən mədəni-kütləvi tədbirlərdə toy və bayram mərasimlərində folklor rəqs kollektivləri tərəfindən maraqla ifa olunur.
Taraz
Taraz şəhəri (qaz. Тараз; до 1997 — Cambıl, 1993-ci ilədək — Cambul, 1938-ci ilədək — Mirzoyan, 1936-cı ilədək — Avliyé-Ata) — Qazaxıstan ərazisində yerləşir. == Tarixi == left|thumb| "Taraz şəhərinin gerbi" poçt markası Mahmud Qaşqarlının Divani-lüğət-it-türk adlı əsərində Taraz şəhərinin Talas və Tıraz variantları mövcuddur. == İstinadlar == == Xarici keçidlər == Сайт Акимата Жамбылской области Электронная карта города Тараза Arxivləşdirilib 2011-05-09 at the Wayback Machine Объявления города Тараз Arxivləşdirilib 2021-05-08 at the Wayback Machine Город Тараз. Информационный портал Областная газета "Новый регион" Тараз на WikiMapia — аннотированные спутниковые снимки Путешествие по Казахстану: Тараз Гумилев Л. Н. Древние тюрки.
Dam tarağı
Dam darağı — monumental Mezoamerikan memarlığında piramidanın zirvəsində olan quruluş. Maya sivilizasiyasının dam daraqlarının hissələrinin və ikonoqrafiyasının tədqiqi göstərir ki, hər bir ikona xüsusi müqəddəs məna daşıyır. Maya sivilizasiyasının dam daraqlarının hissələrinin və ikonoqrafiyasının tədqiqi göstərir ki, hər bir ikona xüsusi müqəddəs məna daşıyır. Tipik olaraq, dam daraqları piramidaların və digər strukturların zirvəsini taclandırdı; bir-birinə söykənən iki deşilmiş çərçivə divarından ibarət idi. Bu çərçivə tanrıların və ya mühüm hökmdarların rəssam təsvirləri ilə bəzədilmiş gipslə örtülmüşdür. == Tarixi və əhəmiyyəti == Mayyalılar Mesoamerikadakı ən mühüm abidələrdən bəzilərini düzəltdilər. Onların sivilizasiyası eramızın 500–900-cü illəri arasında öz "qızıl dövrünü" yaşadı. Maya heroqliflərinin bu yaxınlarda deşifrə edilməsi onların memarlığına yeni anlayış gətirdi; bu piktoqrafik simvollar tarixçilərə konkret tikililərin nə vaxt və kimlər tərəfindən tikildiyi barədə məlumat verir. Maya dini memarlığında hündürlüyə diqqət yetirilirdi ki, bu da tez-tez göylərə və tanrılara doğru uzanan baş dönmə pilləkənləri ilə özünü göstərirdi. Çox vaxt piramidalar mövcud olanların üzərində tikilirdi; bu, daha böyük struktura malikdir.
Taraz (jurnal)
"Taraz" (erm. Տարազ — Dəb) — 1890–1919-cu illərdə Tbilisidə nəşr edilmiş ədəbi-bədii, ictimai həftəlik erməni qəzeti, daha sonra jurnal. Mühərriri (redaktoru) və naşiri Tiqran Nazaryan olmuşdur. == Haqqında == 1900-cu ilə qədər həmin naşirin çap etdirdiyi "Ağbyur" adlı şəkilli uşaq məcmuəsinə əlavə olaraq nəşr edilmişdir. Jurnal olaraq nəşr edildiyi vaxt "İllüstrasiya", "Paris modası", "Sağlamlıq" və s. bölmələri olmuşdur. == Fəaliyyəti == "Taraz" jurnalı dövrünün demək olar ki, bütün ədəbi hadisələrinə öz səhifələrində əks etdirmiş, cavab vermişdir. Jurnalda Hovannes Tumanyan, Avetik İsahakyan, Şuşanik Kurqinyan, Aleksandr Şirvanzadə, Atabek Xnkoyan, Vahram Papazyan, Aleksandr Tsaturyan, Hakob Paronyan və başqalarının bədii əsərləri çap edilmiş, rus, gürcü və Qərbi Avropa ədəbiyyatından (A.Puşkin, M.Lermontov, N.Nekrasov İ.Turqenev, E.Ninoşvili, İ.Çavçavadze, A.Kazbeqi, Şekspir, Şiller, Bayron, Emil Zolya, Mopassan və b.) tərcümələr təqdim olunmuşdur. Hovannes Ter-Mirakyan, Sarkis Beknazaryan, Stepan Lisityan, Qazaros Ağayan kimi pedaqoqların pedaqoji, məktəb və ailə təhsili haqqında fikirləri işıqlandırılmışdır. Musiqi, teatr və təsviri sənət sahələrinin əhatə olunmasında "Taraz"ın (adı ilə əlaqədar olaraq) rolu böyükdür.
