Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anadolu Hasarı
Anadolu Qalası (Gözəl Qala olaraq da tanınır) — İstanbulun Anadoluhasarı səmtində, Gögsü Dərəsinin İstanbul Boğazına töküldüyü yerdədir. Anadolu Qalası, 7.000 kvadratmetrlik sahə üzərində, Boğazın ən dar nöqtəsi olan 660 metr məsafədəki bölgəsinə 1395-ci ildə, İldırım Bəyazid tərəfindən inşa edilmişdir. Cenevizlilər, Bizansla birlik olub Qara Dənizdə (Göz, Quba və Amasra-da) koloniyalar qurmuşdular. Bu səbəblə, Boğaz keçidi Cenevizlilər üçün həyati əhəmiyyət daşıyırdı. Eyni vəziyyət Osmanlılar üçün də mövcud idi. Qarşı sahildə, İstanbulun Avropa səmtində yerləşən Rumeli Qala isə, 1451-1452-ci illər arasında II Mehmet tərəfindən bu xarici ölkələrin gəmilərinin keçidlərini nəzarətdə saxlamaq məqsədilə inşa etdirilib. II Mehmed, Rumeli Qalasını tikərkən bu qalaya kənar qala divarlar birləşdirmişdir. Anadolu Qala, daxili və xarici qala ilə bu qalaların qala divarlarından ibarətdir. İç qala düzbucaq şəkilli dörd mərtəbəli bir qüllədir. İlk tikilişində bir giriş qapısı olmadığı üçün, qülləyə iç qala divarlarına uzanan bir asma körpüdən girilirdi.
Rumeli Hasarı
Rumeli Hasarı (Boğazkəsən Qala olaraq da tanınır) — İstanbulun Sarıyer rayonunda Boğaziçi yerləşdiyi səmtə adını verən qala. Fateh Sultan Mehmet tərəfindən İstanbulun fəthindən əvvəl boğazın şimalından gələn təcavüzləri əngəlləmək üçün Anadolu yaxasındakı Anadolu Qalanın tam qarşısına inşa etdirilib. Bura boğazın ən dar nöqtəsidir. Məkanda uzun illərdir ki, Rumeli Qala Konsertləri keçirilir. Sarıyer, İstanbulda yerləşən Rumeli Hasarı 30 hektar sahəni əhatə edir. Anadolu Hasarının qarşısında İstanbul Boğazının 600 metrlik ən dar və axıntılı hissəsində inşa edilmiş bir qaladır. 90 gün kimi qısa bir müddətdə tamamlanan qalan üç böyük qülləsi, dünyanın ən böyük qala bürcünə malikdir. Rumeli Hasarının adı Fateh vəqfiyələrində Kulle Cedit-ə; Nəşri tarixində Yenicə Qala; Kamalpaşazadə, Aşıkpaşazadə və Nişançı tarixlərində Boğazkəsən Hasar kimi keçir. == Tikintisi == Hasarın inşaatına 15 Aprel 1452-ci ildə başlanmışdır. İş bölümü aparılaraq hər hissənin tikintisi bir paşanın nəzarətinə verilmiş, dəniz tərəfinə düşən hissənin tikintisini də Fatih Sultan Mehmet şəxsən öz üzərinə götürmüşdür.
Cavad Hasarı (Qoşaçay)
Cavad Hasarı (fars. جوادحصاري‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Miyandab bölgəsinin Mərhəmətabad kəndistanında, Miyandab qəsəbəsindən 18 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,407 nəfər yaşayır (283 ailə).
Çıraq Hasarı (Zəncan)
Çıraq Hasarı — İranın Zəncan ostanında kənd.. Əhalisi 142 nəfərdir (2009). == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanı Ətraf kəndistanında, Qiydar qəsəbəsindən 17 km şimal-qərbdədir.
