Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Harmatan
Harmatan (ing. Harmattan) — Böyük səhradan Qvineya və Yaşıl burun adaları tərəfə əsən (noyabr-mart) çox quru və tozlu şimal-şərq passatının, həmçinin müvafiq mövsümün yerli adı. == Təsirlər == Bu mövsüm qışdan fərqli olaraq soyuq, quru və tozlu külək, həmçinin gecə və gündüz ətraf mühitin temperaturunda geniş dalğalanmalar ilə xarakterizə olunur. Bəzən günortadan sonra temperatur 30 °C (86 °F)-a qədər yüksələ bilsə də, bütün gün boyunca 9 °C (48 °F)-ə qədər aşağı da düşə bilər. Sahara kimi bəzi bölgələrdə bu mövsüm isti keçə bilər. Harmattan bölgəyə əsdiyi zaman havanın rütubətliliyi azalır. Harmattan özü ilə səhra üçün səciyyəvi olan hava şəraiti gətirir: rütubəti azaldır, bulud örtüyünü dağıtır, yağıntının yaranmasının qarşısını alır və bəzən qum fırtınaları nəticələnə bilən böyük toz buludları yaradır. Külək həmçinin yanğın riskini artıra və məhsula ciddi ziyan vura bilər. Harmattanın musson küləkləri ilə qarşılıqlı təsiri tornadolara səbəb ola bilər. === Harmattan dumanı === Qərbi Afrikanın bəzi ölkələrində havada tozun ağır miqdarı görmə qabiliyyətini ciddi şəkildə məhdudlaşdıra və bir neçə gün günəş işığının qarşısını güclü dumanla müqayisə ediləcək qədər bağlaya bilər.
Tarbaqan
Marmot və ya Monqol marmotu (lat. Marmota sibirica) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Uzunluğu 60 santimetrə çatır. Rusiyanın şərqində, Monqolustanda və Şimal-şərqi Çində yayılmışdır. Tarbağan taun xəstəliyi törədicisinin daşıyıcısıdır.
Tarbağan
Marmot və ya Monqol marmotu (lat. Marmota sibirica) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Uzunluğu 60 santimetrə çatır. Rusiyanın şərqində, Monqolustanda və Şimal-şərqi Çində yayılmışdır. Tarbağan taun xəstəliyi törədicisinin daşıyıcısıdır.
Xarxatan
Xarxatan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 2054 nəfərdir. Tanınmış ziyalısı Şahab müəllim Babayev. == Toponimiyası == Belə ehtimal edilir ki, oykonim XIII əsrdə Yaxın Şərqin, o cümlədən Cənubi Qafqazın işğallarında iştirak etmiş monqol tayfalarından olan xartaqanların adı ilə bağlıdır. Güman ki, Hülakülərin talış zonasına köçürdüyü monqol tayfaları içərisində xarlaqanlar da olmuşdur. Kəndin adı XIX əsrdə Xortaqan variantında qeydə alınmışdır. Rusiya ərazisində eyniadlı göl mövcuddur. Xarxatan yerli sakinlər tərəfindən talış dilində Xəxərton adlandırılır. Xəxərton-Xarxatan qeyri-şəffaf toponimdir. Toponimin izahı ilə bağlı bir neçə mülahizə vardır.
Arbatan
Arbatan (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Arbatan (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd.
Tarakan
Tarakan (lat. Blatta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinin tarakanlar fəsiləsinə aid heyvan cinsi. == Maraqlı faktlar == Tarakanlar inanılmaz dərəcədə uyğunlaşa bilən canlılardır. Onlar tropik meşələrdən tutmuş buzlu Arktikaya qədər müxtəlif mühitlərdə yaşaya bilirlər. Onların yüksək radiasiyaya, hətta bəzi təbii fəlakətlərə də tab gətirə bildiyi məlumdur. Tarakanlar seçici deyillər və sabun, yapışqan və hətta saç da daxil olmaqla demək olar ki, qarşılarına çıxan hər şeyi yeməkdədirlər. Tarakanlar evlərdəki elektrik naqillərini çeynəməklə qısaqapanmaya və yanğına səbəb ola bilərlər. Tarakanlar 100 milyon ildən çoxdur ki, mövcuddurlar, bu onları planetin ən qədim həşərat növlərindən biri edir. Tarakanlar başsız həftələrlə yaşaya bilərlər. Bunun səbəbi bədənlərindəki kiçik dəliklərdən nəfəs almalarıdır.