Taraz (qəzet)
"Taraz" (erm. Տարազ — Dəb) — 1890–1919-cu illərdə Tbilisidə nəşr edilmiş ədəbi-bədii, ictimai həftəlik erməni qəzeti, daha sonra jurnal. Mühərriri (redaktoru) və naşiri Tiqran Nazaryan olmuşdur. == Haqqında == 1900-cu ilə qədər həmin naşirin çap etdirdiyi "Ağbyur" adlı şəkilli uşaq məcmuəsinə əlavə olaraq nəşr edilmişdir. Jurnal olaraq nəşr edildiyi vaxt "İllüstrasiya", "Paris modası", "Sağlamlıq" və s. bölmələri olmuşdur. == Fəaliyyəti == "Taraz" jurnalı dövrünün demək olar ki, bütün ədəbi hadisələrinə öz səhifələrində əks etdirmiş, cavab vermişdir. Jurnalda Hovannes Tumanyan, Avetik İsahakyan, Şuşanik Kurqinyan, Aleksandr Şirvanzadə, Atabek Xnkoyan, Vahram Papazyan, Aleksandr Tsaturyan, Hakob Paronyan və başqalarının bədii əsərləri çap edilmiş, rus, gürcü və Qərbi Avropa ədəbiyyatından (A.Puşkin, M.Lermontov, N.Nekrasov İ.Turqenev, E.Ninoşvili, İ.Çavçavadze, A.Kazbeqi, Şekspir, Şiller, Bayron, Emil Zolya, Mopassan və b.) tərcümələr təqdim olunmuşdur. Hovannes Ter-Mirakyan, Sarkis Beknazaryan, Stepan Lisityan, Qazaros Ağayan kimi pedaqoqların pedaqoji, məktəb və ailə təhsili haqqında fikirləri işıqlandırılmışdır. Musiqi, teatr və təsviri sənət sahələrinin əhatə olunmasında "Taraz"ın (adı ilə əlaqədar olaraq) rolu böyükdür.
Taraz FK
Taraz – Qazaxıstanın futbol klubu.
Qışlaq-i Tarazlı (Urmiya)
Qışlaq-i Tarazlı (fars. قشلاق طرزلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 353 nəfər yaşayır (77 ailə).
Arazi
Movses Melikoviç Harutunyan (erm: Մովսես Մելիքի Հարությունյան) və ya Arazi (erm: Արազի; 20 mart (1 aprel) 1878, Şüləver, Tiflis quberniyası – 21 dekabr 1964, İrəvan[…]) — erməni yazıçı. == Həyatı == Movses Harutunyan və ya təxəllüsüylə desək Arazi, 1 aprel 1878-ci ildə indiki Gürcüstan Respublikası ərazisində olan Şaumyani kəndində anadan olmuşdur. 1925-ci ilə qədər bu kəndin adı Şuləver (Şulaver) olmuşdur. Orta təhsilini Tiflisdə tamamladıqdan sonra, 1898-ci ildə Peterburq Texnologiya İnstitutunda təhsil almağa başlayır. Tələbə hərəkatlarına qoşulduğu üçün həbs edilərək 1901–1905-ci illərdə Şimali Qafqaza sürgün edilir. 1906-cı ildən etibarən isən aktiv olaraq yazıçı kimi fəaliyyətə başlayır. Erməni proletar nəsrinin banilərindən hesab edilən Arazinin "Son yuxu" (1912), "Günəş", "Yaralı quş" (1913), "Qanlı çiçək"(1916) kimi hekayələrində burjua cəmiyyəti tənqid edilir. O, "Yoldaş Mukuç" (1924), "Qorxudulmuş Hanes" (1927), "Minbaşlı" (1931) kimi əsərləri sosializm quruculuğundan bəhs edən əsərlər yazmışdır. Arazinin 1959-cu ildə yazdığı "İsrael Ori" tarixi romanı XVII–XVIII əsrdə ermənilərin azadlıq mübarizəsindən, erməni-rus münasibətlərindən bəhs edir. Arazinin 1925-ci ildə yazdığı "Düşmənin mahnısı" hekayəsində isə azərbaycanlı kəndlilərinin inqilabdan əvvəlki ağır həyatından bəhs edilir.