Adem Yaşari
Adem Yaşari (albanca Adem Jashari, serb-xorvatca Adem Jašari/Адем Jaшари; 28 noyabr 1955 – 7 mart 1998, Kosovo) — Kosovo Alban millətçisi, Kosovo müharibəsinin ən məşhur hərbi xadimlərindən biridir. 1998 ildə Drenitsa rayonundakı Prekaz kəndidə öz ailəsi ilə Serb (o zamankı Yuqoslaviya Federativ Respublikası) polisi tərəfindən qətlə yetirilmişdir. Albaniya və Alban əhalisi əksəriyyəti olan Kosovoda milli qəhrəman, Serbiyada isə terrorçu və quldur kimi tanınır.
Kasari çayı
Kasari çayı — Estoniyada çay. Mənsəbi Baltik dənizidir. == Ümumi məlumat == Kasari çayı Estoniyanın qərbindəki ən bolsulu çaylardan biridir. Çayın uzunluğu 112 kilometr, hövzəsinin sahəsi 3210 kv.kilometr, orta illik su sərfi 25-30 kub m/saniyədir. Zamanla çayda daşqınlar çox olduğu üçün ətraf sakinlərin gediş-gəlişinə və təsərrüfatına ciddi problemlər yaradırdı. Çay yatağının dərinləşdirilməsi problemi az da olsa, həll edə bilmişdi, amma yenə də daşqınlar vaxtı çayın digər sahilinə keçmək olmurdu. Buna görə də 1905-ci ildə çayın aşağı yatağında 307 metr uzunluğunda dəmir-betondan körpü tikildi. Sonradan nəqliyyat vasitələrinin keçməsi üçün yeni bir körpü tikildi.
Miranda Tatari
Miranda Tatari (d. 20 sentyabr 1984; Koprivnisa, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Miranda Tatari Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Toşio Tasaki
Toşio Tasaki (田崎俊雄, Tasaki Toşio, 1 noyabr 1974) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Toşio Tasaki Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Toşio Tasaki Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Toşio Tasaki Yaponiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Babarı
Babarı (az.-əbcəd بابارێ‎, fars. بابارود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 59 nəfər yaşayır (25 ailə).
Baharı
Baharı — Azərbaycanlılar arasında keçmişdə geyilən qısaqollu dondur.
Cadarı
Cadarı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 523 nəfər əhali yaşayır.
Hasara
Hasara (az.-əbcəd حاسارا‎, fars. خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 40 nəfər yaşayır (16 ailə).
Qacarı
Yəhərüstü (Yəhər üzü,Yəhərüzlüyü, Qacarı) — Azərbaycanda yəhərin üstünə salınmaq üçün toxunan kiçik ölçülü xovlu xalça. Azərbaycanda xovlu xalça üsulu ilə toxunmuş və azərbaycanlıların yəhərin yastığının üstünə saldığı rəngbərəng qotazlarla bəzədilmiş kiçik ölçülü yəhərüstünü əsasən imkanlı adamlar toxutdururdular. Yəhərüstü Azərbaycanın bir çox bölgələrində "yəhər üzü" yaxud da "yəhərüzlüyü" adlandırılır.
Abxaziya apsarı
Abxaziya apsarı (abx. Aҧсар) — Abxaziyanın pul vahidi. Abxaziya Respublikası Milli Bankı tərəfindən buraxılır. Bu pul vahidi ilə yanaşı Abxaziyada Rusiya rublu da istifadə olunur. Bir Rusiya rublu 0.10 apsardır. İndiyə qədər ancaq 1, 2, 10, 20, 25, 50, 100 apsarlıq pullar tədavülə buraxılıb. Abxaziya pulları Moskvada istehsal olunur. Pulun istifadəsi xeyli məhduddur. İlk Abxaziya apsarı 2008-ci ildə hazırlanıb. 10 apsar gümüşdən hazırlanır, 25 və 50 apsar isə qızıldan düzəldilir.