Aratan
Aratan — qədim türkcə ər "kişi", "igid", "sərrast atıcı", və tən "bərabər", "sanki özü", "elə bil" sözlərindən; ümumi mənası: "igid kimi", "sanki igid", "igidə tay" və s. Qədim türkcə təng (sonunda qovuşuq "nq" fonemi ilə) öz inkişafında eyni mənalı iki söz yaratmışdır: tən və tək. Azərbaycan dilində bu sözlərin ikisi də vardır. Məsələn, Aytən qız adı "Ay kimi", "Sanki ay" mənasını verir; tək sözü isə, məsələn, "aslan tək döyüşdü", yəni "şair kimi döyüşdü" ifadəsində qalır. Bu söz dilimizdə təkin formasında da işlənir. == Tarixi == Aratan- İrəvan xanlığının Karpibasar mahalında kənd adı. XIX əsrin II yarısından etibarən adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (yəni "Kiçik Tan"), Bulu-Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plıtans şəklindədir) yəni "Ulu (böyük) Tan" və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman-Tan kənd adları ilə sıra təşkil edir. 1949-1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Tartan
Tartan — müxtəlif vertikal və horizontal rənglərdən ibarət olan naxış. Bu naxış Şotlandiya kiltlərində daha çox işlənir.
Xarxatan bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Arbatan (Heris)
Arbatan (fars. اربطان‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,824 nəfər yaşayır (670 ailə).
Arbatan (Mərənd)
Arbatan (fars. ارباتان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,582 nəfər yaşayır (336 ailə).
Arbatan (Salyan)
Arbatan — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Arbatan Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kur çayının sağ sahilindən bir qədər aralı, Salyan düzündədir.
Arbatan (Şərur)
Arbatan — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Arazboyu düzənlikdədir, Oykonim "sayalıq, çınqıllıq" deməkdir. SSRİ dövründə Babəki, Çərçiboğan, Dərvişlər, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib. == Əhalisi == Əhalisi 826 nəfərdir.
Qara tarakan
Qara tarakan (lat. Blatta orientalis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinin tarakanlar fəsiləsinin tarakan cinsinə aid heyvan növü. Azərbaycanda geniş yayılmış növlərdən biridir. Çox vaxt tuqay meşələrində, təbii və mədəni senozlarda rast gəlinir. Evlərdə müxtəlif qida məhsulları ilə qidalanır. == Yayılması == Qara tarakanın vətəni tropik Asiyadır. Ticarət yolu vasitəsilə yeyinti məmulatları ilə birlikdə Aralıq dənizi ölkələrinə, oradan isə XVI əsrin axırlarında Qərbi Avropa ölkələrinə (İngiltərə və Hollandiyaya) gətirilmişdir. Hazırda bütün Avropada yayılmışdır. == Qısa təsviri == Qara tarakanın bədəni müstəqil baş, döş və qarıncıq hissəsindən ibarətdir. Uzunluğu 18-30 mm-dir.
Tartan (Assuriya)
Tartan (ivr. ‏תַּרְתָּן‏‎, yun. Θαρθαν, lat. Tharthan, arami. ܬܵܪܬܵܢ‎) — Assuriyada hərbi rütbə, Assuriya ordusunun baş komandanı. Yəhudi Bibliyasında tartana iki istinad var – Assuriya kralı Yərusəlimə hədələyici bir müraciətnamə çatdırmaq üçün ora bir tartan və daha iki yüksək rütbəli şəxs göndərir (2 Çar, 18:17); Yeşayahu peyğambər dövründə Assuriya kralı II Sarqon kral Yezekiya hakimiyyətindəki Aşdod şəhərinə bir tartan göndərir və şəhəri ələ keçirir. Assuriyada tartan kraldan sonra ən yüksək səlahiyyətli şəxs idi. Daha sonralar bu vəzifə ikiyə bölünmüşdür – "Tartanu imni", yəni sağ tartanı və "Tartanu şumeli", yəni sol tartanı. Növbəti dövrlərdə bu titul regional olmuşdur. Bu titul həmçinin, xarici dövlətlərin ordularına da aid edilirdi.