Kamal Xarazi
Kamal Xarazi-20 Avqust 1997 - 24 Avqust 2005-ci il tarixləri arasında İranın Xarici İşlər Naziri olan islahatçı siyasətçi və diplomatdır.
Rəhim Arazi
Rəhim Arazi (tam adı: Nəcəfov Rəhim Cəfər oğlu; 1928, Alışar, Naxçıvan MSSR – 19 avqust 1982, Alışar, İliç rayonu) — Dissident şair. == Həyatı == Nəcəfov Rəhim Cəfər oğlu (Arazi) 1928-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun III kurs tələbəsi olarkən siyasi fəaliyyətinə görə ailəsi (anası, qardaşı və bacıları) ilə birlikdə Cənubi Azərbaycana mühacirət etmək cəhdinə görə həbs olunmuş, 25 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1957-ci ilə qədər Komi MSSR-da siyasi dustaqlar üçün həbs düşərgələrində saxlanılmışdır. Amnistiyaya görə həbsdən vaxtından əvvəl azad olunduqdan sonra ailəsini dolandırmaq üçün uzun müddət fəhlə, gözətçi, kankan işləmişdir. 1967-ci ildən ömrünün sonuna kimi müxtəlif məktəblərdə riyaziyyatdan dərs demişdir. 1982-ci ilin avqust ayının 19-da doğma kəndində vəfat etmişdir.Siyasi və lirik şeirlərdən, kiçik poemalardan ibarət 4 dəftəri qalmışdır. Oğlu Yusif Nəcəfov atasının məhbəs şeirlərini çap üçün hazırlasa da, onlardan yalnız bir neçəsi "Ulus" və "Hürriyyət" qəzetlərində işıq üzü görmüşdür. Sabiq SSRİ-nin bir sıra dissidentləri ilə tanışlığı olan, Azərbaycan SSR məmurları tərəfindən təqib edilən, xalq tərəfindən həm anlaşılan, həm də anlaşılmayan Rəhim Arazi fərd kimi (əslində xalqı ilə birlikdə) faciəli bir ömür yaşamışdır. O, Azərbaycanda bu gün də mövcudluğunu davam etdirən saray psevdokulturasının (saxta mədəniyyətinin) kəskin və barışmaz əleyhdarı olmuşdur.
Darayı
Darayı — kətan qrupuna daxil olub toxunuşlu, sapı tovlu, bişmiş baramadan toxunan, üzü qeyri-şəffaf parçadır. Hələ XVII əsrdə Azərbaycanın Təbriz, Ərdəbil, daha sonra Şamaxı və Gəncə şəhərlərində darayı toxumanın yüksək səviyyədə istehsal edildiyi məlumdur. Kətan qrupuna aid toxumalar kimi, darayı da arşınüma və ədədi toxunurdu. XIX əsrdə toxumanın hər iki növü Şamaxı, Gəncə və Şuşa şəhər istehsalında mühüm yer tuturdu. Darayı toxumalar zolaqlı və dama-dama naxışlı olurdu. Lakin bu toxumanın ədədi növü nisbətən zəngin tərtibata malikdir. Belə ki, darayının ədədi nümunələrinin, məsələn, fitə, boğça və s. bu qəbildən olan əşyaların aydın, ifadəli, xoş və yumşaq boyalarla nəzərə çarpan zolaq və damaları üzərinə sərbəst olaraq “bulud” və ya “ot” təsvirli çox xırda ağ cizgilər və ya rəngli metal saplar da əlavə olunurdu. Bu sadə və bədii detallar ayrılıqda heç bir dekorativ məna kəsb etmir. Bunlar yalnız müəyyən formaya malik qeyri-şəffaf ədədi darayı toxumalara tətbiq edildikdə sözsüz ki, quru zolaq və dama naxışların qismən yumşaq və mülayim olmasını təmin etmiş olur.
