Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Haşiyə
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Qafiyə
Qafiyə — şeirdə beytlərin və ya misraların son söz və ya səslərinin uyğunluğu, həmahəngliyi. Qafiyə – misraların sonunda sözlərin səs, şəkil, quruluş baxımından ahəngdar şəkildə tələffüz olunmasına deyilir. Şeirdə qafiyənin rolu əsasən belə səciyyələndirilir: «misraların sonunda və ya misra içində səslər bir-birinə uyğun, fonetik tərkibcə həmahəng və şeirə xüsusi gözəllik, ahəng, aydın forma verən sözlər. Şeirin məna və ahəngcə təşkilində qafiyə böyük rol oynayır. == Mənşəyi və funksiyaları == Bəzi müəlliflərin fikrincə, qafiyə türk şeirinə, həmçinin digər şərq xalqlarının şeirinə ərəb şeirindən keçmişdir. Lakin tarixi çox qədim olan Azərbaycan şifahi xalq ədəbiyyatında qafiyəli nümunələrin mövcud olması həmin fikrin yanlış olduğunu göstərən kifayət qədər tutarlı faktdır.Qafiyənin şeirdə məhdudiyyət yaratmaqla bərabər öz funksiyaları var. Bunlara deyilişi gözəlləşdirmə, yadda saxlamanı asanlaşdırma və s. aiddir. Məhz bu funksiyalar nəticəsində qafiyə şeirdə öz əhəmiyyətini itirməmişdir. == Qafiyəşünaslıq elmi == Qafiyəşünaslıq orta əsrlərdə çox mühüm bir sahə sayılmış və qafiyələr nitq hissələri, fonetik xüsusiyyətlər baxımından və s.
Casiyə Surəsi
45-ci surə
Güllü qafiyə
Güllü qafiyə — Azərbaycan klassik poeziyasında aşıq şeiri şəkli. Bu şeir şəklinə “Dedim-dedi”, “Dedim-söylədi”, “Kəlmə kəsmək”, bəzən isə “Qafiyə” də deyilir. Ustad aşıqlar güllü qafiyəni misra və misraqırımı üzərində qururlar. Hər iki halda şeir aşiq-məşuqənin duet-dialoqu şəklində qurulur: Dedim: mən qurbanam yarın adına, Dedi: elə sənsən düşən yadına... (Qurbani) Yaxud: Dedim: gülşən nədi? – dedi: bağımdı, Dedim: səfalıdı? – söylədi: yox-yox... (Aşıq Əmrah) Güllü qafiyədəki duet-dialoq, həm də üslubi məqamdır; misraqırımındakı poetik pauza (nəfəsdərmə) ifanı şirinləşdirir. Duetin birinci tərəfini bir aşıq, cavabını isə digər aşıq ifa edir. Güllü qafiyədən aşıqlar, çox hallarda, toyaxırı – duvaqqapma yerində istifadə edirlər.
Qaşiyə surəsi
88-ci surə
Safiyə Sultan
Səfiyyə Sultan (təq. 1550 – 10 noyabr 1618, Konstantinopol) — 12. Osmanlı sultanı III Muradın xanımı və III Mehmedin anası, Validə sultan. == Saraydan öncəki həyatı == Sofia Bellicui Baffo adı ilə 1550-ci ildə Venesiyada dünyaya gəldi. Çox varlıqlı bir ailənin tək övladı olan Sofia dövrünə görə mükəmməl bir təhsil almışdı. Atası Leonardo Baffo Korsika adasının qubernatoru idi. Hələ 12 yaşındaykən Aralıq dənizində gəmiylə səyahət edərkən Osmanlı quldurlarına əsir düşmüşdür. Bir il sonra İstanbuldakı Pera kölə bazarına gətirilən Sofianın gözəlliyi dövrün hasəki sultanı Nurbanu Sultanın qulağına qədər gəlib çatır. Manisa sancaqbəyi olan oğlu şahzadə Muradın (III. Murad) dövlət işlərindən uzaq passiv xarakterindən narahat olan anası Nurbanu Sultan bir sərvət ödəyərək 13 yaşlı Sofianı kölə bazarından satın alaraq saraya gətirir. === Saraya gəlişi === 2 il boyunca dayanmadan hərəmxana təhili alan Sofianın adı dəyişdirilərək, mənası "arı, duru, saf gözəllik" olan Səfiyyə qoyulur.
Tabiyə (Sulduz)
Tabiyə (fars. تابيه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 73 nəfər yaşayır (17 ailə).
Ğaşiyə surəsi
Safiyə Sultan (II Mustafanın qızı)
Safiyə Sultan (Osmanlıca: صفية بن مصطفى ساني) (13 dekabr 1696, Ədirnə – 15 may 1778, Konstantinopol) — 22-ci Osmanlı sultanı II Mustafanın qızı. == Həyatı == Əminə Sultan 1696-cı ildə Ədirnə sarayında dünyaya gəlmişdir. Anasının kim olduğu bilinmir. O əsnada atası II Mustafa Belqrad üzərinə səfərə çıxmışdı. Taxta yeni çıxan atasının üçüncü övladı idi. Böyük bacıları Əminə və Ayşə Sultan kimi uşaq yaşlarında Mərzifonlu Mustafa Paşanın oğlu və Adana sancaqbəyi olan Maktulzadə Əli Paşa ilə nişanlandı. Tamamilə siyasi səbəblərdən baş tutan bu evlilik planı, o əsnada atasının taxtdan endirilməsi və bir müddət sonra vəfat etməsi səbəbilə təxirə salındı. Toy mərasimi 8 may 1710-cu ildə baş tutdu. Bu evlilikdən bir oğlu dünyaya gəldi. Ancaq 1 ay sonra Əli Paşa Diyarbəkir bəylərbəyi oldu və əyalətə göndərildi.
Safiyə Sultan (IV Muradın qızı)
Safiyə Sultan (1634, Topqapı sarayı – 1685, Konstantinopol) — 17. Osmanlı sultanı IV Muradın qızı. == Həyatı == Safiyə Sultan 1634-cü ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Murad, anası isə Hasəki Ayşə Sultandır. Hələ 6 yaşında ikən atası vəfat etdi və əmisi Sultan İbrahimin taxta çıxmasıyla Safiyə Sultan nənəsi Validə Kösəm Sultanın, onun 1651-ci ildə öldürülməsindən sonra isə Validə Turhan Sultanın himayəsinə verildi. Validə Turhan Sultanın istəyilə 1659-cu ildə vəzir Abxaz Siyavuş Paşanın oğlu Sarı Hüseyn Paşayla (ö. 2 mart 1688) nigahlanan Safiyə Sultanın bu nigahdan 2 övladı dünyaya gəldi. Safiyə Sultan 1685-ci ildə doğuş əsnasında vəfat etdi və cənazəsi Sultan Əhməd türbəsinə atasının yanına dəfn olundu. == Övladları == Sultanzadə Mehmed Rəmzi bəy (d. 1660 — ö.