Alıcı bazarı
Alıcı bazarı – cari qiymətlər şəraitində əmtəə və xidmətlərin izafi təklifi mövcud olan və qiymətlərin düşməsi ilə nəticələnən qısamüddətli bazar situasiyası. Təklifin tələbi üstələməsi alıcıların sövdələr zamanı öz şərtlərini satıcılara qəbul etdirmələrini təmin edir. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində 1950-ci illərdən başlayaraq əmtəə təklifi artan tələbi üstələdiyi üçün satıcı bazarı Alıcı bazarına çevrilmiş və marketinq kommersiya fəaliyyəti sırasına qatılmışdır.Həmçinin Alıcı bazarı zamanı bazarda güclü rəqabət hökm sürür.İstehsalçıların çox,istehlakçıların az olması istehsal olunandan daha az əmtəə və xidmətin satışını yaradır ki,bura da rəqabət mexanizmi üçün ən əlverişli şərtlərdən yaranır.Həmçinin Alıcı bazarı əsasən inhisarın olmadığı bir səviyyədə müşahidə olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 316. ISBN 978-9952-441-02-4.
Pavarı
Pavarı (az.-əbcəd پاوارێ‎, fars. پاوه‌رود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 558 nəfər yaşayır (172 ailə).
Tacarıq
Tacaraq (Əcəbşir) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. Tacarıq (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Taiaro
Taiaro (fr. Taiaro) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Tuamotu arxipelaqının şimal-qərbində yerləşir. Taenqa atolundan 53 km şimal-şərqdə, Rarakadan 42 km cənub-qərbdə yerləşir. Ən yaxın materik sahilindən (Cənubi Amerika) 6200 km məsafədədir. Ada ovalvari formaya malikdir. Atollun sahəsi 6 km²-dir. Maksimal hündürlüyü 5 metrdir. Daxilində olan laqunun dərinliyi 15 – 20 m arasında dəyişir. Ümumi sahəsi isə 12 km²-dir.
Talabı
Talabı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Talabı oyk., düz. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. Keçmişdə kənd 3 məhəllədən ibarət olmuşdur. Kəndin böyüməsi nəticəsində ondan Baş Talabı (Sər Talabı), 'Orta Talabı (Minkə Talabı) və Aşağı Talabı (Zır Talabı) məntəqələri yaranmışdır. Baş Talabıdan çıxan ailələr Talabıqışlaq kəndini yaratmışlar. Aşağı Talabı indi Xaruşə, Baş Talabı isə Talabı adlanır. Oykonim fars dilindəki təlab (çəmən, bağ, bağça) sözündən və mənsub, bildirən -/ şək.-sindən ibarət olub, “çəmənlik, bağ- çalıq” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 343 nəfər əhali yaşayır.
Tamara
Tamara əsasən Bibliya adı Tamardan törədiyi söylənilən addır, mənası "xurma ağacı" deməkdir.
Tasmalı
Tasmalı (Qax) — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Tasmalı (Türkman) — Qərbi Azərbaycan ostanının, Urmiya şəhristanının, Mərkəz bəxşinin, Türkman dehestanında kənd.
Tatarlı
Kəndlər Tatarlı (Goranboy) — Goranboy rayonunda kənd. Tatarlı (Şəmkir) — Şəmkir rayonunda kənd.
Aleksandrov pasajı
Aleksandrov pasajı — Kazanda yerləşən şəhər əhəmiyyətli tarixi abidə. Rusiyada olan bir neçə pasajdan biri. 1880-1883-cü illərdə tacir Aleksandr Aleksandrovun sifarişi ilə tikilib. == Haqqında == Kazan şəhərində pasaj tikmək məqsədilə tacir Aleksandr Aleksandrov 1880-ci ilin yanvar ayında müsabiqə elan edir. Müsabiqədə Peterburq İncəsənət Akademiyasının məzunları 22 yaşlı Vladimir Suslov və Nikolay Pozdeyevin layihəsi qalib gəlir. Qalib gəldiklərinə görə məzunlar 500 rubl mükafat da əldə edirlər. Müsabiqənin qalibləri Peterburqu tərk edə bilmədikləri üçün binanın tikintisi peterburqlu memar Henri Ruşa tapşırılır. Bina Ruş tərəfindən 1880-1883-cü illərdə tikilib. Bina özündə modern və neobarokko üslublarını cəmləşdirib. Aleksandr Aleksandrov dünyasını dəyişdikdən sonra bina onun bacısı Olqa Geynsə miras qalır.