Haramı
Birinci Haramı — Füzuli rayonunun qəsəbə inzibati ərazi dairəsi. 19 iyun 2009-cu ildən 1 №-li Qayıdış adlanır. İkinci Haramı — Füzuli rayonunun qəsəbə inzibati ərazi dairəsi. 19 iyun 2009-cu ildən 6 №-li Qayıdış adlanır. Haramı düzü — Füzuli rayonunda böyük bir sahəni əhatə edən ərazi. "Haramı" yarımstansiyası — Füzuli SES-ə aid elektrik yarımstansiyası. Haramı (İran) — İranda kənd. Haramı dağı — Ordubad rayonu ərazisində dağ. (Hünd. 1316,7 m.) Haramı aşırımı — Ordubad rayonu ərazisində aşırım.
Qaralı
Yaşayış məntəqələri AzərbaycandaQaralı (Sabirabad) — Sabirabad rayonunda kənd.Oxşar toponimlərBirinci Qaralı — Neftçala rayonunda kənd. İkinci Qaralı — Neftçala rayonunda kənd.İrandaQaralı (Bukan) — Qaralı (Meşkinşəhr) — == Həmçinin bax == Qaralılar — Beyləqan rayonunda kənd.
Qaraçı
== Xalq ==
Saralı
Sarılı Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd.Saralixaştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə alınmışdır. Oykonimin birinci komponenti sarallı tayfasının adinı, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir. Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunmuşdur. Sarıalılı orta əsrlərda Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olmuşdur.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Abbas Arazlı
Abbas İsmayılov (24 may 1936, Maşanlı, Cəbrayıl rayonu) — Azərbaycan-sovet şairi, publisisti, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Abbas Arazlı 1936-cı il mayın 24-də Cəbrayıl rayonunun Araz Maşanlı kəndində anadan olmuşdur. Burada kənd yeddiillik məktəbini, qonşu Soltanlı kəndində orta məktəbi bitirdikdən sonra sıravi kolxozçu kimi çalışmışdır (1953-1954). Bakı 7 saylı tibb məktəbində təhsil almışdır (1954-1956). Cəbrayıl rayonu kənd xəstəxanalarında feldşer olmuşdur. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirmişdir (1962-1967). Sarıcallı kənd səkkizillik məktəbinə rus dili və ədəbiyyatı müəllimi təyin olunmuşdur. Bir ildən sonra Araz Maşanlı kənd orta məktəbinə dəyişdirilmişdir (1968-1993). Erməni hərbi birləşmələri Cəbrayıl rayonunu işğal edəndən sonra Bakı şəhəri Qaradağ rayonunun Sahil qəsəbəsində məskunlaşmışdır. Hazırda orada 273 saylı orta məktəbin müəllimidir (1993-cü ildən).
Addinqton sarayı
Addinqton sarayı — İngiltərədə Cənubi Londonda Addinqton bölgəsinin yaxınlığındakı Kraydon ərazisində yerləşən saray. == Tarixi == Saray XVI əsrdə tikilmişdir. XVIII əsrə qədər sarayın sahibi Ley ailəsi olmuşdur. 1737-ci ildə ailənin sonuncu nümayəndəsi ser Con Ley vəfat edəndə onun yaxın mirasçısı olmur. Bu səbəbdən saray ailənin uzaq qohumu Barlaou Trekotikə qismət olur. Trekotik tacir idi, Londona köçmüşdü, millət vəkili və bələdiyyə başçısı kimi vəzifələrə sahib idi. 1770-ci ildə London meri Lord Mayor Addinqton sarayını 38.500£ qiymətə satın alır. == Müasir dövrdə == 1951-ci ildə saray Özəl Memarlıq Araşdırma Binaları Siyahısına alınmışdır. 1953-cü ildə Kral kilsəsi musiqi qrupu sarayı kirayəyə alır və həmçinin kollec kimi də istifadə olunur. Saray 1996-cı ildə bir şirkət tərəfindən alınmış və indiyə qədər toy, konfrans mərkəzi kimi istifadə olunmaqdadır.