Tartan Günü
Tartan Günü (ing. Tartan Day) — Şimali Amerikada Şotlandiya irsini qorumaq məqsədilə hər il qeyd olunur. Bu tarix 1320-ci il, 6 aprel tarixində Arbroat Bəyannaməsinin imzalandığı gündə qeyd edilir. 1980-ci illərin ortalarında bu ənənə Kanadada yaranıb. 1990-cı illərdə Şotlandiya diasporunun fəaliyyət göstərdiyi digər icmalara da yayıldı. Avstraliyada oxşar Beynəlxalq Tartan Günü, tartan geyinməyi qadağan edən 1747-ci il Qadağa Aktının ləğvinin ildönümündə, 1 iyulda keçirilir. Tartan günləri adətən nəfəsli musiqi alətlərinin müşaiəti ilə paradların, Şotland milli rəqslərinin və digər Şotlandiya temalı tədbirlərin təqdimatı ilə müşahidə olunur. == Mənşə == 9 mart 1986-cı ildə Kanadada Şotlandiya irsini təbliğ etmək üçün Yeni Şotlandiyada, Şotlandiya Klanları Federasiyasının toplantısında Tartan Günü təklif edildi. Lamont Klanının başçısı Cin Vatson əyalətin qanunverici orqanlarına 6 aprelin Tartan Günü kimi tanınması üçün müraciət etdi. İlk belə bəyanat 1987-ci ilin aprelində Yeni Şotlandiya əyaləti tərəfindən verilmişdir.
Aşağı Aratan (Aralıq)
Aşağı Aratan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdır il mərkəzindən 57 km, Aralıq ilçə mərkəzinə 11 km uzaqlıqdadır.
Tartan-partan (jurnal)
"Tartan-partan" (jurnal) — həftəlik satirik jurnal. == Haqqında == Əliheydər Qarayev nəşr etdiyi satirik jurnallarla "Molla Nəsrəddin"in jurnalistika məktəbinə təzə ruh və təravət gətirdi. 1918-ci il sentyabrın 24-də Tiflisdə onun redaktorluğu ilə "Tartan-partan" jurnalının birinci nömrəsi çapdan çıxmışdır. Vəsaitin olmaması üzündən birinci nömrədən sonra davam edə bilməyən bu jurnal qarşısına böyük məqsədlər qoymuşdu. "Məqsədimiz" adlı baş məqalədə bu barədə işarələr vardır. Jurnalda "Həkim Nuni səğir" imzası ilə "Şair" adlı hekayəsi verilmişdir. Həmin hekayə "Mirzə Səfər"in ilk variantıdır. Jurnalda şeir, xarici xəbərlər, elanlar, axırıncı xəbərlər başlığı altında satirik yazılar dərc olunmuşdur. == Həmçinin bax == Məşəl (jurnal) Molla Nəsrəddin (jurnal) == Xarici keçidlər == MİLLİ MƏTBUATIMIZIN “MƏŞƏL”İ, “TARTAN-PARTAN”I... Arxivləşdirilib 2018-06-09 at the Wayback Machine TARTAN-PARTAN, Azərbaycan dilinin izahlı lüğəti – Obastan Satirik jurnallardan "Tartan-partan" == Mənbə == N.N.Zeynalov.
Qafqazın parlayan ulduzu - Azərbaycan
Qafqazın parlayan ulduzu — Azərbaycan — 2015-ci ildə Macarıstanda macar dilində Azərbaycanın mədəniyyəti, turizmi, tarixi və iqtisadiyyatı haqqında alim Borbala Obruzanski və Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovun birgə müəllifi olduğu kitab. == Haqqında == "Qafqazın parlayan ulduzu-Azərbaycan" adlı kitabın müəllifləri Macarıstanın tanınmış alimi, Borbala Obruzanskinin və Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovdur. Kitabda macar dilində ölkəmizin mədəniyyəti, turizmi, tarixi və iqtisadiyyatı, Azərbaycanın dünyada oynadığı rol və digər mövzular haqqında ətraflı məlumat verilib. Kitabın elmi məsləhətçisi "Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyəti"nin sədri Ramiz Əmirlidir. Kitabın redaktorları Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev, Azərbaycan Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, jurnalist Elnur Eltürkdir. Kitabın redaksiya heyətinə Azərbaycan Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, jurnalist Əli Zülfüqaroğlu və macar alimləri daxildir.
Gəmilər tarlaya çıxır (film, 1975)