Avtomobil qatarı
Azərbaycan Tatları
Tatlar — irandilli etnoslardan biri. Abşeron yarımadasında, Quba, Göyçay və Şamaxı rayonlarında məskunlaşmışlar. Yayılma ərazilərinə, etnik əlamətlərinə, dialekt xüsusiyyətlərinə görə Azərbaycan tatları müəyyən fərqli cəhətlərə malik olsalar da, əslində onlar vahid bir azsaylı etnos sayılırlar.Bəzi tədqiqatçıların fikrincə, Xəzər dənizinin qərb sahili boyunca Abşerondan Dərbəndədək məskunlaşmış tatlar buraya köçürülmüş qədim İrandilli xalqlardan biridir və onlar Şirvan ərazisinin ən qədim etnik təbəqələrindəndir. == Tarixi == Tarixi məlumata görə bu qədim xalq təqribən 1500 il bundan qabaq Sasani işğalları zamanı Azərbaycan ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olduğu güman olunan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər. == Dil == Tat dilində danışırlar. == Din == Tatların əksəriyyəti İslam dininə etiqad edir. Yəhudi, Zərdüşt və Xristian tatlar da vardır. === Rəsmi statistika === == Tanınmış şəxsiyyətlər == == İstinadlar == == Mənbə == Qəmərşah Cavadov. Azərbaycanın azsaylı xalqları və milli azlıqları (Tarix və müasirlik).
Azərbaycan atları
Azərbaycan atları — dağlıq ərazidə yaşamağa uyğunlaşmış at növü Azərbaycan atları minik atları olub, qədim zamanlardan Azərbaycanın müxtəlif – Qarabağda, Qubada, Bakıda, Qazaxda və digər bölgələrində yetişdirilirdilər. Azərbaycan xalqının milli qəhrəmanı Koroğlunun Qıratı azadlıq və haqq-ədalət uğrunda vuruşan bir millətin yüksək bədiiliklə səciyyələndirilən rəmzidir. Yəqin ki, "At igidin dostudur" xalq məsəli də döyüş meydanlarında yaranmışdır. Bədii ədəbiyyatda, folklorumuzda Azərbaycan atlarının təsvirinə tez-tez rast gəlirik. Böyük Nizaminin "Xosrov və Şirin" poemasında Şirinin çox sevdiyi "Gülgün", Qaçaq Nəbinin, onun silahdaşı Həcər xanımın xilaskarı "Bozat" dillər əzbəri olmuşdur. İnsanın ən sədaqətli dostu olan atlara dünyanın hər yerində heykəllər qoyulur. Bu da atlara olan insan məhəbbətidir. Bakıda H.Əliyev adına İdman Oyunları Sarayının qarşısındakı xiyabanda ucaldılan at heykəli – monumental kompleks də dəqqəti cəlb edir. (Heykəltəraş Georgi Caparidze, memar Elbəy Qasımzadə). Heykəl-kompleks, həm atda olan tükənməz gücü nümayiş etdirir; həm də yerin təkindən çıxan atəş Azərbaycan və gürcü xalqlarının əbədi qardaşlığının simvolu kimi təsvir olunmuşdur.
Banarı (Dəram)
Banarı (az.-əbcəd بانارێ‎, fars. بنارود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 38 nəfər yaşayır (15 ailə).
Banqladeş takası
Bangladeş takası (Benqalca: বাংলাদেশী টাকা; ISO 4217: BDT) - Banqladeşdə istifadə edilən rəsmi pul vahididir. 1 Banqladeş takası təqribən 100 poişaya bərabərdir. Banqladeş takası Banqladeş Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır.4 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Banqladeş takası = 0.0128081 ABŞ dolları.