Alferaki sarayı
Alferaki sarayı — Rusiya, Taqanroqda əslən varlı tacir Nikolay Alferakinin evi olan muzey. Bina memar Andrey İvanoviç tərəfindən 1848-ci ildə şəhərin mərkəzində, Frunze küçəsində inşa edilib. Bina dörd korinf sütun və barokkko üslubunda qəliblər olan bir portal ilə bəzədilib. Daxillində otaqlar və tavan boyaması ilə bəzənmiş xüsusi musiqi zalı yerləşir. == Tarixi == Sarayın ilk sahibləri Taqanroqda anadan olmuş Nikolay Alferaki və ailəsi idi. Mixail Şepkin 1863-cü ilin iyulunda Alferaki Sarayında qalmışdır. 1870-ci illərdə Alferaki ailəsi iflas etdikdən sonra saray Yunan taciri Negropontə, bağçası isə tacir icmasına satıldı. Anton Çexov ( Oğlanlar Gimnaziyasının şagirdi kimi) 1876-cı ildə ticarət klubunda verilən konsertlərə gəlir və daha sonra İonych, Mask və Mənim həyatım hekayələrində saraydan bəhs edir. 1918-ci ilin fevral-aprel aylarında bina Taqanroq Sovet İşçilər Şurasının qərargahına çevrildi. Binada 1918-ci ildə işğal zamanı Alman müharibə xəstəxanası, 1919-cu ildə isə Anton İvanoviç Denikin qəragahı yerləşirdi.
Amerika maralı
Amerika maralı (lat. Odocoileus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Ayət namazı
Ayət namazı — Zəlzələ, daşqın, qorxunc göy gurultusu, ümumiyyətlə, kütləvi şəkildə insanları qorxuya salan təbiət hadisələri zamanı, eləcə də, Günəş və Ay tutulmaları müşahidə olunduqda qılınır. == Qılınma qaydası == 2 rəkətdir və sübh namazı kimi qılınır. Ayət namazı iki rəkətdir və hər rəkətdə 5 ruku vardır. Onun qaydası budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, rukuya getsin, rukudan qalxsın və təzədən bir Həmd və bir surə oxusun, sonra yenə rukuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rukudan qalxandan sonra iki səcdə etsin və qalxsın, ikinci rəkəti də birinci rəkət kimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin. Ayət namazında mümkündür ki, insan niyyət, təkbir və Həmddən sonra, bir surənin ayələrini beş yerə bölsün və bir ayə, ya çox oxusun. Bir ayədən az da oxuya bilər, amma ehtiyata əsasən gərək cümlə tamam olsun və surənin əvvəlindən başlasın, bismillah deməklə kifayətlənməsin və sonra rukuya getsin və rukudan qalxsın. Həmd oxumadan həmin surədən ikinci hissəni oxusun və rukuya getsin. Bu qayda üzrə beşinci rukudan əvvəl surəni tamam etsin, məsələn; Fələq surəsində birinci "Bismillahir-rəhmanir-rəhim". "Qul əuzu birəbbil-fələq" – desin və rukuya getsin, sonra qalxsın və desin: "Min şərri ma xaləq" – təzədən rukuya getsin və rukudan sonra qalxsın və desin: "Və min şərri ğasiqin iza vaqəb".
Baabda Sarayı
Baabda Sarayı(fr. Palais Présidentiel de Baabda),(ərəb. قصر بعبدا ‎)-Livan prezidentinin rəsmi iqamətgahı. == Tarixi == Baabda sarayı Müdafiə Nazirliyi və digər müxtəlif hərbi postlarla əhatə olunmuşdur. 2005-ci ilin ortalarında təhlükəsizlik səbəbi ilə nazirlər görüşlərinin adi məkanı tərk edildikdən sonra nazirlərin görüşlərinə ev sahibliyi etməyə başladı.İndi nazirlərin görüşləri Baabda Sarayında və Böyük Seraildə alternativ qaydada keçirilir.
