TANA
TANIMA
OBASTAN VİKİ
Mirvari tanalı qız
Mirvari sırğalı qız (hl: Het meisje met de parel) — holland rəssamı Yan Vermeerin dünyaca məşhur tablosudur. Əsər Yan Vermeerin şah əsəri hesab olunur. Adından da göründüyü kimi, əsərin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hal-hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Bu əsəri bəzən "Qüzey Mona Lozası" və ya "Holland Mona Lizası" da adlandırırlar. Demək olar ki, Vermeerin əsərləri haqqında o qədər də geniş məlumat bizə gəlib çatmamışdır və bu məşhur əsər də istisna deyil. Belə ki, əsər "IVMeer" şəklində imzalanmış lakin heç bir tarix göstərilməmişdir. 1994-cü ildə rəsmin sonuncu bərpasından sonra rəsimdəki incə rəngli kombinasiya və qızın tamaşaçıya baxışının yaxınlığı çox artırılmışdır. Dörd il Vermerin nadir əsərlərinin hissə-hissə xaricə satılmasına mane olmağa çalışmış Victor de Stuersin məsləhəti ilə A.A. des Tombe 1881-ci ildə (bu dövrlər olduqca çətin dövrlər idi) tablolardan birini Haaqada keçirilən auksionda iki gilder 3 sentə aldımış və varisi olmadığından o, bu və aldığı başqa əsərləri 1902-ci ildə Mauritshuisa bağışlamışdı. 1937-ci ildə Vermerin əsərlərindən olduğu güman edilən, olduqca oxşar bir rəsm "Gülən qız" kolleksiyaçı Andrew W. Mellon tərəfindən Vaşinqtondakı Milli İncəsənət Qalereyasına bağışlanmışdır.