Başqırdıstan qatarı
«Başqırdıstan» — keçmiş sürətli sərnişin qatarı (№ 039/040). Rusiya dəmir yollarına məxsus olan qatar, gün aşırı olaraq fəaliyyət göstərirdi. Ufa-Moskva-Ufa xətti ilə hərəkət edirdi. Qatarın yolda olma müddəti 26 saat idi. Xəttin nömrəsi 9/40-dır. Məsafə isə 1567 km-dir. 40 il öncə təsis edilmişdir. 1965-ci ildə «Başkiriya» adı ilə fəaliyyət göstərirdi. 1993-cü ildə isə adı «Başqırdıstan» olaraq dəyişdirilmişdir. İlk əvvəllər maşrut Ulyanovskdan keçirdi.
Ascari
Ascari Cars Ltd. (qısaca: Ascari) — Böyük Britaniyada yerləşən idman avtomobil istehsalçısıdır. Şirkət hollandiyalı milyoner Zvart Klaas tərəfindən təsis edilib. Şirkət iki dəfə Formula-1 dünya çempionu olan Alberto Askarinin (1918-1955) adına layiq görülmüşdür. O, iki dəfə qalib gələn ilk sürücü oldu.
Askari
Ascari Cars Ltd. (qısaca: Ascari) — Böyük Britaniyada yerləşən idman avtomobil istehsalçısıdır. Şirkət hollandiyalı milyoner Zvart Klaas tərəfindən təsis edilib. Şirkət iki dəfə Formula-1 dünya çempionu olan Alberto Askarinin (1918-1955) adına layiq görülmüşdür. O, iki dəfə qalib gələn ilk sürücü oldu.
Avşarı
Avşarı - qədim Azərbaycan rəqslərindən biri.[mənbə göstərin]Bu rəqsin adı bəzi mənbələrdə "Əfşarı" kimi də qeyd edilir. "Avşarı"da əhliləşdirilmiş mеymundan istifadə olunur. Mütəxəssislərin fikrincə "Avşarı" hərbi rəqs sayılırdı. Еnsiklopеdiyada yazılır: "Hərbi muğam, məqam əsası şüştər, musiqi ölçüsu 2/4-dir. Azərbaycan aşıq havası, şux, oynaq xaraktеrli gеniş instrumеntal müqədimmə ilə başlanır. Sazda "Qaraçı" kökündə ifa olunur. Muğam əsası şurdur. Кuplеt formasında olan "Əfşarı"nın poеtik mətni qoşmadır".
Aşarit
Aşarit — mineral, Mg[HBO3] == Haqqında == Aşarit - Rombik. Habitus. Lifli, iynəvari, təbaşirəbənzər. Rəngi ağ. Sərtliyi 3,5. Xüsusi çəkisi 2,68. Boratların çökmə yataqlarında, duzlu süxurlarda; metasomatik yataqlarda lüd­vi­qit və serpentinlə birgə. Bor elementinin filizi. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Baseri
Basiri eli — İranın Fars ostanının Fars dilli Xəmsə ellərindən biridir ki Abadə, İqlid, Mərvdəşt, Cəhrom, Şiraz və Larda yaşayırlar. == Oymaqlar == Külümbey Ləbu Musa Əlqulu Zöhrabi Eli Xas Əli Qənbari Kərəmi Əli Şahqulu Hənnayi Mir Cövçin Əbdüli (Abdullahi) Fərhadi Nənə Ərəb Hüseynəhmədi, İqlidin Aspas kəndi və Sərvistanın Çahəncir kəndində, == İstinadlar == == Mənbə == Nomads Of South Persia — The Basseri Tribe Of The Khamseh Confederacy. — Frederik Barth.