Bayram namazı
Bayram namazı Ramazan (Fitr) və Qurban bayramlarının namazı camaatla birlikdə qılınır. Fitr və Qurban bayramlarının namazının vaxtı bayram günü Günəş çıxandan günortaya qədərdir. Qurban bayramı namazını Günəşin yüksəlməsindən sonra qılmaq müstəhəbdir. Fitr bayramında isə, Günəşin yüksəlməsindən sonra iftar edib, fitrəni verdikdən sonra bayram namazını qılmaq müstəhəbbdir. Fitr bayramı və Qurban bayramı namazları iki rəkətdir. Belə ki, hər rəkətdə Fatihə surəsini oxuduqdan sonra, 3 dəfə təkbir demək lazımdır. Yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rukuya gedər, rukudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər. Fitr bayramı və Qurban bayramı namazlarının qunutunda hər hansı bir dua və zikri oxusa kifayətdir. Amma yaxşıdır ki, bu duanı oxusun: Əllahummə əhləl-kibriyai, vəl-əzəməti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əs`əlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə iydən və liMuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd, və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəssalihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun.
Talabı
Talabı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Talabı oyk., düz. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. Keçmişdə kənd 3 məhəllədən ibarət olmuşdur. Kəndin böyüməsi nəticəsində ondan Baş Talabı (Sər Talabı), 'Orta Talabı (Minkə Talabı) və Aşağı Talabı (Zır Talabı) məntəqələri yaranmışdır. Baş Talabıdan çıxan ailələr Talabıqışlaq kəndini yaratmışlar. Aşağı Talabı indi Xaruşə, Baş Talabı isə Talabı adlanır. Oykonim fars dilindəki təlab (çəmən, bağ, bağça) sözündən və mənsub, bildirən -/ şək.-sindən ibarət olub, “çəmənlik, bağ- çalıq” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 343 nəfər əhali yaşayır.
Tarama
Tarama (yap. 多良間島) — Miyako qrupuna, Sakişima adaları, Ryukyu arxipelaqına daxil olan ada. Minna adası ilə birlikdə Tarama dairəsini əmələ gətirir və Miyako qəzası, Okinava prefekturası ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 19,75 km² təşkil edir. Tarama adasının şimalında Siokava və Nasasuci qəsəbələri yerləşir. Adada 1000 nəfər yaşayır. Adanın relyefi düzənlikdir. Ən hündür nöqtəsi 33 metrdir. Adaya yaxınlaşmaq məqsədi ilə sal quraşdırılmışdır.
Tarava
Tarava — Sakit Okeanında yerləşən Kiribati ada dövlətinin paytaxtıdır.Paytaxt Tarava Mərcan adasında yerləşir. 1979-cu ildən paytaxt statusundadır, o vaxta qədər isə Gilbert və Ellis adalarında Britaniya müstəmləkəsinin paytaxtı olmuşdur. == Tarixi == İkinci Dünya Müharibəsi zamanı ada yapon ordusu tərəfindən zəbt edilmişdi. 20–23 noyabr 1943-cü ildə Taravada Sakit okeanda baş verən qanlı döyüşlərdən biri baş tutur. Nəticədə amerika silahlıları yapon silahlılarına qalib gəlir.
Turacı
Turacı — Azərbaycan qədim qadın xalq rəqsi. Qədim xalq rəqsi "Turacı" lirik və incə melodiyası ilə seçilir və qadınlar tərəifndən ifa edilir. Gözəl dağ quşuna həsr edilmiş qədim, təqribən XIX əsrin əvvəllərində aid olan rəqsdir. Azərbaycanın hər yerində geniş yayılmışdır. Həzin, qəlboxşayan musiqisi var. Rəqs bir növ turacın uçuşunu xatırladır. Rəqqasənin hər bir hərəkəti quşun uşuçunu, havada süzməsini xatırladır. Turacı rəqsinə dair belə bir əfsanə var. Qarabağ xanı Nəcəfqulu xanın çox qəşəng bir rəqqası varmış, xan onun gözəlliyini, məharətini çox qiymətləndirərmiş. Bir dəfə xanın oğlunun toyunda bu rəqqas rəqs sənətinin çox incə, çox gözəl möcüzələrini nümayiş etdirir.
