İDEALIZM
[alm. Idealismus; fr. Idèalisme; ing. Idealism; osm. tr. mefkurecilik; iftikariyye; ər. إفزىبس خٌّ ; yun. İdealisme] – fikirçilik-təsəvvürçülük: ideallıq, bir ideyaya bağlanmış olan və bu ideyadan fayda güdmədən bağlı qalan, düşüncənin əsl həqiqət olduğunu, bütün gerçəklərin əsası olduğunu, maddənin və əşyanın, zehin və düşüncənin bir məhsulundan ibarət olduğunu irəli sürən fəlsəfi bir baxımdır. İdealizm – fəlsəfi cərəyandır. İdealizm ruhi olanın, qeyri-maddinin birinciliyi və maddi olanın ikinciliyi prinsipindən çıxış edir ki, bu da onu aləmin zamanca və məkanca sonlu olması və Allah tərəfindən yaradılması haqqında dini ehkamlara yaxınlaşdırır.
Hər hansı bir ideyaya bağlı olan, sadiq qalan və onu müdafiə edənlərə, yaxud həmin ideyanın əsasını qoyanlara ideoloqlar deyirlər. İdeologiya [alm. Ideologie; fr. Idèologie; ing. Ideology; osm. tr. ilm-i süver-i akliye; ər. إد ٌٛ ٌٛجً ] – terminin yaradıcısı Destut de Trasiyə görə ideologiya ―ideyaların elmi‖dir.