Hatari
Hatari (azərb. "Qənim"‎) — İslandiyanın Reykyavik şəhərində qurulmuş satirik texno və pank rok qrupu. Qrup Klemens Hanniqan, Mattias Haraldsson və Eynar Stefanssondan təşkil olunmuşdur. 2015-ci ildən fəaliyyətdə olan qrupun indiyədək bir mini-albomu və bir neçə sinqlları buraxılmışdır. Hatari canlı ifalarına və BDSM üslubunda geyimlərinə görə tanınır. Qrupun üzvləri Hatarini "anti-kapitalist BDSM texno incəsənət qrupu" kimi təsvir edir və qrupun əsas hədəfinin kapitalizmi məhv etmək olduğunu iddia edirlər. Hatari qrupu "Hatrið mun sigra" (azərb. Nifrət qalib gələcək‎) mahnısı ilə İslandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 10-cu yeri qazanmışdır. == Tarixi == Hatari qrupu Klemens Hanniqan və Mattias Haraldsson tərəfindən 2015-ci ildə qurulmuş, daha sonra isə qrupa Eynar Stefansson da qoşulmuşdur. İslandiyalılar ilk dəfə Hatari ilə 2016-cı ildə İslandiya Hava Yolları festivalında tanış olmuşdur.
Kaşğari
Mahmud ibn Huseyn İbn Muhamməd əl-Kaşğari (ərəb: العربية: محمود بن الحسين بن محمد الكاشغري. Uyğurca: Mehmud Qeshqeri) və ya Kaşğarlı Mahmud (1008–1102) == Şəcərəsi == Mahmud Kaşğarinin hökmdar nəslindən və ya ən azından əsilli bir ailədən olduğu haqqında ən mühüm mənbə onun, öz əsərində də qeyd etdiyi kimi atalarının Əmirlərdən gəlməsidir. "Bizim atalarımız olan bəylərə Hamir deyirlər, çünki Oğuzlar əmir deyə bilmirlər, əlif hərfini "h" hərfinə çevirərək deyirlər. Babamız Türk illərini Samanoğullarından alan bəydir, adına Hamir Təkin deyilir". Özünün verdiyi məlumatdan Türk tarixinin əhəmiyyətli dövlətlərindən biri olan Qaraxanlı dövlətinin xanədan sülaləsinə mənsub olduğu aydınlaşır.O Qaraxani hökümdarı II Məhəmməd Buğra xanın nəvəsi olmuşdur. "Divanü Lüğat-it-Türk"ü Özbək dilinə tərcümə edən S.Mütəllibov M.Kaşğarinin soyu haqqında belə fikir deyir: Kaşğarlı Mahmud "ə"ni "ha" kimi deyən bir qəbilənin oğludur. Bu qəbilə geniş bir ərazidə yayılmışdır və "Divan" yazılan zaman daha çox özbəklərin arasında yaşayırdılar. İndi bu qəbilə Kuramda və Fərqanənin bəzi bölgələrində, Qarabulaqda və s. yerlərdə yaşayır. Kaşğarlı Mahmud bu qəbilənin övladıdır.
Akop Kamari
Lüləsaz (əvvəlki adı: Akop Kamari) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Akop Kamari kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Akop Kamari kəndi Lüləsaz kəndi adlandırılmışdır.
Anuşe Ansari
Ənuşə Ənsari ( fars. انوشه انصاری‎ — Anušeh Ansâri, ing. Anousheh Ansari; 12 sentyabr 1966-cı il, Məşhəd, İran) — İran əsilli ABŞ vətəndaşı, alim. Prodea systems, Inc.( ABŞ ) şirkətinin yaradıcısı və rəhbəri. 18 sentyabr 2006-cı ildə ilk turist kosmonavt müsəlman qadın oldu. == Mənbə == Lenta.ru: Российская ракета выведет на орбиту первую космотуристку. Lenta.ru: "Союз" с космической туристкой выведен на орбиту. Lenta.ru: Первая космическая туристка вернулась на Землю.
Aşağı Daşarx
Aşağı Daşarx — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Arpaçayın sahilindədir. Oykonim "Daşarx yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir. Kəndi keçmiş Daşarx (indiki Yuxarı Daşarx) kəndindən çıxmış ailələr kollektivləşmə illərində (XX əsrin 30-cu illəri) salmışlar. == Əhalisi == Əhalisi 641 nəfərdir.