Alekseyevka (Talbazı)
Alekseyevka (başq. Алексеевка, rus. Алексеевка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Talbazı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 8 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 43 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (92%) üstünlük təşkil edir.
Banqladeş takası
Bangladeş takası (Benqalca: বাংলাদেশী টাকা; ISO 4217: BDT) - Banqladeşdə istifadə edilən rəsmi pul vahididir. 1 Banqladeş takası təqribən 100 poişaya bərabərdir. Banqladeş takası Banqladeş Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır.4 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Banqladeş takası = 0.0128081 ABŞ dolları.
Karaçi
Kəraçi — Pakistanda şəhər.
Qavazi
Qavazi (gürc. გავაზი; keçmiş Axali Qavazi) — Şərqi Gürcüstandada kənd. Kaxetiya ölkəsinin Kvareli bələdiyyəsi ərazisindədir. Alazan-Həftəran vadisində, dəniz səviyyəsindən 255 yüksəklikdə və Qanıxçayın sol sahilində yerləşir. Bələdiyyə mərkəzi Kvareli şəhərindən 16 kilometr məsafədədir. 2014-cü il siyahıyalmasının nəticələrinə görə kənddə yaşayanların sayı 2945 nəfər olmuşdur. Qavazidə XIV əsrə aid memarlıq abidəsi — Qaraca kilsəsi var.
Alfa Şirazi
Alfa Əli qızı Şirazi (1925 – 1943) — İkinci dünya müharibəsi iştirakçısı, partizan. == Həyatı == Alfa Şirazi iranlı Əli Şirazinin qızı idi. O atasını çox kiçik yaşlarında itirmişdi. Şirazinin anası Dora Mixaylovna isə yəhudi idi və onu nasistlər tərəfindən məhv edilməkdən fars dilini mükəmməl bilməsi xilas etmişdi. Nasistlər Dora Mixaylovna və Alfanın mənzilinə gəldikdə, ansı suallara yalnız fars dilində cavab vermiş və Alfa tərcümə etmişdi. Beləliklə, onlar alman zabitini Dora Mixaylovnanın milliyyətcə fars olduğuna inandıra bilmişdilər.Alfa anası ilə Rostovun tam mərkəzindəki üç mərtəbəli evdə yaşayırdı. Alfa 35 nömrəli məktəbdə oxuyurdu və əksər sovet uşaqları və yeniyetmələri kimi pioner, daha sonra isə komsomolçu olmuşdu. Nasist qoşunları Rostovu işğal etdikdən sonra Alfa partizan dəstələrinə qoşulur. Alman dilini yaxşı bilməsi və İran vətəndaşlığının olması ona nasistlərin qərargahına daxil olmaqda kömək edir. Bu dövrdə nasistlər hesab edirdilər ki, Şərqin müsəlman xalqlarının nümayəndələri heç vaxt Sovet hökumətinə sadiq olmayıblar.
Arazın səsi
Arazın səsi (qəzet) — Culfa Rayon İcra Hakimiyyətinin orqanı. == Tarixi == 1935-ci ildən nəşr edilir. Müxtəlif illərdə (“Bolşevik yolu” 1935), "Zərbəçi heyvandar" (1936-1950), "Sovet Culfası" (1951-59), "Zəfər" (1959-91) adları ilə buraxılmışdır. 1991-ci ildən Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra qəzet “Arazın səsi” adı ilə nəşrə başlamışdır. Qəzet Naxçıvan Muxtar Respublikasının, o cümlədən Culfa rayonunun sosial-iqtisadi,siyasi və mədəni həyatını işıqlandırır; Azərbaycanda və dünyada baş verən mühüm hadisələr haqqında xəbərlər, ədəbi-bədii yazılar da dərc edir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 28.